Month: October 2020

  • İşğalçı Ermənistanın Şuşada meşələri yandırmasına nazirlikdən REAKSİYA

    “Təcavüzkar Ermənistan indi də qəsdən Şuşa meşələrini yandırmaqla Azərbaycanın işğal altında saxladığı ərazilərində ekoloji terroru davam etdirir və bölgənin, ümumiyyətlə isə planetimizin ekoloji durumuna qarşısıalınmaz zərərlər vurmaqla yeni növ cinayətlərə əl atır”.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

    Onun sözlərinə görə, işğalçı Ermənistanın olduqca qiymətli Şuşa meşələrinə zəhərli və söndürülməsi mümkün olmayan maddələrdən istifadə etməklə od vurması təcavüzkar rejimin insanlığa zidd qəddar xislətini bir daha nümayiş etdirir:

    “Bütün Dağlıq Qarabağ bölgəsində olduğu kimi Şuşada da çox zəngin və qiymətli meşələrimiz var. İşğaldan əvvəl meşə fondunun ümumi sahəsi 8526 hektar olub.

    Əsasən qiymətli və çoxillik palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc, qoz ağaclarından ibarət sıx meşəliklərin yaratdığı unikal bir ekosistemin məhv edilməsi, əsasən endem xarakterli bioloji müxtəlifliyə ciddi zərbə vuran bu vandal hərəkətlər Ermənistan tərəfinin də qoşulduğu ətraf mühit üzrə bütün beynəlxalq konvensiyalara görə bəşəri cinayət kimi qiymətləndirilir.

    Çünki ağ fosfor tipli bombalardan istifadə edilməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir”.

    Nazirlik rəsmisi bu cinayət faktının qarşısının alınması, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün region ölkələrini, həmçinin dünya birliyində yer alan dövlətlərin təbiəti mühafizə qurumlarını, beynəlxalq ekoloji təşkilatları birləşməyə çağırıb.

  • Şəmkirdə maşın ağaca çırpıldı: Ölən var

    Şəmkirdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, qəza Bakı-Qazax magistral yolunun rayonun Düyərli kəndindən keçən hissəsində qeydə alınıb.

    Hərəkətdə olan “Mercedes” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

    Qəza zamanı sürücü, 2000-ci il təvəllüdlü Qasımov Eldəniz Məhərrəm oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib, avtomobildə olan bir nəfər sərnişin isə hadisə yerində həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan QHT-ləri Ermənistanın qadağan olunmuş silahlardan istifadəsinə dair BƏYANATI

    Ermənistan insanlığa qarşı törədiyi cinayətlərin Azərbaycan xalqını qorxurtmadığını və torpaqlarını işğaldan azad etməkdə qərarlı olduğunu görərək yeni və daha təhlükəli metodlara və təxribatlara əl atmağa başlayıb.

    Bu barədə Azərbaycan QHT-lərin bəyanatında bildirilir.

    “Belə ki, bu gün Azərbaycan müdafiə nazirliyinin verdiyi rəsmi məlumata görə işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub. Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində Ermənistanın hərbi-siyasi rəhbərliyinin məqsədi ilk növbədə onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya Azərbaycan tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır”, – deyə bəyanatda bildirilir.

    Bəyanatda qeyd olunur ki, artıq Ermənistanın təbliğat maşını guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayaraq gələcək təxribatlar üçün zəmin yaratmağa başlayıb:

    “Belə ki, bu gün Ermənistan silahlı qüvvələri Şuşa meşələrində qadağan olunmuş ağ fosfordan istifadə etməklə qəsdən yanğın törətmiş və bunu Azərbayacanın üzərinə atmağa çalışmışdır. Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsi qəbul olunmuş müvafiq beynəlxalq konvensiyaların növbəti dəfə kobud şəkildə pozulması və dəhşətli müharibə cinayəti aktıdır.

    Hesab edirik ki, aidiyyatı beynəlxalq təşkilatlar Ermənistan tərəfindən törədilən bu hərbi cinayətə laqeyd qalmamalı və ona adekvat qiymət verməlidir. Eyni zamanda beynəlxalq ictimaiyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini tarix və hüquq qarşısında məsuliyyət daşıyacağı beynəlxalq cinayətlər törətməyi dayandırmağa, xalqının gələcək taleyini düşünərək işğal olunmuş Azərbaycan ərazilərini tərk etməyə, regionda sülhün və təhlükəsizliyin yaranmasına mane olmamağa çağırmalıdır”.

    Bəyanatı 30-dan artıq QHT rəhbəri imzalayıb.

  • Erməni ordusunda hərbçi qıtlığının çirkin mənzərəsi – FOTO

    Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin tamamilə məhv olması fonunda kadr çatışmazlığı bu cür mənzərələrə gətirib çıxardır.

    Kadrları “Caliber” “Telegram” kanalı paylaşıb.

    Fotoda cırtdan insanların əllərində demək olar ki, yararsız silahla cəbhə xəttində şəkiləri əks olunub.


    “Qagik Tsarukyanlar, Artur Vanetsyanlar, Anna Akopyanlar isə heç cəbhəyə gedib çıxmayıblar. Görəsən, Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqını nə vaxta qədər qırğına aparacaq?”, – deyə kanal bildirib.

    Qeyd edək ki, Azərbaycan ordusunun öz torpaqlarını işğaldan azad etmək üçün əks hücum əməliyyatlarında uğurları Erməni ordusunda kəskin hərbçi qıtlığına gətirib. Bundan əvvəl də onların cəbhə xəttinə yaşlıları, qadınları göndərdiyi, hərbi əməliyyatlara isə hətta yeniyetmələri cəlb etdiyi barədə kadrlar yayılmışdı.

  • 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək

    Bu gecə 76 ildən sonra ilk dəfə dünyanın hər yerindən “Mavi Ay” görünəcək.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Sözügedən təbiət hadisəsi çox nadir olduğu üçün böyük əhəmiyyət daşıyır.

    Qeyd edək ki, “Mavi Ay” hadisəsində Yerin təbii peykinin rəngi dəyişmir. Sadəcə, dünyada vulkan püskürmələri və meşə yanğınlarının səbəb olduğu toz buludlarına görə bədirlənmiş Ay mavi tonlarda görünür.

  • “Xarı bülbül, sən qış sanırsan, bəlkə, gələn bahardır” – FOTO

    Türkiyədə dərc olunan “Ayarsız” aylıq dərgisi xarı bülbülü qapaq şəkli edib.

    Dərginin üstündə isə “Xarı bülbül, sən qış sanırsan, bəlkə, gələn bahardır” qeydi yazılıb.

    Aylıq jurnal Qarabağın simvolu olan xarı bülbülə üstünlük verməklə, Azərbaycana, xalqımızın mənfur düşmənlə apardığı haqq mübarizəsinə dəstəyini ifadə edib.

    Qeyd edək ki, fəlsəfə, mədəniyyət, incəsənət və ədəbiyyat dərgisi ayda bir dəfə nəşr olunur. Dərginin cəmiyyətin müxtəlif kəsimlərindən böyük oxucu auditoriyası var.

  • Журналист из Казахстана: Не могу молчать как тюркская женщина, когда идет война в Нагорном Карабахе

    Общественный деятель Казахстана, член Союза журналистов, представитель международного журнала “Azərbaycan dünyası” (“Азербайджанский мир”) в РК Насиха Гумаркызы высказала свое мнение касательно ситуации в Карабахе, передает UZYN.KZ.

    Насиха Гумаркызы рассказала, что за событиями в Нагорном Карабахе она следит со слезами на глазах.

    “В эти трудные и жестокие дни освободительной войны Азербайджана за свои исконно исторические, родные земли, за Нагорный Карабах я не могу молчать. Не могу молчать как мать, бабушка, как гражданка Казахстана, как простая тюркская женщина и большой друг Азербайджана.

    Перед глазами всплывают Ходжалинский геноцид 1992 года, Сумгайыт, Агдам. Смерть маленькой девочки Захры в Физулинском районе в результате минометного обстрела мирного населения. А теперь такая жестокая смерть женщин, стариков и детей, мирно спавших в своих домах в городе Гяндже в результате ночного варварского обстрела баллистической ракетой.

    С болью в сердце, со слезами на глазах каждый день слежу за событиями в Нагорном Карабахе. Плачу вместе с азербайджанцами и молюсь, чтобы были освобождены оккупированные земли, и все вернулись на свою родину. Радуюсь каждой победе азербайджанской армии! Горжусь Ильхамом Алиевым!”, – говорит она.

    По ее словам, невозможно смотреть на фото, где 10-месячную малышку, погибшую при ночном ракетном обстреле со стороны ВС Армении в Гяндже в ночь с 16 на 17 октября 2020 года, отец Тимур Халигов несет на руках.

    “Сейчас весь мир прикован к событиям в Нагорном Карабахе.
    Ночная атака ракетами мирно спящего населения в Гяндже – это военное преступление против человечества. Это наглый и жестокий терроризм, геноцид мирного азербайджанского населения.

    Но, к сожалению, некоторые страны, которые кричат, льстят и пишут “Азербайджан – наш партнер, наши братья и сестры, наши мусульмане, наши тюрки!”, не могли решиться официально морально поддержать Азербайджан, поддержать Президента Ильхама Алиева, поддержать братский азербайджанский народ”, – пишет общественный деятель.


    Кроме того, Насиха Гумаркызы пожелала, чтобы война поскорее кончилась.

    “Азербайджану не нужны материальная поддержка, снабжение оружием. Азербайджан – сильная страна, армия оснащена и не нуждается в посторонней помощи и вмешательстве.
    Не зря пословица гласит: “Друг познается в беде”. Освободительная война Азербайджана показала, кто есть кто.

    Конечно, все прекрасно знают, что отношения между народами Азербайджана и Казахстана имеют многовековую историю. Дружба между Казахстаном и Азербайджаном – знак особого отношения к историческим личностям обоих народов, еще один вклад в дело укрепления сотрудничества в гуманитарной сфере. Нас связывают общие тюркские корни. У нас одно наследие – Коркыт Ата (Деде Горгуд).

    Казахстан, где проживают 300 национальностей разных народов, в том числе тюркских, желает только победы и полного освобождения родных земель.

    Наши государства в ХХ веке на правах союзных республик входили в СССР. В

    1930-1940-е годы Казахстан стал местом депортации для многих народов, в том числе и для тысяч азербайджанских семей. Казахский народ протянул руку помощи, помог освоиться в тяжелое время на новом месте, в суровом лагере АЛЖИР в Акмолинской области, на севере Казахстана, помогли выжить 44 азербайджанским женщинам.

    Казахский писатель Олжас Сулейменов одним из первых прилетел в январе 1990 года в Баку и осудил ввод войск в Баку, в результате чего погибли невинные люди. Олжас Сулейменов – сейчас уважаемый и большой друг Азербайджана.

    Карабахская война – это одна непрекращающаяся трагедия двух народов по вине одного человека. Уверена, никто не хочет войны. Всем нужен мир. Часто на своих мероприятиях я рассказываю о Ходжалы, о Нагорном Карабахе.

    В СМИ и соцсетях бурно обсуждается, кто на чьей стороне. Казахстан никогда не пойдет и не применит военные силы против Азербайджана. Этому доказательство наши крепкие тюркские корни, общее наследие Коркыт Ата, наши дружба и солидарность, партнерские экономические отношения. И еще доказательство тому – официальное заявление президента Казахстана К.Токаева, в котором он выразил поддержку и солидарность Азербайджану.

    Сейчас в Казахстане активизировались акции в поддержку Азербайджана. И стар, и млад – все понимают, насколько близок нам азербайджанский народ, и все верят и выражают надежду, что Карабах будет освобожден. И зацветут сады в Карабахе!

    В такие моменты нужно объединяться и быть солидарными всему тюркскому миру! Призываю к миру обе стороны остановить войну!”, – призвала женщина.

  • Nasixa Qumarqızı: “Qarabağda bağlar çiçək açacaq!”

    “Azərbaycan ordusunun hər qələbəsinə sevinirəm! İlham Əliyevlə fəxr edirəm!”

    Uzyn.kz saytının məlumatına görə, Qazaxıstan Respublikasının ictimai xadimi, Qazaxıstan Jurnalistlər Birliyinin üzvü, Beynəlxalq “Azərbaycan dünyası” jurnalının Qazaxıstandakı nümayəndəsi Nasixa Qumarqızı Qarabağdakı vəziyyətlə bağlı fikirlərini bildirərkən belə söyləyib.

    O, 1992-ci il Xocalı soyqırımını, Ağdam hadisələrini, Ermənistan ordusunun dinc sakinləri minaatanlardan atəşə tutması nəticəsində Füzuli bölgəsində kiçik Zəhranın ölümünü, o cümlədən son günlərdə Azərbaycanın münaqişə bölgəsindən uzaq şəhərlərinə gecə ballistik raketlərlə barbar hücumları, dinc şəkildə yatan qadınların, qocaların və uşaqların amansız şəkildə öldürülməsini ürək ağrısı ilə izlədiyini bildirib.


    O, Azərbaycanı özünün müttəfiqi, müsəlman, türk qardaşı adlandıran bəzi ölkələrin rəsmən Azərbaycana, Prezident İlham Əliyevə mənəvi dəstək olmağa cəsarət edə bilmədiyini vurğulayıb:

    “Azərbaycanın maddi dəstəyə, silah tədarükünə ehtiyacı yoxdur. Azərbaycan güclü ordu ilə təchiz olunub, kənar yardım və müdaxiləyə ehtiyac duymur. Atalar sözü boş yerə deyilmir: “Dost dar gündə tanınar”. Azərbaycanın azadlıq müharibəsi kimin kim olduğunu göstərdi”.

    O, ölkəsi ilə Azərbaycan arasında münasibətlərin çox qədim tarixə malik olduğunu vurğulayaraq, 300 millətin yaşadığı Qazaxıstan xalqının Azərbaycana yalnız qələbə və doğma torpaqlarını işğaldan tamamilə azad etməsini dilədiyini qeyd edib.

    “Hazırda Qazaxıstanda Azərbaycana dəstək aksiyaları güclənib. Yaşlılar da, gənclər də, hamı Azərbaycan xalqının nə qədər doğma olduğunu başa düşür. Hamı Qarabağın azad olunacağına inanır və ümid bəsləyir. Qarabağda bağlar çiçək açacaq!”, – deyə Nasixa Qumarqızı sözlərini yekunlaşdırıb.

  • Rəsmi Bakı düşmənin daha bir yalanını ifşa etdi: “Fosfor tərkibli maddələr…”

    “Son zamanlar Ermənistan tərəfindən çoxlu sayda saxta videoların yayılması müşahidə olunur”.

    Median.Az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.

    Onun sözlərinə görə, Ermənistan iddia edir ki, guya Azərbaycanda ordusunda xarici döyüşçülər iştirak edir:

    “Bunlar saxta məlumatlardır. Belə təxribat xaraketli məlumatlardan biri də bu günlərdə Azərbaycan tərəfinin guya fosfor tərkibli döyüş sursatlarının istifadə etməsi ilə bağlı olan məlumatdır.

    Azərbaycan tərəfində olan kəşfiyyat məlumatlarına əsasən, düşmən tərəfi Xocavənd istiqamətində fosfor tərkibli maddələrin, döyüş sursatlarının daşınmasını həyata keçirir. Burada əsas məqsəd bunlardan Azərbaycana qarşı istifadə etməkdir. Bu, açıq təxribatdır.

    Məqsəd Azərbaycanın fosfor tərkibli maddələrin istifadə etməsi ilə bağlı dezinformasiyalar yaymaqla, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaqdır”.

    “Ermənistanın bu kimi saxta məlumatları yaymaqla, dinc əhalini hədəfə almaqda məqsədi bəllidir. Onlar münaqişənin sülh yolu ilə həllinə maraqlı deyil. Onlar işğalı möhkəmləndirmək, eyni zamanda, üçüncü tərəfi bu münaqişəyə cəlb etmək istəyir” – deyə XİN rəsmisi qeyd edib.

  • Скончался Шон Коннери

    Британский актер Шон Коннери, получивший мировую известность благодаря роли агента спецслужб Джеймса Бонда, умер в возрасте 90 лет.

    Об этом в субботу 31 октября сообщила телерадиовещательная корпорация ВВС со ссылкой на родственников артиста, пишет ТАСС.

    За свою профессиональную карьеру артист снялся в более чем 70 картинах, в том числе в семи кинолентах про агента 007.