Month: September 2020

  • Azərbaycan əsgəri döyüşə “Qarabağ” mahnısı oxuyaraq gedir – VİDEO

    Azərbaycan əsgərləri döyüşə yüksək əhval-ruhiyə ilə gedir.

    Bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.

    Həmin videonu təqdim edirik:

  • İlham Əliyev və xanımının yaralı hərbçilərlə görüşündən – Fotolar

    Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.

    Median.Az həmin görüşdən fotoları təqdim edir:












  • XİN-dən Ermənistanın yaydığı əsassız məlumatlara SƏRT REAKSİYA

    “Ermənistan XİN-in bölgədə yaşanan son gərginlikdə guya Türkiyənin tərəf kimi iştirak etməsi ilə bağlı verdiyi açıqlamalar yalandır və təxribat xarakteri daşıyır”.

    Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın yeni təcavüz aktına cavab olaraq, beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək məqsədilə əks hücum tədbirləri həyata keçirilib:

    “Hazırda da Azərbaycan tərəfi Ermənistanın davam edən hərbi təxribatlarına adekvat cavablar verir. Azərbaycan ordusu öz xalqının və torpaqlarının müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlı və güclüdür.

    Türkiyənin roluna gəldikdə isə, bu ölkə bölgədə sülh və təhlükəsizliyin, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsiplərinə hörmətin təmin olunmasının tərəfdarıdır.

    Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, başda BMT TŞ qətnamələri olmaqla, beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq və ədalətli şəkildə həllini dəstəkləyir.

    Ermənistan silahlı qüvvələrinə məxsus Su-25 tipli döyüş təyyarəsinin guya Türkiyə silahlı qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulması ilə bağlı dezinformasiya xarakterli məlumata gəldikdə, bu kimi saxta məlumatları yayan Ermənistanın niyyəti münaqişəyə üçüncü tərəfləri cəlb etməkdir.

    Görünən odur ki, Ermənistan tərəfi isə bu həqiqətə uyğun olmayan və cəfəng açıqlamaları ilə beynəlxalq ictimaiyyətin diqqətini özünün təcavüzkar siyasətindən və Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə atəşə tutaraq törətdiyi müharibə cinayətlərindən yayındırmaq məqsədini güdür”.

  • За последние часы уничтожены еще восемь единиц боевой техники противника – ВИДЕО

    За последние часы на различных направлениях фронта были уничтожены 1 реактивная система залпового огня (РСЗО) “Ураган”, 1 зенитно-ракетный комплекс “Оса”, 3 РСЗО БМ-21 “Град”, 1 боевая машина пехоты и 2 гаубицы Д-20 противника.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

  • Düşmənin daha səkkiz döyüş texnikası məhv edildi – VİDEO

    Son saatlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin bir ədəd “Uraqan” yaylım atəşli reaktiv sistemi, bir ədəd “OSA” zenit-raket kompleksi, üç ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd piyadanın döyüş maşını və iki ədəd D-20 haubitsa-topu məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Hansı məktəblərdə tədrisin həftədə beş dəfəyə keçiriləcəyi bilindi – RƏSMİ

    “Gündəlik korinavirusa yoluxma statistikasının az olması səbəbindən oktyabrın 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri, Abşeron yarımadasında I-IV siniflərin dərsə gəlməsi həftədə iki gündən üç günə keçiriləcək”.

    Bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

    O qeyd edib ki, dərslərin əyani saatlarının sayında artım olacaq.

    “Bölgələrdə şagird sayı 200-dən çoxdursa, onlarda dərslər həftədə üç dəfə, şagird sayı 200-dən azdırsa, ənənəvi formada, yəni həftədə beş dəfə keçiriləcək”, – deyə nazir əlavə edib.
    //oxu.az

  • Ermənilər Dağlıq Qarabağı tərk edirlər – VİDEO

    Xəbər verdiyimiz kimi, sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

    Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

    Ordumuzun uğurlu əməliyyatlarından qorxan ermənilərin Dağlıq Qarabağdakı evlərini tərk etmələri ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

    Belə ki, onlar əşyalarını maşınlara yaşayış yerlərindən qaçıblar.

  • Ermənistan “Toçka-U” taktiki raket kompleksini tətbiq edib – FOTO

    Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri “Toçka-U” taktiki raket kompleksini tətbiq ediblər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb.

  • İtaliya mətbuatında Azərbaycan səfirinin Ermənistanın son hərbi təxribatlarına dair geniş məqaləsi dərc olunub

    Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Formiche” qəzetində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, son hərbi təxribatlarına dair geniş məqaləsi dərc olunub.

    Diplomat məqaləsində bildirir ki, Ermənistan tərəfinin son aylardakı təxribatları bu gün baş verənləri təxmin etməyə imkan verirdi və hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi şiddətli canlanma dövrünü yaşayır, Ermənistan silahlı qüvvələri bu saatlarda qəsdən və bilərəkdən Azərbaycanın mülki şəxləri və infrastrukturlarını hədəfə alır. Diplomat əlavə edir ki, son illərdə münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün var gücü ilə bütün səylərini əsirgəməyən bir ölkənin nümayəndəsi kimi hazırkı vəziyyətə səbəb olan hadisələrin tarixinə nəzər salmağa ehtiyac var.

    M.Əhmədzadə qeyd edir ki, münaqişənin kökü ermənilərin Azərbaycan ərazilərinə köçürülməsində, eləcə də Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində muxtar vilayətin yaradılmasındadır.

    “SSRİ-nin dağılmasından sonra Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başladı, Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal etdi və bu ərazilərdəki azərbaycanlılara (750 min-dən çox) qarşı etnik təmizləmə siyasəti, azərbaycanlı mülki şəxslərə qarşı hərbi cinayətlər və Xocalı soyqırımı həyata keçirdi”, – deyə diplomat fikirlərinə davam edir.

    Diplomat bildirir ki, bütün bunlara baxmayaraq, Azərbaycan son 30 ildə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqların müsbət nəticələnməsinə və diplomatik yollarla bölgədə sülhü təmin etməyə çalışıb, lakin Ermənistan istənilən irəliləməyə mane olub və bu illər ərzində danışıqları uzatmağa, münaqişənin həllini əngəlləməyə və status-kvonu saxlamağa çalışıb.

    M.Əhmədzadə Paşinyan rejiminin təxribatçı addımlarından danışaraq, bu xüsusda Paşinyanın danışıqlarda Azərbycanın işğal olunmuş ərazilərdəki qanunsuz rejiminin iştirakını tələb etməklə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar formatını dəyişdirməyə istiqamətlənmiş uğursuz cəhdini, öz oğlunu işğal olunmuş ərazilərdə hərbi xidmətə göndərməsini, “Dağlıq Qarabağ Ermənistandır” kimi açıqlamasını, Ermənistan Müdafiə nazirinin “yeni ərazilər üçün yeni müharibə” təhdidi, cari ilin iyul ayında enerjidaşıyıcıların ölkəmizdən Avropa bazarlarına, xüsusən də İtaliyaya nəqli üçün strateji infrastrukturun keçdiyi Azərbaycanın Tovuz rayonundakı təxribatları, Baş nazirin həyat yoldaşının iştirakı ilə işğal olunmuş ərazilərimizdə döyüş və atıcılıq üzrə təlim kurslarının keçirilməsini və Livandan ermənilərin işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırılması kimi məsuliyyətsiz addımlarını qeyd edib. Diplomat əlavə edib ki, bütün bunlar danışıqlar prosesinə ağır zərbə vurub, danışıqlar prosesinə xələl yetirib və əslində Ermənistanın danışıqlardan çəkildiyini iddia etməyə əsas verir.

    “Ermənistanın Baş naziri danışıqlar üçün yeddi absurd şərt irəli sürüb ki, onlar da qəti şəkildə Azərbaycan tərəfindən rədd edilib. Azərbaycanın yeganə bir şərti var: Ermənistanın silahlı qüvvələri BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunduğu kimi Azərbaycan torpaqlarından çıxmalıdır”, – deyə M.Əhmədzadə bildirir.

    Diplomat, habelə əlavə edir ki, bütün bunlardan başqa, son aylarda Ermənistan silah və hərbi texnika idxalını xeyli artırıb və hava hücumu sistemini intensiv şəkildə genişləndirməyə davam edib. Eləcə də, Ermənistan Müdafiə Nazirliyi ümummilli 100 min “könüllü” döyüşçü qüvvələr yaratmaq planını açıqlayıb və son günlərdə Ermənistanın hərbi qüvvələrinin işğal olunmuş ərazilərdəki təmas xətti yaxınlığında cəmləşməsinin davam etdiyi müşahidə olunurdu. M.Əhmədzadə qeyd edir ki, bütün bunlar Ermənistanın yeni bir müharibəyə hazırlaşdığını göstərirdi və bu günlərdə baş verənlər bunu açıq-aşkar sübut etdi.

    “Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə Ermənistanın yeni bir təcavüz aktına, müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq edib. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı davamlı hərbi hücumu və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olması regional sülh və sabitlik üçün başlıca təhlükədir. BMT BA-nın 75-ci sessiyasının ümumi müzakirələri fonunda, dünyanın COVİD-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda, Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti avantüra və hərbi təxribata əl atdı. Ermənistan rəhbərliyi bu hərəkətləri ilə bir daha beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirdi”, – deyə M.Əhmədzadə qeyd edir.
    Məqaləyə keçid aşağıdakı link vasitəsilə mümkündür:

    https://formiche.net/2020/09/azerbaigian-ambasciatore-ahmadzada/?fbclid=IwAR3HZDsKCV3y0BGSLewtpWv_jVkZJA6J7omPnsHB4BpjhozC4OummaT5Cv0 

  • Hərbi vəzifəlilərin hərbi hissələrə yola salınması davam etdirilir – RƏSMİ

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncamının icrası istiqamətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vəzifəlilərin hərbi hissələrə yola salınmasını təmin etmək üçün zəruri tədbirləri operativ qaydada həyata keçirir.

    Dövlət Xidmətindən verilən məlumata görə, respublikanın şəhər və rayonlarında qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımız Xidmətin yerli struktur bölmələrinə böyük ruh yüksəkliyi ilə gəlirlər.

    Hərbi vəzifəlilər cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatı həyata keçirərək düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusu sıralarına qələbə əhval ruhiyyəsi ilə yola düşürlər.

    Qeyd edək ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir. Bununla belə Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə, elektron resurslarına könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və əsgərlərimizə lazımi kömək göstərmək istəyən böyük sayda vətəndaşlarımız tərəfindən müraciətlər daxil olmaqdadır.