Month: October 2020

  • Azərbaycanda əhali dollar alışını artırıb, rubl satışını isə azaldıb

    ​​​​

    2020-ci ilin sentyabr ayının sonuna olan xarici valyutada nağd mübadilə əməliyyatlarının həcmi açıqlanıb.

    Göstəricilərdə ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu üzrə mübadilə əməliyyatlarının həcmi təqdim edilib.

    Belə ki, 2020-ci ilin 9 ayı ərzində banklar tərəfindən 867,1 milyon ABŞ dollarının alışı həyata keçirilib. Cari dövrdə 2 milyard 800,3 milyon ABŞ dollarının satışı təmin edilib. 2019-cu ilin cari dövrünə nisbətən banklar tərəfindən dolların alışı 37,2 faiz azalıb, satışı isə 52,4 faiz çox olub.

    Bu dövr ərzində 9 milyon 651,2 min dəyərdə ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də, banklar tərəfindən 16 milyon 684 min funt sterlinqi həcmində satış baş tutub. Cari valyuta vahidi üzrə alış ötən ilə nisbətən 43,9 faiz çox olub, satış isə 24,3 faiz azalıb.

    Yanvar-sentyabr ayları ərzində banklar tərəfindən 61,4 milyon avro həcmində alış baş tutub. Bu dövr ərzində 188,1 milyon dəyərdə avro satışı təmin edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 59,9 faiz azalıb. Həmçinin, cari valyuta üzrə satış həcmi də 56,1 faiz az olub.

    İlin əvvəlindən sentyabr ayının sonuna olan göstəriciyə əsasən, 10 milyard 154,7 milyon Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə 2 milyard 192,2 milyon rus rublunun satışı banklar tərəfindən təmin edilib. Rus rublunun alışı ötən ilə nisbətən 11,4 faiz azalıb. Həmçinin, rublun satışı da 2019-cu ilin 9 ayı ilə müqayisədə 17,8 faiz az olub.

  • “Windows 10X” sistemi nə vaxt buraxılacaq?

    “Microsoft” korporasiyasının iki ekrana malik qurğular üçün nəzərdə tutulan əməliyyat sistemi 2021-ci ilin yazında buraxılacaq. Bu barədə jurnalist, bloger Zak Boudenin “Twitter” səhifəsində deyilir.

    Median.Az ictnews.az-a istinadən bildirir ki, “Windows 10X” əməliyyat sisteminin sonuncu beta versiyası ilin sonunadək işıq üzü görəcək. Mütəxəssis qeyd edib ki, söhbət əməliyyat sisteminin kompüterlərə quraşdırılmaq üçün hazırlanan sınaq versiyasından (Release To Manufacturers – RTM) gedir. Əməliyyat sisteminin sonuncu versiyasının 2021-ci ilin yazında təqdim ediləcəyi gözlənilir.

    Yayda “Microsoft” korporasiyasının iki ekrana malik qurğular üçün nəzərdə tutulan əməliyyat sisteminin təqdimatının təxirə salınması məlum olub. Yubanma sistemin təkmilləşdirilməsi və koronavirus pandemiyası ilə izah edilib. Blogerlər bildirib ki, “Windows 10X” 2021-ci ildən tez buraxılmayacaq. Həmçinin vurğulanıb ki, əvvəlcə sistemin bir ekrana malik kompüterlər üçün versiyası nümayiş olunacaq. Əməliyyat sisteminin tərtibatçılar üçün xüsusi versiyasının nümayişi fevralda baş tutub.

  • Ən çox istifadəçi məlumatlarını yığan tətbiqlərin reytinqi tərtib olunub

    Artıq heç kim üçün sirr deyil ki, böyük şirkətlər öz istifadəçilərinin bir çox məlumatlarını yığırlar. Bu əsasən hər bir istifadəçi üçün individual kontentin və reklamların təqdim olunması səbəbilə edilir. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Clario şirkətinin mütəxəssisləri istifadəçilər barəsində daha çox məlumat yığan mobil tətbiqlərin reytinqini tərtib ediblər. Bu barədə 4pda saytı xəbər verib. Qeyd etmək lazımdır ki, sözügedən reytinqin tərtib olunması zamanı mütəxəssislər tətbiqlər və saytlar tərəfindən istifadə olunan cookie məlumatlarını deyil, tərtibatçıların əldə etmək istədikləri real istifadəçi məlumatlarından istifadə ediblər.

    Söhbət, yaş, cins, ad, seksual orientasiya, dini baxışlar, ev ünvanları, sevilən yerlər, hobbilər, iş vəzifələri, maaş və hətta çəki, boy, səhhətin vəziyyəti kimi fiziki məlumatlardan gedir. Nəticədə məlum olub ki, reytinqdə təqdim olunmuş tətbiqlər arasında istifadəçilər barəsində məlumatları ən çox yığan məhz Facebook-dur. Məlum olub ki, sözügedən sosial şəbəkə istifadəçi məlumatlarının 70.59%-ni yığır. İstisnalar arasında istifadəçinin fizioloji vəziyyəti, maliyyə göstəricisi və bir sıra digər məlumatlar var.

    Reytinqin ikinci yerində Instagram qərarlaşıb. Sözügedən məşhur fotoservis istifadəçi məlumatlarının 58.82%-ni yığır. Üçüncü yeri tutumuş Tinder tanışlıq servisi isə istifadəçi məlumatlarının 55.88%-ni əldə edir. Maraqlısı ondadır ki, reytinqdə Google şirkətinin yalnız Maps servisi mövcuddur. Məlumata əsasən bu servis istifadəçi məlumatlarının 20.59%-ni əldə edir. Hətta IKEA (23.53%) ilə Netflix (26.47%) öz istifadəçiləri barəsində daha çox məlumata sahibdir. Tam siyahı ilə aşağıdakı fotodan tanış ola bilərsiniz.

  • Separatçıların lideri: “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir”

    Azərbaycan Ordusunun bir aydan çoxdur başlatdığı əks-hücum əməliyyatları düşməni ağ bayraq qaldırmağa məcbur edir.

    Artıq Dağlıq Qarabağdakı separatçıların lideri Araik Aratunyan əvvəlki ritorikasından əl çəkərək məğlub olduqlarını etiraf etməyə başlayıb.

    Separatçıbaşı bu gün videomüraciətində Azərbaycan Ordusunun Şuşanın 5 kilometrliyində olduğunu açıqlayıb.

    Qeyd edək ki, Ermənistan rəhbərliyi daha əvvəl döyüşçülərin Azərbaycanın işğal olunmuş ərazilərindən qaçmasını “taktiki geriçəkilmə” kimi əsaslandırmışdı. Lakin sonrakı proseslər, habelə baş nazir Nikol Paşinyanın etirafları düşmənin döyüş meydanından qaçdığını sübuta yetirdi.

    ///Report

  • “Qarabağ” – “Vilyareal” matçında ikinci hissə – YENİLƏNİR

    “Qarabağ” – “Vilyareal” matçında ikinci hissə başlayıb.

    Oyunda hesab açılmayıb.

    * * * * *

    “Qarabağ” – “Vilyareal” matçına start verilib.

    İlk hissəsi davam edən oyunda hesab 0:0-dır.

    * * * * *

    “Qarabağ” – “Vilyareal” matçında start heyətləri açıqlanıb.

    Komandalar meydana aşağıdakı oyunçularla çıxacaqlar:

    “Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 77. Donald Gerye, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 6. Patrik Andrade, 7. Ovusu Kvabena, 10. Abdullah Zubir, 9. Xayme Romero
    Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 11. Mahir Emreli, 5. Maksim Medvedev, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 8. Uroş Matiç
    Baş məşqçi: Qurban Qurbanov.

    “Vilyarreal”: 13. Jeronimo Rulli, 24. Alfonso Pedraza, 4. Pau Torres, 8. Xuan Foyt, 9. Karlos Bakka, 11. Samuel Çukvueze, 14. Manu Trigeros, 16. Takefusa Kubo, 20. Ruben Pena, 21. Xayme Kosta, 10. Visente İborra (k)
    Ehtiyat oyunçular: 1. Serxio Asenxo, 35. Filip Yorgensen, 2. Mario Qaspar, 6. Funes Mori, 23. Moi Qomes, 17. Pako Alkaser, 34. Fernando Ninyo, 3. Raul Albiol, 19. Frensis Kokelin, 32. Aleks Baena, 30. Yeremi Pino
    Baş məşqçi: Unay Emeri

    * * * * *

    Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları baş tutacaq.

    Azərbaycan çempionu “Qarabağ” klubu yer aldığı İ qrupunda İspaniya “Vilyarreal”ı ilə qarşılaşacaq.

    Xatırladaq ki, UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi və Azərbaycan millisi ölkədəki vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirməlidir. Buna görə də “Qarabağ” – “Vilyarreal” oyunu İstanbul şəhərində “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 21:55-də başlayacaq.

    Qarşılaşmanı Çexiyadan olan hakimlər briqadası idarə edəcək.

    Qeyd edək ki, qrup mərhələsinin ilk oyununda “Qarabağ” Təl-Əvivdə “Makkabi” klubuna 0:1 hesabı ilə məğlub olub. “Vilyarreal” isə “Sivasspor”a 5:3 hesabı ilə qalib gəlib.

  • Наша армия уничтожает живую силу и военную технику врага – ВИДЕО

    Азербайджанская армия продолжает уничтожать живую силу и военную технику врага.

    Об этом сообщает Министерство обороны Азербайджана.

  • Ordumuz düşmənin canlı qüvvə və hərbi vasitələrini məhv edir – VİDEO

    Ordumuz düşmənin canlı qüvvə və hərbi texnikasını məhv etməyə davam edir.

    Bununla bağlı Müdafiə Nazirliyi yeni video yayımlayıb.

  • Mövlud Çavuşoğlu və Ceyhun Bayramov Qarabağ məsələsini müzakirə etdilər

    Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

    Bu barədə “CNN Türk” məlumat yayıb.

    XİN rəhbərləri telefon danışığı zamanı Dağlıq Qarabağ məsələsini müzakirə ediblər.

  • “Jonson&Jonson” Qarabağın terrorçu rejimini maliyyələşdirir? – İDDİA+FOTO

    “Jonson&Jonson” şirkəti Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən yaradılan quldur separatçı rejimi maliyyələşdirir.

    Sosial şəbəkələrdə yayılan məlumata əsasən, şirkətin Böyük Britaniya bölməsinin maliyyə direktoru Ani Akopyan separatçı rejim üçün vəsait yığımı ilə bağlı paylaşım edib və yığılan pula “Jonson&Jonson” tərəfindən 50% əlavə ediləcəyini bildirib.

    Bu addımla “Jonson&Jonson” Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş kaset bombaları istifadə edən terroristik qurumu dəstəkləyir.

    Sosial şəbəkə istifadəçiləri A.Akopyanın addımının araşdırılması və bu aksiyanın dayandırılması ilə bağlı “Jonson&Jonson” şirkətinə məktublar ünvanlamağı.

    Əks halda şirkətin istehsal etdiyi bütün mallarının idxalı Azərbaycana qadağan edilməsi təklif edilir.

  • “Qarabağ” – “Vilyarreal” matçı start götürdü

    “Qarabağ” və İspaniyanın “Vilyarreal” komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı start götürüb.

    “Report”un məlumatına görə, görüş Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda keçirilir.