Month: September 2020

  • İlham Əliyev: “Hər bir qəsəbədə aparılan abadlıq işləri gərək yerli sakinlərlə də müzakirə olunsun”

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar.

    AZƏRTAC Prezident İlham Əliyevin Balaxanı qəsəbəsinin sakinləri ilə söhbətindən bəzi məqamları təqdim edir:

    “Əlbəttə ki, bizim planlarımızda digər qəsəbələrdə görüləcək işlər var, artıq müvafiq göstərişlər verilib. İlkin mərhələdə haradasa 7-8 qəsəbədə buna oxşar layihələr icra ediləcək. Hər bir qəsəbənin özünə məxsus olan memarlıq üslubu, tarixi görünüşü var. Ona görə hər bir qəsəbədə aparılan abadlıq işləri, görüləcək işlər gərək yerli sakinlərlə də müzakirə olunsun”.

    “İlk növbədə, sakinləri narahat edən problemlər, necə ki, burada infrastruktur – kanalizasiya, dam örtükləri, binaların təmiri, elektrik xətləri, yəni insanların gündəlik tərzdə ünsiyyətdə olduğu digər məsələlər həll olunur və eyni zamanda, təmir-bərpa işləri də mütləq yerli sakinlərin iştirakı ilə, ağsaqqalların tövsiyəsi ilə aparılmalıdır. Çünki ağsaqqallar bu kəndlərin tarixini yaşadırlar, o tarixin canlı şahidləridir və eyni zamanda, gənc nəsil də buna qoşulur ki, hər bir kəndin özünə xas olan görüntüsü olsun”.

    “Mən dəfələrlə demişəm, hələ Prezident kimi fəaliyyətə başlayanda demişdim ki, “qara qızılı” insan kapitalına çevirməliyik. Bax budur, “qara qızıl” insan kapitalıdır. İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik və bu gün deyə bilərəm ki, dünya miqyasında neftlə zəngin ölkələr sırasında bax bu siyasətə görə qabaqcıl yerlərdəyik”.

  • В Баку благоустроен очередной двор – ФОТО

    23 сентября в рамках проекта “Наш двор”, осуществляемого по инициативе вице-президента Фонда Гейдара Алиева, учредителя и руководителя Общественного объединения IDEA Лейлы Алиевой, сданы в пользование жителей очередные обновленные дворы. Они расположены в поселке Говсан Сураханского района столицы по адресу: улица Эльчина Мамедова, 3A, 4, 4A, 5, 5A, 5B, 5V и охватывают жилые здания, в которых проживают около 3 тыс. человек.

    Основная цель проекта заключается в содержании бакинских дворов в экологически чистом и благоустроенном состоянии, восстановлении зеленых насаждений, составляющих основу городской экологии, формировании здорового образа жизни, создании безопасных и комфортных условий для жителей.

    В очередном дворе предусмотрены также возможности для удобного передвижения инвалидов и людей с ограниченными возможностями здоровья. В целях создания благоприятных условий для развития детей всех возрастных групп, эффективного досуга молодежи и выработки привычки регулярно заниматься спортом здесь установлено различное спортивное оборудование, построены футбольная и шахматная площадки, детские игровые зоны, а также 18 беседок, многочисленные скамейки и мусорные баки.

    С учетом пожеланий жителей полностью отремонтированы фасады, кровельные покрытия крыш, подъезды зданий и лифты, установлены новые железные двери с электромагнитными замками и пластиковые окна. Наряду с восстановлением существующих зеленых насаждений, на территории дополнительно посажены 50 деревьев и кустарников, создана зеленая полоса на участке площадью 6,5 тыс. квадратных метров.

    Также для безопасности жителей установлены камеры видеонаблюдения.

    В обновленных дворах в соответствии с требованиями карантинного периода проведены медико-профилактические мероприятия, установлены диспенсеры с дезрастворами, установлены информационные плакаты с призывами соблюдать правила карантинного режима.

    Реализация данного проекта предусматривается во всех районах Баку. В связи с этим просьба представлять в Общественное объединение IDEA информацию и рекомендации о нуждающихся в благоустройстве дворах нашей столицы.
















  • Bakıda abadlaşdırılan növbəti həyətlər sakinlərin istifadəsinə verilib – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyətlər sakinlərin istifadəsinə verilib.

    Üç ədəd abadlaşdırılan həyətdən ibarət olan yeni məhəllə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi 3A, 4, 4A, 5, 5A, 5B, 5V ünvanında, 3000 nəfər sakinin yaşadığı binaları əhatə edir.

    “Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların genişləndirilməsi, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
    Abadlaşdırılan növbəti həyətlərdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, futbol meydançaları, şahmat meydançaları, uşaqlar üçün oyun meydançaları salınıb. Yeni həyətlərin ərazisində 18 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

    Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətlərdəki binaların liftləri yenilənib, işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara elektromaqnit kartla giriş sistemi tətbiq edilib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 50 ədəd ağac əkilib və 6500 kv.metr ərazidə yaşıllıq zolağı salınıb.

    Yenilənmiş həyətlərdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, dezinfeksiya dispanserləri qoyulub, karantin rejimi qaydalarına riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.

    Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.
















  • Xırdalanda yeni çəkilən yol niyə qazılıb? – AÇIQLAMA + VİDEO

    Xırdalanda yollarda yenidən qazıntı işləri aparılır.

    Bu barədə Oxu.Az-ın redaksiyasına göndərilən videogörüntüdə qeyd olunub.

    Vətəndaş bildirir ki, Xırdalan şəhərinin yeni istifadəyə verilən Heydər Əliyev prospektində qazıntı işləri aparılır:

    “Uzun zamandır yolların asfaltlanmasını gözləyirdik. Nəhayət yollar düzəldilib, təhvil verildi. Heç bir ay keçmədi ki, “Azərsu” ASC-i tərəfindən yolda qazıntı işlərinə başlanılıb”.

    Məsələ ilə bağlı “Azərsu” ASC-nin Abşeron rayon Sukanal İdarəsi ilə əlaqə saxladıq. İdarədən bizə bildirildi ki, sözügedən ünvanda magistral xətdə qəza baş verib:

    “Baş verən qəzanın aradan qaldırılması üçün asfalt örtüyü qazılıb və əməkdaşlar tərəfindən ərazidə tədbirlər görülüb”.

  • Prezident: “Balaxanıya turist axını qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq”

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar.

    AZƏRTAC Prezident İlham Əliyevin Balaxanı qəsəbəsinin sakinləri ilə söhbətindən növbəti fikirləri təqdim edir:

    “Bu, işlərin birinci mərhələsidir. Ancaq hələ görüləsi işlər çoxdur və bunları da biz tədricən edəcəyik. Bir daha demək istəyirəm ki, əsas məqsəd Balaxanıda – ölkəmizin qədim yaşayış məskənində insanlar rahat, daha yaxşı yaşasınlar, işlə təmin olunsunlar, ekoloji vəziyyət yaxşı olsun, hava təmiz olsun, su təmiz olsun. Əlbəttə ki, tarixi abidələrin bərpası və aşkarlanması da məqsədlərdən biri idi. Bu gün mənə göstərilən tarixi abidələrin bəziləri yerin altında idi, o cümlədən qum hamamı, digər abidələr – XIV əsrdə, sovet vaxtında tikilmiş abidələr, onlar da bizim milli sərvətimizdir. Bu abidələr bir daha onu göstərir ki, bu kəndin çox qədim tarixi, qədim mədəniyyəti var, çünki ancaq yüksək mədəniyyətə sahib olan insanlar belə tikililər inşa edə bilərdilər”.

    “Əlbəttə ki, qəsəbənin gələcək inkişafı ilə bağlı fikirlər var. Artıq həm Bakı sakinləri, həm digər şəhərlərdən insanlar buraya gəlirlər, istirahət edirlər, gəzirlər, şəkil çəkdirirlər. Mənə verilən məlumata görə, xarici mətbuatda Balaxanı ilə bağlı məlumat dərc edilir, Avropada, Rusiyada maraq böyükdür. Əlbəttə ki, turistlərin axını daha böyük olacaq. Bu da qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq. Çünki yaxşı olardı ki, qəsəbə sakinləri turizmlə bağlı olan məsələlərdə fəal olsunlar və bu imkanlardan istifadə etsinlər, turizm xidmətlərini qonaqlara təqdim edə bilsinlər”.

    “İndi bir çox inkişaf etmiş ölkələrin şəhərlərində, kiçik qəsəbələrdə, tarixi yerlərdə yerli sakinlər turizm işlərinə qoşulurlar, həm pul qazanırlar, həm öz tarixi, mədəniyyəti haqqında məlumat verirlər, eyni zamanda, turistlər üçün də gözəl şərait yaradırlar. Ona görə bu, artıq insanların özlərindən asılı olacaq. Dövlət də lazımi kömək göstərəcək. Burada ictimai iaşə obyektləri, kafelər, çayxanalar, turistləri cəlb edə biləcək digər obyektlər zövqlə yaradılsın ki, həyat burada fəal olsun və insanlar daha yaxşı yaşasınlar və xaricdən gələn qonaqlar bu gözəlliyi görə bilsinlər”.

    “Mən bunu demişəm, siz də yaxşı bilirsiniz ki, Balaxanının çox böyük tarixi var. Ancaq bu tarix bir növ kənarda qalmışdı. Çünki burada həm ekoloji vəziyyətin pis olması, yolların bərbad vəziyyətdə olması və digər problemlər imkan vermirdi ki, hətta Azərbaycan vətəndaşları da Balaxanı haqqında dolğun məlumata malik olsun. İndi isə Balaxanı dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır. Ona görə biz Mehriban xanımla gəlmişik. Mən demişdim ki, özüm gəlib baş çəkəcəyəm, görülən işlərlə tanış olacağam. İşlərin böyük hissəsi artıq görülüb, görüləcək işlər Balaxanının inkişafına daha da böyük təkan verəcəkdir”.

  • AZAL открывает специальные рейсы в Анкару и Анталью – ВИДЕО

    Национальный авиаперевозчик Азербайджана – “Азербайджанские авиалинии” (AZAL) –  открывает специальные рейсы из Баку еще в два турецких города – Анкару и Анталью.

    Выполнение авиарейсов AZAL в столицу Турции Анкару запланировано с 28 сентября с частотой два раза в неделю – по понедельникам и субботам. 
    Спецрейсы в Анталью будут осуществляться с 30 сентября еженедельно по средам. 

    Напомним, что в настоящее время AZAL продолжает выполнять рейсы в Стамбул с частотой 11 раз в неделю.
    Продажа авиабилетов по всем направлениям в Турцию осуществляется на сайте авиакомпании www.azal.az, а также в ее аккредитованных агентствах.
    Согласно правилам спецрейсов, выполняемых в период пандемии, к полетам будут допускаться только пассажиры, тесты которых на коронавирус (COVID-19) оказались отрицательными. 
    Со списком лабораторий в Баку, аккредитованных Объединением по управлению медицинскими территориальными подразделениями (TƏBİB), можно ознакомиться на сайте: https://www.azal.az/ru/information/covid-clinics
    До вылета из Турции тестирование можно пройти в одной из клиник Memorial Sağlık Grubu или других из списка на сайте турецкого Минздрава: 
    https://covid19.saglik.gov.tr/TR-68720/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.html 
    В соответствии с решением Кабмина Азербайджана, все прибывшие этими рейсами в Баку пассажиры в течение двух недель должны будут находиться в самоизоляции. С этой целью во время полета они должны будут заполнить декларацию с указанием адреса, по которому они смогут самоизолироваться. 
    Отметим, что на выполняемых в период пандемии COVID-19 рейсах применяются специальные правила как в аэропортах вылета и прилета, так и на борту воздушного судна. “Азербайджанскими авиалиниями” была подготовлена соответствующая видеоинструкция:

  • AZAL Ankara və Antalya şəhərlərinə xüsusi reyslər həyata keçirməyə başlayır – VİDEO

    Azərbaycanın milli aviadaşıyıcısı Bakıdan Türkiyənin daha iki şəhərinə – Ankara və Antalyaya xüsusi reyslər həyata keçirməyə başlayır.
    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.

    Bildirilib ki, Türkiyənin paytaxtı – Ankara şəhərinə AZAL-ın reyslərinin həyata keçirilməsi həftədə iki dəfə – bazar ertəsi və şənbə günləri olmaqla sentyabrın 28-dən etibarən nəzərdə tutulub.

    Antalyaya xüsusi reyslər 30 sentyabr tarixindən etibarən hər həftənin çərşənbə günləri həyata keçiriləcək.

    Xatırladaq ki, hazırda AZAL həftədə 11 reys olmaqla İstanbula uçuşların həyata keçirilməsini davam etdirir.

    Türkiyəyə bütün istiqamətlər üzrə aviabilet satışı aviaşirkətin www.azal.az rəsmi saytında, habelə aviaşirkətin akkreditə olunmuş agentliklərində həyata keçirilir.
    Pandemiya dövründə  həyata keçirilən xüsusi reyslərin qaydalarına uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılır.
    Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə https://www.azal.az/az/information/covid-clinics saytında tanış ola bilərsiniz.
    Türkiyədən uçduğunuz zaman “Memorial Sağlık Grubu” klinikası və Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan klinikalardan birində testdən keçə bilərsiniz: https://covid19.saglik.gov.tr/TR-68720/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.html.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə sərnişinlər uçuş zamanı bəyannamə dolduraraq, iki həftə müddətində təcrid oluna biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər.
    Qeyd edək ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. “Azərbaycan Hava Yolları” tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: 

  • Bakıda bina sakinlərinin həyatı təhlükədədir – VİDEO

    Bakı şəhəri Nizami rayonu Yavər Səfərov 32 ünvanında yerləşən yaşayış binasında vəziyyət günü-gündən daha da təhlükəli hal alır.

    Məsələ ilə bağlı Baku TV yenidən süjet hazırlayıb.

    Bir neçə ay əvvəl yayımlanan ilk süjetdə sakinlər Fövqəladə Hallar Nazirliyinin binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəy verdiyini bildirmişdi.

    Ötən müddət ərzində sakinlərin probleminin həlli istiqamətində heç bir addım atılmayıb.

    Ətraflı süjeti təqdim edirik:

  • Президент Ильхам Алиев: В жизни села Балаханы начинается новый период

    23 сентября Президент Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева ознакомились с работами по благоустройству, проведенными в бакинском поселке Балаханы.

    АЗЕРТАДЖ представляет некоторые моменты из беседы Президента Ильхама Алиева с жителями поселка.

    “Начинается новый период в жизни села Балаханы. Поздравляю вас по этому случаю. Вы знаете, что я уделяю особое внимание селу Балаханы. Очистка, ликвидация несколько лет назад балаханской мусорной свалки дали старт уже проведенным здесь экологическим работам. Потому что это создавало большие сложности для местного населения, а также оказывало негативное влияние на жителей Баку в целом”.

    “Это место, которое в свое время было мусорной свалкой, сейчас превратилось в красивый полигон, здесь созданы рабочие места. Функционируют промышленный парк, мусоросжигательный завод. В то же время уже очищена большая часть находящегося поблизости озера Беюкшор”.

    “Все работы выполнены с большой любовью, со вкусом. Инфраструктурные проекты, канализация, созданные для комфорта людей условия, линии электропередачи, ремонт зданий, крыши, дороги, улицы, эстетический вид – все это делается с одной целью: чтобы проживающие здесь люди чувствовали себя комфортно, чтобы для них были созданы хорошие условия. Кроме того, созданы рабочие места. По предоставленной мне информации, проживающие здесь граждане привлечены к работам. Они выращивают десятки деревьев, цветов, кустарников. В то же время здесь трудятся люди из других мест. В целом на этих работах по благоустройству занято около 1 тыс. человек”.

  • İlham Əliyev: “Balaxanı kəndinin yeni dövrü başlayır”

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar.

    AZƏRTAC Prezident İlham Əliyevin Balaxanı qəsəbəsinin sakinləri ilə söhbətindən bəzi məqamları təqdim edir:

    “Balaxanı kəndinin yeni dövrü başlayır. Mən bu münasibətlə sizi təbrik edirəm. Bilirsiniz ki, Balaxanı kəndinə mənim xüsusi diqqətim var. Hələ bir neçə il bundan əvvəl o məşhur Balaxanı zibilxanasının təmizlənməsi, aradan qaldırılması artıq burada görülən ekoloji işlərə start verdi. Çünki bu, həm Balaxanı sakinlərinə böyük əziyyət verirdi, həm də bütövlükdə Bakı şəhərinin sakinlərinə çox mənfi təsir edirdi”.

    “Vaxtilə zibilxana olmuş yer indi gözəl bir poliqona çevrilib və iş yerləri yaradılıb. Sənaye parkı fəaliyyət göstərir, zibilyandırma zavodu fəaliyyət göstərir. Eyni zamanda, onun yanında yerləşən Böyükşor gölünün böyük hissəsi artıq təmizlənib və gölün üzərindən yol da çəkilib. Ona görə indi gediş-gəliş üçün də yaxşı imkanlar yaradılıb”.

    “Bütün işlər böyük məhəbbətlə, zövqlə görülübdür. Həm infrastruktur layihələri, kanalizasiya, insanların rahatlığı üçün yaradılmış şərait, elektrik xətləri, binaların təmiri, dam örtükləri, yollar, küçələr estetik görünüş – bütün bunlar bir məqsədlə edilir ki, burada yaşayan insanlar özlərini rahat hiss etsinlər, onlar üçün yaxşı şərait yaradılsın. Eyni zamanda, iş yerləri yaradılıbdır. Mənə verilən məlumata görə, burada yaşayan vətəndaşlar işlərə cəlb olunub. Onlar ağaclar, güllər, kollar yetişdirirlər və eyni zamanda, digər yerlərdən də gəlib burada işləyənlər var. Bütövlükdə bu abadlıq işlərində minə yaxın insan işlə təmin edilib”.