Month: October 2020

  • Düşmənə sarsıdıcı zərbə: Çox sayda döyüş texnikası və canlı qüvvəsi məhv edildi – VİDEO

    Oktyabrın 31-də günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Düşmənə vurulan dəqiq atəş zərbəsi ilə Ermənistan silahlı qüvvələrinin üç ədəd tankı, bir ədəd “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd sursatla dolu yük maşını, döyüş mövqeyində və qoşquda olan üç topu, o cümlədən, xeyli sayda canlı qüvvəsi məhv edilib.

  • Заявление Верховного суда Азербайджана в связи с армянской агрессией

    27 и 28 октября 2020 года вооруженные силы Армении, вновь нарушив официально объявленный режим гуманитарного прекращения огня, обстреляли густонаселенный азербайджанский город Барду, находящийся примерно в 40 км от зоны активных боевых действий на территории Азербайджана, с применением реактивной системы залпового огня “Смерч” с запрещенными кассетными боеприпасами.

    Сообщается, что в результате этих террористических актов, совершенных против мирного населения Азербайджана, погибли 26 мирных жителей, в том числе и дети, а также более 83 жителей получили ранения различной степени тяжести. Серьезный ущерб был также нанесен гражданской инфраструктуре. Эта серия преднамеренных и неизбирательных атак на гражданское население в Барде подробно отражена в отчетах, опубликованных Amnesty International, Human Rights Watch и другими правозащитными организациями.

    С начала атак вооруженными силами Армении на Азербайджан 27 сентября 2020 года погиб 91 мирный житель, более 400 получили ранения различной степени тяжести, более 3 000 гражданских объектов, включая частную собственность, были повреждены или разрушены в различных городах и населенных пунктах Азербайджана.

    Общеизвестно, что вооруженные силы Армении и по сей день продолжают обстреливать мирное население Азербайджана со своей территории и с оккупированных территорий Азербайджана. Правительство Армении оказывает военную, политическую, финансовую и другую материальную поддержку преступному режиму на оккупированных территориях Азербайджана, включая отправку своих вооруженных сил, военной техники и так называемых “добровольцев” – фактически наемников – на суверенную территорию Азербайджана.

    Учитывая подавляющее количество весомых доказательств, 27 октября 2020 года правительство Азербайджана обратилось с ходатайством в Европейский суд по правам человека с требованием призвать Армению помимо прекращения вышеуказанных незаконных действий, вывести все свои вооруженные силы и боевиков, незаконно дислоцированных на территории Азербайджана, а также воздерживаться от проведения враждебной политики в отношении Азербайджана и его граждан.

    В свою очередь правительство Азербайджана заявило, что АР всегда соблюдает основополагающий принцип международного гуманитарного права, который требует от вооруженных сил соблюдения абсолютного запрета на нападения на мирных жителей или осуществление атак без разбора, причиняющих ущерб мирным жителям. Вооруженные силы Азербайджана подтвердили свою приверженность соблюдению абсолютного запрета на нападения на гражданских лиц и, напротив, наносят точные удары по законным военным целям врага на поле боя.

    За последние недели в результате осуществления неотъемлемого права на самооборону в полном соответствии со статьей 51 Устава Организации Объединенных Наций с целью восстановления территориальной целостности в рамках своих международно признанных границ Вооруженные силы Азербайджана освободили от армянской оккупации ряд азербайджанских городов и поселков, в том числе города Джебраил, Физули, Зангилан и Губадлы.

    Мы призываем международное сообщество решительно осудить террористические акты против города Барды и других населенных пунктов Азербайджана. Все те, кто совершил эти чудовищные преступления против человечности, в том числе беспрецедентную резню против мирного азербайджанского населения в городе Ходжалы в феврале 1992 года, должны быть немедленно задержаны и привлечены к ответственности.

    Мы поддерживаем усилия правительства Азербайджана по восстановлению своей территориальной целостности и реализации четких положений Резолюций №№822, 853, 874, 884 Совета Безопасности ООН 1993 года, в которых Нагорный Карабах и прилегающие к нему районы признаются неотъемлемой частью Азербайджана, и требующие немедленного, полного и безоговорочного вывода вооруженных сил Армении с оккупированных территорий Азербайджана.

  • Ali Məhkəmə beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı terrorunu qətiyyətlə pisləməyə çağırdı

    27 və 28 oktyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının silahlı qüvvələri rəsmi olaraq elan edilmiş humanitar atəşkəs rejimini yenidən pozaraq “Smerç” yaylım atəşli reaktiv sistemdən və beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə fəal hərbi zonadan təxminən 40 kilometr aralıda yerləşən sıx məskunlaşmış əhalisi olan Azərbaycan Respublikasının Bərdə şəhərinə zərbələr endiriblər.

    Bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin bəyanatında deyilir:

    “Azərbaycanın mülki əhalisinə qarşı qəsdən və heç bir ayırım gözlənilmədən törədilən hücumlar nəticəsində uşaqlar da daxil olmaqla 26 mülki şəxsin öldüyü və 83-dən çoxunun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Dinc əhali arasında itkilərlə yanaşı, mülki infrastruktura da ciddi şəkildə ziyan dəyib. Bərdədə mülki əhaliyə qarşı qəsdən və heç bir ayırım gözənilmədən törədilən bu son hücumlar “Amnesty International”, “Human Rights Watch” və digər insan hüquqları təşkilatlarının yayımladığı hesabatlarda geniş şəkildə sənədləşdirilib.

    Ümumiyyətlə Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycana qarşı hücumları nəticəsində bu günədək 91 mülki şəxs öldürülmüş, 400-dən çoxu müxtəlif dərəcəli bədən xəsarəti almış və Azərbaycanın müxtəlif şəhər və qəsəbələrində xüsusi mülkiyyət daxil olmaqla 3000-dən artıq mülki obyekt məhv edilmiş və ya zədələnib.

    Məlumdur ki, Ermənistan silahlı qüvvələri bu günə qədər dinc əhaliyə öz ərazilərindən və işğal olunmuş Azərbaycan ərazilərindən atəş açmaqda davam edir. Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar rejimə hərbi, siyasi, maliyyə və digər maddi dəstək verir, o cümlədən silahlı qüvvələrini, hərbi texnikasını və “könüllülər” adlandırdıqları, əslində isə muzdlular olan şəxsləri suveren Azərbaycan ərazisinə göndərir.

    Qeyd edilən halları təsdiq edən xeyli sayda əsaslı sübutların olması nəzərə alınaraq, Azərbaycan hökuməti 2020-ci il oktyabrın 27-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət göndərərək Məhkəmədən Ermənistanı yuxarıda göstərilən qanunsuz tədbirlərin dayandırılmasına əlavə olaraq silahlı qüvvələrini və qanunsuz olaraq Azərbaycanda yerləşdirilmiş silahlılarını geri çəkməyə və Azərbaycana və onun vətəndaşlarına qarşı nifrət siyasəti yürütməkdən çəkindirməyə çağırmağa tələb edib.

    Öz növbəsində, Azərbaycan hökuməti silahlı qüvvələrin mülki şəxslərə hücum etməsinə və mülki insanlara zərər vuran hücumlara qarşı mütləq bir qadağaya riayət etməsini tələb edən beynəlxalq humanitar hüququn əsas prinsipinə həmişə əməl etdiyini bəyan edib. Azərbaycan silahlı qüvvələri mülki əhaliyə hucumlara olan qadağaya riayət edilməsinə dair bağlılığını bir daha təsdiq edərək, əksinə, döyüş meydanında düşmənin hərbi hədəflərinə ciddi zərbələr endirir.

    Beynəlxalq səviyyədə tanınmış öz sərhədləri daxilində dövlət suverenliyini bərpa etmək məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olaraq özünümüdafiə hüququnun həyata keçirilməsi nəticəsində, son həftələrdə Azərbaycanın silahlı qüvvələri Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri də daxil olmaqla, bir sıra şəhər və qəsəbələri erməni işğalından azad edib.

    Biz beynəlxalq ictimaiyyəti Bərdə şəhərinə və Azərbaycanın digər yaşayış məntəqələrinə qarşı törədilən terror aktlarını qətiyyətlə pisləməyə çağırırıq. İnsanlığa qarşı bu dəhşətli cinayətləri, o cümlədən 1992-ci ilin fevralında Xocalı şəhərində Azərbaycanın mülki əhalisinə qarşı törədilən misli görünməmiş soyqırımı törədənlər dərhal tutulmalı və ədalət mühakiməsinə cəlb olunmalıdırlar.

    Biz ərazi bütövlüyünü bərpa etmək, Dağlıq Qarabağ və ona bitişik rayonları Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin müddəalarını həyata keçirən Azərbaycan hökumətinin səylərini dəstəkləyirik”.

  • İbrahim Kalın və Süleyman Soylu koronavirusa yoluxub

    Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu koronavirusa yoluxub.

    Bu barədə “Sözcü” xəbər yayıb.

    Bildirilir ki, DİN rəhbərinin xanımı Hamdiyə Soyluda da COVID-19 testinin cavabı müsbət çıxıb.

    Məlumata görə, Süleyman Soylu Ankarada xəstəxanada müalicə alır. Bu səbəbdən zəlzələ fəlakətləri ilə bağlı İzmirə getməyib.

    “Oda TV” isə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalınının da koronavirusa yoluxduğunu bildirir. Onun hazırda özünü təcrid etdiyi vurğulanıb.

  • Tərtər II Dünya Müharibəsindən sonra Avropanın ən çox bomba və raket atılan şəhəridir – RƏSMİ

    “Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi rayonları ağır artilleriya və digər atıcı silahlardan atəşə tutulub”.

    Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    Onun sözlərinə görə, bu gün səhər saat 06:00 radələrindən saat 12:00 radələrinə qədər bu rayonlar üzrə altı qəsəbə və 26 kənd olmaqla, 32 yaşayış məntəqəsinə Ermənistan silahlı qüvvələri tərəfindən 300-dən artıq mərmi atılıb:

    “Cenevrə görüşlərinin keçirildiyi gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və Daşkəsən rayonlarına 200-dən artıq mərmi atılıb.

    Təəssüflə qeyd etməliyik ki, Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin atıldığı şəhərlərindən biridir. 27 sentyabrdan bu günə qədər Tərtər rayonuna 15:000-dən artıq mərmi və raketlər atılıb.

    Muzdlular barədə propaqandası uğursuzluqla üzləşən Ermənistan ağ fosfor mövzusunda yeni dezinformasiyalar uydurmaqdadır. Ermənistan ağ fosforlu mərmilərdən istifadə edərək onun məsuliyyətini Azərbaycanın üzərinə atmağa çalışır”.

    “8 oktyabrda Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Arayapılı kəndinə atılmış mərminin fosfor olduğu müəyyən edilib və ANAMA tərəfindən zərərsizləşdirilib. ANAMA tərəfindən bu fakt sənədləşdirilib.

    2016-cı ilin Aprel döyüşlərində də Ermənistan tərəfindən Tərtər rayonunun Əskipara kəndinə ağ fosfor mərmisi atılmışdı. Hərbi attaşelər və ATƏT-in nümayəndəsinin iştirakı ilə əkin sahəsinə düşmüş həmin mərmi yerində zərərsizləşdirilib.

    Hazırda meşə yanğını formasında ekoloji terror törətmək və Azərbaycan silahlı qüvvələrinə qarşı istifadə etmək üçün Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd istiqamətinə böyük həcmdə fosforun gətirildiyi barədə məlumatlar vardır”, – deyə H.Hacıyev əlavə edib.

  • В связи с последней ситуацией на линии фронта состоялся брифинг – ВИДЕО

    В мероприятии приняли участие спикер МИД Лейла Абдуллаева, пресс-секретарь Минобороны Анар Эйвазов, руководитель Центра анализа экономических реформ и коммуникаций Вюсал Гасымлы и пресс-секретарь Генпрокуратуры Гюнай Салимзаде.

    На брифинге была оглашена информация в связи преступлениями, совершенными вооруженными силами Армении против мирного населения Азербайджана, а также ряд других важных вопросов.

  • Cəbhədəki son vəziyyət açıqlandı – VİDEO

    Cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirilir.

    Oxu.az-ın müxbirinin məlumatına görə, tədbirdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı və Baş Prokurorluğun mətbuat katibi Günay Səlimzadə iştirak edir.

    Brifinqdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətlər, o cümlədən, digər əhəmiyyətli mövzularla bağlı məlumat verilir.

  • Azərbaycanda koronavirusa yoluxanların sayı daha da artdı: Rekord ölüm – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 1095 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, on iki nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 10996 nəfərdir.

    Ölkədə son sutka ərzində 11441, hazırkı dövrədək isə 1352907 test aparılıb.

    Ümumi ölənlərin sayı 730 nəfərdir.

    Ümumi yoluxanların sayı 55269 nəfər, ümumi sağalanların sayı 43543 nəfərdir.

  • Baş Konsulluqdan erməni lobbisinin təzyiqlərinə məruz qalan həmyerlimizlə bağlı AÇIQLAMA

    Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Los-Anceles Şerif Departamentinin əməkdaşı Fəxri Mirzəquliyevin iddialarına münasibət bildirib.

    Konsulluqdan bildirilib ki, Los-Anceles Şerif Departamentinin əməkdaşı Fəxri Mirzəquliyevin öz “Facebook” hesabında yerləşdirdiyi postla tanış olublar:

    “İlk növbədə, erməni lobbisi tərəfindən F.Mirzəquliyevə edilən təzyiqləri şiddətlə qınadığımızı bildiririk. Bununla bağlı, artıq Baş Konsulluq Şerif Departamentinə müraciət edərək, F.Mirzəquliyevə qarşı erməni lobbisinin apardığı məkrli və irqçi kampaniyanın rədd edilməsini və onun hüquqlarının tam şəkildə müdafiə olunmasını tələb edib.

    Bundan başqa, vətəndaşımıza qarşı bu irqi ayrı-seçkiliyin qınanılması və lazımi tədbirlərin görülməsi üçün müvafiq insan haqları təşkilatlarına da tərəfimizdən müraciət hazırlanmaqdadır”.

    “Eyni zamanda, bildiririk ki, F.Mirzəquliyev məsələ ilə bağlı Baş Konsulluqla nə yazılı, nə də şifahi şəkildə əlaqə saxlayıb. Baş Konsulluq məsələ ilə bağlı yalnız onun “Facebook” postundan və üçüncü mənbələrdən xəbər tutub.

    Bildiririk ki, Baş Konsulluq daim Azərbaycan icmasının yanındadır və həmişə olduğu kimi, indi də hər bir məsələdə öz səlahiyyətləri çərçivəsində yardım göstərməyə hazırdır.

    Lazım olan dəstəyin aydınlaşdırılması və vətəndaşımıza qarşı törədilən bu haqsızlığın qarşısının alınması üçün F.Mirzəquliyevin Baş Konsulluqla mümkün qədər qısa zamanda əlaqə saxlamasını xahiş edirik (+13104449101, +13104474616).

    Ümumiyyətlə, vətəndaşlarımızın hər hansı problem ilə üzləşdiyi halda Baş Konsulluqla birbaşa əlaqə saxlamaları vacibdir.

    Qarabağda müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad edərkən, arxa cəbhənin əsgərləri olaraq, yarım milyonluq erməni icmasının yaşadığı Los-Anceles kimi mürəkkəb bir yerdə, hər gün radikal erməni lobbisinin birbaşa hədə, təhdid və təzyiqləri ilə üzləşən Baş Konsulluq, dörd diplomatdan ibarət kiçik bir heyətlə gecə-gündüz çalışaraq, Qarabağ həqiqətlərini ABŞ ictimaiyyətinə çatdırmaqdadır.

    Bu səpkidə indi bu ümummilli məsələdə bir-birimizə dəstək olmanın və birliyin həmişəkindən daha vacib olduğunu qeyd edərək, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər barədə yerli ictimaiyyəti məlumatlandıran hər bir icma üzvümüzə də təşəkkür edirik.

    Biz yalnız birlikdə güclüyük!”, – deyə məlumatda qeyd edilib.

  • İzmirdə dağıntıların altında qalan uşaq: “Qardaş, sən getmə…” – VİDEO

    İzmirin Seferihisar rayonu yaxınlığında baş verən 6.6 bal gücündə zəlzələdə dağılan binaların altından axtarış xilasetmə işləri davam edir.

    Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılır.

    “RİA Novosti” isə xilasedicilərin dağıntıların altından salamat uşaq çıxardığı barədə kadrlar yayıb.

    Qeyd edək ki, son məlumatlara görə, təbii fəlakət nəticəsində 26 nəfər həlak olub, 831 nəfər xəsarət alıb.

    Ümumilikdə 17 bina uçub. Onların səkkizində xilasetmə işləri başa çatıb, qalan doqquz binada isə axtarış işləri davam edir. Son məlumatlara görə, bu saata qədər 100-dən çox insan xilas edilib.