Month: October 2020

  • Fransanın məşhur portalında Qarabağla bağlı məqalə dərc edilib

    Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub.

    Məqalədə 30 ilə yaxındır ki, Ermənistanla Azərbaycan arasında davam edən münaqişənin əsl mahiyyəti haqqında ətraflı məlumat verilib, tarixçi və jurnalistlərin bu məsələdən danışarkən peşə etikasına riayət etmələrinin vacibliyi vurğulanıb.

    Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu, münaqişə zonasından uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin raket atəşinə tutulması da məqalədə yer alıb.

    Məqalədə Azərbaycanla Fransa arasında əməkdaşlıq əlaqələri ilə yanaşı, Azərbaycanın iqtisadi əməkdaşlıq baxımından regiondakı geosiyasi mövqeyinə toxunulub, Türkiyənin Azərbaycana hərbi dəstək göstərməsi ilə bağlı ittihamların əsassız olması ilə yanaşı, münaqişənin müsəlman-xristian qarşıdurması kimi qələmə verilməsinin yalnış olduğu qeyd olunub. Azərbaycanın çoxkonfessiyalı və multietnik ölkə olması, Dağlıq Qarabağın isə Azərbaycanın ayrılmaz tərkib hissəsi olması faktının həm tarixi həqiqətə, həm dən beynəlxalq hüquq normalarına əsaslandığı xüsusi ilə vurğulanıb.

  • Хикмет Гаджиев поделился публикацией в связи с подростками – жертвами армянских атак – ФОТО

    Помощник Президента-заведующий отделом Администрации Президента Хикмет Гаджиев в своем Twitter-аккаунте разместил публикацию о двух подростках, погибших в результате обстрела армянскими вооруженными силами гражданских населенных пунктов Азербайджана.

    Х.Гаджиев осудил Армению за гибель подростков Артура и Орхана, которые, несмотря на разную национальную принадлежность, разделили общую трагическую судьбу.

    “Они стали жертвами ракетных атак азербайджанских городов и военных преступлений Армении против мирных жителей”,- отметил он.

  • Hikmət Hacıyevdən Ermənistan hücumlarının qurbanı olan yeniyetmələr barədə paylaşım

    Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın Azərbaycanın mülki yaşayış obyektlərini atəşə tutması nəticəsində həyatını itirən iki yeniyetmə ilə bağlı paylaşım edib.

    O bu barədə özünün “Twitter” hesabında məlumat paylaşıb.

    H.Hacıyev fərqli millətlərdən olan (Rusiya və Azərbaycan) Artur və Orxana faciəli tale yaşadan Ermənistanın hücumunu pisləyib:

    “İki yaraşıqlı yeniyetmə – Artur və Orxan. Fərqli millətlərdən asılı olmalarına baxmayraq (Rusiya və Azərbaycan) ortaq faciəli tale yaşadılar. Onlar Ermənistanın Azərbaycanın şəhərlərindəki mülki vətəndaşlara qarşı ballistik raketlərlə etdiyi hücumların, müharibə cinayətlərinin qurbanlarıdır”.

  • Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb

    Amerikada yaşayan soydaşımız, Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli Nyu York şəhəri, 9-cu konqres dairəsinin təmsilçisi xanım Yvette Klark ilə görüşüb.

    Bu barədə Diasporla İş Üzrə Komitəsi məlumat yayıb.

    Ercan Yerdələnli Qarabağ həqiqətləri və Ermənistan terroru barədə dairə təmsilçisinə məlumat verib. Görüşdə iştirak edən Türkiyənin Nyu-Yorkdakı Baş konsulu cənab Reyhan Özgür də Ermənistanın işğalçı siyasət yürütdüyünü bildirib. Xanım Yvette Klark görüşdən məmnunluğunu ifadə edib, seçkilərdən sonra yenidən görüşməyə söz verib.

  • MN: Düşmən qüvvələrindən əsir götürülənlər var

    Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.

  • Ceyhun Bayramov: “Mövqeyimizi ABŞ tərəfinə çatdırdıq” – MÜSAHİBƏ+VİDEO

    Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Vaşinqton şəhərində ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

    C.Bayramov M.Pompeo ilə görüşdə münaqişə ilə bağlı son vəziyyəti, xüsusilə, Ermənistanın humanitar atəşkəsə çağırış etməsinə baxmayaraq, buna əməl etməməsi, mülki əhalini hədəf alması, Ermənistanın terrorçu ekstremist qüvvələrdən, həmçinin, muzdlulardan Azərbaycana qarşı istifadə etməsi ilə bağlı məsələləri müzakirə edib.

    Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan tərəfinin mövqeyi bəllidir:

    “Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mütəmadi olaraq beynəlxalq ictimaiyyətə, beynəlxalq mətbuata verdiyi müsahibələrində də qeyd edib. Bu gün bizim əsas məqsədimiz Azərbaycanın tarixi həqiqətə, beynəlxalq hüquqa əsaslanan mövqeyini Amerika tərəfinə çatdırmaqdır. Ermənistan son zamanlar, xüsusilə də 27 sentyabrdan başlayan hərbi təxribatlar törədərək, Azərbaycanın mülki əhalisini atəşə tutublar. Bilirsiniz ki, Ermənistan silahlı qüvvələri hər zaman mülki əhalini atəşə tutub. Azərbaycan dövləti müəyyən mənada öz vətəndaşları qarşısında olan öhdəliyini yerinə yetirməli idi və Ermənistanın təxribatlarına adekvat cavab verildi. Bu müddət ərzində Azərbaycan silahlı qüvvələri uzun müddət düşmən işğalı altında olan ərazilərimizi azad etdilər və bu proses davam etdirilir”.

    C.Bayramov bildirib ki, çoxsaylı müraciətlərə uyğun olaraq Azərbaycan humanitar atəşkəsə razılıq verdi lakin Ermənistan humanitar atəşkəsin şərtlərinə əməl etmədi:

    “Həmin humanitar atəşkəsin pozulması Ermənistan tərəfindən oldu. Burada əsas məqsəd Ermənistanın hərbi-siyasi rəhbərliyinin itirilmiş mövqeləri qəbul edə bilməməsidir. Onlar humanitar atəşkəs adı ilə Azərbaycan silahlı qüvvələrinə zərbələr endirmək istədilər. Amma təbii ki, Azərbaycan silahlı qüvvələri buna layiqli cavab verib. Çünki, humanitar atəşkəs birtərəfli ola bilməz”.

  • Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA – CANLI YAYIM

    Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirir.

    Oxu.Az-ın məlumatına görə, konfransda nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov iştirak edir.

    O, keçirilən brifinqdə gün ərzində cəbhədə baş vermiş hadisələr haqqında məlumatlar verir.

  • Haber Global подготовил из освобожденного села Талыш ВИДЕОРЕПОРТАЖ

    Азербайджанская армия освободила село Талыш, более 30 лет находившееся под армянской оккупацией.

    Периодически в социальных сетях публикуются видео, снятые на освобожденных азербайджанских землях.

    На этот раз сотрудники турецкого телеканала Haber Global TV подготовили репортаж из села Талыш Тертерского района.

    Представляем этот репортаж:

  • “Haber Global”-ın Azərbaycanın işğal altından azad etdiyi Talış kəndindən REPORTAJI – VİDEO

    30 ildən çoxdur Ermənistanın işğal altında saxladığı Talış kəndi Azərbaycan ordusu tərəfindən azad olunub.

    İşğaldan azad olunan Azərbaycan torpaqlarında çəkilən videogörüntülər zaman-zaman sosial şəbəkədə paylaşılır.

    Bu dəfə isə Türkiyənin “Haber Global” telekanalının əməkdaşları Tərtər rayonun Talış kəndindən reportaj hazırlayıb.

    Həmin reportajı təqdim edirik:

  • Ermənilər Fransa ilə İspaniyanı birləşdirən yolu bağladı, polisdən reaksiya olmadı

    Ermənilər Fransa ilə İspaniyanı birləşdirən A7 avtomagistralını növbəti dəfə bağlayıblar.

    Qarabağda separatçı quldur rejimin “müstəqilliyi”nin tanınmasını tələb edən ermənilər iki ölkə arasında hərəkatı iflic vəziyyətə salıb.

    Maraqlıdır ki, kataloniyalı separatçılara qarşı sərt tədbirlər görən İspaniya və “Sarı Jilətlilər”in etiraz aksiyalarını zorakılıqla dağıdan Fransa hakimiyyətləri iki ölkə arasında gediş gəlişi iflic edən ermənilərə qarşı qəribə bir tolerantlıq və dözümlülük nümayiş etdirirlər.