Month: September 2020

  • Gəncədə ruhi xəstə intihar etdi

    Gəncə şəhərində intihar hadisəsi baş verib.

    “Qafqazinfo” xəbər verir ki, sentyabrın 24-də şəhər sakini, 1980-cı il təvəllüdlü Əflatun Novruzov yaşadığı evin həyətində özünü asaraq intihar edib.

    Onun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • “TikTok” Rusiyanın tələbi ilə 250 videonu sildi

    “TikTok” rəhbərliyi Rusiya səlahiyyətlilərinin istəyi ilə təxminən 250 videonu silib.

    CNBC bu barədə “TikTok”un Avropadakı dövlət orqanları ilə əlaqələr üzrə direktoru Teo Bertrama istinadla xəbər yayır.

    Onun sözlərinə görə, 1 yanvar – 30 iyul tarixləri arasında “TikTok” müxtəlif ölkə hökumətləri və hüquq-mühafizə orqanlarının tələbi ilə 500-ə yaxın videonu silib.

    Bunların təxminən yarısı “LGBT cəmiyyətini diskriminasiya edən bir ölkə kimi nüfuza sahib olan” Rusiya səlahiyyətlilərinin istəyi ilə silinib.

    “Rusiya qanunları qorxuncdur… Təəssüf ki, işlədiyimiz ölkənin tələblərinə əməl etməliyik”, – deyə Bertram qeyd edib.

    “TikTok”un top meneceri etiraf edib ki, xidmət Rusiya rəhbərliyinin istəyi ilə LGBT məzmunu olan videoları silib.

    “TikTok”un Rusiya nümayəndəliyi isə dövlət qurumlarının tələbi ilə Rusiyada 296 videonun silindiyini bildirib. Nümayəndəlikdən qeyd edilib ki, sözügedən videoların LGBT ilə heç bir əlaqəsi olmayıb.

  • Евросоюз отказался признать Лукашенко легитимным президентом Беларуси

    Инаугурация Александра Лукашенко лишена демократической легитимности, ведет к углублению кризиса в Беларуси, говорится в заявлении главы европейской дипломатии Жозепа Борреля, пишет РИА Новости.

    “ЕС вновь подтверждает, что президентские выборы 9 августа в Беларуси не были ни свободными, ни честными. Евросоюз не признает их результаты, которые были сфальсифицированы. Исходя из этого, так называемая инаугурация 23 сентября 2020 года и новый (президентский) мандат, на который претендует Лукашенко, лишены какой-либо демократической легитимности”, – говорится в документе.

    В Беларуси 9 августа прошли президентские выборы, на которых, по данным ЦИК, победил Александр Лукашенко, набрав 80,1% голосов.

  • Avropa İttifaqı Lukaşenkonu Belarusun legitim prezidenti kimi tanımaqdan imtina etdi

    Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel qurumun Aleksandr Lukaşenkonun inauqurasiyasını və yeni prezidentlik müddətini tanımadığını, həmçinin Belarusla münasibətlərə yenidən baxılacağını bildirib.

    Bu barədə TASS məlumat yayıb.

    Onun sözlərinə görə, Avropa İttifaqı 9 avqustda keçirilmiş “saxtalaşdırılmış seçkilərin nəticələrini tanımayıb”.

    “Bu əsasda Aleksandr Lukaşenkonun iştirak etdiyi 23 sentyabrdakı qondarma inauqurasiya və yeni mandat kifayət qədər demokratik legitimliyə malik deyil”, – deyə J.Borrelin bəyanatında qeyd olunub.

    Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçkidən sonra ölkədə nəticələrin saxtalaşdırılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Müxalif namizədlərə aid bütün seçki qərargahları seçki nəticələrini tanımadığını açıqlayıb.

  • Sentyabrın 26-dan ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi aparılacaq

    Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının VIII sayında dərc olunacaq.

    Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, həmin yerlərə ixtisas seçimi sentyabrın 26-dan 30-dək internet vasitəsilə aparılacaq.

    Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının VI sayında dərc olunub. Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

  • Прокуратура расследует смерть 28-летней женщины в больнице Барды

    23 сентября, около 17:00, в прокуратуру Барды поступила информация о том, что жительница села Мустафагалы Айшан Гасанова скончалась в центральной районной больнице.

    Сотрудники надзорного органа с участием судмедэксперта осмотрели место происшествия и тело, сообщает пресс-служба прокуратуры.

    В результате расследования было установлено, что в этот день А.Гасанова (1992 г.р.) перенесла операцию по удалению кисты в указанном медучреждении, после чего умерла.

    По данному факту возбуждено уголовное дело по статье 124.1 (убийство по неосторожности) УК АР, проводится расследование.

  • Bərdədə 28 yaşlı qadın xəstəxanada öldü

    Sentyabrın 23-də saat 17 radələrində Bərdə rayonu, Mustafağalı kənd sakini Ayşən Həsənovanın Bərdə rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bununla bağlı Bərdə rayon prokurorluğu məlumat yayıb.

    Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Aparılmış araşdırmalarla müəyyən edilib ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə “yumurtalığın boğulmuş kistası” diaqnozu ilə daxil olduğu Bərdə Rayon Mərkəzi Xəstəxanasında “kistanın çıxarılması” cərrahi əməliyyatı olunduqdan sonra ölüb.

    Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Завтра в Азербайджане начинается регистрация поступивших в вузы абитуриентов

    С 25 сентября по 7 октября поступившие в вузы должны представить необходимые документы в соответствующее образовательное заведение и пройти регистрацию, которая осуществляется онлайн, сообщает Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана.

    Абитуриенты могут ознакомиться с перечнем документов и формой для регистрации на сайте вуза, куда они приняты.

    Непрохождение регистрации в установленный срок будет расцениваться как отказ поступившего от зачисления по соответствующей специальности.

    Отметим, что в конкурсе приняли участие 66 464 человека, из них 42 731 (в том числе 5 785 суббакалавров) – был принят в высшие учебные заведения. 20 799 (в том числе 779 суббакалавров) человек получили право на получение образования за счет государства, 21 932 (в том числе 5 006 суббакалавров) будут учиться на платной основе.

  • Sabahdan ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır

    Tələbə adı qazanmış şəxslər 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

    Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola biləcəklər.

    Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

    Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21 932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

  • В Азербайджане два исторических хамама находятся на грани уничтожения – ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ + ФОТО

    Профессор, доктор искусствоведения Кюбра Алиева возмущена плачевным состоянием ряда исторических памятников на территории Азербайджана.

    В своем посте в Facebook она описывает впечатления от посещения двух бань, возраст которых составляет приблизительно 200 лет, расположенных в абшеронских поселках Фатмаи и Горадиль.

    “Одна из бань в ужасном состоянии, вокруг нее мусор, никаких табличек нет. Хотя фотографии данных памятников есть в книге покойного академика Шамиля Фатуллаева. Как же хорошо, что в свое время он написал о них, ведь сейчас никому нет дела! Если я не ошибаюсь, они сохранились с XVIII века”, – пишет ученый.

    Также она вспоминает о редких памятниках христианской архитектуры на севере страны – церквях, относящихся к III-VII векам нашей эры.

    “За все годы моей работы я никогда не встречала такого ужасного отношения к нашему наследию. Нигде нет охраны, все в плачевном состоянии”, – отмечает К.Алиева.

    Обращаясь к Министерству культуры, она спрашивает, почему оно не работает и на что потрачены выделенные государством деньги.

    К.Алиева также просит патриотов помочь спасти историческое архитектурное наследие, ведь его могут уничтожить в любой момент.

    “Враги уничтожают наше историческое достояние с одного конца нашей страны. Но мы не лучше! Мы занимаемся тем же с другой [ее стороны]”, – говорится в публикации профессора.

    В ответ на запрос Oxu.Az в Госслужбе по охране, развитию и восстановлению культурного наследия при Минкультуры сообщили, что хамам на указанной территории не включен в список исторических и культурных памятников, находящихся под охраной государства.

    “Чтобы внести данный объект в перечень Госслужба при Минкультуры рассматривает его в качестве недавно обнаруженного памятника старины. В этом направлении ведется работа. Позже общественность будет проинформирована по этому вопросу дополнительно”, – отметили в ведомстве.