В Баку 18-метровый автобус, принадлежащий BakuBus, врезался в ограждение на краю проезжей части проспекта Нефтяников, сообщает Baku.ws.
Информация о пострадавших не поступала.
“Əlilliyin müəyyən olunması meyarları” layihəsi sayəsində mövcud olan üç dərəcə ilə sağlamlıq imkanlarının məhdudluğu aradan qaldırılır və vətəndaşın orqanizminin itirilmə faizi əsas götürülür”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial Saat” verilişi zamanı Nazirliyin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyib.
Onun sözlərinə görə, köhnə qaydada orqanizmin funksiyasının itirilməsi 0-30 arasında olanda əlillik təyin olunmur:
“31-60 faiz dərəcəsində olanda III dərəcə, 61-80 faiz olanda II dərəcə, 81-100 faiz olanda I dərəcə əlillik təyin olunur”.
O qeyd edib ki, yeni layihədə I dərəcədə orqanizmin sosial bacarıqlarının hansı dərəcədə məhdudlaşması əsas götürülür:
“II dərəcədə əlil şəxs kənar şəxsin köməyinə ehtiyac duyur, III dərəcə daimi olaraq kənar şəxsin köməyinə ehtiyac duyur və köməkçi texniki vasitələrdən istifadə edir”.
Tələbə adını qazananların siyahısının dərc olunduğu “Abituriyent” jurnalının VII nömrəsini sentyabrın 25-də səhər saatlarından etibarən əldə etmək mümkün olacaq.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu nömrədə 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) çap ediləcək.
Jurnalın ön sözündə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin tələbə adı qazananlara təbriki də yer alıb:
“2020-ci il tək bizim üçün deyil, həm də bütün dünya üçün gözlənilməz oldu. Koronavirus pandemiyası nəticəsində yaranan böhran gündəlik vərdişlərimizi və həyat tərzimizi köklü surətdə dəyişdirdi. Bu il, həyatımızın bütün sahələrinə, xüsusilə təhsil sisteminə ciddi təsir göstərdi. Təhsil müəssisələrinın fəaliyyəti dayandırıldı, qısa müddətdə məsafədən (distant) təhsilə məcburi keçid həyata keçirildi, təhsilin bütün pillə və səviyyələrində tədris prosesinin yenidən qurulması zərurəti yarandı.
Yaranan çətinliklərə baxmayaraq, inadla çalışmaq və qarşınızda qoyduğunuz ümdə məqsədlərə çatmaq üçün irəliləməyə can atmağınız sizin uğurunuzun rəhnidir.
Biz sizi, yenicə tələbə adını qazanmışları bu mürəkkəb ildə əldə etdiyiniz layiqli qələbə münasibətilə səmimi olaraq təbrik edirik. Həmişə pozitiv dəyişikliklərə can atın, ailənizə, cəmiyyətə, bütövlükdə respublikamıza vicdanla xidmət etmək və layiqli vətəndaş olmaq üçün bütün imkanlarınızı səfərbər edin!
Dostlar, bu il vəziyyətin mürəkkəb olduğu şəraitdə, yüksək nəticə göstərərək tələbə adını qazanmışları görmək xüsusən sevinc doğurur. Bugünkü uğurunuzda, həmçinin sizin valideynlərinizin və müəllimlərinizin xidməti danılmazdır.
Əziz tələbələr, sizi bir daha təbrik edir və seçdiyiniz işdə əsl peşəkar olmaq üçün səylə bilik, bacarıq və vərdişlərə yiyələnməyinizi arzu edirik!”.
60 faiz dopinqdən istifadə edənlər buna idman zalı məşqçiləri tərəfindən sövq edilib.
Bu nəticə Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) steroidlərdən istifadənin yayılması ilə bağlı keçirdiyi sorğundan aydın olur.
AMADA-nın keçirdiyi mətbuat konfransında bildirilib ki, 28 faiz dopinq istifadəçiləri buna sosial media reklamlarından sövq ediliblər, 12 faiz isə məşqçi və həkimlər tərəfindən yanlış bilgi sayəsində dopinqdən istifadə ediblər.
Dopinqdən istifadəyə meyilli olanların 52 faizinin 19-28 yaş aralığındakı insanlar olduğu qeyd olunur.
![]()
В Азербайджане проходит акция по установке мемориальных досок в честь шехидов Карабахской войны на домах, где они проживали, сообщил Oxu.Az общественный активист Эльнур Алиев.
Он отметил, что накануне установлены мемориальные доски майору Урфану Велизаде, погибшему в апрельских боях в 2016 году, и Ирзу Байрамову, ставшему шехидом в Карабахе в 1992 году.
“Мы делаем это, чтобы увековечить имена погибших воинов. На начальном этапе акцией будут охвачены дома 400 шехидов. Финансовую поддержку оказывают мои друзья”, – сказал Э.Алиев.





Azərbaycanda iki şəhidin evinin qarşısına barelyef yerləşdirilib.
Bu barədə Oxu.Az-a ictimai fəal Elnur Əliyev bildirib.
Onun sözlərinə görə, ötən gecə 2016-ci ildə Aprel döyüşləri zamanı şəhid olan mayor Urfan Vəlizadənin və 1992-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olan İrza Bayramovun barelyefləri yaşadıqları evin qarşısında yerləşdirilib.
O qeyd edib ki, bu, yeni aksiyadır:
“Şəhidlərin adlarının əbədiləşdirilməsi üçün evlərinin qarşısına barelyef hazırladıb, yerləşdirilməsinə başlanılıb. İlkin olaraq 400 şəhidin evinin qarşısında barelyef yerləşdiriləcək. Aksiyanı dostlarımın maliyyə dəstəyi ilə həyata keçiririk”.
E.Əliyev vurğulayıb ki, hər gün bir TIR təkər yükləyərək, cəbhə bölgəsinə göndərirlər.





ABŞ-da etirazların yeni dalğası başlayır.
Bu barədə “Mash” “Telegram” kanalı yazıb.
Etirazlara səbəb Luisvilldə afroamerikalı qadının polislər tərəfindən öldürülməsidir.
Sözügedən hadisə bu ilin mayın 13-də baş verib. Həmin vaxt polis əməkdaşları 26 yaşlı Breonna Teylorun evinə basqın ediblər.
Onlar narkotiklə mübarizə tədbirləri çərçivəsində qonşu evdə əməliyyat keçirsələr də, B.Teylorun da evində narkotik maddə ola biləcəyi barədə məlumat daxil olur.
B.Teylorun sevgilisi evə daxil olan şəxslərin oğurluq məqsədilə gəldiyini düşünüb və atəş açıb.
Cavab atəşi nəticəsində 26 yaşlı qız öldürülüb. Sonradan B.Teylorun ailəsi polis orqanını məhkəməyə verib.
Dünya ulduzları da B.Teylorun ailəsi ilə həmrəylik nümayiş etdirib və polislərin cəzalandırılmasını tələb ediblər. İyun ayında atəş açan polislərdən biri – Brett Henkinson işdən azad edilib.
Henkinson qonşuların həyat və sağlamlığına təhlükə və bir neçə digər bəndlər üzrə ittiham olunur, ancaq bu bəndlər arasında qətl maddəsi yoxdur. Digər iki polis isə ittiham olunmayıb.
Məhkəmənin bu qərarından sonra bölgədə yeni etiraz dalğası start götürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin sabiq idarə rəisinə qarşı dələduzluqda ittiham olunan Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümovun məhkəməsi başlayıb.
APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı oktyabrın 1-nə təyin edilib.
Qeyd edək, Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümov külli miqdarda dələduzluqda ittiham olunur.
İş üzrə iki nəfər zərərçəkən var. Onlar – İran vətəndaşı Khorazme Alireza Ghorban və Babayev İsaxan Teymur oğludur.
Zərərçəkmiş İsaxan Babayev Təhsil Nazirliyinin Tikinti İdarəsinin sabiq rəisi olub.
İsaxan Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ildə Ağadur Müslümova 100 min manat verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa kömək göstərəcəyini vəd etdiyini bildirib.
Lakin A.Müslümov pulu alsa da, vədinə əməl etməyib. Misir Mərdanov Təhsil naziri vəzifəsindən azad edildikdən sonra İ.Babayev də işdən çıxarılıb.
A.Müslümova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.
