Month: October 2020

  • Освобожден от должности начальник штаба погранвойск Армении

    Начальник штаба погранвойск Службы национальной безопасности Армении Гагик Тевосян освобожден от занимаемой должности.

    Как сообщает Panorama.am, данный факт подтвердил заместитель директора СНБ Армении, полковник Армен Абазян.

    Напомним, что накануне, указом президента Армении, Вагинак Саркисян был освобожден от должности командующего погранвойсками Службы национальной безопасности страны. На данную должность был назначен Арман Маралчян.

    А 8 октября от занимаемой должности был освобожден директор СНБ Армении Аргишти Кярамян.

  • Ermənistan Sərhəd Qoşunlarının qərargah rəisi işdən çıxarılıb

    Ermənistan Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyan vəzifəsindən azad edilib.

    “Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə məlumatı MTX-nin direktor müavini Armen Abazyan təsdiqləyib.

    Q.Tevosyanın işdən azad edilməsinin səbəbləri açıqlanmayıb.

  • Prezidentin köməkçisi: “İşğal başa çatdıqdan sonra DSX Azərbaycan sərhədi boyu müvafiq qaydada fəaliyyət göstərəcək”

    “Dövlət Sərhəd Xidməti döyüşlərdə iştirak etmir, lakin proses çərçivəsində Sərhəd Xidmətinin hərbçiləri Azərbaycanın sərhəd boyu ərazilərinə yerləşdirilib. Məsələn, İranla sərhəddə. Xüsusilə qeyd etməliyəm ki, 30 illik işğaldan sonra İran-Azərbaycan sərhədi artıq tamamilə Azərbaycanın nəzarətindədir”.

    APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    “İranın müvafiq qurumları ilə yaxın təmasdayıq və əməkdaşlıq edirik. Biz bu hissədə İranla normal sərhəd xidməti və nəzarəti yaradacağıq”, – deyə H. Hacıyev qeyd edib.

    Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində tətbiq ediləcək sivil sərhəd konsepsiyası üzərində də iş aparılır: “Bu, işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında tətbiq olunacaq. Oxşar sistem artıq Qazax və Tovuz regionunda tətbiq edilib.

    Dövlət Sərhəd Xidməti birbaşa olaraq hərbi əməliyyatlarda iştirak etmir, ancaq ölkəmizin sərhədlərinin təhlükəsizliyini təmin edir. Əlbəttə ki, işğal başa çatdıqdan sonra Dövlət Sərhəd Xidməti Azərbaycan sərhədi boyu müvafiq qaydada fəaliyyət göstərəcək”.

  • Hikmət Hacıyev: “Ermənistan PKK-çıları Şuşada yerləşdirib, onlar Azərbaycan hərbçilərinin formasına uyğun geyindirilib”

    “Çox etibarlı kəşfiyyat məlumatlarına görə, Ermənistan hökuməti PKK terrorçularını Şuşa şəhərinə yerləşdirib və onlar Azərbaycan hərbçilərinin formasına uyğun geyindirilib”.

    APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    H. Hacıyevin sözlərinə görə, bunun iki məqsədi var: “Birincisi Azərbaycan Silahlı Qüvvələrini yanıltmaq, ikinci məqsəd isə itkilər olduqda, onların guya Azərbaycan Silahlı Qüvvələri sırasında döyüşdüyünü iddia etməkdir.

    Sizin diqqətinizi professional bir yanlışlığa çəkmək istəyirəm. Ermənistan Müdafiə Nazirliyi rəsmi sosial şəbəkədəki hesabında bu günlərdə bir foto yayımladı. Fotoda Ermənistanın Müdafiə naziri David Tonoyan və erməni əsgərləri vardı.

    Onun yanında dayanan əsgər Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimində idi. Fotodakı digər əsgər də həmin hərbi geyimdə idi və onun ayağında Azərbaycan Sərhəd Xidmətinə məxsus ayaqqabı vardı. Bu ciddi şübhələr və suallar doğurur. Qeyd edim ki, bu foto dərhal silindi. Sual yaranır: Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimində olan əsgər Ermənistan Müdafiə nazirinin yanında nə edir?

    Bizim buna cavabımız var. Bir neçə gün öncə Ermənistan Müdafiə Nazirliyi vasitəsilə xüsusi saxta videolar yayıldı. Guya xarici döyüşçülər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında vuruşur, onların da əynində Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimi vardı. Ermənistan saxta propaqanda elementlərindən istifadə edir. Hazırda PKK və müxtəlif ölkələrdən olan etnik ermənilər Azərbaycana qarşı döyüşlərə qatılıb və onlar ön cəbhəyə göndərilir. Təəssüf ki, xarici ölkələrdən olan etnik ermənilərin müəyyən qismi Avropa İttifaqı və NATO ölkələrindən gəlir”.

  • Parisdə bomba həyəcanı ilə əlaqədar Şarl de Qoll meydanı boşaldılıb

    Fransa paytaxtı Parisdəki Zəfər tağının ətrafında bomba həyəcanı yaşanıb, ərazidəki insanlar təxliyə olunub.

    APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidmətinin nümayəndəsi bildirib.

    “Bomba olması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları təfərrüatları dəqiqləşdirmək üçün əraziyə cəlb olunub”, – deyə mənbə qeyd edib.

    Onun sözlərinə görə, Zəfər tağı ətrafında təhlükəsizlik xətti yaradılıb.

  • Dövlət Komissiyası: Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir – FOTO

    Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir.

    APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov bildirib.

    O qeyd edib ki, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına, həmçinin Cenevrə Konvensiyasının tələblərinə sadiqliyini ifadə edərək Ermənistan və Azərbaycan Respublikasının humanitar atəşkəs elan olunması haqqında Moskva bəyannaməsindən sonra öz humanist mövqeyini bir daha vurğulayıb: “Belə ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 12 oktyabr tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin başçısı ilə keçirilən görüşdə bir tərəfli qaydada Azərbaycan tərəfinin humanist addım kimi Ermənistan hərbçilərinə aid 30 nəfərin meyitinin və eyni zamanda Ermənistan hərbçilərinin işğal etdikləri ərazilərdən geri çəkildikləri zaman köməksiz vəziyyətdə qoyub getdikləri 2 mülki şəxs, Hadrut sakinləri – 1935-ci il təvəllüdlü Babayan Yevqeniya Pavlovna və 1935-ci il təvəlüdlü Melkumyan Mişa Merlandoviçin qarşı tərəfə verilməsi ilə bağlı bir tərəfli qaydada təklif verib. Bundan sonra Dövlət Komissiyasının digər səlahiyyətli nümayəndələri tərəfindən də Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə keçirilən görüşlərdə bununla bağlı bir neçə dəfə təklif verilməsinə baxmayaraq qarşı tərəfdən bu humanitar missiyaya heç bir cavab verilməyib. Bu da qarşı tərəfinin beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik etməsi ilə yanaşı, həmçinin Ermənistanın öz vətəndaşlarına qarşı qeyri-humanist mövqeyini sərgiləmək kimi qiymətləndirilir”.

  • Prezidentin köməkçisi: “Ermənistan Azərbaycan Silahlı Qüvvələrini vadar edir ki, sərhəddə əks-həmlə tədbirləri həyata keçirsin”

    “Ermənistan Zəngilan və Qubadlı istiqamətində Azərbaycan-Ermənistan sərhədinin olduğunu qəbul etməlidir”.

    APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    H. Hacıyev deyib ki, sərhədin əks istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumlar həyata keçirilir və bu, Azərbaycan Silahlı Qüvvələrini vadar edir ki, əks-həmlə tədbirləri həyata keçirsin: “Ermənistan Azərbaycanın sərhədlərinə hörmət etməlidir”.

    Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəf seçməsinin cinayət əməli olduğunu vurğulayan Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri düşmənə döyüş meydanında layiqli cavab verir.

  • MN: Ermənistan dərk etməlidir ki, bərpa edilən sərhədlər münaqişə zonası deyil, dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir

    “Ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub”.

    APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

    A. Eyvazov deyib ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə riayət edir: “Ordumuz düşmənin təxribatları ilə əlaqədar yalnız adekvat tədbirlər görür. Ermənistan vəziyyəti gərginləşdirməyə hesablanmış təxribatçı hərəkətlərə son qoymalıdır. Ermənistan dərk etməlidir ki, bərpa edilən sərhədlər münaqişə zonası deyil, dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Azərbaycan öz ərazilərini təhdid edən istənilən legitim hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmək hüququna malikdir”.

  • Hikmət Hacıyev: “Ermənilər öz vətəndaşlarını və ölmüş əsgərlərinin cəsədlərini qəbul etmək istəmir”

    “Azərbaycan birtərəfli qaydada erməni əsgər və zabitlərin cəsədlərini qaytarmağa hazır olduğunu bildirsə də, Ermənistan cavab verməyib”.

    Bu sözləri bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Aparatının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    H. Hacıyev deyib ki, Azərbaycan birtərəfli qaydada Tovuz və Gürcüstan ərazisi vasitəsi ilə cəsədlərin Ermənistana verilməsinə hazır olduğunu bildirib, onlar hətta öz cəsədlərini qəbul etmək istəmirlər: “Eyni zamanda ahıl yaşda olan 2 şəxsin də birtərəfli qaydada qaytarılmasına hazır olduğumuzu bəyan etmişik. Ancaq Ermənistan hələ cavab verməyib”.

  • Минобороны Азербайджана проводит брифинг в связи с последней ситуацией на фронте – ПРЯМОЙ ЭФИР

    Министерство обороны Азербайджана проводит 27 октября пресс-конференцию в связи с последней ситуацией в зоне боевых действий.

    Как сообщает Oxu.Az, в брифинге принимают участие пресс-секретарь оборонного ведомства полковник-лейтенант Анар Эйвазов и помощник Президента Азербайджана Хикмет Гаджиев.