Month: October 2020

  • Пашинян признал, что армянские солдаты убегают с поля боя

    Премьер-министр Армении признался, что солдаты ВС Армении убегают с поля в боя в Нагорном Карабахе.

    Как передает Median.Az со ссылкой на Sputnik Armenia, об этом глава армянского государства заявил во время прямого эфира в Facebook.

    “Конечно, плов на войне не раздают, война, конечно, порождает хаос, но каждый должен знать, что беглеца с поля боя нужно жестко ругать и никакие оправдания не принимаются”, – сказал Пашинян.

    Он также добавил, что это судьбоносный момент, и никто не может надеется, что кто-то решит этот вопрос за армян.

    Отметим, что пользователи социальных сетей распространили ряд видеокадров, демонстрирующих недовольство и дезертирство среди армянских военнослужащих.

  • Paşinyan erməni əsgərlərinin döyüş meydanından qaçdığını etiraf etdi

    Ermənistanın baş naziri Nikol Paşinyan ölkə silahlı qüvvələrinin əsgərlərinin Qarabağda döyüş meydanından qaçdığını etiraf edib.

    Median.Az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın hökumət başçısı feysbukda canlı yayımda bildirib.

    “Əlbəttə, müharibədə plov paylamırlar, müharibə xaos yaradır. Lakin hər kəs bilməlidir ki, döyüş meydanından qaçanı cəzalandırmaq lazımdır və heç bir bəraət qəbul olunmur”, – o deyib.

    N.Paşinyan həmçinin vurğulayıb ki, bu, taleyüklü məqamdır və ermənilərin heç biri onlara kömək ediləcəyinə ümid bəsləməməlidir.

    Qeyd edək ki, son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığı və fərariliyini əks etdirən videogörüntülər yayılır.

  • Maradona: “Messi və Ronaldu dünyanın ən yaxşı futbolçularıdır”

    Argentina yığmasının sabiq üzvü Dieqo Maradona İspaniya “Barselona”sının hücumçusu Lionel Messi və İtaliya “Yuventus”unda çıxış edən Kriştianu Ronaldunu dünyanın ən yaxşı futbolçuları hesab edib.

    Median.Az xəbər verir ki, hazırda ölkəsində “Ximnasiya və Esqrima” komandasının baş məşqçisi olan əfsanəvi oyunçu “France Football”a açıqlamasında hər iki forvardın digərlərindən üstün olduğunu bildirib.

    60 yaşlı mütəxəssis deyib ki, heç kim onların etdiklərinin yarısını da edə bilmir.

    Qeyd edək ki, Dieqo Maradona 2019-cu ilin sentyabrında “Ximnasiya və Esqrima”ya baş məşqçi təyin olunub.

  • Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndi – VİDEO

    Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndinin görüntüləri yayılıb.

    Median.Az Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edir.

  • Pakistanda səfirliklərin yerləşdiyi diplomatik anklavda erməni terrorunu əks etdirən xüsusi güşə yaradılıb – FOTO

    Pakistanda xarici ölkələrin səfirliklərinin yerləşdiyi diplomatik anklavda erməni terrorunun fəsadlarını əks etdirən xüsusi güşə yaradılıb

    Median.Az xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə bildirilib ki, Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı məqsədli şəkildə törədilmiş terrorizmi dünya ictimaiyyətinə çatdırmaq və bu terror nəticəsində ölkəmizin Gəncə, Mingəçevir və digər yaşayış məskənlərində həlak olmuş həmvətənlərimizin əziz xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasının İslamabaddakı Səfirliyinin binası önündə yaradılmış güşəni Pakistanın bir sıra rəsmi şəxsləri, bu ölkədə yerləşən diplomatik missiyaların və beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar, Pakistan ictimaiyyətinin və KİV-lərinin nümayəndələri, eləcə də bu şəhərdə yaşayan azərbaycanlılar ziyarət edirlər.

    Ziyarətçilər erməni terrorunu özündə əks etdirən posterlərin, şəkillərin və şuarların yer aldığı güşə ilə tanış olub, onun qarşısında şamlar yandırmaqla, eləcə də güllər və oyuncaqları qoyaraq qətlə yetirilənlərin xatirəsinə öz ehtiramlarını ifadə edirlər.

    Səfirliyin binasının yerləşdiyi yolun kənarında quraşdırılmış böyük monitorda isə Gəncə və digər şəhərlərimizin dinc əhalisinə qarşı həyata keçirilmiş çoxsaylı raket hücumlarının nəticələrini və fəsadlarını əks etdirən sənədli filmlər nümayiş etdirilir və məlumatlar çatdırılır.

    Güşəyə baş çəkən ziyarətçilər, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ, Cenevrə Konvensiyasının öhdəliklərini, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi vəhşilikləri pisləyərək Azərbaycanla həmrəyliyini və ölkəmizin özünü müdafiə hüququna dəstəyini ifadə edirlər.

  • Makronun İslam əleyhinə açıqlamaları onun dinləri anlamadığını nümayiş etdirir – Ərəb analitik

    Fransa Prezidenti Emmanuel Makronun İslamla bağlı açıqlamaları onun İslamı, ümumiyyətlə dinləri anlamamasını nümayiş etdirir.

    Median.Az bildirir ki, bunu Trend-ə ərəb analitik Kamal əl-Halbavi deyib.

    Onun sözlərinə görə, Fransanın islami baş örtüləri ilə bağlı əvvəlki mövqeyi də bu ölkədə azadlıq və bərabərlik məsələlərində ziddiyyət və ikili standartları üzə çıxarır:

    “Fransa prezidentinin indiki mövqeyi nə İslama, nə də İslam peyğəmbərinə ziyan vurmayacaq. Dünya müsəlmanları əsl İslamla yaşamalı, Quranda deyildiyi kimi, bəşəriyyəti ruhlandırmalıdır”.

    O əlavə edib ki, müsəlmanlar aşkar cahillikdən üz döndərməlidir.

  • Bakının küçə və prospektlərində sıxlıq müşahidə olunur – BNA

    Bu dəqiqələrdə paytaxtın əksər küçə və prospektlərində sıxlıq və tıxac müşahidə olunur.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

    Sıxlıq və tıxac olan yollardan keçən bütün müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

    – Ziya Bünyadov prospekti – Çermet körpüsündən “20 Yanvar” dairəsi istiqamətində

    – Abdulvahab Salamzadə küçəsi -Ceyhun Səlimov küçəsi ilə kəsişmə (Ziya Bünyadov prospekti və Ak.Həsən Əliyev küçəsi)

    – Alı Mustafayev küçəsi – “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospektinə gedən yol

    – Abbasqulu ağa Bakıxanov küçəsi -Türkiyə səfirliyi istiqamətində

    – Tbilisi prospekti – “20 Yanvar” dairəsi istiqamətində

    – Qara Qarayev prospekti -Dakar dairəsi istiqamətində nisbətən sıxlıq

    – Rəşid Behbudov küçəsi -Qış parkına qədər nisbətən (Füzuli küçəsinə qədər)

    – Yusif Səfərov küçəsi -Heydər Əliyev prospekti istiqamətində

    – Heydər Əliyev prospekti -Bağırov körpüsündən Koroğlu metrosu və şəhər istiqamətində köməkçi yol

    – Şah İsmayıl Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində

    – Mikayıl Useynov prospekti – Azneft dairəsi istiqamətində

    Avtobusların sıxlıqda gecikməməsi və hərəkət intervalının tənzimlənməsi üçün bütün zəruri tədbirlər görülür. Müvafiq küçə və prospektlərdə svetoforlara “yaşıl dalğa” əmri tətbiq edilir. Sərnişin tələbatı yüksək olan istiqamətlər üzrə ehtiyat avtobuslar cəlb edilir.

    Qeyd edək ki, ötən həftə ərzində marşrut xətləri üzrə gündəlik sərnişin səfər sayı 1,9-2 mln arasında dəyişib. Ümumilikdə isə xətlərə 2 100-2 200 ədəd avtobus çıxarılıb ki, bu da adi rejimlə müqayisədə 15% çoxdur.

  • Qubada yaşayış yerini tərk edərək insanlar üçün təhlükə yaradan COVID-19 xəstəsi saxlanılıb

    Qubada koronavirus xəstəsi yaşayış yerini tərk edərək insanlar üçün real təhlükə yaradıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayon sakini Gülbaba Abdullayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib.

    Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaradıb.

    Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan G.Abdullayevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

    Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

  • Düşmənin Tərtərə atdığı üç raketdən biri zərərsizləşdirilib – Müdafiə Nazirliyi

    Ermənistan tərəfindən atılan 3 raketdən biri hava hücumundan müdafiə bölmələrimiz tərəfindən havada zərərsizləşdirilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu fikirləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

    Onun sözlərinə görə, saat 18.15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən (YARS) Tərtər şəhərini atəşə tutub.

  • Siz bir çox dövlət başçılarına liderlik dərsi verdiniz – Ali Baş Komandana MÜRACİƏTLƏR

    Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətandaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

    Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.

    Müraciət edənlər Ali Baş Komandanın rəhbərliyi ilə Milli Ordumuzun tez bir zamanda bütün torpaqlarımızı erməni işğalından qurtaracağına əmin olduqlarını qeyd edirlər.

    Azərbaycanın və dünyanın bir çox yerlərindən ünvanlanan məktublarda prezidentin bir çox dövlət başçılarına liderlik dərsi verdiyi vurğulanır. Azərbaycan xalqının Ali Baş Komandanının bir çağırışı ilə onun ətrafında yumruq kimi birləşdiyi qeyd edilir.

    Məktublarda həmçinin Prezident İlham Əliyevin öz sevgi dolu qəlbi ilə bütün çətinlikləri aşaraq, fəxarətlə xalqımızın xidmətində dayandığı bildirilir.

    Prezidentə müraciətlərdə dövlət başçısının davamlı fəaliyyətinin bundan sonra da ölkəmizin müasirləşməsi, inkişafı, rifah halının yüksəlməsi, dünyada onun rolununun möhkəmlənməsinə gətirib çıxaracağı vurğulanır.

    Azərbaycan xalqı bildirir ki, Ali Baş Komandan “Qarabağ Azərbaycandır!” deyərək həddini aşanlara həddini bildirir – Paşinyana isə cavabını verir.