Month: October 2020

  • Baş Prokurorluğun cinayət işi açdığı separatist Gürcüstan vətəndaşlarını döyüşə çağırır – FOTO

    Ermənistan ordusu Azərbaycana qarşı separatistlərdən yararlanmaqda davam edir.

    Bu dəfə Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin erməni separatçılarına rəhbərlik edən, Azərbaycan Baş Prokurorluğu tərəfindən oktyabrın 9-da haqqında cinayət işi açılmış Vaaqn Çaxalyan çağırış edib.

    O, Gürcüstanın bu bölgəsində yaşayan erməniləri Qarabağda müharibəyə səsləyib. O, ermənilərin döyüşdən əvvəl təlim keçəcəyini bildirib və qoşulmaq istəyənlər üçün əlaqə nömrəsini öz “Facebook” hesabında yerləşdirib.

    Qeyd edək ki, Ermənistan və Türkiyə ilə sərhəddə yerləşən Samtsxe-Cavaxeti bölgəsində etnik ermənilər yaşayır. Onlar bu bölgənin Cavaxeti (ermənilər Cavaxk adlandırırlar – S.M.) hissəsinə iddia edirlər, həmin əraziyə muxtariyyət verilməsini və ya Ermənistana birləşdirilməsini tələb edirlər.
    Ermənilərin Gürcüstan vətəndaşı olan etnik ermənilərin xidmətindən istifadə etməsi isə digər təhlükələrə yol açır. Heç kim zəmanət verə bilməz ki, Qarabağda hərbi təlimlərdə iştirak edən etnik ermənilər daha sonra Gürcüstan üçün təhlükə mənbəyinə çevrilməyəcək.

  • Bu çətin və şərəfli işinizdə Sizə və Ordumuza yeni zəfərlər arzulayıram – Ali Baş Komandana MÜRACİƏTLƏR

    Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimizin, eyni zamanda xarici ölkələrin vətandaşlarının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciətləri davam edir.

    Müraciətlərdə müzəffər ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.

    Prezidentə məktub yazan şəxslər, eyni zamanda, erməni terroru nəticəsində Gəncə, Tərtər, Bərdə və digər rayonlarımıza atılan raketlər və bu hücum zamanı həlak olmuş və yaralanmış şəxslərlə bağlı dərin hüzn hisslərini və başsağlığı ifadə ediblər.

    Məktub yazan şəxslərin sırasında bütün yaş qrupundan olan şəxslərin, həmçinin gənclərin və yeniyetmələrin də olması xüsusi vurğulanmalıdır.

    Azərbaycanın və dünyanın bir çox yerlərindən ünvanlanan məktublarda dövlət başçısının qətiyyəti nəticəsində uzun illərdir düşmən tapdağında olan torpaqlarımızın geri alındığı vurğulanır və Ali Baş Komandana bu çətin və şərəfli işində uğurlar arzu edilir.

  • Azərbaycan Ordusunun döyüş ruhunu göstərən VİDEO

    Müdafiə Nazirliyi Azərbaycan Ordusunun döyüş ruhunu göstərən görüntüləri yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Makron: “Mən Müsəlmanların hisslərini başa düşürəm”

    Fransa Prezidenti Emmanuel Makron müsəlmanların karikatura qalmaqalı ilə əlaqədar keçirdiyi hissləri başa düşdüyünü bildirib.

    Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

    “Mən Məhəmməd peyğəmbərin karikaturalarının nəşri ilə əlaqədar müsəlmanların hisslərini başa düşürəm, lakin onların yayımlanmasının arxasında hökumət durmayıb, bu məsələlər hökumətlə əlaqəsi olmayan azad və müstəqil mediadan qaynaqlanır”, deyə E. Makron “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində

    E.Makron həmçinin əlavə edib ki, onun sözlərinin mənası təhrif olunur və o, karikaturaların dərc edilməsinin tərəfdarı deyil.

  • Baş Prokurorluq separatist Çaxalyanın tutulması üçün Gürcüstanla əməkdaşlığa başladı

    Azərbaycan Respublikası Baş Prokurorluğu Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşan Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanla bağlı məlumat yayıb.

    Məlumatda altı gün əvvəl öldüyü bildirilən Çaxalyanın istintaqa cəlb edilməsi üçün Gürcüstan Baş Prokurorluğu ilə əməkdaşlığa başlanıldığı bildirilib:

    “Əvvəllər xəbər verildiyi kimi, Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanın Azərbaycan Respublikasının ərazisində törətdikləri cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatlar əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış və faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 114 (muzdluluq), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və digər maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.

    İstintaq zamanı Dağlıq Qarabağ ərazisində Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edən muzdlu Vaaqn Çaxalyan Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində rayon məhkəməsi tərəfindən qiyabı olaraq həbs qətimkan tədbiri seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilmişdir.

    Bəzi kütləvi informasiya vasitələrində Vaaqn Caxalyanın döyüş əməliyyatları zamanı öldürülməsi, habelə Gürcüstan Respublikasının vətəndaşlığından məhrum edilməsi ilə bağlı məlumatlar yayılmışdır.

    Bununla bağlı aparılan araşdırma zamanı Gürcüstan Baş Prokurorluğundan alınmış şifahi məlumata əsasən məlum olmuşdur ki, Vaaqn Çaxalyan 2019-cu ilin sonunda Ermənistan Respublikasının vətəndaşlığını qəbul etmiş, bu səbəbdən 2020-ci ilin əvvəllərində Gürcüstan həmin şəxsin vətəndaşlığına xitam vermişdir. Daha sonra Vaaqn Çaxalyan Gürcüstanın müvafiq dövlət qurumlarına müraciət edərək həmin ölkənin vətəndaşlığının bərpa edilməsini xahiş etmiş, lakin 2020-ci ilin iyun ayında onun müraciətinə mahiyyəti üzrə baxılmaqdan imtina edilmişdir.

    Vaaqn Çaxalyanın öldürülməsi ilə bağlı 25.10.2020-ci il tarixdə Gürcüstan media səhifələrində yayılmış məlumatla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Gürcüstan Baş Prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində həmin məlumat öz təsdiqini tapmamışdır.

    Hətta bundan bir neçə gün sonra V.Çaxalyanın “Facebook” sosial şəbəkəsindəki hesabında döyüş əməliyyatlarında iştirakını davam etdirməsinə dair informasiya yerləşdirilmişdir.

    Odur ki, Vaaqn Çaxalyanla əlaqədar istintaq edilən cinayət işi üzrə Gürcüstan Baş Prokurorluğuna hüquqi yardım haqqında rəsmi vəsatət verilmiş və vəsatətin icrası ilə bağlı Gürcüstan Baş Prokurorluğu ilə mütəmadi olaraq əlaqə saxlanılır.

    Hazırda Vaaqn Çaxalyan beynəlxalq axtarışda olmaqla Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi üzrə istintaq davam etdirilir”.

    Qeyd edək ki, oktyabrın 9-da Baş Prokurorluq Vaaqn Çaxalyan və Fransa vətəndaşı Artur Ohanisyan haqqında cinayət işi açıldığını bəyan edib.

  • Rusiya telekanalı “Qarabağ”ın oyunlarına qadağa qoymayıb – AÇIQLAMA

    Rusiyanın “Matç TV” kanalı Azərbaycanın “Qarabağ” klubunun oyunlarının göstərilməsinə qadağa qoymayıb.

    Bu barədə telekanalın azərbaycanlı şərhçisi Elvin Kərimov öz “Facebook” hesabında məlumat paylaşıb.

    “Birincisi, oktyabrda kanal Azərbaycan yığmasının Millətlər Liqasındakı oyununu göstərib. İkincisi, cümə axşamları Avropa Liqasında olduqca çox matçlar olur və kanal hansı oyunları göstərməyi seçir.

    22 oktyabr Bakı vaxtı ilə saat 22:00-da (“Makkabi” – “Qarabağ” matçı ilə paralel vaxtda) idman kanalında bu oyunlar yayımlanırdı: “Volfsberq” – ÇSKA, “Dinamo” (Zaqreb) – “Feyenoord” (ÇSKA-nın qrupdakı rəqibləri olduğu üçün), “Lester” – “Zarya”, “Seltik” – “Milan” və “Totenhem” – LASK. Məncə, bunu başa düşmək üçün proqram direktoru olmağa ehtiyac yoxdur.

    29 oktyabr 21:00-da (“Qarabağ”ın “Vilyareal”la oyunu ilə paralel vaxtda) ÇSKA-nın Zaqreb “Dinamo”su ilə, “Feyenoord”un “Volfsberq”lə, “Antverpen”in “Totenhem”lə, AEK-in “Lester”lə və “Milan”ın “Sparta” ilə matçları göstərilib. Yenidən yüksək rəqabət olduğu üçün – ÇSKA-nın matçı, “hərbçilər”in rəqibləri, İngiltərə Premyer Liqası klubları və “Milan”ın iştirakı ilə matçlar olduğu üçün belə edilib”.

  • Минобороны Азербайджана провело брифинг в связи с последней ситуацией на фронте – ВИДЕО

    Министерство обороны Азербайджана провело 31 октября пресс-конференцию в связи с последней ситуацией в зоне боевых действий.

    В брифинге принял участие пресс-секретарь оборонного ведомства полковник-лейтенант Анар Эйвазов.

  • Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA – VİDEO

    Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirir.

    Konfransda nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov iştirak edir.

    O, gün ərzində cəbhədə baş vermiş hadisələr haqqında məlumat verir.

  • Ermənilərin kəşfiyyat-diversiya qrupu məhv edildi – VİDEO

    Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb.

    Müdafiə Nazirliyinin məlumatına görə, bu gün günorta saatlarında düşmənin canlı qüvvə ilə dolu hərbi avtomobil texnikasının mövqelərimiz istiqamətində hərəkəti müşahidə edilib.

    Məlum olub ki, Ermənistanın xüsusi təyinatlı qüvvələrindən ibarət kəşfiyyat-diversiya qrupu təxribat törətmək məqsədilə qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərib. Düşmənə vurulan birinci atəş zərbəsi ilə avtomobil texnikası sıradan çıxarılıb və kəşfiyyat-diversiya qrupu pərən-pərən düşərək qaçmağa başlayıb.

    Həmin qrupun üzvlərinin ərazini tərk etmələri üçün “Kamaz” markalı ikinci avtomobilə minmələri də müşahidə edilib. İçərisi silahlı hərbçilərlə dolu olan bu avtomobil də istiqamətlənmiş dəqiq atəş zərbəsi ilə dərhal məhv edilib. Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik:

  • İşğalçı Ermənistanın Şuşada meşələri yandırmasına nazirlikdən REAKSİYA

    “Təcavüzkar Ermənistan indi də qəsdən Şuşa meşələrini yandırmaqla Azərbaycanın işğal altında saxladığı ərazilərində ekoloji terroru davam etdirir və bölgənin, ümumiyyətlə isə planetimizin ekoloji durumuna qarşısıalınmaz zərərlər vurmaqla yeni növ cinayətlərə əl atır”.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

    Onun sözlərinə görə, işğalçı Ermənistanın olduqca qiymətli Şuşa meşələrinə zəhərli və söndürülməsi mümkün olmayan maddələrdən istifadə etməklə od vurması təcavüzkar rejimin insanlığa zidd qəddar xislətini bir daha nümayiş etdirir:

    “Bütün Dağlıq Qarabağ bölgəsində olduğu kimi Şuşada da çox zəngin və qiymətli meşələrimiz var. İşğaldan əvvəl meşə fondunun ümumi sahəsi 8526 hektar olub.

    Əsasən qiymətli və çoxillik palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc, qoz ağaclarından ibarət sıx meşəliklərin yaratdığı unikal bir ekosistemin məhv edilməsi, əsasən endem xarakterli bioloji müxtəlifliyə ciddi zərbə vuran bu vandal hərəkətlər Ermənistan tərəfinin də qoşulduğu ətraf mühit üzrə bütün beynəlxalq konvensiyalara görə bəşəri cinayət kimi qiymətləndirilir.

    Çünki ağ fosfor tipli bombalardan istifadə edilməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir”.

    Nazirlik rəsmisi bu cinayət faktının qarşısının alınması, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün region ölkələrini, həmçinin dünya birliyində yer alan dövlətlərin təbiəti mühafizə qurumlarını, beynəlxalq ekoloji təşkilatları birləşməyə çağırıb.