Month: October 2020

  • Erməni təxribatları nəticəsində Tərtərə dəyən ziyan açıqlandı – RƏSMİ

    Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzinə, Hüsənli və Səhləbad kəndlərinə ağır artilleriyadan 310 zərbə endirilib.

    Tərtər Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, ümumilikdə, 27 sentyabrdan bu günədək rayonda düşmən təxribatı nəticəsində doqquz mülki şəxs həlak olub, 37 nəfər yaralanıb.

    Məlumatda bildirilib ki, 82 ev tamamilə dağıdılıb, 351 evə ziyan dəyib:

    “51 çoxmənzilli yaşayış binasına ziyan dəyib. 22 yardımçı tikili tamamilə dağıdılıb, 29 yardımçı tikiliyə, 17 sosial obyektə, altı istehsal obyektinə, 27 ticarət obyektinə ziyan dəyib”.

    “Həmçinin, 14 inzibati bina zərər çəkib”, – deyə RİH-dən qeyd edilib.

  • Разгромлена военная колонна противника – ВИДЕО

    Боевая техника противника, предпринявшего в дневное время попытку передислоцироваться, была уничтожена артиллерийским огнем. Военная колонна противника была разгромлена.

    Об этом сообщает Министерство обороны Азербайджана.

  • Düşmən hərbi kolonu darmadağın edildi – VİDEO

    Gündüz saatlarında yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası artilleriya atəşi ilə məhv edilib.

    Bu barədə Müdafi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, düşmən hərbi kolonu darmadağın edilib.

  • Düşmən yenə Gəncəni hədəf aldı – VİDEO

    Ermənistan ordusu Gəncəni raket atəşinə tutmağa davam edir.

    Baku TV xəbər verir ki, mərmi bir avtomobili tamamilə yararsız vəziyyətə salıb, ərazidə yerləşən binaya isə böyük ziyan dəyib.

    Türkiyənin Gəncədəki Baş Konsolu Zəki Öztürk ermənilərin bu hücumlarını qətiyyətlə pislədiyini bildirib.

  • Şuşada kilsənin dağıdılmasının Azərbaycan Ordusunun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur – RƏSMİ

    Şuşa şəhərində kilsənin zərər çəkməsi barədə məlumatın Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

    Bu barədə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

    Qeyd edilir ki, oktyabrın 4-də Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır.

  • Xalq Ali Baş Komandanı istiqlal sərkərdəsi adlandırır – MÜRACİƏTLƏR

    Azərbaycan vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

    Müraciətlərdə sentyabrın 27-də mənfur ermənilərin növbəti təxribatından sonra Ali Baş Komandanın rəhbərliyilə başlayan əks-hücumlar alqışlanır.

    Xalq Prezidentlə qürur duyur, hər bir çıxışı heyranlıqla izləyir. Onlar Prezidenti xalqımızın istiqlal sərkərdəsi adlandırıb.

    İlham Əliyev Qarabağın azadlığı uğrunda zəfər qazanmaq üçün Azərbaycanı güclü iqtisadiyyatı, güclü ordusu olan ölkəyə çevirib. Yüksək kürsülərdən Ermənistana xəbərdarlıq etməyi, əsgərlərini Azərbaycan torpağından çıxarmaq üçün vaxt verməyi Prezidentimizin humanistliyi adlandırılıb.

    Xalqımız sonsuz əminliklə bilir ki, şanlı ordumuzun başladığı bu zəfər yürüşünün nidası Şuşaya, Xankəndinə Azərbaycan bayrağı sancılanda qoyulacaq.

  • Düşmən Bərdədə restorana və məktəbə raket zərbələri endirdi: Yaralılar var – VİDEO

    İşğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən, mülki əhalini hədəfə almaqla 0bu gün səhər saat 10 radələrindən başlayaraq Bərdə rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, səhər saat 11 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan iki nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda, Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər beş nəfər şəxsin yaralanmasına səbəb olub, o cümlədən, məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

  • Azərbaycan Ordusu gecə döyüşlərində düşmənə zərbələr endirdi – VİDEO

    Azərbaycanın Müdafiə Nazirliyi gecə döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahı, infrastrukturu və silah-sursat anbarlarına endirilən artilleriya zərbələrinin videogörüntüsünü yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Азербайджанская армия уничтожила еще 30 оккупантов

    Армянские вооруженные силы, пытаясь остановить азербайджанскую армию, потеряли еще 30 военнослужащих, передает Sputnik Армения.

    Таким образом, до настоящего времени противник был вынужден признать гибель более 350 военных.

  • Düşməndən növbəti etiraf: Azərbaycan Ordusu daha 30 erməni işğalçını məhv etdi

    Ermənistan tərəfinin Azərbaycan Ordusunun əks-hücumu nəticəsində itkilərinin sayı açıqlanıb.

    “Sputnik” xəbər verir ki, Azərbaycan Ordusu daha 30 erməni işğalçısını məhv edib.

    Beləliklə, düşmən tərəfi 350-dən çox hərbçi itirdiyini etiraf etmək məcburiyyətində qalıb.