Month: September 2020

  • Bakıda taksi sürücüsü sərnişinə bıçaqla hücum etdi

    Bakının Binəqədi Rayon 43-cü Polis Bölməsinin əməliyyatçıları ötən şənbə günü quldurluq edən paytaxt sakininin kimliyini müəyyənləşdiriblər.

    Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından bildirilib.

    Məlum olub ki, Binəqədi qəsəbəsində 19 sentyabr saat 19:15 radələrində 1977-ci il təvəllüdlü Elşən Ələkbərov “Tofaş” markalı taksiyə minib. Avtomobildə sürücü onun boğazına bıçaq dayayaraq, bütün qiymətli əşyalarını verməsini tələb edib. O, sərnişinin 300 manat dəyərində cib telefonu, pulları, bank kartları və paltarı olan çantasını götürüb.

    Həmin şəxsin əvvəllər quldurluq və qanunsuz narkotik maddə saxlama ittihamı ilə məhkum olunmuş, 1984-cü il təvəllüdlü İlqar Rəhimov olduğu müəyyən edilib. Hazırda polis əməkdaşları onun tutulması istiqamətində tədbirlər həyata keçirirlər.

    Qeyd edək ki, ayın əvvəlindən bəri paytaxtda dörd quldurluq hadisəsi törədilib, onlardan üçünün üstü açılıb.

  • Mikayıl Cabbarov ölkə prezidentinin qarşıya qoyduğu əsas hədəfi açıqladı

    “AzerGold” QSC-nin istiqraz emissiyası ilə bağlı üç əsas fikri bölüşmək istərdim. Bunlardan biri emissiyanın şirkətin fəaliyyətinə müsbət təsiri, digər fikir prosesin dövlət mülkiyyətində olan müəssisələrin səmərəliliyi üçün imkanlar yaratması, üçüncü fikir isə ölkə iqtisadiyyatına müsbət təsiri ilə bağlıdır”.

    “Report” xəbər verir ki, bunu “AzerGold”un istiqrazlarının hərraca çıxarılması ilə bağlı keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

    “Ölkə prezidentinin qarşımızda qoyduğu hədəf ondan ibarətdir ki, dövlət mülkiyyətində olan şirkətlər tam rəqabətli, beynəlxalq standartlara uyğun, korporativ idarəetmə prinsiplərini əsas tutan müəssisələrə çevrilməli, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verməlidir. Bu mənada istiqrazların buraxılışı bizim üçün vacibdir.

    İqtisadiyyat Nazirliyi “AzərGold”un Müşahidə Şurasının səlahiyyətlərinə aid edilən bir sıra funksiyaları yerinə yetirir və əminəm ki, istiqrazların uğurla yerləşdirilməsi müəssisənin maliyyə dayanıqlığının, şəffaflığının, institusional və fərdi investorların ona inamının göstəricisi olacaq. Həmin bazardan cəlb edilmiş vəsaitlər yeni yataqların işlənilməsinə, şirkətin fəaliyyətinin genişləndirilməsinə yönəldiləcək.

    İlkin əldə etdiyimiz məlumata görə, bu istiqrazlara maraq çox yüksəkdir. Biz də səbirsizliklə yerləşdirmənin nəticələrini gözləyəcəyik. Bu işdə iştirak edən maliyyə institutlarına, “Bakı Fond Birjası” QSC-yə təşəkkür edirəm”, – deyə o, qeyd edib.

    “Dövlət müəssisələri bu maliyyə alətindən indiyə qədər nadir hallarda istifadə edib. İndiyə qədər dövlət şirkətləri arasında yalnız daxili bazarda iqtisadiyyatımızın flaqmanı olan SOCAR-ın qiymətli kağızları dövriyyəyə çıxarılıb. Qeyi-neft sektorunu təmsil edən, bu sektorun əsas ixracatçılarından olan “AzerGold”un qiymətli kağızlarının bazarda daha aşağı faizlə yerləşdirilməsi bizim üçün çox gözəl imkanlar açır.

    Çünki digər dövlət müəssisələri üçün də alternativ maliyyələşmə imkanı açılır. Çalışacağıq ki, gələcəkdə digər şirkətlərimizə də dəstək olaq. Tamamilə aydındır ki, bu növ əməliyyatlar və kapital bazarlarının inkişafı bütün tərəflərə – həm qiymətli kağızları yerləşdirən, yəni kapitala ehtiyacı olan müəssisələrə, həm də qiymətli kağızları alan investorlara faydalıdır”, – deyə M.Cabbarov əlavə edib.

    “Nəhayət, ölkə iqtisadiyyatına təsiri barədə danışaq. Bilirsiniz ki, əsas hədəfimiz ölkənin iqtisadiyyatının davamlı inkişafıdır və bunun üçün kapital bazarlarının inkişafı, kapitala çıxış, maliyyə alətlərinin genişləndirilməsi zəruri olan alətlərdir. Hesab edirəm ki, bu mənada da bugünkü hadisə əlamətdar haldır, iqtisadiyyatın maliyyə dayanıqlığının artırılması, yalnız dövlət sektorunda deyil, həmçinin özəl sektorda fəaliyyət göstərən müəssisələr üçün gözəl nümunə kimi çıxış edə bilər. İqtisadiyyat Nazirliyi olaraq biz bu halların gələcəkdə sayının artmasını dəstəkləməyə hazırıq”, – deyə nazir fikrini tamamlayıb.

  • Житель Баку облил себя бензином и поджег

    В Баку мужчина совершил акт самосожжения. Инцидент произошел в поселке Бадамдар 23 сентября, в 18:00.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в Управлении полиции Сабаильского района.

    Габиль Мамедгусейноглу (1981 г.р.) перед собственным домом облил себя бензином и поджег. По данным правоохранителей, мужчина страдает психическим расстройством, что, в принципе, стало причиной инцидента.

    Он доставлен в ожоговый центр при городской клинической больнице №5. Сообщается, что пострадавший получил ожоги 50% поверхности тела.

    По данному факту проводится расследование.

  • Bakıda kişi benzin töküb özünü yandırdı

    Bakıda bir nəfər özünü yandırıb. Hadisə 23 sentyabr saat 18:00 radələrində Badamdar qəsəbəsində baş verib.

    Bu barədə Oxu.Az-a Səbail Rayon Polis İdarəsindən məlumat daxil olub.

    1981-ci il təvəllüdlü Qabil Məmmədhüseynoğlu evinin qabağında üstünə benzin tökərək özünü yandırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, kişi ruhi xəstəlikdən əziyyət çəkir, bu da, hadisəni törətməsinə səbəb olub.

    O, 5 saylı şəhər klinik xəstəxanasının yanıq mərkəzinə aparılıb. Zərərçəkənin bədən səthinin 50%-nin yandığı bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Ильхам Алиев принял верительные грамоты посла Швеции в Азербайджане – ОБНОВЛЕНО + ФОТО/ВИДЕО

    24 сентября Президент Азербайджана Ильхам Алиев принял верительные грамоты новоназначенного чрезвычайного и полномочного посла Королевства Швеция в нашей стране Кристиана Камилла.

    Как сообщает АЗЕРТАДЖ, вручая Президенту Ильхаму Алиеву свои верительные грамоты, посол Кристиан Камилл сказал:

    – Господин Президент, для меня честь вручить Вам подписанные Его величеством королем Швеции верительные грамоты, которыми я назначаюсь чрезвычайным и полномочным послом в Азербайджанской Республике, и письмо об отзыве моего предшественника. Господин Президент, позвольте передать Вам и азербайджанскому народу искренние и наилучшие пожелания Его величества.

    Беседуя затем с послом, Президент Ильхам Алиев сказал:

    – Прошу передать и мои наилучшие пожелания Его величеству. Очень рад приветствовать вас в Азербайджане. Желаю вам хорошего пребывания в нашей стране. Надеюсь, что в период вашей деятельности в Азербайджане отношения между нашими странами будут успешно развиваться. Мы с нетерпением ожидаем возможности принять вашего министра иностранных дел, который в ближайшее время посетит с визитом нашу страну, и обсуждения широкого круга вопросов нашего сотрудничества, а также предстоящего сотрудничества с Европейским союзом. Как вам известно, Швеция всегда была активной в вопросах более широкого сотрудничества между Европейским союзом и нашим регионом. Между Евросоюзом и Азербайджаном сейчас существует партнерство очень высокого уровня, которое охватывает многие сферы. Надеюсь, что переговоры по новому соглашению будут успешно продолжаться. Конечно, ситуация с пандемией вмешалась в наши планы. У нас был введен карантинный режим, который продолжается несколько месяцев. Поэтому у нас не было никаких активных, физических контактов. Однако фактически сотрудничество продолжается. Поэтому уверен, что у нас будет новый формат сотрудничества.

    Как вам известно, Азербайджан подписал с третью стран ЕС документы о стратегическом партнерстве. А это демонстрирует уровень сотрудничества. Два года назад мы подписали документ о приоритетах партнерства. Это имеет очень важное значение для дальнейшего развития нашего сотрудничества. Мы очень рады, что в этом документе Европейский союз поддержал территориальную целостность, суверенитет и неприкосновенность границ Азербайджана. Это чрезвычайно важный элемент очень справедливого подхода к урегулированию конфликта между Арменией и Азербайджаном. Что касается наших двусторонних отношений, то, конечно, мы бы хотели видеть их большую активность. Я уверен, что благодаря деятельности послов такая возможность появится. Я желаю вам приятного пребывания в нашей стране и активной работы.

    Посол Кристиан Камилл: Большое спасибо, господин Президент. Я очень внимательно Вас выслушал. Благодарю Вас за теплую встречу в Азербайджане, который я уже хорошо знаю и который является для меня родной страной. Как первый посол-резидент Швеции в Баку, я приложу все усилия для того, чтобы внести вклад в дальнейшее усиление наших двусторонних связей. Действительно на следующей неделе уже состоится визит нашего министра иностранных дел в Вашу страну. Я с нетерпением жду этого.

    Господин Президент, я хочу выразить Вам признательность за оценку поддержки Швецией более тесного сотрудничества Европейского союза с Вашей страной. Мы были рады видеть в Стокгольме большую делегацию Азербайджана в связи с 10-й годовщиной “Восточного партнерства”. Теперь мы должны еще больше развивать это сотрудничество. Швеция готова стать одной из стран, поддерживающих эти переговоры. Я, конечно же, надеюсь, что смогу сделать все от меня зависящее для налаживания более тесных бизнес-связей между нашими странами.

    Президент Азербайджана Ильхам Алиев 24 сентября принял верительные грамоты новоназначенного чрезвычайного и полномочного посла Швеции в АР Кристиана Камилла.

    Как сообщает АЗЕРТАДЖ, затем Президент Ильхам Алиев побеседовал с дипломатом.

  • İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi – YENİLƏNİB + FOTO/VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristian Kamillin etimadnaməsini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Kristian Kamill deyib:

    “Cənab Prezident, əlahəzrət İsveç Kralı tərəfindən imzalanmış və məni Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir kimi təyin edən etimadnaməni və sələfimin geri çağırılması məktubunu Sizə təqdim etməkdən şərəf hissi duyuram. Cənab Prezident, icazə verin, əlahəzrətin Sizə və Azərbaycan xalqına səmimi və ən xoş arzularını çatdırım”.

    Sonra səfirlə söhbət edən Prezident İlham Əliyev deyib:

    “Xahiş edirəm mənim də ən xoş arzularımı əlahəzrətə çatdırın. Sizi Azərbaycanda salamlamaqdan çox məmnunam. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzulayıram. Ümidvaram ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlərin inkişafı uğurla davam edəcək. Tezliklə ölkəmizə səfərə gələcək sizin Xarici İşlər nazirinizi qəbul etməyi və əməkdaşlığımızla bağlı geniş məsələləri, habelə Avropa İttifaqı ilə gələcək əməkdaşlığımızı müzakirə etməyi səbirsizliklə gözləyirik. Bildiyiniz kimi, İsveç Avropa İttifaqı ilə regionumuz arasında daha geniş əməkdaşlıqla bağlı həmişə fəal olub. Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur və bu tərəfdaşlıq bir çox sahələri əhatə edir. Ümidvaram ki, yeni sazişlə bağlı danışıqlar uğurla davam edəcək. Əlbəttə ki, pandemiya ilə əlaqədar vəziyyət bizim planlarımıza müdaxilə etdi. Bizdə bir neçə ay davam edən karantin rejimi tətbiq olundu. Buna görə bizim heç bir fəal, fiziki təmaslarımız olmadı. Lakin faktiki olaraq əməkdaşlıq davam edir. Buna görə də əminəm ki, bizdə yeni əməkdaşlıq formatı olacaq.

    Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlıq üzrə sənədlər imzalayıb. Bu da əməkdaşlığın səviyyəsini nümayiş etdirir. İki il öncə biz tərəfdaşlığın prioritetləri üzrə sənədi də imzaladıq. Bu da bizim əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Biz çox məmnunuq ki, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı Avropa İttifaqı tərəfindən dəstəklənib. Bu, Ermənistanla Azərbaycan arasında münaqişənin həllinə çox haqlı və ədalətli yanaşmanın olduqca mühüm əlamətidir. İkitərəfli əlaqələrimizə gəlincə, əlbəttə ki, biz onların daha fəal olmasını görmək istəyirik. Mən əminəm ki, səfirlərin fəaliyyəti sayəsində bu imkan yaranacaq. Mən sizə ölkəmizdə xoş vaxt keçirməyi və fəal iş arzu edirəm”.

    Səfir Kristian Kamill: “Çox sağ olun, cənab Prezident. Mən Sizi çox diqqətlə dinlədim. Mənim artıq yaxşı tanıdığım və mənə əziz ölkə olan Azərbaycanda mehriban qarşılanmağıma görə Sizə təşəkkür edirəm. İsveçin Bakıda ilk rezident səfiri olaraq ikitərəfli əlaqələrimizin daha da güclənməsinə töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Həqiqətən də bizim Xarici İşlər nazirinin artıq gələn həftə ölkənizə səfəri vaxtında baş tutur. Mən bunu səbirsizliklə gözləyirəm.

    Cənab Prezident, mən İsveçin Avropa İttifaqının ölkənizlə daha sıx əməkdaşlığa dəstəyini qiymətləndirdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Biz Şərq Tərəfdaşlığının 10-cu ildönümü münasibətilə Stokholmda Azərbaycandan böyük nümayəndə heyətini görməyə şad olduq. İndi biz bu əməkdaşlığı daha da inkişaf etdirməliyik. İsveç bu danışıqları dəstəkləmək əzmində olan ölkələrdən biri olmağa hazırdır. Mən əlbəttə ki, ölkələrimiz arasında biznes əlaqələrinin daha da yaxından qurulmasında üzərimə düşən işi görə biləcəyimə ümid edirəm”.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristian Kamillin etimadnaməsini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

    Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

  • В Азербайджане завершается регистрация в группы дошкольной подготовки

    Сегодня, 24 сентября, в 17:00, завершается электронная регистрация в группы дошкольной подготовки государственных общеобразовательных заведений, сообщает Министерство образования Азербайджана.

    До указанного времени родители (другие законные представители) могут пройти регистрацию на портале mektebeqebul.edu.az и разместить запрос для привлечения детей к обучению в дошкольных группах в соответствующих школах.

    Отметим, что регистрация началась 18 августа. В 2020/21 учебном году эти группы будут посещать дети 2015 года рождения.

  • Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

    Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi 24 sentyabr, saat 17:00-dək davam edəcək.

    Təhsil Nazirliyindən verilən məlumata görə, valideynlər qeyd olunan müddətədək (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək, övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər.

    Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib.

    2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

  • Повторный карантин в Израиле: страну охватили протесты – ВИДЕО

    Власти Израиля ужесточают ограничения из-за коронавируса, передает Vesti.Ru. Премьер-министр Биньямин Нетаньяху объявил о введении полного карантина по всей стране. Он вступит в силу 25 сентября и продлится как минимум две недели. Как отреагировали на нововведения жители Израиля?

    Медики бьют тревогу. Достигнув отметки в 7 тыс., страна стала мировым лидером по количеству положительных ежесуточных тестов на COVID-19 относительно численности населения. Израильские клиники вновь открывают демонтированные в июне коронавирусные отделения. Снова под больных переоборудуют подземные парковки, а военное ведомство сообщает о развертывании полевого госпиталя для борьбы с эпидемией.

    “На сегодня в клиниках Израиля 650 тяжелобольных. Это на 50% больше, чем в начале этого месяца, и больницы уже на грани своих возможностей”, – говорит профессор Яков Беркун, завотделением иерусалимской больницы Ар-а-Цофим.

    Свободных рук не хватает, а специалисты обещают резкий рост госпитализаций в самое ближайшее время. Минздрав уже призвал врачей – пенсионеров выйти на работу в больницы. Срочно готовят специалистов, умеющих работать с аппаратами ИВЛ, полагая, что к зиме ситуация может только ухудшиться.

    Заседавшее два дня правительство приняло решение о закрытии с пятницы синагог, рынков и резком снижении числа выходящих на работу сотрудников предприятий и учреждений. Ограничения обещают быть даже более жесткими, чем весной.

    “Мы принимаем сложные решения. Но я как премьер-министр обязан заботиться о ваших жизнях. Необходимо понимать, что существует опасность. Поэтому выбора нет”, – констатировал Нетаньяху.

    Полиция, отвечающая за выполнение распоряжений Минздрава, выставляет блокпосты на трассах, штрафует тех, кто решился открыть лавочку или пустить посетителей в ресторан. Но главная работа сил безопасности – на охвативших страну протестах. Закрытие синагог в ортодоксальных еврейских общинах восприняли как вызов.

    Недовольны не только верующие. Каждую субботу колонны машин въезжают в Иерусалим для участия в манифестациях у резиденции премьера. Это те, кто считает действия правительства неадекватными обстановке, кто потерял работу еще в месяцы весеннего карантина. С момента введения повторного карантина в не оплачиваемые отпуска ушли еще 100 тыс. человек.

    Нет туризма, закрыты гостиницы и залы торжеств, банкротятся кинотеатры. Театральный сезон так и не начался. Фестивали и премьеры перенесены на весну следующего года.

  • İsraildə təkrar karantin əhalini ayağa qaldırdı

    İsrail hökuməti karantin məhdudiyyətlərini sərtləşdirir.

    Vesti.ru xəbər verir ki, ölkənin Baş naziri Binyamin Netanyahu ölkə daxilində tam karantin tətbiq edildiyini açıqlayıb.

    Təkrar karantin sabah qüvvəyə minəcək və ən azı iki həftə davam edəcək.

    İsrail klinikalarının iyun ayında demontaj olunmuş koronavirus şöbələri yenidən açılır. Təqaüddə olan həkimlər də işə çağırılır.

    Xəstəxanalarda 650 nəfər ağır koronaviruslu xəstənin olduğu bildirilir.

    Bu göstəricinin ayın əvvəlinə nisbətən əlli faiz çox olduğu qeyd edilir, xəstəxanaların artıq öz imkanlarının astanasında olduğu vurğulanır.

    Vəziyyətin qışa qədər daha da pisləşə biləcəyini hesab etdikləri üçün təcili süni tənəffüs aparatları ilə işləyə biləcək mütəxəssislər hazırlayırlar.

    Verilən qərarla məhdudiyyətlərin əvvəlkilərdən daha sərt olacağı bildirilir.

    Bu qərar əhali arasında narazılığa səbəb olub. Ölkəni etiraz aksiyaları cənginə alıb. Xüsusilə də, ortodoksal yəhudi icmaları sinaqoqların bağlanmasına etiraz edirlər.

    Onlardan başqa, karantinin ilk vaxtlarından işsiz qalan əhali də etirazlara qalxıb.