Month: October 2020

  • Mariya Zaxarova: “Münaqişə əsnasında dinc sakinlərin öldürülməsindən narahatıq”

    “Münaqişə əsnasında hər iki tərəfdən dinc əhalinin ölməsi bizi çox narahat edir”.

    Bunu Ermənistan tərəfindən Bərdə və başqa dinc şəhərlərə qarşı raket hücumları ilə bağlı “Report”un sualına cavab verən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

    “Sabah Cenevrədə Azərbaycan və Ermənistan nümayəndələri ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcəklər. Bu görüşün gündəmində beynəlxalq humanitar hüquqa aid, o cümlədən oktyabr ayının 10-da Moskva şəhərində əldə edilən atəşkəs, əsirlərin və cəsədlərin qarşılıqlı təhvil verilməsinə dair razılaşmaların yerinə yetirilməsi də olacaq”, – deyə Kreml rəsmisi qeyd edib.

  • DİN-dən ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə müraciət

    Son vaxtlar paytaxt ərazisində fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan lazımi qaydada istifadə etməmələri, eləcə də avtobuslarda həddən artıq sərnişin sıxlığının yaşanması müşahidə edilir.

    DİN-dən “Report”a verilən məlumata görə, sərnişinlərin sosial məsafə gözləmədən bir-birləri ilə yaxın təmasda olmaları, qoruyucu tibbi maskalardan istifadə etməmələri onların koronavirus (COVID-19) infeksiyasına kütləvi şəkildə yoluxma riskini artırır.

    Son bir neçə gündə ölkə ərazisində yoluxma sayının yüksəlmə səbəblərinin daha çox məhz bu faktorlarla əlaqəli olması ehtimal edilir ki, bu da ictimai nəqliyyatda təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı inzibati təsir tədbirlərinin daha ciddi şəkildə tətbiqini zəruri edir.

    Qeyd olunanlarla əlaqədar xüsusi karantin rejimi qaydalarına riayət etməyən hərəkət iştirakçılarını inzibati məsuliyyətə cəlb olunacaqları barədə xəbərdar edir və ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdən bir daha xahiş edirik ki, özlərinin və yaxınlarının sağlamlığının qorunması naminə avtobuslarda sosial məsafə saxlamaqla mütləq qaydada tibbi maskalardan istifadə etsinlər.

  • В Китае строят самый высокогорный в мире дата-центр

    В Тибетском автономном районе (Юго-Западный Китай) полным ходом ведется строительство центра облачных вычислений.

    Как передает Report со ссылкой на агентство Синьхуа, первая очередь проекта, как ожидается, будет введена в эксплуатацию в 2021 году.

    После завершения первого этапа в этом дата-центре будет 10 тыс. серверных шкафов, а его годовой доход от предпринимательской деятельности составит 1,5 млрд юаней (около 223,5 млн долларов США), что позволит центру удовлетворить потребности основных клиентов страны и Южной Азии в хранении данных.

    Центр расположен в зоне освоения новых высоких технологий Лхасы, что делает его самым высокогорным центром обработки данных в мире. С общим планируемым объемом инвестиций в размере 11,8 млрд юаней (1,76 млрд долларов США) проект будет предоставлять услуги в таких областях, как рендеринг видео, автономное вождение, резервное копирование данных дистанционного обучения и др, сообщил оператор центра в Лхасе – компания Ningsuan Technology Group.

    Центр, как ожидается, будет оказывать услуги таким провинциям и городам центрального подчинения страны, как Пекин, Шанхай, Аньхой, Цзянсу и Сычуань, а также Непалу, Бангладеш, Пакистану и части районов Юго-Восточной Азии, заявили в компании.

  • Çində bulud texnologiyaları mərkəzi inşa edilir

    Çinin Tibet Muxtar Bölgəsinin mərkəzi Lhasa şəhərindəki yüksək texnologiyalar parkında bulud texnologiyaları mərkəzi inşa edilir.

    “Report” “Xinhua” agentliyinə istinadən xəbər verir ki, layihənin I mərhələsi gələn il yekunlaşacaq və burada 10 min server yerləşəcək.

    Bu zaman ildə 1,5 milyard yuan (223,5 milyon ABŞ dolları) gəlir əldə olunacaq.

    Dəniz səviyyəsindən 3 650 m yüksəklikdə fəaliyyət göstərəcək yeni mərkəzin operatoru “Ningsuan Technology Group” şirkətidir. Şirkətdən bildirilib ki, layihəyə ümumilikdə 11,8 milyard yuan (1,76 milyard dollar) pul qoyulacaq. Layihə çərçivəsində video yerləşdirmə, pilotsuz nəqliyyat sistemləri, məsafəli tədris materiallarının ehtiyat yüklənməsi (hard disc) kimi xidmətlər göstərəcək.

    Çinin başlıca şəhər və əyalətlərilə yanaşı yeni mərkəzin qonşu Pakistan, Nepal, Banqladeş, Cənub-Şərqi Asiya ölkələri ilə də əməkdaşlıq edəcəyi gözlənilir.

  • Prezident: “Həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə BQXK-ya dəfələrlə müraciət etsək də, erməni tərəfi imtina edib”

    “Həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə biz Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) dəfələrlə müraciət etsək də, erməni tərəfi imtina edib”.

    APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.

    “Ona görə qərar qəbul etdik ki, onlar birtərəfli qaydada Ermənistana verilsin”, – deyə dövlət başçısı bildirib.

  • Российские политологи осудили ракетные удары Армении по мирным городам Азербайджана

    Российские политологи выразили свое мнение по поводу постоянных ракетных обстрелов мирных городов Азербайджана со стороны Армении.

    Как сообщает российскиое бюро Report, российский военный эксперт Игорь Коротченко назвал эти действия военным преступлением, за которое руководство Армении должно понести наказание.

    “Это уничтожение гражданского населения, обстрел городов с мирными жителями с точки зрения норм международного гуманитарного права – это военное преступление. Здесь не может быть никаких других интерпретаций. Это военное преступление, за которое предусмотрена соответствующая ответственность и международный уголовный суд. Для чего это делается? На мой взгляд, во-первых, это свидетельство того, что на фронте боевых действий армянские боевые формирования не одержали победу и вынуждены отступать. Это отступление компенсируется вот такими обстрелами”, – сказал он.


    Старший аналитик информационно-аналитического агентства “Вестник Кавказа” Андрей Петров охарактеризовал эти ракетные удары как террористические акты, призванные уничтожить как можно больше мирного населения Азербайджана.

    “Удары по мирным городам Азербайджана – несомненные теракты против мирного населения, и сегодня мы можем сказать, что Арменией управляет террористическая организация. Правительство Никола Пашиняна, режим Никола Пашиняна можно трактовать только как террористическую организацию, у которой есть свой план и есть своя цель – уничтожить как можно больше и запугать как можно больше мирных граждан Азербайджана. И они этот план последовательно реализуют. Нужно понимать, что предыдущие удары, как и этот удар – это не были какие-то однократные действия, как месть за освобожденные территории или разовая акция устрашения. Нет. У режима Никола Пашиняна есть абсолютно чуткий план уничтожать население Азербайджана и они ему следуют. Соответственно, это нужно сейчас понять и признать всем международным организациям. Нужно признать военные преступления Армении, признать факт этих преступлений и оказать какое-либо влияние на Армению с тем, чтобы она прекратила свою террористическую деятельность”.


    Востоковед-тюрколог Юрий Мавашев считает, что главной целью Армении является попытка втянуть Россию в войну с Азербайджаном.

    “Совершенно очевидно, что для этой войны с самого начала было характерно нанесение ударов по гражданским объектам, причем именно со стороны Армении по территории Азербайджана. Это очень ключевой момент, потому что речь идет о постоянных провокациях с тем, чтобы втянуть ОДКБ в эту войну, чтобы на стороне Армении выступила Россия”.

  • Rusiyalı politoloqlar dinc şəhərlərə hücumları pislədilər

    Azərbaycanın dinc sakinlərinə qarşı Ermənistan tərəfindən edilən raket hücumları ilə bağlı Rusiyanın bəzi politoloqları fikirlərini bölüşüblər.

    “Report”un Rusiya bürosu xəbər verir ki, hərbi ekspert İqor Korotçenko bu əməlləri müharibə cinayəti olaraq səciyyələndirərək Ermənistan rəhbərlərinin cəzalandırılmasının vacibliyini qeyd edib:

    “Beynəlxalq humanitar hüquqa əsasən, mülki əhalini öldürmək, dinc şəhərləri atəşə tutmaq müharibə cinayəti sayılır, buna başqa ad vermək mümkün deyil. Yəni bu kimi əməllərə görə beynəlxalq cinayət məhkəməsinin təyin edəcəyi müvafiq cəzalar nəzərdə tutulur. Bəs bunu niyə edirlər? Başlıca səbəb, məncə, döyüş meydanında Ermənistan hərbi birləşmələrinin uğur qazana bilməyib geri çəkilməyə məcbur olmasıdır. Bunun əvəzini də bu cür hücumlarla çıxırlar”.

    “Vesti Kavkaza” İnformasiya Agentliyinin baş eksperti Andrey Petrov da bu raket hücumlarını terror olaraq dəyərləndirərək Azərbaycanın mümkün qədər çox dinc sakinlərini öldürmək niyyəti daşıdığını bildirib:

    “Azərbaycanın dinc şəhərlərinin vurulması əhaliyə qarşı törədilən terrordur. Artıq Ermənistanı terrorçu təşkilatın idarə etdiyini söyləyə bilərik. Yəni Nikol Paşinyan hökuməti Azərbaycanda mümkün qədər çox dinc sakini qətlə yetirmək, onlara vahimə salmaq məqsədini güdən terrorçu təşkilatdır, yalnız bu cür səciyyələndirilə bilər. Bu məqsədə doğru onlar ardıcıllıqla irəliləyirlər. Yəni həm bu hücum, həm də əvvəlki hücumlar heç də məsələn, azad olunan bir ərazinin qisasını almaq və ya qorxutmaq məqsədli hansısa əlahiddə bir əməliyyat deyil. Paşinyan rejimi Azərbaycan əhalisini məhv etməyi nəzərdə tutan konkret bir planı var və bu plana da əməl edirlər. Odur ki, bütün beynəlxalq təşkilatlar bunu dərk etməli, qəbul etməlidir. Ermənistanın törətdiyi müharibə cinayətlərini tanımaq və bu terrorçuluq fəaliyyətinə son vermələri üçün onlara lazımi təzyiq göstərmək lazımdır”.

    Şərqşünas, türkoloq Yuri Mavaşev Ermənistanın başlıca məqsədinin Azərbaycana qarşı müharibəyə Rusiyanı da cəlb etmək olduğunu düşünür:

    “Bu müharibədə elə lap əvvəldən mülki obyektlərə qarşı, həm də məhz Ermənistan tərəfindən Azərbaycan ərazisinə qarşı hücumların səciyyəvi hal alması göz qabağındadır. Bu, çox mühüm məqamdır, çünki bu müharibəyə KTMT-ni cəlb etmək, Rusiyanın Ermənistan tərəfində iştirakına nail olmaq məqsədilə mütəmadi təxribatlar törədilir”.

  • Ermənistan bir günə 100-ə yaxın hərbçisinin ölümünü etiraf etdi

    Ermənistan tərəfi oktyabrın 29-da – gün ərzində ikinci dəfə itkilərinin sayı ilə bağlı rəsmi açıqlama yayıb.

    Bu barədə “Sputnik” Ermənistan yazıb.

    Siyahıda 47 erməni əsgərinin adı yer alıb. Beləliklə, Ermənistan tərəfi oktyabrın 29-da ümumilikdə 98 hərbçisinin öldüyünü açıqlayıb.

    Bununla da Ermənistan tərəfi rəsmi şəkildə Qarabağda 1166 hərbçisinin ölümünü etiraf edib.

    Xatırladaq ki, oktyabrın 29-da səhər saatlarında Ermənistan daha 51 hərbçisinin öldürülüdüyünü açıqlamışdı.

  • MN sözçüsü: “Azərbaycan Ordusunun qarşısında bir hədəf var”

    Azərbaycan Ordusunun qarşısında bir hədəf var: Mülki insanlara ziyan vurmadan yalnız legitim hərbi hədəfləri dəqiq atəşlə məhv edərək işğal altında qalan bütün torpaqlarımızın azad olunması.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

    “Qələbə bizimlədir!”, – o, əlavə edib.

  • Nika Çitadze: “Azərbaycan hər cəhətdən Ermənistanı üstələyir”

    Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Sərhədlərin toxunulmazlığı prinsipi mövcuddur, buna görə Azərbaycanın yurisdiksiyası Dağlıq Qarabağa və ona bitişik yeddi rayona da şamil edilməlidir”.

    Bu sözləri Media.Az-a müsahibəsində Gürcüstanın Təhlükəsizlik və Beynəlxalq münasibətlər Araşdırmaları Mərkəzinin rəhbəri Nika Çitadze deyib.

    Ekspert Azərbaycan ərazilərində ermənilərin hüquqlarının pozulmayacağına əminliyini ifadə edib. O, qeyd edib ki, bundan sonra blokadanın aradan qaldırılması və kommunikasiyaların bərpası prosesi gələcək. Sözügedən variant bütün tərəflər üçün sərfəli olacaq.

    Nika Çitadze həmçinin Ermənistan lideri Nikol Paşinyanın dialoqa hazır olmaması və bütün erməniləri döyüşə səsləməsi fikrinə də münasibət bildirib.

    “Düşünürəm ki, Ermənistan rəhbərliyi mövcud reallığı nəzərə almalıdır. Azərbaycan istər hərbi, istərsə də iqtisadi nöqteyi nəzərdən üstünlüyə sahibdir. Azərbaycan hərbi əməliyyatları hələ uzun müddət davam etdirə bilər, Ermənistanın isə bunun üçün resursları yoxdur. Odur ki, Ermənistan danışıqlar masasına oturmalı və öz qoşunlarını çəkməyə (Azərbaycanın işğal olunmuş torpaqlarından – red.) hazır olduğunu bildirməlidir. Ancaq ola bilər ki, Ermənistan hələ də Rusiyanın müdaxiləsinə ümid edir. Gəncə və Azərbaycanın digər şəhərlərinin atəşə tutulması Azərbaycanın Ermənistan ərazisinə zərbə endirməsinə hesablanıb. O zaman KTMT-yə müraciət etmək mümkün olacaq.

    Ancaq bir daha təkrar edirəm, İrəvan reallıqları nəzərə almalıdır. Ermənistan hazırda maksimum Qarabağın Azərbaycanın tərkibində muxtariyyət statusuna və Azərbaycan və Türkiyə tərəfindən blokadanın aradan qaldırılmasına ümid edə bilər”, – deyə ekspert qeyd edib.