Month: October 2020

  • Минобороны о последней ситуации на фронте

    В течение дня 27 октября и в ночь на 28 октября подразделения вооруженных сил Армении, грубо нарушая режим гуманитарного прекращения огня, подвергли обстрелу из различных видов оружия позиции азербайджанской армии на различных направлениях фронта и населенные пункты вблизи прифронтовой зоны.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    Боевые операции продолжались в основном на агдеринском, ходжавендском, физулинском, зангиланском и губадлинском направлениях фронта. Попытки противника атаковать были решительно пресечены, враг отступил, неся потери.

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

    Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-si gün ərzində və 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb, o, itki verərək geri çəkilib.

  • Минобороны: Территория Тертерского района подверглась обстрелу

    28 октября в районе 07:30 ВС Армении подвергли артиллерийскому обстрелу территорию Тертерского района.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

  • Düşmən Tərtəri artilleriya atəşinə tutub – RƏSMİ

    Oktyabrın 28-də saat 07:30 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutub.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

  • Kolumbiya qəzetləri Ermənistanın ölkəmizə qarşı terror siyasəti barədə yazdı – FOTO

    Kolumbiyanın aparıcı KİV-lərindən “Extra Bogota” və “HSB Noticias” qəzetlərində səfir Məmməd Talıbovun Dağlıq-Qarabağ münaqişəsi və Ermənistanın terror siyasəti haqda müsahibəsi dərc olunub.

    Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, müsahibədə səfir Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin tarixi, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, ATƏT-in Minsk qrupu çərçivəsində aparılmış danışıqlar və Ermənistanın destruktiv yanaşması nəticəsində bu prosesin pozulması, işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin son iki il ərzindəki təxribat xarakterli bəyanat və addımları, bu xüsusda N.Paşinyanın danışıqları formatından və Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasından imtina edilməsinə yönəlik açıqlamaları, son aylarda bu ərazilərdə aparılan qeyri-qanuni məskunlaşdırma siyasəti, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ərazisində törətdiyi hərbi təxribat və 27 sentybar tarixindən etibarən ölkəmizə qarşı növbəti təcavüz cəhdi barədə məlumat verib.

    Son bir ay ərzində Tərtər, Mingəçevir, Gəncə, Bərdə və digər şəhərlərimizə artilleriya və ballistik raket zərbələri endirilməsi nəticəsində çoxlu sayda mülki vətəndaşımızın həlak olması və yaralanması və hərbi əməliyyatların gedişində Ermənistan tərəfinin törətdiyi digər müharibə cinayətlərindən danışan diplomat, qeyd olunanların Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində terror siyasəti yürütdüyünün sübutu olduğunu vurğulayıb.

    Bildirib ki, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsinin formulu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimzidən çıxarılmasıdır və beynəlxalq ictimaiyyətin bütün üzvləri təcavüzkar dövlətdən öz işğalçı siyasətindən əl çəkməsini, BMT TŞ-nin qətnamələri və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl edərək işğal etdiyi Azərbaycan ərazilərini azad etməsini tələb etməlidir.

    Daha sonra ünvanlanan suallara cavab olaraq, səfir Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa və Şərq sivilizasiyalarının kəsişməsində yerləşməsi və hər iki bölgənin dəyərlərini özündə birşlədirməsi, mədəni müxtəlifliklə zəngin və fərqli etiqadlardan olan insanların sülh şəraitində birgə yaşadığı yer olması haqda məlumat verib.

    Azərbaycanın tarixdə müsəlman Şərqində ilk demokrtatik respublikanın əsasını qoymaqla tarixdə iz buraxdığını qeyd edən səfir, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, 23 aylıq fəaliyyəti dövründə dövlət quruculuğu sahəsində əldə etdiyi uğurlar, milli, dini və irqi bərabərlik, söz və toplaşmaq azadlığı, qadınlara seçki hüququnun verilməsi kimi mütərəqqi normaları qəbul etməsi haqda danışıb. Müstəqillik ideyasının AXC-nin süqutundan sonra da Azərbaycan xalqının yaddaşından silinmədiyini, bu sayədə 1991-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməyə nail olduğunu qeyd edib.

    Müstəqilliyin ilk illərində Azərbaycanın ölkədaxili siyasi gərginlik, dərin iqtisadi böhran və Ermənistanın hərbi təcüvüzü kimi problemlərlə qarşılaşdığını deyən diplomat, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası sayəsində ölkəmizin sürətli sosial-iqtisadi yüksəliş yaşadığını bildirib, bu xüsusda 2000-ci ildən etibarən ölkə iqtisadiyyatında 4 dəfəyə qədər artım qeydə alındığı, strateji valyuta ehtiyatlarının ÜDM-nin 90%-i keçdiyini, işsizlik və yoxsulluğun 5%-ə qədər endiyini və ölkəyə 200 milyard dollara qədər birbaşa xarici sərmayə yatırıldığını qeyd edib. Bununla yanaşı, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Baku-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi – TAP, TANAP, Bakı-Tbilisi-Qars kimi qlobal əhəmiyyətli enerji və infrastruktur layihələri, habelə ölkə iqtisadiyyatının şəxələndirilməsi və qeyri-neft sektorunun inkişafı haqda məlumat verib.

    Sonda Kolumbiya ilə ikitərəfli əlaqələrin inkişafına toxunan təmsilçimiz, xüsusilə ilə qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin təsis edilməsindən sonra ikitərəfli və çoxtərəfli siyasi, parlamentlərarası, təhsil, mədəniyyət sahələrində faydalı əməkdaşlıq həyata keçirildiyini, habelə kənd təsərrüfatı, energetika, turizm və sərmayə yatırımı sahələrində də əlaqələrin inkişafı üçün ciddi potensial olduğunu bildirib.

    https://bogota.extra.com.co/noticias/nacional/azerbaiyan-se-convirtio-en-una-isla-de-estabilidad-desarroll-639108

    https://hsbnoticias.com/noticias/nacional/azerbaiyan-se-convirtio-en-una-isla-de-estabilidad-desarroll-639112

  • Президент “Барселоны” подал в отставку

    Президент “Барселоны” Жозеп Бартомеу покидает свой пост.

    Функционер подал в отставку вместе со своим советом директоров. Об этом сообщают испанские и каталонские медиа.

    Соответствующее решение было принято после сегодняшнего заседания руководителей “Барсы”. Стоит отметить, что во время вчерашней пресс-конференции Бартомеу заявлял, что не будет подавать в отставку.

    Бартомеу регулярно подвергался критике по поводу своей деятельности в последние годы. В частности, неоднократно выражал недовольство его работой капитан “Барселоны” Лионель Месси, который хотел уйти из клуба летом.

  • “Barselona”nın prezidenti istefa verdi

    “Barselona”nın prezidenti Xosep Bartomeu istefa verib.

    Bu barədə “Sports.ru” “Diario Sport”a istinadla məlumat yayıb.

    Bildirilib ki, Bartomeu ilə birlikdə İdarə Heyətinin üzvləri də vəzifələrindən ayrılmaq qərarına gəliblər.

    İstefanın səbəbi prezidentə etimadsızlıq göstərilməsi olub. Məlumatın tezliklə klub tərəfindən rəsmən açıqlanması gözlənilir.

    Qeyd edək ki, Bartomeu daha əvvəl istefa verməyəcəyini bildirmişdi.

  • “Düşmənin terror-təxribat aktları törətməsi istisna deyil” – DİN-dən XƏBƏRDARLIQ

    “Ermənistan terrorçu dövlətdir. Düşmən ölkənin böyük şəhərlərimizdə, insanların sıx toplaşdıqları yerlərdə, ictimai nəqliyyatda terror-təxribat aktları törətməsi istisna deyil”.

    Bu barədə Azərbaycanın Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir:

    “Odur ki, ehtiyatı əldən verməməli, daim ayıq-sayıq olmalıyıq”.

  • Пашинян ведет армянский народ к катастрофе – ИНТЕРВЬЮ ИЗ ГРУЗИИ

    До парламентских выборов в Грузии осталось несколько дней, голосование состоится уже 31 октября. Предвыборная кампания в соседней стране проходит в том числе и на фоне акций грузинских азербайджанцев и армян, которые по-своему выражают реакцию на войну в Карабахе. Сказывается ли это на предвыборной атмосфере в Грузии?

    В беседе с Media.Az грузинский аналитик, кандидат в депутаты парламента от партии “Единство грузинских националистов” Гия Кучава отметил, что военные действия в Карабахе на избирательную кампанию пока не влияют, кроме того, нет никаких столкновений между азербайджанцами и армянами в Грузии.

    “Если говорить непосредственно о выборах, то основная борьба у нас разворачивается между сторонниками бывшего президента Михаила Саакашвили и различными осколками его партии (они объединились в блок “Национальное движение – Сила в единстве” – ред.) и нынешней правящей партией “Грузинская мечта”. Есть и другие политсилы, которые в той или иной степени поддерживают либо экс-президента, либо “Грузинскую мечту”. А есть и те, кто старается дистанцироваться от этих двух центров силы. Речь идет о считающейся пророссийской партии “Альянс патриотов Грузии” и примкнувшей к ним политической силе “Грузинский марш” Сандро Брегадзе”, – отметил Гия Кучава.

    – Понятно, что скоро выборы, и внутриполитическая тема вышла на первый план. Но, тем не менее, война идет у границ Грузии. Армянская сторона периодически угрожает нанесением ударов по экспортным трубопроводам, идущим из Азербайджана в Грузию и далее в Турцию. Об этом говорят и некоторые проармянские эксперты в России. Неужели в Грузии это никого не беспокоит?

    – В Грузии к таким угрозам относятся крайне отрицательно. И если будут нанесены такие удары со стороны Армении, то, как мне кажется, это может соответствовать интересам России. А вообще, самой большой проблемой армян является идеология партии “Дашнакцутюн” и желание “воссоздать” “Великую Армению”. Но “Великой Армении” не будет никогда. И точно так же никто не признает независимость (сепаратистского – ред.) Карабаха.

    Армянский премьер Никол Пашинян говорит о самоопределении “народа “Арцаха”. Какое самоопределение?! Есть Республика Армения, на территории которой армяне уже самоопределилась. Но им мало, армяне уже требуют самоопределения в Джавахети, завтра потребуют этого же на российском Северном Кавказе.

    Я бы хотел напомнить, что в 90-х годах прошлого века Баку и Ереван были близки к заключению мира, и тогда армянская сторона могла бы получить больше, чем сейчас. Но, в итоге, президент Армении Левон Тер-Петросян ушел в отставку, а затем, в 1999 году произошел расстрел в армянском парламенте.

    – Сейчас война продолжается, и чем хуже становится положение армянской стороны, тем глупее заявления из Еревана…

    – Никол Пашинян ведет армянский народ к катастрофе. Он неадекватен, в панике, боится потерять власть, опасается “карабахского клана”, который активно поддерживают некоторые силы в Москве. Никол Пашинян страшится повторения расстрела в парламенте. Только жертвой сейчас может стать именно он.

  • Paşinyan erməni xalqını fəlakətə aparır – GÜRCÜSTANDAN MÜSAHİBƏ

    Gürcüstanda parlament seçkilərinə bir neçə gün qalıb, səsvermə 31 oktyabrda keçiriləcək. Qonşu ölkədə seçki kampaniyası həm də Qarabağ müharibəsinə öz münasibətlərini bildirən Gürcüstan azərbaycanlıları və ermənilərinin aksiyaları fonunda baş verir. Bu, Gürcüstanda seçkiqabağı atmosferə təsir edirmi?

    Gürcüstanlı analitik, Gürcü Millətçiləri Birliyi Partiyasından millət vəkili namizədi Qiya Kuçava Media.Az-a müsahibəsində bildirib ki, Qarabağdakı hərbi əməliyyatlar hələlik seçki kampaniyasına təsir etmir, bununla yanaşı Gürcüstanda azərbaycanlılarla ermənilər arasında heç bir toqquşma olmayıb.

    “Əgər birbaşa seçkilərdən danışsaq, o zaman ölkəmizdə əsas mübarizə keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarları və partiyasının müxtəlif hissələri ilə (onlar “Milli hərəkat – Güc Birlikdədir” blokunda birləşiblər – red.) mövcud hakim “Gürcü arzusu” Partiyası arasında davam edir. Bu və ya digər dərəcədə keçmiş prezidenti və ya “Gürcü arzusu”nu dəstəkləyən digər siyasi qüvvələr də var. Bu iki güc mərkəzindən uzaq qalmağa çalışanlar da var. Söhbət Rusiyayönlü hesab olunan “Gürcüstan Vətənpərvərləri İttifaqı”ndan və onlara qoşulan Sandro Breqadzenin “Gürcü marşı” siyasi qüvvəsindən gedir”, – deyə Qiya Kuçava qeyd edib.

    – Tezliklə seçkilərin olacağı və daxili siyasi gündəmin ön plana çıxdığı aydındır. Ancaq buna baxmayaraq, Gürcüstanın sərhədlərində müharibə gedir. Erməni tərəfi vaxtaşırı Azərbaycandan Gürcüstana və buradan da Türkiyəyə gedən ixrac boru kəmərlərinə zərbə vurmaqla hədələyirlər. Rusiyadakı bəzi ermənipərəst ekspertlər də bu barədə danışırlar. Bu doğrudan da Gürcüstanda heç kimi narahat etmir?

    – Gürcüstanda bu cür hədələr son dərəcə mənfi yanaşırlar. Əgər bu cür zərbələr Ermənistan tərəfindən endirilərsə, mənə elə gəlir ki, bu, Rusiyanın maraqlarına cavab verə bilər. Ümumiyyətlə, ermənilərin ən böyük problemi “Daşnaksütyun” Partiyasının ideologiyası və “Böyük Ermənistan”ı “yenidən yaratmaq” arzusudur. Ancaq heç vaxt “Böyük Ermənistan” olmayacaq. Eyni şəkildə heç kim (separatçı – red.) Qarabağın müstəqilliyini tanımayacaq.

    Ermənistanın Baş naziri Nikol Paşinyan “Artsax” “xalqı”nın öz müqəddəratını təyin etməsindən danışır. Hansı öz müqəddəratını təyin etmə?! Ermənilərin ərazisində öz müqəddəratlarını artıq təyin etdikləri Ermənistan Respublikası var. Ancaq onlar üçün bu azdır, ermənilər artıq Cavaxetidə öz müqəddəratlarını təyin etməyi tələb edirlər, sabah Rusiya Şimali Qafqazında da bunu tələb edəcəklər.

    Xatırlatmaq istərdim ki, ötən əsrin 90-cı illərində Bakı və İrəvan sülh bağlanmasına yaxın idi və o zaman erməni tərəfi indikindən daha çox şey əldə edə bilərdi. Lakin sonda Ermənistan prezidenti Levon Ter-Petrosyan istefaya getdi və 1999-cu ildə Ermənistan parlamentində gülləbaran baş verdi.

    – İndi müharibə davam edir və erməni tərəfinin vəziyyəti pisləşdikcə, İrəvanın açıqlamaları da o qədər axmaqlaşır …

    – Nikol Paşinyan erməni xalqını fəlakətə aparır. O, adekvat deyil, təşvişdədir, hakimiyyəti itirməkdən qorxur, Moskvadakı bəzi qüvvələr tərəfindən fəal şəkildə dəstəklənən “Qarabağ klanı”ndan qorxur. Nikol Paşinyan parlamentdəki gülləbaranın təkrarlanmasından qorxur. Lakin bu dəfə qurban məhz onun özü ola bilər.