Month: October 2020

  • MN rəsmisi: “Azərbaycan Ordusu düşmənin hücumlarının qarşısını almağa hazırdır”

    “Canlı qüvvə ehtiyatları tükənməkdə olan düşmən döyüşlərə daha çox könüllüləri, muzdlu və əcnəbi terrorçu döyüşçüləri, o cümlədən uşaqları cəlb etməyə çalışır. Belə olan halda isə düşmənin döyüş sahəsində vəziyyətə nəzarət etməsi praktiki cəhətdən mümkün deyil”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

    “Nizami ordumuz düşməninistənilən hücum və təxribatlarının qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir”, – o bildirib.

  • Müdafiə Nazirliyi: “Bu gün yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb”

    Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bu gün keçirilən brifinqdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusunun bu gün saat 08.00-dan humanitar atəşkəs rejiminə əməl etdiyini bildirib:

    O, qeyd edib ki, Ermənistan saat 08.05 radələrindən başlayaraq müxtəlif istiqamətlərdə humanitar atəşkəs rejimini pozub:

    “Bu gün ərzində Tərtər də daxil olmaqla, yaşayış məntəqələrimizə 200-dən çox mərmi atılıb. Canlı qüvvə ehtiyatı tükənən düşmən könüllüləri, muzdlu döyüşçüləri və uşaqları cəlb edir. Nizami Ordumuz düşmən tərəfindən istənilən hücum və təxribatların qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir”.

  • Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik olub

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısında dəyişiklik edilib.

    Bununla əlaqədar Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında” Qərar imzalayıb.

    Qərara əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin iki strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, inteqrasiya təlimli internat tipli təhsil müəssisələri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr)” bölməsinə 63-67-ci hissələr əlavə edilib:

    “63. Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü lisey

    64. Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü lisey

    65. Şirvan şəhər kimya-biologiya təmayüllü lisey

    66. Şəki şəhər kimya-biologiya təmayüllü lisey

    67. Şəmkir rayonu kimya-biologiya təmayüllü lisey”.

  • Şamaxıda zəlzələ olubn

    Şamaxı rayonunda zəlzələ olub.

    Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ yerli vaxtla saat 17:50-də Pirqulu stansiyasından 14 km cənubda Şamaxı rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3.2, dərinliyi 43 km olub.

    Zəlzələ hiss olunmayıb.

  • Tərtər şəhəri atəşə tutulub – RƏSMİ

    Oktyabrın 26-sı, saat 15:30-da Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq, Tərtər şəhərini toplardan atəşə tutub.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

  • Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilərin daha bir görüntüsü – VİDEO

    Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı məhv edilmiş erməni hərbçilərin daha bir görüntüsü yayılıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Армяне обстреляли Дашкесан: в лесу вспыхнул пожар – ВИДЕО

    Вооруженные силы Армении, нарушая режим гуманитарного прекращения огня, атаковали Дашкесан.

    Об этом в Twitter сообщил помощник Президента Азербайджана – завотделом Администрации главы государства по вопросам внешней политики Хикмет Гаджиев.

    Он отметил, что в результате данного акта агрессии в лесном массиве вспыхнул пожар.

    “Ведутся работы по тушению пожара. Принимаются меры по минимизации негативных последствий экологического террора Армении”, – написал Х.Гаджиев, добавив, что местные жители не пострадали.


  • Ermənilər Daşkəsəni atəşə tutdu: Meşədə yanğın başladı – VİDEO

    Erməni silahlı qüvvələri humanitar atəşkəsi pozaraq, Daşkəsənə hücum ediblər.

    Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında məlumat yayıb.

    O bildirib ki, nəticədə meşə massivində yanğın başlayıb:

    “Yanğının söndürülməsi istiqamətində iş aparılır. Ermənistanın ekoloji terrorunun mənfi nəticələrini minimuma endirmək üçün işlər davam etdirilir.

    Xoşbəxtlikdən sakinlər arasında itki yoxdur”.


  • Bəzi ictimai iaşə obyektində qaydalar kobud şəkildə pozulub

    Azərbaycanda 20 ictimai iaşə obyektində qaydalara əməl olunmadığı aşkarlanıb.

    Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizdən müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir.

    Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.

    Agentlik əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunur.

    Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir.

    Belə ki, AQTA əməkdaşları tərəfindən 24 oktyabr 2020-ci il tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 352 ictimai iaşə obyektində 482 monitorinq keçirilib.

    Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

    Reyd keçirilən 20 ictimai iaşə müəssisəsində Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

    Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin, pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.

    Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında bir metrdən, masalararası məsafə isə iki metrdən az olmamalıdır. Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan iki dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.

  • Агджебединский район вновь подвергся артобстрелу – ОФИЦИАЛЬНО

    Армянские вооруженные силы, продолжая нарушать новый режим гуманитарного прекращения огня, вновь подвергли артиллерийскому обстрелу территорию Агджебединского района.

    Об этом сообщает Минобороны АР.