Mülki infrastruktur və dinc əhalimizi atəşə tutan düşmən bölmələri Azərbaycan Ordusunun bölmələri tərəfindən darmadağın edilir.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Month: October 2020
-
Konstitusiya Məhkəməsi Bərdə terroru ilə bağlı dünyanın konstitusiya mühakiməsi orqanlarına müraciət etdi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bərdə şəhərində oktyabrın 27-də və 28-də mülki əhaliyə qarşı Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi terror aktları ilə bağlı dünya ölkələrinın konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət edib.
Bu barədə “Report”a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib.Müraciətdə deyilir: “Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq, Azərbaycan əhalisinin sıx yaşadığı şəhər və kəndləri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törədir. Ermənistan silahlı qüvvələri hərbi cinayətlərini davam etdirərək, beynəlxalq hüquq normaları ilə qadağan edilmiş kaset bombalarından istifadə etməklə, oktyabrın 27-də Bərdə şəhərini müxtəlif istiqamətlərdən ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 4 dinc sakin həlak olub, 13-ə yaxın insan yaralanıb. Oktyabrın 28-də isə Bərdə şəhərinin Ermənistan tərəfindən yenidən raket atəşinə tutulması 21 dinc sakinin həlak olması, 70-ə yaxın insanın yaralanması ilə nəticələnib.
Həmin terror aktlarının nəticəsində ölənlər və yaralananlar arasında azyaşlı uşaqlar və qadınlar var. Mülki infrastruktura ciddi ziyan dəyib.
Döyüş zonasından 40 kilometr məsafədə yerləşən Bərdə şəhərinə iki gün ard-arda raket zərbələrinin endirilməsi və mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsi erməni faşizminin növbəti təzahürüdür.
Ümumiyyətlə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif yaşayış məntəqələrində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.
Dinc əhaliyə qarşı törədilən bu terror aktları bir daha onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüquq normalarını, xüsusilə “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyanı, BMT-nin Uşaq Hüquqları Konvensiyasını, habelə insan hüquqları sahəsində digər beynəlxalq hüquq sənədlərini kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən əl çəkmir, sülh və insanlıq əleyhinə yönəlmiş cinayətlərini davam etdirir.
Biz dünyanın bütün konstitusiya ədalət mühakiməsi orqanlarını, Ermənistan hökumətinin qadağan edilmiş silahlardan istifadə edərək beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi və qeyri-insani cinayət əməllərini və qəddar işğalçı siyasətini qınamağa çağırırıq”.
-
Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olunub
29 Oktyabr – Respublika Günü münasibətilə bu gün Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı proyeksiya olunub.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin “Facebook” səhifəsində bildirilib.Qeyd olunub ki, 29 Oktyabr – Respublika Günü münasibətilə Türkiyənin dövlət bayrağı bu gün Bakının simvollarından biri olan Heydər Əliyev Mərkəzinin binası üzərinə proyeksiya olunub.
“Təşəkkürlər, Azərbaycan!”, – deyə bildirilib.
-
Separatçı rejimin “rəhbəri”nin yalvarışı: “Gəlin, son dəfə Şuşa üçün birləşək”

Düşmən təxribatlarının qarşısını almaq məqsədilə sentyabrın 27-dən başlayan ordumuzun əks-hücum əməliyyatları bir aydan bir az çox müddətdə olduqca uğurla davam edir.
Bir sıra yaşayış məntəqələrini dörd rayon mərkəzini, qəsəbələri, kəndləri düşmən işğalından azad edərək inamla irəliləyən əsgərlərimiz düşməni olduqca çətin duruma salıb.Döyüşlərin ilk günlərində ağır məğlubiyyətlərə baxmayaraq reallığı qəbul etməyən, haqsız olduqları halda aqressiv tonda, guya “nailiyyət” qazanırmış kimi danışan separatçı rejimin quldur başçısı Araik Arutunyan artıq təslimiyyət tonuna keçib.
Belə ki, son olaraq darmadağın edilmiş ordusuna səslənən Arutunyan Azərbaycan ordusunun Şuşa şəhərinin lap yaxınlığında olduğunu, artıq Azərbaycanın mədəni mərkəzi hesab olunan gözəl guşənin işğaldan azad edilməsinə çox az qaldığını bildirib və son dəfə hər kəsi birliyə səsləyib.
Yalvarış tonunda, əziklik və məğlubluq yağan bu çağırışa cavab verəcək nə ordu qalıb, nə də xalq.
-
“Ermənistan qeyri-humanistlik göstərərək 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib” – RƏSMİ

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumatda deyilir:“Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının humanitar addımı kimi birtərəfli qaydada erməni milliyyətindən olan mülki şəxsi – Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə buraxıb getdiyi 85 yaşlı Yevgeniya Babayanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə oktyabrın 28-də Azərbaycan-Gürcüstan sərhədindən keçirilməklə Gürcüstan-Ermənistan sərhədində qarşı tərəfə təhvil verib.
Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşmış, lakin Azərbaycan əsgərləri tərəfindən xilas edilmiş 84 yaşlı Mişa Melkumyanı isə Ermənistan tərəfi bir daha qeyri-humanistlik göstərərək son anda təhvil almaqdan imtina edib.
Oktyabrın 29-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası 30 erməni hərbçisinin meyitini birtərəfli qaydada Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan tərəfinə təhvil verib.
Humanitar proses zamanı insident baş verməyib”.
-
MN: Dağlıq Qarabağın yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır
Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndiyə raket, Əsgəran, Ağdərə və Xocavəndə isə aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır.
Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, bu xəbər düşmənin bu gün Azərbaycanın yaşayış məntəqələrini raket artilleriya atəşinə tutmasından diqqəti yayındırmaq məqsədini güdür.Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə riayət edir və yalnız düşmənin atəş nöqtələrinə adekvat zərbələr endirir.
-
ABŞ-da COVID-19-dan ölənlərin sayı 233 mini ötüb
ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 84 059 yoluxma halı qeydə alınıb, 1 056 nəfər vəfat edib.
APA-nın “worldometers” saytına istinadən verdiyi xəbərə görə, ABŞ-da indiyədək koronavirusa yoluxanların sayı 9 123 229 nəfərə çatıb.ABŞ-da COVID-19-dan ölənlərin sayı 233 157 nəfərdir.
-
Putin: “Qarabağ münaqişəsinin uzunmüddətli həlli üçün tərəflər arasında maraqlar balansı tapmaq lazımdır”
“Dağlıq Qarabağda uzunmüddətli nizamlanma yalnız Azərbaycan və Ermənistan arasında maraqlar balansına riayət olunmaqla mümkündür”.
“İnterfaks”ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “VTB Kapital”ın “Rusiya çağırır!” investisiya forumunun plenar iclasında deyib.“Uzun müddətli həll (Dağlıq Qarabağda) nədə və ya haradadır? Mən indi sizin sualınızın əsl mahiyyətə gəlirəm. Hər iki tərəfi razı salan maraqlar balansını tapmaq üçün bizim sonsuz hörmətlə yanaşdığımız Azərbaycan xalqı kimi, erməni xalqının maraqları da nəzərə alınmalıdır.
Artıq üç onillikdir ki, davam edən bu münaqişə hər iki tərəfə effektiv şəkildə inkişaf etməyə imkan vermir”, – deyə Putin bildirib.
O qeyd edib ki, birinci mərhələdə hərbi əməliyyatları dayandırmaq, insan ölümünə son qoymaq və danışıqlar masası arxasına oturmaq lazımdır.
“Minsk qrupu və onun həmsədrləri – Rusiya, ABŞ və Fransa tərəfindən hazırlanmış təkliflər əsasında, Minsk qrupunun digər iştirakçılarının iştirakı ilə birgə iş əsasında konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar”, – deyə Putin bildirib.
-
Düşmən gün ərzində Tərtərə 2 raket, 100 top mərmisi atıb
Humanitar atəşkəs rejimini kobudcasına pozmağa davam edən Ermənistan silahlı qüvvələri Tərtər rayonu ərazisini artilleriya atəşinə tutub.
Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.Oktyabrın 29-u səhər saatlarından başlaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb. Ermənilər gün ərzində rayon ərazisinə ümumilikdə 100 top mərmisi və 2 raket atıb.
Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Mülki evlərə və təsərrüfata ziyan dəyib.
Sentyabrın 27-dən bu günə qədər rayon ərazisinə düşmən tərəfindən ümumilikdə 15 500 mərmi atılıb.
Nəticədə 17 nəfər dinc sakin həlak olub. Onlardan biri uşaq, biri isə qadındır. 61 mülki şəxs yaralanıb.
Məlumata görə, yaralıların 51-i artıq öz evlərinə buraxılıb. İndiyə qədər 133 ev tamamilə dağılıb, 873 ev qismən ziyan çəkib, 14 məktəb, 3 xəstəxana, 18 inzibati bina, 65 ictimai yaşayış binasına ziyan dəyib.
Ümumilikdə 1 200-ə yaxın insan ermənilərin Tərtərə hücumundan ziyan çəkib.
-
Захарова: Нас крайне беспокоит, что в ходе конфликта гибнут мирные жители
“Нас крайне беспокоит, что в ходе конфликта гибнут мирные жители с обеих сторон”. Об этом заявила официальный представитель МИД России Мария Захарова, отвечая на вопрос корреспондента информагентства Report о ракетных обстрелах Арменией мирных городов Азербайджана, в том числе Барды.
“Завтра в Женеве представители Азербайджана и Армении будут встречаться с сопредседателями Минской группы ОБСЕ. На повестке дня этой встрече будут и вопросы, которые относятся к народному гуманитарному праву, в том числе, тематика выполнения договоренностей, которые были достигнуты в Москве 10 октября – это прекращение огня, обмен пленными и телами погибших”, – сказала она.