Month: October 2020

  • Vuruşmağa adam tapmayan Paşinyan bütün dünya ermənilərinə çağırış etdi

    Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda ərazi itkilərini etiraf edib.

    Növbəti dəfə erməni xalqına rəsmi “Facebook” hesabından müraciət edən Paşinyan Qarabağın gedən döyüşlərdə ağır yaralandığını bildirib.

    O, həmçinin bütün dünya erməniləri vuruşmağa çağırıb.

    Ermənistanın Baş nazir çıxışında “əmrə tabe olmayanlar sərt şəkildə cəzalandırılacaq” ifadəsini səsləndirib.

    Erməni cəmiyyətində Azərbaycan ordusunun hücumularından kəskin qorxu hissinin yarandığını bilən Paşinyan xalqa müraciətdə “Gəlin razılaşaq ki, heç nədən qorxmayacağıq” deyib.

    Bu çıxış Ermənistanın işğalçı qüvvələrinin ağır itkilərini məruz qaldığı və Paşinyanın artıq kömək üçün müraciət edəcək yerin olmadığını bir daha təsdiqlədi.

  • Tramp Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulmasından məyus olduğunu açıqlayıb

    ABŞ Prezidenti Donald Tramp Ermənistanla Azərbaycan arasında atəşkəsin pozulmasından məyus olduğunu açıqlayıb.

    Bu barədə “Reuters” məlumat yayıb.

    Buna qədər ABŞ Dövlət katibi Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə telefonda danışıb.

    Oktyabrın 25-də Ermənistan və Azərbaycan ABŞ-ın vasitəçiliyi ilə Dağlıq Qarabağ regionunda humanitar atəşkəslə bağlı razılığa gəliblər.

  • Путин и Эрдоган обсудили ситуацию в Карабахе

    Президент России Владимир Путин обсудил по телефону с президентом Турции Реджепом Тайипом Эрдоганом развитие событий в зоне нагорно-карабахского конфликта.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщает пресс-служба Кремля.

    “Обсуждено развитие событий в зоне нагорно-карабахского конфликта. С российской стороны выражена глубокая озабоченность в связи с продолжающимися военными действиями, а также все более масштабным вовлечением в боестолкновения террористов из Ближнего Востока”, – говорится в сообщении.

  • Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

    Median.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, dövlət başçıları Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər. Qeyd edilir ki, Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistanın dövlət başçıları ilə əlaqədə olması barədə məlumatlandırıb.

  • Əlcəzairin prezidenti xəstəxanaya yerləşdirilib

    Əlcəzairin prezidenti Abdelmacid Tebbun həkimlərin tövsiyələrinə əsasən xəstəxanaya yerləşdirilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Əlcəzair prezidentinin Administrasiyasından bildiriblər.

    Məlumata əsasən, hərbi hospitala yerləşdirilən Əlcəzair prezidentinin vəziyyətində narahatlıq doğuran bir məqam yoxdur: “Onun vəziyyəti stabildir və heç bir narahatlıq doğurmur”.

    Bildirilir ki, A.Tebbun vəzifələrini xəstəxanadan icra etməyə davam edir.

  • 27 Sentyabrdan bəri Türkiyənin “Bayraktar TB2” PUA-sının Ermənilərə vurduğu zərər

    27 sentyabrdan bu yana Türkiyənin “Bayraktar TB2” PUA-sının vurduqları təxminən aşağıdakı kimidir. Qeyd edək ki, siyahı MN rəsmi yaydığı videolara görə müəyyən olunub:

    – 72 ədəd T-72 tank

    – 23 ədəd Zirehli döyüş maşını

    – 41 ədəd artilleriya topu

    – 48 ədəd Reaktiv yaylım atəş sistemi

    – 13 ədəd zenit-raket kompleksi

    – 7 ədəd radar

    – 96 ədəd yük maşını

    Erməni tərəfi isə bu zamana qədər 1 ədəd TB2 vurub, və hətta onu da 5 dəfə müxtəlif rakurslardan göstərib.

    Ali Baş Komandan İlham Əliyev də çıxışlarının birində demişdir ki, Türkiyədən aldığımız uçuş aparatlarının sayəsində Ermənistanın 1 milyard dollardan çox hərbi texnikanın zərərsizləşdirilib.

  • “Ermənilər Allah qarşısında günah işlədiblər, ona görə də müharibə bitmir” – Ermənistanın sabiq baş naziri

    Bu gün Ermənistanda 27 oktyabr 1999-cu ildə ölkə parlamentində törədilmiş terror aktının qurbanlarının xatirəsi yad edilir.

    Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, 21 il bundan əvvəl “Hökumət saatı” vaxtı beş silahlı şəxs parlamentin iclas zalına soxulmuş, deputatlara və hökumət üzvlərinə atəş açmışdı. Səkkiz nəfər terror aktının qurbanı olmuşdu: Milli Məclisin sədri Karen Dəmirçyan, baş nazir Vazgen Sarqsyan, MŞ sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, deputatlar Mikayıl Kotanyan, Henrix Abramyan, Armenak Armenakyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan.

    “Bu cinayət Qarabağ məsələsinə görə törədilib”, – deyə “panorama.am” Ermənistanın qətlə yetirilmiş baş naziri Vazgen Sarqsyanın qardaşı Aram Sarqsyandan sitat gətirib.

    Onun sözlərinə görə, aydın idi ki, o vaxt Ermənistan ayağa qalxmışdı. Qardaşının qətlindən dərhal sonra Ermənistan hökumətinin başçısı postunu tutan Aram Sarqsyan hesab edir ki, cəbhədəki hazırkı məğlubiyyət Ermənistanın terror aktına görə cəzalandırılmasıdır: “Çox güman ki, müharibə bizim bu günahımız ucbatından bitmir. Biz Allah qarşısında günah işlətmişik, özümüz özümüzün əleyhinəyik, ona görə də müharibə qurtarmır. Biz bu məsələyə nöqtə qoymağı bacarmalıyıq. Bu problemi daim növbəti nəslə ötürmək düzgün deyil.

    Bildiyimə görə, müharibə həqiqətən müəyyən müddət davam edəcək və belə şəraitində yaşamağı öyrənmək lazımdır, bu dövr üçün müvafiq strukturlar yaradılmalıdır”.

  • Paşinyan əmrə tabe olmayan hərbçiləri ciddi cəzalandıracağı ilə hədələdi

    Ermənistanın baş naziri Nikol Paşinyan xalqa növbəti müraciətində ordudakı intizamsızlığı, qanunsuzluğu etiraf edib.

    Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.

    Baş nazir müraciətində qeyd edib ki, hərbi əməliyyatlar zamanı əmrləri icra etməyən hərbçilər ciddi cəzalandırılacaq.

    “Əmrlərin icrasının məntiqi qeyd-şərtsiz və müzakirəsiz, hərbi vəziyyət şəraitində həyata keçirilməlidir, xüsusilə döyüş şəraitində. Kim ki, əmrə tabe olmur, kim ki, əmrin icrası iradəsini sarsıdıb, ciddi cəzalandırılmalı, məsuliyyətə cəlb edilməli və ictimaiyyət qarşısında cəzalandırılmalıdır. Heç nə onlara bəraət qazandıra bilməz”, – deyə Paşinyan qeyd edib.

    Baş nazir dünənki müraciətinin ziddiyyətli olduğunu etiraf edib. Bununla belə, o hesab edir ki, çıxışı “qəribə” görünməməlidir.

    Paşinyan qeyd edib ki, uğursuzluqlardan da vaz keçməyəcək.

  • Təhsil naziri Bərdədə həlak olan şagirdin yaxınlarına başsağlığı verdi

    “Ermənistan silahlı qüvvələrinin dinc əhalimizə qarşı cinayət əməlləri davam etməkdədir. Çox təəssüf ki, bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. Həlak olan Aysu İsgəndərova Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi idi”.

    “Report” xəbər verir ki, bu fikirlər Təhsil naziri Emin Əmrullayevin “facebook” səhifəsində yer alıb.

    “Allahdan şagirdimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!”, – deyə nazir bildirib.

  • Ermənilərin bu gün Bərdədə öldürdüyü 7 yaşlı Aysunun – Fotosu

    Xəbər verdiyimiz kimi, Erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub.

    Median.Az-ın”Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, erməni hərbi cinayəti nəticəsində 4 mülki vətəndaşımız həlak olub ki, onlardan biri də 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızıdır.

    Bununla da sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak uşaqların sayı 11-ə çatıb.

    7 yaşlı Aysunun fotosunu təqdim edirik: