Month: October 2020

  • Döyüşlərin getdiyi rayonlar üzrə 70 faiz abonentin qaz təchizatı var

    Oktyabrın 8-də düşmənin atdığı mərmi Goranboy rayonu, Ağcakənd qəsəbəsində diametri 76 mm olan qaz xəttini zədələyib və bunun nəticəsində bir küçənin qaz təchizatı məhdudlaşdırılıb.

    “Azəriqaz” İB-dən verilən məlumata görə, hazırda Füzuli rayonu üzrə 34 yaşayış məntəqəsi təbii qazla təchiz olunur, yalnız 6 yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılıb.

    Ağcabədi rayonu üzrə ümumi yaşayış məntəqələrinin yarısı qazla tam təmin edilir. Ağdam rayonu üzrə isə 6 yaşayış məntəqəsi təbii qazla təchiz olunub, digərlərində məhdudlaşdırma var.

    Beyləqan, Bərdə və Tərtər rayonları tam olaraq təbii qazla təmin edilib. Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı təhlükəsizlik cəhətdən hələlik bərpa olunmayıb.

    Qeyd edək ki, döyüşlərin getdiyi rayonlar üzrə (Tərtər Regional qaz istismarı İdarəsinin xidmət sahəsi) ümumilikdə 70 faiz abonentin qaz təchizatı təmin edilir, 30 faiz abonentin isə qazla təchizatında məhdudiyyətlər qalmaqdadır.

  • Враг обстрелял наши районы – ОФИЦИАЛЬНО

    Противник обстреливает населенные пункты Азербайджана.

    Об этом сообщили в Министерстве обороны АР.

    Согласно информации, армянские вооруженные силы обстреливают села Геранбойского, Тертерского и Агдамского районов.

    Подразделения азербайджанской армии принимают адекватные меры против врага.

  • Düşmən rayonlarımızı atəşə tutub – RƏSMİ

    Düşmən yaşayış məntəqələrimizi artilleriya atəşinə məruz qoyub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur.

    Ordumuzun bölmələri tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür

  • Prezidentin köməkçisi: “30 illik ekoloji terrora son qoyulub”

    “Azərbaycanın Suqovuşan kəndinin işğaldan azad olunması ilə 30 illik ekoloji terrora son qoyulub”.

    Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb:

    “Tərtər çayı bol sulu axır. Ermənistan tərəfindən suyun axını bilərəkdən həmişə dayandırılıb. Azərbaycanın Tərtər, Goranboy və Yevlax rayonlarında ekoloji tarazlıq təmin ediləcək”.

    30 years long environmental terror came to an end with the de-occupation of Sugovusan village of Azerbaijan. Tartar river runs with plentiful water. On purpose Armenia always stopped flow of water.

    Eco balance will be provided in Tartar, Goranboy and Yevlakh regions of Azerbajan.
    — Hikmet Hajiyev (@HikmetHajiyev) October 8, 2020

  • Ağdamda düşmən mərmiləri böyük dağıntılara səbəb olub – VİDEO

    Ermənistan ordusu Ağdamı atəşə tutmağa davam edir.

    Baku TV xəbər verir ki, bu gün günorta saat 12-ə kimi rayon ərazisinə 350-ə yaxın mərmi düşüb. 27 evə ciddi ziyan dəyib, onlardan bir neçəsi dağılıb. Bir orta məktəbə və bir musiqi məktəbinə ciddi ziyan dəyib.

    Bir avtomobilin yanına mərmi düşməsi nəticəsində avtomobildə olan iki şəxs yaralanıb. Məcburi köçkün Qənimət Quliyevanın həyətinə də mərmi düşüb. Yarımtikililərə və “Mercedes” markalı avtomobilə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.

  • Заявление Минобороны в связи с последней ситуацией на фронте – ВИДЕО

    Министерство обороны Азербайджана провело брифинг в связи с последней ситуацией на фронте.

    На брифинге принял участие пресс-секретарь Минобороны полковник –лейтенант Анар Эйвазов.

    Пресс-секретарь проинформировал о событиях, произошедших на передовой в течение дня.

  • Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA – VİDEO

    Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirir.

    Konfransda nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov iştirak edir.

    O, keçirilən brifinqdə gün ərzində cəbhədə baş vermiş hadisələr haqqında məlumatlar verir.

  • Düşməndən xilas edilən Suqovuşan boz çöllərə can verdi

    Tərtər rayonu, Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşən ümumi həcmi 5,86 milyon kub metr olan “Suqovuşan” su anbarı 28 il ərzində işğal altında olub.

    İşğal altında olduğundan Tərtər rayonunun 24 min 481 ha, Ağdərə rayonunun 14 min 380 ha, Goranboy rayonunun 6 min 938 ha, Yevlax rayonunun 5 min 912 ha, Bərdə rayonunun 12 min 620 ha, Ağdam rayonunun 29 min 886 ha və Ağcabədi rayonunun 2 000 ha, ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranıb.

    Bununla yanaşı, suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaradıb. Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kub metr olan əsas magistral kanala, kanalın 5,2 km-dən sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kbm olan müvafiq olaraq Sağ Sahil və Sol Sahil magistral kanallarına verilirdi.

    Sentyabr ayının 27-dən başlayan əks-hücum nəticəsində şanlı Azərbaycan ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra “Suqovuşan” su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunub.

    Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranıb.

    Bu ərazilərə öz axımı ilə suyun verilməsi, eyni zamanda, ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyyatında qənaətin yaranmasına səbəb olacaq.

    Əminik ki, aparılan bu geniş miqyaslı işlərin yekunu olaraq “Sərsəng” su anbarı sisteminə daxil olan bütün obyektlər işğaldan azad olunacaq. “Sərsəng”, “Suqovuşan” su anbarları bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

  • Silahlı Qüvvələrə Yardım Fonduna ianələr – SİYAHI

    Müdafiə Nazirliyindən verilən məlumata əsasən, 27 sentyabr 2020-ci ildə, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

    Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Artıq ciddi uğurlarımız var, bir sıra ərazilərimiz işğaldan azad edilib, düşmən böyük itkilər verib.

    Belə bir həssas dönəmdə ölkədə fəaliyyət göstərən bütün qurumlar, özəl müəssisələr, iş adamları Ali Baş Komandanın və Milli Ordumuzun yanında olduqlarını sözdə deyil, əməldə göstərirlər.

    Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna aşağıdakı qurumlar ianələr köçürüb:

    “Sədərək” Firması – 1.180 900 AZN

    Ruslan Kəndli Fermer Təsərrüfatı MMC – 5000 AZN

    “Azərbaycan Dəmir Yolları” QSC – 743.000 AZN

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi – 18.000 AZN

    “SƏADƏT-M” – 1000 AZN

    Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC – 100.000 AZN

    “Mətanət A” şirkəti – 100.000 AZN

    Aqrar İnnovasiya və Təchizat Şirkəti QSC – 50.000 AZN

    “Avtoş dönər” – 15.000 AZN

    “Sika” Azərbaycan şirkəti – 10.000 AZN

    “Azərbaycan Kredit Bürosu” – 30.000 AZN

    “RAN FRUIT” – 30.000 AZN

  • Deputat: “Azərbaycan beynəlxalq təşkilatların biabırçılığının qarşısını alacaq”

    Böyük siyasi gücə və iradəyə malik müzəffər ordumuzun əks-hücum əməliyyatları uğurla davam etməkdədir. Son əməliyyatlar nəticəsində Füzuli və Cəbrayıl şəhərlərində, eyni zamanda, onların işğaldan azad olunmuş bir sıra kəndlərində Azərbaycan bayrağı ucaldılıb.

    Ermənistan nəinki hərb cəbhəsində, həmçinin siyasi-diplomatik müstəvidə də məğlubiyyətə uğramaqdadır.

    Qazanılan qələbələr təkcə silahın gücü deyil, Prezidentin, Millətin Liderinin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir.

    Bu gün Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarından olan çoxmilyonluq auditoriyaya sahib “Euronews”, “Rossiya 24”, “Rossiya-1”, “Perviy kanal”, “Əl-Ərəbiyə”, “Əl-Cəzirə”, “TRT Haber”, “CNN Türk” və digərlərinə ingilis, rus, türk və doğma Azərbaycan dilimizdə müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması informasiya müharibəsində də ciddi irəliləyişlərə dəlalət edib.

    Həmin müsahibələrdə dövlət başçımız dünyaya Azərbaycan həqiqətlərini bir daha aydın və net bəyan etdi:

    – Qarabağin Azərbaycanın əzəli torpağı olması, tarixi ədalətin hər zaman onun Azərbaycana aid olmasını dünya ictimaiyyətinə çatdırdı;

    – Ermənistanın faşist, terrorçu və yalançı siyasi hakimiyyətə malik olmalarını ifşa etdi;

    – 30 il səbrlə və ardıcıllıqla beynəlxalq hüquqa əsaslanmış müzakirələrdən sonra Azərbaycan Respublikasının BMT tərəfindən tanınmış 86.6 min kv. km. ərazilərimizin bərpasına və suverenliyinin bərpasına başlandığını;

    – Həmsədr dövlətlərin də səs verdiyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsinin icrasını və qəbul edilən qətnamələrə hər bir dövlətin hörmətlə yanaşmalı olduğunu vurğuladı;

    – Azərbaycanın multikultural, tolerant ölkə olduğunu, Azərbaycanlıların keçdiyi məşəqqətli yoldan sonra yenə də sülhün, əmin-amanlığın qorunmasında, insan tələfatının olmamasının tərəfdarı və müharibənin dayandırılmasına hazır olduqlarını – Yalnız bütün Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarından beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, dərhal və qeyd-şərtsiz tərk edəcəyi halda.

    Cənab Prezidentin verdiyi müsahibələrində söylədiyi fikirlərə dünya ictimaiyyətinin yenə də məhəl qoymayacağı təqdirdə, Azərbaycan BMT-nin nümunəvi üzv dövləti kimi BMT TŞ-nin qətnamələrinin icrasını özü, təkbaşına həyata keçirməklə beynəlxalq təşkilatların biabırçılığının qarşısını alacaq.

    Azərbaycanın işi haqq işidir və Ulu Öndər Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyev tərəfindən dünyada tanıdılan müstəqil Azərbaycan Respublikası yeni qurulmaqda olan dünya xəritəsində öz suverenliyini və müstəqilliyini qorumağı bacaracaq.