Month: October 2020

  • Amnesty International подтвердила использование кассетных боеприпасов Арменией

    Международная неправительственная организация Amnesty International подтвердила использование Арменией кассетных боеприпасов для обстрела азербайджанского города Барды.

    Как передает Report, в заявлении организации говорится, что 28 октября, примерно в 13:30 по местному времени, одна или несколько ракет “Смерч” были выпущены по городу, попав в жилые кварталы вблизи госпиталя.

    В результате обстрела Барды погиб как минимум 21 человек, а примерно 70 были ранены.

    Эксперты Amnesty International подтвердили подлинность снимков, сделанных фотокорреспондентами, на которых запечатлены фрагменты кассетных боеприпасов 9N235, выпущенных из РСЗО “Смерч”.

    “Обстрел кассетными боеприпасами жилых кварталов является жестоким и безответственным деянием, повлекшим за собой гибель, ранения и страдания людей”, – заявила Мария Струтерс, региональный директор Amnesty International по Восточной Европе и Центральной Азии.

  • “Amnesty International” ermənilərin Bərdə terrorunda kaset bombalardan istifadəsini təsdiqlədi

    “Amnesty International” Ermənistanın Dağlıq Qarabağ münaqişəsi zamanı Bərdə şəhərinə raket hücumu zamanı kaset bombalardan hücumunu təsdiqləyib.

    Bu barədə “Report” təşkilatın saytına istinadən xəbər verir.

    Təşkilat qeyd edib ki, oktyabrın 28-də yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə, xəstəxananın yaxınlığındakı yaşayış sahəsinə bir ya bir neçə “Smerç” raket atılıb. Azərbaycan Respublikasının Baş Prokuroluğu raket zərbəsi zamanı azı 21 nəfərin həlak olduğunu, 70-ə yaxın şəxsin yaralandığını bildirib.

    “Amnesty International”ın ekspertləri fotomüxbir tərəfindən çəkilmiş, 9N235-in kaset döyüş sursatlarının fraqmentləri təsvir edilmiş şəkillərin doğruluğunu təsdiq ediblər.

    “Yaşayış məntəqələrinin kaset döyüş sursatları ilə atəşə tutulması insanların həlak olması, yaralanması, əzab çəkməsina səbəb olan qəddar və məsuliyyətsiz əməldir “, – “Amnesty International”-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mariya Struters bildirib.

    Qeyd edək ki, beynəlxalq humanitar hüquqa əsasən kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi qadağandır.

  • Avtobuslar: Günbəgün artan koronavirusun əsas yuvası – VİDEO

    Ölkə ərazisində koronavirusa yoluxmanın günbəgün artması ciddi narahatlıq yaradır.

    Bununla bağlı dövlət tərəfindən müxtəlif qabaqlayıcı tədbirlər görülsə, müəyyən önləmlər alınsa da, artan qrafikin qarşısını almaq mümkün olmur.

    Bəs yoluxma tempinin bu şəkildə artmasının səbəbi nədir?

    İctimai nəqliyyatda və dayanacaqlardakı sıxlıq, avtobuslarda sərnişinlərin maskadan istifadə etməməsi və buna sürücülərin laqeyd yanaşması, bundan əlavə insanların qapalı məkanlarda sıx toplaşması virusun yoluxma sürətini artıran əsas amillərdəndir.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • До 1 декабря учебно-воспитательный процесс будет проводиться дистанционно – РЕШЕНИЕ

    Кабинет министров внес изменения в правила в связи с обеспечением удаленной (дистанционной) организации учебно-воспитательного процесса в период особого карантинного режима во всех образовательных учреждениях, действующих в Азербайджанской Республике.

    Согласно решению, подписанному премьер-министром Али Асадовым, со 2 ноября 2020 года во всех образовательных учреждениях, действующих в Азербайджанской Республике в период особого карантинного режима будет обеспечена удаленная (дистанционная) организация учебно-воспитательного процесса.

    Настоящее решение будет в силе до 1 декабря 2020 года.

  • Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq – QƏRAR

    Nazirlər Kabineti xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilməsi ilə bağlı qaydalara dəyişiklik edib.

    Bununla bağlı Baş Nazir Əli Əsədov Qərara imza atıb.

    “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

    1. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin.

    2. Müəyyən edilsin ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.

    3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərarın 2-ci hissəsinə uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müvafiq qərarlar qəbul edə bilərlər.

    4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.

    5. Bu Qərar 2020-ci il dekabrın 1-dək qüvvədədir.

  • Rusiya əvvəldən Ermənistanın işğal etdiyi bir sıra bölgələrin Azərbaycana verilməsini dəstəkləyib

    Rusiya əvvəldən Ermənistan tərəfindən tutulmuş Azərbaycanın “beş və daha iki” rayonun qaytarılmasının mümkünlüyündən danışırdı.

    “İnterfaks”ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “VTB Kapital”ın “Rusiya çağırır!” investisiya forumunun plenar iclasında deyib.

    “Bizim mövqeyimiz tamamilə açıqdır, biz əvvəldən Qarabağ zonası üçün müəyyən rejimin, Ermənistanla qarşılıqlı əlaqə və.s təmin olunması ilə Azərbaycana beş üstəgəl iki rayonun qaytarılması mövqeyindən çıxış etmişik”, – deyə V.Putin bildirib.

    O, münaqişənin etnik toqquşmalarla başladığını və Sovet İttifaqı rəhbərliyinin insanların təhlükəsizliyini təmin etmək üçün heç bir təsirli bir tədbir görmədiyini xatırladıb.

    “Bəs Azərbaycan nədən danışır? İstənilən halda yeddi rayonun nə etnik münaqişə, nə də Ermənistanla heç bir əlaqəsi olmamasından. Bunlar əzəli Azərbaycan torpaqlarıdır. Azərbaycan deyir: biz bu əraziləri geri qaytarmaq hüququna sahibik”, – deyə Rusiya lideri əlavə edib.

  • Separatçıların lideri: “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir”

    Azərbaycan Ordusunun bir aydan çoxdur başlatdığı əks-hücum əməliyyatları düşməni ağ bayraq qaldırmağa məcbur edir.

    “Report” xəbər verir ki, artıq Dağlıq Qarabağdakı separatçıların lideri Araik Aratunyan əvvəlki ritorikasından əl çəkərək məğlub olduqlarını etiraf etməyə başlayıb.

    Separatçıbaşı bu gün videomüraciətində Azərbaycan Ordusunun Şuşanın 5 kilometrliyində olduğunu açıqlayıb.

    Qeyd edək ki, Ermənistan rəhbərliyi daha əvvəl döyüşçülərin Azərbaycanın işğal olunmuş ərazilərindən qaçmasını “taktiki geriçəkilmə” kimi əsaslandırmışdı. Lakin sonrakı proseslər, habelə baş nazir Nikol Paşinyanın etirafları düşmənin döyüş meydanından qaçdığını sübuta yetirdi.

  • Qarabağa İstanbulda möhtəşəm qarşılama: “Türkiyə sizinlə qürur duyur” – VİDEO

    UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İstanbulda İspaniya “Vilyareal”ı ilə qarşılaşacaq “Qarabağ” komandası qardaş ölkə azarkeşləri tərəfindən məşəllərlə qarşılanıb.

    Bu barədə “TRT Spor” telekanalının “Twitter” hesabından paylaşım edilib.

    Azarkeşlər komandamızın futbolçularının ünvanına “Türkiyə sizinlə qürur duyur” şüarını səsləndiriblər. Həmçinin stadiona gedən yolda Türkiyə və Azərbaycan bayraqları asılıb.

  • Dünyaca məşhur saytlar azərbaycanlıların etirazından nəticə çıxardı

    Fransanın “France 24” telekanalının və məşhur “Yahoo.com” saytında guya Xankəndi şəhərinin Azərbaycan Ordusu tərəfindən raket atəşinə tutulması ilə bağlı məlumat dərc olunub.

    “Report” xəbər verir ki, hər iki internet resursunda dərc olunan məlumat Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi terror hadisəsi zamanı çəkilən foto ilə birlikdə yayımlanıb.

    Belə ki, saxta xəbər yaymaqla kifayətlənməyən saytlar ermənilərin Bərdə şəhərində törətdiyi terror aktından sonra çəkilən fotonu Dağlıq Qarabağda lentə alınmış foto kimi təqdim edib.

    Daha sonra azərbaycanlı oxucuların, izləyicilərin çoxsaylı şikayət və etirazlarından sonra hər iki sayt fotonu xəbərdən çıxarıb.

    Qeyd edək ki, xəbərdə istifadə olunan şəkil oktyabrın 28-də “Report” İnformasiya Agentliyi tərəfindən Ermənistan silahlı qüvvələrinin Bərdədə törətdiyi qanlı terror zamanı lentə alınıb.

  • Азербайджанская армия уничтожает вражеские подразделения

    Подразделения Азербайджанской армии уничтожают вражеские подразделения, подвергшие обстрелу нашу гражданскую инфраструктуру и мирное население.

    Об этом Report сообщили в Министерстве обороны.