Month: October 2020

  • МИД России поделилось в Twitter публикацией в связи с обстрелом Гянджи – ФОТО

    Министерство иностранных дел Российской Федерации поделилось на официальной странице в Twitter публикацией в связи с гибелью в Гяндже Артура Маякова.

    В публикации говорится: “24 октября этого года власти Азербайджана уведомили посольство о том, что в больнице города Гянджа от полученных в результате ракетного обстрела 17 октября текущего года ранений скончался гражданин России Маяков Артур Васильевич, 2007 года рождения. Посольство находится в постоянном контакте с представителями Исполнительной власти города Гянджа и родственниками погибшего, оказывает им необходимое содействие.

    А.В.Маяков похоронен 24 октября этого года в городе Гянджа Азербайджанской Республики. В церемонии принимали участие заместитель руководителя Русской общины Гянджи И.В.Калашникова и настоятель храма Александра Невского в Гяндже отец Варфоломей.

    В связи с этим скорбным событием посольство выражает глубокие соболезнования родным и близким погибшего”.

  • Rusiya XİN-i Gəncə terrorunun rusiyalı qurbanı barədə paylaşım etdi – FOTO

    Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gəncə terrorunun rusiyalı qurbanı Artur Mayakov barədə paylaşım edib.

    Nazirliyin “Facebook” hesabından edilən paylaşımda qeyd olunur:

    “Bu ilin 24 oktyabr tarixdə Gəncə şəhər xəstəxanasında 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Mayakov Artur Vasilyeviç oktyabrın 17-cu il tarixində raket hücumu zamanı aldığı yaralardan vəfat etməsi barədə səfirliymiz Azərbaycan hökuməti tərəfindən məlumatlandırılıb.

    Səfirlik Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri və həlak olanın yaxınları ilə daimi əlaqə saxlayıb, onlara zəruri yardım göstərir.

    A.V. Mayakov 24 oktyabr tarixində Azərbaycan Respublikasının Gəncə şəhərində dəfn edilib. Mərasimdə rus icmasının müavini İ.V. Kalaşnikov və Gəncədə Aleksandr Nevski məbədinin baş keşişi Vorfolomey Ata iştirak edib.

    Bu faciəli hadisə ilə əlaqədar səfirlik vəfat etmiş şəxsin qohum və dostlarına dərin hüznlə başsağlığı verir”.

  • Mətbuat Şurasından Fransanın “TF1” telekanalına təzyiq barədə AÇIQLAMA

    Azərbaycan Mətbuat Şurası Fransanın “TF1” telekanalının yerli erməni lobbisi tərəfindən təhqir və hədə-qorxularla üzləşməsi ilə bağlı dünyanın aparıcı media qurumlarına, insan hüquqları birliklərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

    Şuradan verilən məlumata görə, müraciətdə bildirilib:

    “2020-ci il sentyabrın 27-dən aktiv hərbi əməliyyatlar mərhələsinə keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. Bu, həm Azərbaycan xalqının haqlı mövqeyinin təbliği, həm də ümumən dünyanın Qarabağ məsələsinə ədalətli münasibətinin formalaşması baxımından müstəsna əhəmiyyət daşımaqdadır.

    Təəssüf ki, dünya ictimaiyyəti ötən 30 ildə sadaladığımız reallıqlara biganə qalıb. Hərbi əməliyyatların intensivləşdiyi hazırkı şəraitdə Qərbin bir sıra kütləvi informasiya vasitələri Qarabağ həqiqətlərinə yenə ədalətsiz və qərəzli yanaşırlar. Bütün bunları görürük və Azərbaycanla bağlı ədalətli mövqe nümayiş etdirən KİV-lərin işinə dəyər verir, onların fəaliyyətini yüksək qiymətləndiririk. Fransanın “TF1” telekanalına rəğbətimiz də məhz bundan qaynaqlanır.

    Telekanalın əməkdaşı xanım Liseron Budul Dağlıq Qarabağ münaqişəsindəki hazırkı durumu peşəkarlıqla diqqətə çatdırıb, özü şəxsən hərbi əməliyyatların getdiyi ərazidə, Ermənistanın Azərbaycanın mülki əhalisini kütləvi qırğın silahları ilə atəşə tutduğu Gəncə, Tərtər və digər bölgələrində olub. Onun hazırladığı material çalışdığı telekanalda yayımlanıb.
    Onu da təəssüflə bildirməliyik ki, “TF1” telekanalı bu reportajı yayımladıqdan sonra Fransadakı erməni lobbisinin üzvləri media orqanına və xanım Liseron Budula qarşı təzyiqlərə başlayıb. Onların açıq təhqirləri, ölüm hədə-qorxuları o həddə çatıb ki, telekanal həmin materialı sistemindən silmək məcburiyyətində qalıb.

    Azərbaycan Mətbuat Şurası olaraq Fransa kimi bəşəri ənənələrə malik ölkədə demokratizmin mühüm göstəricisi sayılan söz azadlığına qarşı ağlagəlməz basqıdan hiddətlənir, faktı qətiyyətlə pisləyirik. İfadə etdiyimiz mövqe bütövlükdə Azərbaycan jurnalistlərinin məsələyə sərt yanaşmasıdır.

    Erməni lobbisinin özbaşınalığını ümumilikdə Qərb dəyərlərinə münasibətdə ciddi təhdid kimi qiymətləndiririk. Bu təhdid eyni zamanda qitə üçün olduqca mənfi presedentdir və əgər qarşısı alınmasa, daha ciddi fəsadlar törədə bilər.

    Düşünmək mümkündür ki, Avropanın istənilən ölkəsinin media orqanları tərəfindən Azərbaycan, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı hazırlanmış obyektiv, qərəzsiz süjetlər, reportajlar erməni lobbisi tərəfindən təhdidlə qarşılanacaqdır. Sizlərdən belə bir acınacaqlı durumu yalnız təsəvvürə gətirməyinizi xahiş edirik. Biz Avropa cəmiyyətində söz və ifadə azadlığı üçün qorxunc mənzərə görürük. İstərdik ki, sizlər də görəsiniz və önləyici tədbirlərin həyata keçirilməsi üçün dəstəyinizi əsirgəməyəsiniz.

    “TF1” telekanalının üzləşdiyi təzyiq nəinki Fransada, ümumilikdə Avropada qanunçuluğa təhdiddir. Bu təhdid söz və ifadə azadlığı kimi ali dəyərləri heçə saymağı, mediaya, jurnalistə qarşı təzyiqi, hədə-qorxunu normaya çevirə bilər. İstərdik ki, bunu da nəzərə alasınız.
    Biz, Azərbaycan jurnalistləri Sizləri – dünyanın aparıcı media qurumlarını, insan hüquqları birliklərini və beynəlxalq təşkilatları Fransanın “TF1” telekanalına, onun əməkdaşı Liseron Budula qarşı Fransadakı erməni lobbisi tərəfindən həyata keçirilməkdə olan mənəvi təzyiqlərə, hədə-qorxulara biganə qalmamağa çağırırıq.

    Biz Fransa hakimiyyəti orqanlarını “TF1” telekanalı ilə bağlı yaranmış durumu ciddi nəzarətə götürməyə səsləyirik. Arzu edərdik ki, Fransa hakimiyyəti hazırkı vəziyyətin həssaslığını nəzərə alaraq, erməni lobbisi tərəfindən ölümlə hədələnən xanım Liseron Budulun həyatı üçün təhlükə yarandığını düşünsün.

    İstərdik ki, “TF1” telekanalı vaxtilə Məhəmməd Peyğəmbərlə bağlı karikatura yayımladığı üçün təzyiqlərlə üzləşən “Charlie Hebdo” satirik jurnalı kimi Fransa hakimiyyəti tərəfindən təhlükəsizlik himayəsinə alınsın.

    Bir daha sizləri “TF1” telekanalı ilə bağlı diqqətə çatdırdığımız məsələyə həssas yanaşmağa, söz və ifadə azadlığına qarşı açıq təhdidlərə susmamağa, məsələyə ciddi mövqe nümayiş etdirməyə çağırırıq”.

  • Генпрокуратура Азербайджана о последствиях армянской агрессии – ФОТО

    Генеральная прокуратура Азербайджана обнародовала информацию о погибших и раненных в результате армянских обстрелов.

    С 27 сентября по 17:00 24 октября в результате ударов вооруженных сил Армении по населенным пунктам АР погибли 65 и ранения получили 297 мирных жителей.

    Кроме того, нанесен серьезный ущерб 2 174 частным и 90 многоквартирным жилым домам, а также 398 гражданским объектам.

  • Düşmən təxribatları nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb – FOTO

    Ermənistan təxribatları nəticəsində Azərbaycanın həyatını itirən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Belə ki, sentyabrın 27-dən bu günə qədər Ermənistanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər isə yaralanıb.

    Həmçinin, düşmənin hərbi təxribatları nəticəsində 398 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2174 yaşayış evi yarasız hala düşüb.

    Eyni zamanda, 4, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub.

    Hadisə zamanı 138 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

  • Минобороны АР обратилось к гражданским лицам, проживающим на оккупированных территориях

    Военное командование Азербайджана, в очередной раз обращаясь к мирным жителям, проживающим в населенных пунктах, расположенных вблизи зоны боевых действий, рекомендует им держаться подальше от военных объектов и инфраструктуры во избежание травм.

    Об этом сообщает Минобороны АР.

    В то же время военное командование Азербайджана, также обращаясь к солдатам и добровольцам, обманутым военно-политическим руководством Армении и доставленным на оккупированные территории нашей страны, предложило им сложить оружие и сдаться.

    Следует отметить, что командование готово принять все необходимые меры с целью обеспечения безопасности, питания, медицинского обслуживания и других потребностей гражданского населения, перешедшего на азербайджанскую сторону.

    Кроме того, все права военнопленных и гражданских лиц будут защищены в соответствии с международным гуманитарным правом, а также посредством международных организаций будут созданы необходимые условия для лиц, желающих перейти в третьи страны, говорится в информации.

  • Hərbi Komandanlıq işğal olunmuş ərazilərdəki dinc əhaliyə növbəti dəfə müraciət ünvanlayıb

    Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir daha müraciət edərək onların xəsarət almaması üçün hərbi obyekt və infrastrukturdan uzaq durmasını tövsiyə edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Eyni zamanda, Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə də müraciət edərək silahı yerə qoymağı və təslim olmağı təklif edir.

    Onu da əlavə edək ki, Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır.

    Bundan əlavə, beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsirlərin, mülki şəxslərin bütün hüquqları qorunacaq və üçüncü dövlətlərə keçmək istəyən şəxslərə beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq.

  • Выпущенная по Тертеру ракета разрушила недостроенное здание – ВИДЕО

    Армяне не прекращают ракетные обстрелы Тертера.

    Как передает Baku TV, один из снарядов, выпущенных по району сегодня утром, был нейтрализован в воздухе. В результате упавшая на территорию обезвреженная ракета разрушила недостроенный дом.

    По словам местных жителей, население района занято своими повседневными делами. Никто не боится армянских обстрелов и не собирается покидать свои дома.

  • Tərtərə düşən raket yarımtikilini dağıtdı – VİDEO

    Ermənilər Tərtər rayonunu raket mərmilərindən atəşə tutmağa davam edir.

    Baku TV xəbər verir ki, bu gün səhər saatlarında əraziyə atılan raket mərmilərindən biri, havadaca zərərsizləşdirilib. Nəticədə əraziyə düşən zərərsizləşdirilmiş mərmi, yarımtikilini dağıdıb.

    Sakinlərin sözlərinə görə, hər kəs öz işi ilə məşğuldur. Heç kim ermənilərin atdığı mərmilərdən qorxmur və yaşayış yerlərini tərk etmir.

  • Rusiyanın Azərbaycandakı səfirliyi Gəncə terrorunun qurbanı Artur Mayakovla bağlı paylaşım etdi – FOTO

    Rusiyanın Azərbaycandakı səfirliyi quldur Ermənistan dövlətinin Gəncəyə xain hücumu nəticəsində bu gün həyatını itirən Rusiya vətəndaşının ölümündən kədərləndiyini bildirib.

    Səfirliyin “Twitter” hesabında yerləşdirilən paylaşımda bu barədə qeyd edilir:

    “2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakov bu il oktyabrın 17-də raket hücumu nəticəsində aldığı güllə yarasından oktyabrın 24-də Gəncə şəhərindəki xəstəxanada həyatını itirib. Səfirlik mərhumun ailəsi və dostları ilə əlaqə saxlayır və onlara dərin hüznlə başsağlığı verir”.