Month: October 2020

  • Hikmət Haçıyevdən Türkiyəyə başsağlığı – FOTO

    Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İzmirdə zəlzələdə həlak olanlarla bağlı baş sağlığı verib.

    Bu barədə o, “Twitter” hesabında paylaşım edib:

    “Dualarımız Qardaş Türkiyə ilə birlikdədir. Depremdə həyatını kayb edənlərə Uca Allahdan rəhmət diləyirik. Başın sağ olsun Türkiyə! Keçmiş olsun”.

  • Baş prokuror Kamran Əliyev “Haber Global”da ermənilərin mülki əhalimizə qarşı cinayətlərindən danışıb

    Baş prokuror Kamran Əliyev Türkiyənin “Haber Global” telekanalında canlı yayımda çıxış edib.

    O, ermənilərin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi qanlı cinayətlər haqqında danışıb.

  • İşğaldan azad olunmuş ərazilərdə sərhəd zastavalarından REPORTAJI – FOTO/VİDEO

    İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonları ərazisində Soltanlı, Xələfli, Qumlaq və Xudafərin sərhəd zastavaları rəsmən fəaliyyətə başlayıb.

    İranla sərhəd zastavalarında Azərbaycanın dövlət bayrağı qaldırılıb.

    Bununla bağlı Oxu.Az foto və videoreportajı təqdim edir.

  • Həbib Nurməhəmmədov: “Onları Uca tanrı bu həyatda da, o birində də alçaldacaq”

    “Ulu tanrı azad söz lozunqu altında milyard yarımdan artıq müsəlmanın hisslərini təhqir edən bu məxluqun və davamçılarının simasını eybəcərləşdirsin”.

    Median.Az Apasport.az-a istinadən bildirir ki, bunu MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədov deyib.

    Bir neçə gün öncə karyerasını başa vuran rusiyalı Fransa prezidenti Emanuel Makronun müsəlmanlar barədə fikirlərinə sərt reaksiya verib: “Onları Uca tanrı bu həyatda da, o birində də alçaldacaq. Allah öz hesabını aparandır və siz bunu görəcəksiniz. Biz müsəlmanlar öz peyğəmbərimiz Məhəmmədi (Allahın həmd və salamı olsun) analarımız, atalarımız, uşaqlarımız, həyat yoldaşlarımız və ürəyimizə yaxın olan digər insanlardan çox sevirik. Mənə inanın ki, bu təxribatların onun yanında qalmayacaq, sonluq həmişə Allahdan qorxanların tərəfindədir”.

  • Atası Ağdamda şəhid olmuşdu, özü Bərdədə öldürüldü

    Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Ermənistanın Bərdə şəhərini raket atəşinə tutması nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb. Həlak olanlardan biri də 30 yaşlı Bərdə sakini İsmayıllı Vasif Vaqif oğludur.

    Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əslən Ağdam rayonundan olan və torpaqlarımızın işğalı nəticəsində evlərindən didərgin düşən ailə Bərdə rayonunda məskunlaşıbmış. V. İsmayıllının atası Vaqif İsmayıllı da 1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.

    V. İsmayıllının dayısı İbrahim Qurbanov Ordumuza güvəndiyini, işğal olunmuş Ağdam torpağına geri dönəcəkləri günü gözlədiyini deyib: “Arzu edirəm heç bir şəhidin, o cümlədən də mənim bacım oğlunun, onun atasının qanı yerdə qalmasın. Allah bütün döyüşçülərimizə cansağlığı versin. Sağ olsun Prezidentimiz, sağ olsun Ordumuz ki, bizim arxamızdadır. Biz ancaq qələbə istəyirik!”

  • Latviyalı deputat: Ermənistan təcili olaraq Azərbaycan torpaqlarını tərk etməlidir

    Əgər Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmirsə, o zaman sanksiyalar, məsələn, siyasətçilərin müəyyən bir ölkəyə girişinin qadağan edilməsi, bəzi təşkilatlarda səs hüququndan məhrum edilməsi tətbiq edilməlidir. Düşünürəm ki, dünya dövlətləri bu cür sanksiyalar tətbiq etsəydilər, bu gün belə bir qarşıdurma olmazdı.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Latviyanın ATƏT Parlament Assambleyasında daimi nümayəndə heyətinin üzvü Romans Naudinş deyib.

    Romans Naudinş qeyd edib ki, Avropa İttifaqı və dünyanın aparıcı ölkələri 30 il ərzində Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa və beynəlxalq hüquqa riayət etməyə məcbur etmək üçün çox az iş görüb: “Arzu edirəm ki, sülh bərpa olunsun və Cənubi Qafqaz ölkələri də Baltikyanı ölkələr kimi dinc və mehriban şəraitdə yaşasınlar. Bunun mümkün olduğunu bilirəm və olacağına da əminəm, çünki tarixdə belə nümunələr olub. 1980-ci illərin sonuna qədər azərbaycanlıların və ermənilərin birlikdə yaşadığı Dağlıq Qarabağda heç bir problem yox idi. Onlar orada sülh və mehriban qonşuluq şəraitində yaşayırdılar. Bu məsələdə yalnız Ermənistan və Azərbaycan deyil, beynəlxalq təşkilatlar və siyasətçilər də məsuliyyəti öz üzərinə götürməlidirlər, çünki qan yalnız döyüş meydanında deyil, dinc şəhərlərdə də tökülür”.

  • Koçaryan koronavirusa yoluxdu, Moskva səfəri təxirə düşdü

    Ermənistanın keçmiş prezidenti Robert Koçaryan koronavirusa yoluxub.

    Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

    R.Koçaryanın ofisindən bildirilib ki, o, özünütəcridə yollandığı üçün Moskvaya səfəri təxirə salınıb.

    Xatırladaq ki, R.Koçaryan Rusiya elitası ilə Qarabağ məsələsini müzakirə üçün Moskvaya səfər etməyi planlaşdırırdı.

  • Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

    Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

    Məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Əziz Qardaşım.

    İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılması üçün hər cür yardım göstərməyə hazır olduğumuzu bildirirəm.

    Allah rəhmət eləsin!”.

  • İzmirdə zəlzələdə ölənlərin sayı altıya, yaralıların sayı 257-yə çatıb – YENİLƏNİB + VİDEO

    Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralıların sayı 257-yə çatıb.

    Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    ***

    Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) İzmirdə yaralıların sayının 152 olduğunu açıqlayıb.

    İndiyə qədər dağıntılar altından 70-dən çox insan xilas edilib. 12 binada axtarış xilasetmə əməliyyatı aparılır.

    İzmir’deki deprem anı güvenlik kameralarına yansıdı. #deprem pic.twitter.com/WyVvEIGxft
    — Sporx (@sporx) October 30, 2020

    ***

    Türkiyənin İzmir şəhərində baş vermiş 6.6 ballıq zəlzələdə dörd nəfər həlak olub.

    Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

    Zəlzələ nəticəsində yaralıların sayının 120 nəfər olduğu bildirilir.

  • Azərbaycan Prezidenti Məsud Yılmazın vəfatı ilə bağlı başsağlığı verib

    Prezident İlham Əliyev xanım Berna Yılmaza başsağlığı verib.

    Mətndə deyilir:

    “Hörmətli xanım Yılmaz.

    Həyat yoldaşınız – qardaş Türkiyə Respublikasının dövlət xadimi və siyasi xadim Məsud Yılmazın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

    Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, əzizlərinizə və yaxınlarınıza dərin hüznlə başsağlığı verirəm.

    Allah rəhmət eləsin!”