Month: October 2020

  • Türkiyədə son sutkada koronavirusdan daha 76 nəfər ölüb

    Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 76 nəfər dünyasını dəyişib.

    APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

    Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 127 651 şübhəli koronavirus testindən keçib, onlardan 2209-nun cavabı pozitiv çıxıb, 1511 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1827 nəfər olub.

    Türkiyədə ümumilikdə 366 208 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9950 nəfər ölüb.

    F.Qoca xəstəliyə yoluxma sayından, ağır xəstə sayının artmasından narahatlığını ifadə edərək bir daha vurğulayıb ki, COVID-19-la mübarizə üçün ən güclü silah tədbirlərə düzgün riayət etməkdir.

  • Qondarma rejimin “müdafiə naziri”nin məhv edildiyi avtomobil – FOTO

    Ordumuz tərəfindən məhv edilən qondarma “Dağlıq Qarabağ Respublikasının” “müdafiə naziri” Cəlal Arutunyanın vurulduğu avtomobilin görüntüləri yayılıb.

    Bununla bağlı foto sosial şəbəkələrdə paylaşılıb.

    Qeyd edək ki, Ermənistan silahlı qüvvələri ilə bərabər humanitar atəşkənin pozulmasında fəal iştirak etmiş C.Arutyunyan Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı nəticəsində fiziki olaraq məhv edilib.

  • ABŞ-da afroamerikalı polislər tərəfindən güllələndi – ANBAAN VİDEO

    ABŞ-ın Filadelfiya ştatının Pensilvaniya şəhərində 27 yaşlı afroamerikalı Uolter Uollesin polislər tərəfindən güllələnərək öldürülməsindən sonra iğtişaşlar başlayıb.

    CBS telekanalı xəbər verir ki, qəzəblənmiş kütlə polis bölməsinin binası önünə gələrək U.Uollesi öldürən polislərin cəzalandırılmasını tələb ediblər.

    Qısa müddət sonra kütlənin bir hissəsi şəhərin digər küçələrinə axışaraq yolları bağlayıb, dükanların vitrinlərini sındırıb, ticarət obyektlərini talan ediblər.

  • Türkiyə XİN-dən ermənilərin Bərdəyə hücumuna reaksiya

    Ermənistanın ötən gün elan edilən atəşkəsə baxmayaraq, Azərbaycanda döyüş bölgəsindən uzaqdakı dinc əhalinin məskunlaşdığı ərazilərə qarşı davam edən hücumları bütün bəşəri və əxlaqi dəyərləri ayaq altına alır.

    Bu barədə Türkiyə XİN-in Ermənistan ordusunun Bərdə şəhərinə raket zərbələri endirməsi ilə bağlı bəyanatında deyilib.

    “Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatlarında Bərdə şəhərinə qarşı hücumunda biri iki yaşlı uşaq olmaq dörd dinc sakin həyatını itirib, 13 nəfər yaralanıb. Dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa, bütün Azərbaycan xalqına başsağlığı diləyirik.

    Ermənistanın bu qeyri-insani hücumunu ən sərt şəkildə qınayır, vicdan və məsuliyyət sahibi ölkələri Ermənistanın törətməyə davam etdiyi müharibə cinayətlərinə dur deməyə çağırırıq. Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə bu günə qədər elan edilən üş atəşkəs hər dəfə Ermənistan tərəfindən pozulmasına baxmayaraq, bu atəşkəs pozuntularına həmsədrlər tərəfindən heç bir reaksiya verilməməsini də anlamlı hesab edirik”, – deyə Türkiyə XİN-dən bildirilib.

  • Бельгия стала страной с самым высоким уровнем заражения коронавирусом в ЕС

    Бельгия на сегодняшний день является страной с самым высоким уровнем заражения новым коронавирусом в Евросоюзе.

    Как передает Report, об этом сообщил во вторник Европейский центр по профилактике и контролю заболеваний (ECDC).

    По его данным, королевство вышло на первое место, так как здесь фиксируется более 1 390 случаев заражения на сто тысяч человек населения за последние две недели. На втором месте – Чехия (1 380), на третьем – Люксембург (760). Пятерку стран замыкают Словения (732) и Нидерланды (694).

    При этом, как сообщает ECDC, Чехия в настоящее время является страной с самым высоким уровнем смертности от коронавируса – 12,3 случая на сто тысяч населения. Бельгия занимает здесь второе место с 5,8 случая.

  • Aİ-də koronavirusa ən çox yoluxan ölkələr hansılardır?

    Avropa İttifaqında (Aİ) koronavirusa yoluxmanın ən yüksək faizi Belçikadadır.

    “Report” xəbər verir ki, Avropa Xəstəlikləri Önləmə və Nəzarət Mərkəzinin (ECDC) məlumatına görə, bu ölkədə son iki həftədə hər 100 min nəfərdən 1 390-da yoluxma qeydə alınıb.

    Sonrakı yerləri Çex Respublikası (1 380), Lüksemburq (760), Sloveniya (732), Niderland (694) tutur.

    Eyni zamanda koronavirus nəticəsində ən yüksək ölüm faizinə malik Çex Respublikasında hər 100 min nəfərə 12,3 faiz ölən düşür. İkinci yerdə qərarlaşan Belçikada bu göstərici 5,8 faizdir.

  • Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralanıb

    Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan Aysu İsgəndərovanın 3 yaşlı bacısı Tahirə İsgəndərova da yaralanıb.

    Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

    T.İsgəndərovanın sağ baldırında qəlpə yarası var. Hazırda qəlpə çıxarılıb, o, əməliyyat olunub.

    T.İsgəndərovanın anası Mətanət İsgəndərova “Report”un əməkdaşına bildirib ki, hadisə zamanı uşaqlar həyətdə oynayırmış: “Birdən səs gəldi, qonşumuz Ehtiramın evinə qəlpələr yağdı. Həmin vaxt da uşaqlar qan içində idi. Böyük qızım Aysu öldü, balaca qızım Tahirə isə yaralandı. Onu tez xəstəxanaya çatdırdıq”.

    Həkim “Report”a bildirib ki, bu gün axşam saatlarında xəstəxanaya 12 mülki şəxs qəlpə yarası ilə daxil olub: “Dörd nəfər hadisə yerində ölmüşdü. Yaralılardan biri açıq kəllə-beyin travması, kəllə sümüklərinin sınığı, komatos vəziyyətdə neyrocərrahiyə şöbəsinə göndərdik. Digər xəstələr də müalicə olunur”.

    Qeyd edək ki, bu gün saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub. Nəticədə rayonun Qarayusifli kəndində 4 mülki şəxs həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb.

  • FİFA-nın prezidenti koronavirusa yoluxub

    Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino yeni növ koronavirusa (COVİD-19) yoluxub.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə FİFA-nın mətbuat xidmətindən bildiriblər.

    Məlumata əsasən, 50 yaşlı C.İnfantinoda xəstəliyin yüngül simptomları var. FİFA-nın prezidenti özünü təcrid edib və ən azı 10 gün karantində qalacaq.

  • Rusiyalı ekspert: “Azərbaycan Qarabağ məsələsini artıq həll edib”

    “Azərbaycan öz torpaqlarını azad etmək üçün əməliyyatları ardıcıl şəkildə və uğurla həyata keçirir”.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vladislav Şurıgin bildirib.

    Ekspertin fikrincə, müəyyən məqamdan sonra həm Azərbaycan Ordusunun texniki və təşkilati üstünlüyü, həm də Ermənistandakı daxili böhran öz təsirini göstərməyə başladı:

    “Nəticədə Azərbaycan 28 ildir Ermənistanın nəzarətində olan torpaqlarını inamlı şəkildə azad edə bilib. Mən bunu Azərbaycanın siyasi və hərbi rəhbərliyi tərəfindən son illər gördüyü böyük işlərin bəhrəsi kimi görürəm. Qarşıya qoyulan vəzifələri yerinə yetirən Azərbaycan Ordusunu müsbət qiymətləndirirəm. Belə ki, Azərbaycan ölkənin ərazi bütövlüyünün bərpası olan başlıca məsələni həll etməyə qadir olan regionun güclü ordularından birini yaratmağa müvəffəq olub”.

    Ekspertin qənaətincə, Azərbaycan artıq Dağlıq Qarabağ probleminin həllinə nail olub:

    “Ermənistanla Azərbaycan hərbi, iqtisadi potensial baxımdan müqayisə oluna bilməz. Bu münaqişə zamanı əldə olunan döyüş təcrübəsi sayəsində Azərbaycan ordu quruculuğuna bundan sonra da uğurla davam edə biləcək”.

  • AKP sözçüsü Ömer Çelik: “Ermənistan bu dəfə də atəşkəsi pozmaqla diplomatik yolu yox, hücum yolu seçdiyini bir daha sübut edib”

    “Ədalətsiz və qanunsuz hücumlar qarşısında Azərbaycanın Vətən müdafiəsi davam edir. Qarabağ Azərbaycan torpağıdır. Ermənistan orada işğalçıdır”.

    APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik partiyanın İdarə Heyətinin növbəti toplantınsından sonrakı çıxışında belə deyib.

    Ömər Çelik bildirib ki, Ermənistan üçüncü dəfə humanitar atəşkəs şərtlərini pozmaqla diplomatik yolu yox, hücum yolu seçdiyini bir daha sübut edib:

    “Ermənistan müzakirə istəməyən tərəfdir. Bir tədbir olaraq bəziləri atəşkəs mexanizmini tətbiq etməyə çalışdı. Atəşkəs ermənilər tərəfindən anında pozuldu. Beləcə 23 oktyabr tarixinəcən Ermənistanın Azərbaycandakı mülki əhalinin yerləşdiyi yaşayış məntəqələrinə hücumu nəticəsində 63 mülki vətəndaş həyatını itirib, 219 azərbaycanlı qardaşımız yaralanıb. Bizim nəzərimizdə Azərbaycanın ərazi bütövlüyü qırmızı sərhədimizdir. Ermənistan hücum edən tərəfdir”.

    Ömər Çelik bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi əlaqə saxlayır və dəstəyini ifadə edir, 18-20 oktyabr tarixlərində isə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Bakıya səfər edərək Türkiyənin Azərbaycana dəstəyini göstərib.

    AKP sözçüsü onu da vurğulayıb ki, problemin həllini istəyənlər ilk növbədə Ermənistanı işgal siyasətindən daşındırmalıdır.