Month: October 2020

  • Ermənilər Ağdamı yenidən atəşə tutub

    Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Ağdam rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutmaqda davam edir.

    Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

    Düşmən yenə də dinc sakinləri hədəf alır.

    Axşam saatlarında ermənilər Ağdam rayonuna növbəti dəfə top mərmiləri atıb.

    Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür, hazırda döyüşlər davam edir.

  • Azərbaycanda daha 11 şagird koronavirusa yoluxub, 1 məktəb distant təhsilə keçib

    Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

    Nazirlikdən “Report”a bildirilib ki, 8 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

    Daha 11 şagird və 3 işçidə koronavirus aşkarlanıb.

    Əyani təhsilə keçirilmiş siniflərin sayı 2, distant təhsilə keçmiş siniflərin sayı isə 3-dür.

    Daha 1 məktəb də distant təhsilə keçib.

    İndiyə qədər ölkə üzrə iki məktəb, 28 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

  • Ermənilər Goranboya kaset bombalar atıb – FOTO

    4-5 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonu ərazisində dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş dörd ədəd kaset sursatı atılmış və ətrafa mərmi qalıqları səpələnib.

    Bu barədə Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

    Bildirilib ki, nəticədə Goranboy rayonu Qızılhacılı kənd sakini həlak olub.

    Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri zamanı 144 ədəd partlamış 9N235 bombacıqları, həmçinin 300 ədəd partlamamış M85 bombacıqları aşkar edilib.

    Nəzərə çatdırmaq istərdik ki, qeyd olunan bombacıqlar “Kaset Sursatlar haqqında konvensiyaya” (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinifinə daxil edilib.

  • Anar Eyvazov: “Ön xətdəki hərbi qulluqçulara Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin broşurları paylanılıb”

    “Azərbaycan ordusunun ön xətdəki hərbi qulluqçularına broşurlar paylanıb. Bu broşurlar Beynəlxalq Qırmızı Xaç cəmiyyəti tərəfindən hazırlanıb və dərs vəsaiti olaraq tədris olunur”.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik leytenant Anar Eyvazov cəbhə xəttindəki vəziyyətlə bağlı bu gün keçirilən brifinqdə məlumat verib.

    O bildirib ki, döyüş bölgəsindəki əsgərlərin davranış qaydalarını özündən əks etdirən broşurlarda müxtəlif müddəalar yer alıb:

    “Broşulardan biri iki hissədən ibarətdir. İlk hissədə zərərçəkmişlərə hansı qaydalarla ilkin tibbi yardım göstərilməli olduğu şəkillərlə izah olunub. Digər hissədə isə döyüşçülərin əməliyyat zamanı davranış qaydaları yer alıb. Bütün legitim qaydalar, kimlərin hədəfə alınması, kimlərin alınmaması orada göstərilib.

    Digər kitabçada isə Azərbaycan Respublikasının öz üzərinə götürdüyü altı müddəa yer alıb.

    Beynəlxalq hüquq normalarında qeyd edilən prinsiplər ümumiyyətlə bizim ordumuz və xalqımız üçün yad davranışlar deyil. Xalqımızın milli mentalitetində, milli dəyərlərində bunlar öz əksini tapıb”.

  • Azərbaycan QHT-lərinin Ermənistanın vəhşiliyi ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏTİ

    Ermənistanın Azərbaycanın mülki və sənaye obyektlərinə qəsdən hücumları ilə bağlı Azərbaycan QHT-ləri BMT-nin Baş katibi və ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinə müraciət ünvanlayıb.

    Mütraciətdə deyilir:

    “Dərin narahatlıq və narazılıq hissi ilə, biz, Azərbaycan QHT-ləri, Ermənistanın Azərbaycana qarşı cari ilin sentyabrın 27-də başlatdığı hərbi təcavüzü ilə bağlı Sizə müraciət edirik. 6 oktyabr 2020-ci il tarixinə olan məlumata görə, Ermənistanın hücumları nəticəsində 27 azərbaycanlı mülki şəxs həlak olub, 141 nəfər yaralanıb, 500-dən çox yaşayış binası və mülki obyekt isə dağıdılıb.

    Biz, təəssüflə Ermənistanın 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüquq norma və prinsiplərini kobud şəkildə pozaraq Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Xızı, Abşeron və azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı digər şəhər və kəndlərimizə hücumlar edərək münaqişənin miqyasını və coğrafiyasını açıq şəkildə genişləndirmək cəhdlərinə diqqətinizi çəkmək istərdik.

    Oktyabrın 4-də Ermənistanın hərbi qüvvələri, müvafiq beynəlxalq konvensiyaların qadağan etdiyi kasetli bombalardan istifadə edərək, münaqişə bölgəsindən 60 kilometr məsafədə yerləşən, 500 min nəfərdən çox əhalisi olan Azərbaycanın ikinci böyük şəhəri, Gəncəni bombaladı.

    Elə həmin gün təcavüzkar Ermənistan həm də Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olan Mingəçevir şəhərinə qarşı raket hücumuna başladı. Cənubi Qafqaz regionunun ən böyük hidroelektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasının (SES) Ermənistan tərəfindən hədəfə alınması Azərbaycanın və qonşu ölkələrin əhaliləri üçün humanitar fəlakətə səbəb ola bilərdi ki, bu da insanlığa qarşı açıq bir cinayətdir.

    Yuxarıda göstərilən faktları nəzərə alaraq, biz, Azərbaycan QHT-ləri adından Sizə müraciət edərək Birləşmiş Millətlər Təşkilatını Ermənistandan Azərbaycan xalqına qarşı təxribat xarakterli hərbi əməliyyatlar və hərbi cinayətlərin törədilməsini, Ermənistanın sənaye obyektlərimizə hücumlarını dayandırmağı tələb etmək və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq Ermənistanı hərbi qüvvələrini Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarmağa məcbur etmək məqsədilə praktik və nəticə yönümlü addımlar atmağa çağırırıq”.

    Müraciət Azərbaycanın 45 QHT-si tərəfindən imzalanıb.

  • Заявление Минобороны в связи с последней ситуацией на фронте – ВИДЕО

    Пресс-секретарь Минобороны Азербайджана полковник-лейтенант Анар Эйвазов прокомментировал последние события на передовой.

  • Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA – VİDEO

    Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov cəbhədə baş verən son hadisələrlə bağlı açıqlama verir.

  • Азербайджанская армия захватила очередную партию бронетехники врага – ВИДЕО

    В распоряжение подразделений ВС Азербайджана попала бронетехника вражеской армии.

    Об этом говорится в заявлении Минобороны Азербайджана.

  • Azərbaycan Ordusunun bölmələrinin ələ keçirdiyi düşmənə məxsus zirehli texnikalar – VİDEO

    Azərbaycan Ordusunun bölmələrinin ələ keçirdiyi düşmənə məxsus zirehli texnikalar:

  • Gəncəlilər qorxmaz olduqlarını hər an sübut edirlər – VİDEO

    “Erməni bizim torpağa nəcə giribsə, elə də çıxacaq”.

    Baku TV xəbər verir ki, bu sözləri erməni qüvvələrinin Gəncə bazarını atəşə tutmasından sonra şəhərin sakini deyib.

    “Biz nə qorxduq, nə də qaçdıq. Biz öz işimizi gördük”.

    “Gəncə Bazar Store” MMC-nin direktoru Mahmud Mahmudzadə bildirib ki, ərazinin böyük bir hissəsinə zərər dəysə də, bu bizim ordumuzun uğurlarına fəda olsun:

    “Hər şey ordumuzun uğurlarına fəda olsun. Biz qarış-qarış torpağımızı azad edirik, tez bir zamanda öz torpaqlarımızda bayrağımızı dalğalandıracağıq.”