Month: October 2020

  • Məşhur aktyor Şon Konneri vəfat etdi

    Məşhur britaniyalı aktyor, Ceyms Bond rolları ilə tanınan Şon Konneri vəfat edib.

    BBC-nin məlumatına görə, aktyorun 90 yaşı var idi.

    Onun ölüm səbəbləri hələ açıqlanmayıb.

    Qeyd edək ki, o, “Oskar” (1988), “BAFTA” (1988, 1990) və “Qızıl Qlobus” (1972, 1988) mükafatlarının laureatı olub.

    O, 1962-1983-cü illərdə Yan Fleminqin əsərlərinin ekranizasiyası olan Ceyms Bond haqqında 7 filmdə çəkilib. Bundan başqa “İndiana Cons və son səlib yürüşü” və “Qaya” filmdəki rollarına görə tanınıb.

    Məşhur aktyor ümumiyyətlə 70-dən artıq kinofilmdə rol alıb.

  • İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı artır – YENİLƏNİB

    İzmir şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 885 nəfərə çatıb.

    Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

    Bildirilib ki, ölənlərin sayı 28-ə yüksəlib. Üçü xüsusilə ağır olmaqla, yeddi nəfər reanimasiyada müalicə alır.

  • Leyla Abdullayeva XİN rəhbərlərinin Cenevrə görüşündən danışdı: “Bundan sonra…”

    “Cenevrə şəhərində Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin görüşündən sonra erməni silahlı qüvvələri Azərbaycanın hərbi birləşmələrini və yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutur”.

    Median.Az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.

    Onun sözlərinə görə, Ermənistan özünün öhdəliklərinə, eləcə də, beynəlxalq vasitəçilərin əməyinə, səylərinə hörmətsizlik edir:

    “Azərbaycan tərəfi 18 oktyabrda birtərəfli şəkildə ermənilərin cəsədlərinin qaytarılmasını təklif edib. Əvvəl Ermənistan bu təklifə razılıq vermədi. Daha sonra isə 28-29 oktyabrda Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiyanın səyləri nəticəsində ermənilərin cəsədləri qarşı tərəfə verilib.

    Dünən 85 yaşlı ahıl şəxs Ermənistana təhvil verilib. Düşmən isə 84 yaşlı ahılı geri almaqdan imtina edib”.

  • XİN-dən ölkəmizdə işgəncəyə məruz qaldığını iddia edən erməni əsirlə bağlı AÇIQLAMA

    Xarici İşlər Nazirliyi Azərbaycanda işgəncələrə məruz qaldığını iddia edən 85 yaşlı Evgeniya Babayanla bağlı məsələyə aydınlıq gətirib.

    Median.Az-ın məlumatına görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib ki, həmin qadın sonradan fiziki zorakılığa məruz qalıb:

    “O, sağlamlıq vəziyyətinin yaxşı olmamasına baxmayaraq, müstəntiq qarşısına çıxarılıb və ona edilən təzyiqlər nəticəsində Azərbaycana qarşı ifadə verib”.

    “Biz Ermənistanın növbəti dəfə bu kimi qeyri-humanist addımlarını pisləyirik”, – deyə XİN rəsmisi qeyd edib.//oxu.az

  • SOCAR: Землетрясение в Измире не повлияло на деятельность STAR NEZ

    Землетрясение в Измире не повлияло на деятельность нефтеперерабатывающего завода STAR компании SOCAR на полуострове Алиага, расположенном примерно в 120 км к северу от эпицентра.

    Об этом Bloomberg сообщили в Государственной нефтяной компании Азербайджана (SOCAR).

    Отметим, что 30 октября в турецком Измире произошло сильное землетрясение, в результате которого погибли 25 человек, 804 получили ранения.

    Годовая перерабатывающая мощность НПЗ STAR составляет 10 млн тонн. Здесь в основном производятся дизельное топливо (4,8 млн тонн), авиационное топливо (1,6 млн тонн), нафта (1,6 млн тонн), сжиженный нефтяной газ, смешанный ксилен, нефтяной кокс.

    Завод расположен на полуострове Алиага, который имеет стратегическое значение с точки зрения перевозок. Наряду с НПЗ STAR на полуострове располагаются нефтехимический комплекс Petkim, ветроэнергетическая станция и крупнейший порт Эгейского моря – SOCAR Terminal.

  • SOCAR: İzmirdəki zəlzələ STAR NEZ-in fəaliyyətinə təsir etməyib

    “İzmir şəhərində baş verən zəlzələ episentrdən təxminən 120 kilometr şimalda yerləşən Əliağa yarımadasındakı SOCAR-ın STAR Neft Emalı Zavodunun fəaliyyətinə təsir etməyib”.

    Bu barədə Bloomberg agentliyinə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.

    Qeyd edək ki, dünən Türkiyənin İzmir şəhərində 25 nəfərin ölümü, 804 nəfərin xəsarət alması ilə nəticələnən güclü zəlzələ baş verib.

    Xatırladaq ki, SOCAR-ın STAR Neft Emalı Zavodunun illik emal gücü 10 milyon tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı (1,6 milyon ton), nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında STAR NEZ ilə yanaşı, SOCAR-ın Petkim neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

  • XİN rəsmisindən ermənilərin bölgədəki qanunsuz fəaliyyətləri ilə bağlı AÇIQLAMA

    “Sentyabrın 27-dən başlayaraq, Azərbaycan Respublikasının silahlı qüvvələri Ermənistanın ölkəmizə qarşı başlatdığı yeni hərbi təcavüzə cavab olaraq, özünümüdafiə əsasında əks-həmlə tədbirlərini həyata keçirir”.

    Median.Az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.

    Onun sözlərinə görə, Azərbaycan tərəfi bugünədək dəfələrlə beynəlxalq müstəvidə bəyan edib ki, məhz Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasəti, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni mövcudluğu, işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən həyata keçirən qanunsuz fəaliyyətlər bütün bölgəyə ciddi təhdid təşkil edir.

    O qeyd edib ki, Azərbaycan ordusu qarşısında aciz qalan Ermənistan mülki şəxsləri hədəfə alıb:

    “Onlara qarşı qadağan olunan silahlardan istifadə edib. Azərbaycan ordusu 27 sentyabrdan başlatdığı əks-hücum tədbirlərini beynəlxalq hüquqi norma və prinslərə uyğun şəkildə həyata keçirir”.

  • ВС Армении подвергли обстрелу 182 населенных пункта Азербайджана – ОФИЦИАЛЬНО

    Армения обстреляла 182 населенных пункта Азербайджана.

    Об этом заявил на брифинге руководитель Центра анализа экономических реформ и коммуникаций Вюсал Гасымлы.

    “По Агдаму были выпущены 43 артиллерийских снаряда, по Тертеру – 40, Агджебеди – 28, Геранбою – 25, Гейгелю – шесть, Физули – 17, по Шамкиру, Габале, Кюрдамиру, Хызы, Бейлагану и Гарадагу – по одному снаряду.

    Наибольшее количество ракет было сброшено на Геранбой – 49. По Физули были выпущены 34 ракеты, 30 – по Барде, 18 – по Тертеру, 14 – по Агджебеди и 22 – по Гяндже”, – сказал он.

    Гасымлы подчеркнул, что в целом по азербайджанским населенным пунктам было выпущено 27 308 снарядов.

    “Больше всего ударов было нанесено по Тертерскому району – 15 468, по Агдаму – 9 291, по Агджебеди – 1 567 и 623 – по Геранбою”, – отметил он.

  • Azərbaycanın 182 yaşayış məntəqəsinə mərmi atılıb – RƏSMİ

    “Ermənistan Azərbaycanın 182 yaşayış məntəqəsinə mərmi atıb”.

    Median.Az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı keçirilən brifinqdə bildirib.

    “Ağdama 43, Tərtərə 40, Ağcabədiyə 28, Goranboya 25, Göygölə altı, Füzuliyə 17, Şəmkir, Qəbələ, Kürdəmir, Xızı, Beyləqan və Qaradağın hər birinə bir mərmi atılıb.

    Ən çox raket isə Goranboya düşüb ki, 49 təşkil edir. Füzuliyə 34, Bərdəyə 30, Tərtərə 18, Ağcabədiyə 14 və Gəncə şəhərinə 22 raket atılıb”, – deyə o qeyd edib.

    V.Qasımlı vurğulayıb ki, Azərbaycanın yaşayış məntəqələrinə 27308 mərmi atılıb:

    “Ən çox mərmi Tərtər rayonuna atılıb ki, bu da 15468-dir, Ağdama 9291, Ağcabədiyə 1567 və Goranboya 623 mərmi zərbəsi endirilib”.//oxu.az

  • Уничтожены боевая техника и живая сила противника – ВИДЕО

    31 октября в первой половине дня в результате ударов азербайджанской армии были уничтожены боевая техника и большое число живой силы противника.

    Об этом сообщает Минобороны АР.

    Точными огневыми ударами по противнику были уничтожены три танка, РСЗО “Град”, грузовик с боеприпасами, три гаубицы-пушки на боевой позиции и на прицепе, а также большое число живой силы вооруженных сил Армении.