Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki hesabında işğal edilmiş Kəlbəcərdə qızılın qanunsuz axtarışı ilə məşğul olan Vardan Sermakeslə bağlı paylaşım edib.
“Report”un məlumatına görə, paylaşımda deyilir: “FranckMuller” saatlarının banisi Vardan Sermakes Kəlbəcərin işğal edilmiş Veynəli kəndində qızılın qanunsuz kəşfiyyatı ilə məşğul olub. Bu, qızıl mədənləri işğaldan azad edilən Veynəli kəndidir. Bizdə Sermakesə qarşı cinayət işinin qaldırılması üçün yerlərdə daha çox fakt olacaq”.
Oktyabrın 30-da saat 20:25 radələrində cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd “Osa” ZRK bölmələrimiz tərəfindən məhv edilib.
Bu barədə “Report” Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Лидер крайне правой группировки Zouaves Paris (ZVP) Марк де Каккере-Вальменир сообщил в Instagram, что отправился сражаться вместе с армянами в Нагорном Карабахе, находящемся в конфликте с Азербайджаном.
Как передает Report, об этом сообщил “Либерасьен”.
Чтобы проиллюстрировать свою приверженность, Марк де Каккере опубликовал фотографию себя в военной форме с автоматом Калашникова в руках. На его бюсте две нашивки: армянский флаг и череп, используемый некоторыми подразделениями СС. Фото подписано “Направление: фронт”. Он также заявил о своем желании создать “бригаду иностранных волонтеров” в сотрудничестве с местными властями.
Sağ radikal “Zouaves Paris” qruplaşmasının lideri Mark de Kakkere-Valmenir “Instagram”dakı səhifəsində bildirib ki, Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb.
“Report” xəbər verir ki, bu barədə “Liberasen” bildirib.
Mark de Kakkere “Kalaşnikov” avtomatı lə hərbi formada şəklini də paylaşıb. Fotoda “İstiqamət: cəbhə yazılıb”. O həmçinin ermənilərlə əməkdaşlıqla “xarici könüllülər briqadası”nı yaratmaq arzusu haqqında bildirib.
O, özünü birbaşa faşist adlandırır. Amma Parisdə zorakılığın əsas təhrikçisi olan sağ ekstremistlər qrupıaşmasına “Zouaves Paris” adıını verib. Mark de Kakkere həmçinin deyib ki, bu kiçik qruplaşma küçələri qorxuda saxlamaq üçündür.
Əfsanəvi hücumçu Dieqo Maradona oktyabrın 30-da 60 yaşını qeyd edir.
Argentinalı “Boka Xuniors”, “Barselona”, “Napoli” klublarında və milli komandadakı çıxışları ilə məşhurlaşıb.
Onun futbol həyatı 10 yaşında Qoyo Karrizo adlı dostu vasitəsilə o vaxtlar “Los Kebollitas” komandasının baş məşqçisi olmuş Fransis Korneho ilə tanış olmasından sonra başlanıb.
“Los Kobollitas” onun çıxış etdiyi müddətdə 136 oyunun heç birində uduzmayıb. 1976-cı ildə “Argentinos Xuniors” klubunda ölkə çempionatı matçına çıxan Maradona 1979-cu ildə keçirilən gənclər arasında dünya çempionatına qatılıb.
Maradona karyerası boyu dörd mundialda çıxış edib. O, 1986-cı ildə Dünya Kubokunu qazanıb. 1990-cı ildə isə onun komandası gümüş medallarla kifayətlənib.
22 iyun 1986-cı ildə argentinalı Dünya çempionatının dörddə bir finalında İngiltərə millisinin qapısına iki qol vurub. Onlardan biri tarixə “Tanrının əli”, digəri isə “yüzilliyin qolu” kimi düşüb.
O, Argentina millisinin şərəfini qoruduğu 91 matçda 34 qol vurub.
Avropada isə Maradona “Barselona”, “Napoli” və “Sevilya” klublarının şərəfini qoruyub.
Maradona 1982-ci ildə o dövr üçün rekord məbləğə – dörd milyon dollara İspaniya “Barselona”sına transfer olub. İki il sonra İtaliya “Napoli”sinə keçən Maradona Neapolda 1991-ci ilədək qalıb.
Ən uzun çıxışı “Napoli”də olan Maradona burada iki dəfə İtaliya çempionu olub, 1989-cu ildə isə UEFA kubokunu qazanıb.
Məşqçi kimi əfsanəvi futbolçu öz vətənində, həmçinin BƏƏ və Meksikada çalışıb. 2010-cu ildə onun rəhbərliyi ilə Argentina millisi Dünya çempionatında dörddə bir finala çıxıb.
Eniş-çıxışlarla, qalmaqallarla zəngin həyatına baxmayaraq, Maradona 2000-ci ildə FİFA tərəfindən braziliyalı Pele ilə birgə XX əsrin ən yaxşı futbolçusu seçilib. Lakin o, təntənəli mərasimdə öz mükafatını aldıqdan sonra Pelenin də təltif olunmasını gözləmədən zalı tərk edib. Futbolçu ertəsi gün verdiyi açıqlamada yalnız özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyi üçün belə addım atdığını bildirib.
Pele isə Maradonanın Argentina millisinə baş məşqçi təyin olunmasını belə şərh edib:
“Güclü və əfsanəvi futbolçular baş məşqçilikdə bir o qədər zəifdirlər”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyənin İzmir şəhərində baş verən zəlzələ ilə bağlı paylaşım edib.
“Report”un xəbərinə görə, paylaşımda deyilir:
“Türkiyənin Egey bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını diləyirəm. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Bizim qardaşlığımız əbədi və sarsılmazdır! Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”
Tacikistan Prezidenti Emomali Rəhmon hökuməti istefaya göndərib.
Bu barədə prezidentin rəsmi saytında məlumat yerləşdirilib.
Sənəddə qeyd olunur ki, Nazirlər Kabineti istefaya göndərilir, lakin hökumət üzvləri yeni heyətin formalaşdırılmasına qədər öz öhdəliklərini yerinə yetirəcək.
Bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adı İstanbulda əbədiləşdiriləcək.
“Report”un Türkiyə bürosu xəbər verir ki, onun adı Şəhid Adil Doğan adına məktəbin kitabxanasına veriləcək.
Layihə İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbələrin yaratdığı İstanbul Universiteti Qardaşlıq və Həmrəylik Cəmiyyətinin üzvlərinin təşəbbüsü və Beykoz rayon rəhbərliyinin dəstəyi ilə reallaşıb. Kitabxananın açılışı noyabrın 9-da baş tutacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin Bursa vilayətində Polad Həşimovun adını daşıyan parkın açılışı olub.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edib.
“Report”un məlumatına görə, paylaşımda deyilir: “Dualarımız Qardaş Türkiyə ilə birlikdədir. Depremdə həyatını kayb edənlərə Uca Allahdan rəhmət diləyirik. Başın sağ olsun Türkiyə! Keçmiş olsun”.
“Ermənilərin dinc əhalimizə hücumları terror aktıdır. Bu hücumlar həm əhalimizə, həm də Bakı-Tbilisi-Ceyhan kəməri kimi strateji obyektlərə edilir.”
Bunu respublikanın Baş Prokuroru Kamran Əliyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsi zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan hökuməti mülki şəxslər arasında itkilərin olmaması üçün əlindən gələni edir. Lakin buna baxmayaraq, hərbi əməliyyatlar başlayandan – 27 sentyabrdan bu günə kimi 91 nəfər mülki şəxs həlak olub.
Baş Prokuror 400 nəfərin xəsarətlər aldığını da bildirib.