Month: October 2020

  • ÜST: Dünyada koronavirusa rekord yoluxma qeydə alınıb

    Dünyada koronavirusa yoluxanların sayı 41,57 milyonu ötüb, virusdan 1,135 milyondan çox yaxın insan ölüb.

    “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

    Təşkilatın məlumatına görə, dünyada 41 570 883 insan koronavirusa yoluxub, 1 134 940 pasiyent ölüb.

    Son sutka ərzində dünyada koronavirusa rekord sayda – 445 419 yoluxma halı aşkarlanıb, 6 512 nəfər ölüb.

    Ən çox yoluxma ABŞ (8 248 149 nəfər), Hindistan (7 761 312 nəfər), Braziliya (5 298 772 nəfər) və Rusiyada (1 480 646 nəfər) qeydə alınıb.

  • Azərbaycan yığması Polşaya məğlub oldu

    Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

    “Report”un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda səfərdə Polşa ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan yığmasının 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

    Bu nəticədən sonra Polşa D qrupunda 11 xalla birinci pillədə qərarlaşıb. Sonuncu – beşinci sıradakı Azərbaycan millisinin isə xalı yoxdur.

  • Tural Gəncəliyev: “Separatçıların liderinin Putinə məktubu etik normalardan kənardır”

    “Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində yaratdığı qondarma kriminal xuntanın rəhbəri kimi özünü təqdim edən A.Arutunyanın Rusiya Prezidentinə məktubu etik normalardan kənardır”.

    Azxeber.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev bildirib.

    Onun sözlərinə görə, A.Arutunyanın məktubunda tarixi, siyasi və hüquqi faktlar təhrif olunmuşdur: “A.Arutunyanın Qarabağ məliklikləri haqqında iddiaları əsassız və saxtadır. Ona xatırlatmaq istərdim ki, 1805-ci ildə Rusiya ilə Kürəkçay traktatını məhz Qarabağ xanı, azərbaycanlı İbrahimxəlil xan imzalamışdır. Şuşadan olan məcburi köçkün kimi məni və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünü Ermənistanın və qondarma rejimin bu ağ yalanları qəti şəkildə hiddətləndirir. Ermənistan və kriminal xunta 80-ci illərin sonlarında Xankəndində azərbaycanlılara qarşı poqromlar törətdilər. 1992-ci ildə Xocalıda qadın və uşaqlar da daxil omaqla 613 nəfər dinc sakini bir gecənin içində amansızcasına qətlə yetirdilər və Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirdilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf işğal olunmuş rayonlarında, o cümlədən Azərbaycan xalqının mədəni və mənəvi incisi olan Şuşa şəhərində bizə qarşı etnik təmizləmə, insanlıq əleyhinə cinayət əməlləri törədilmişdir.Azərbaycan xalqının Qarabağda olan zəngin maddi-mədəni irsi dağıdılmış və talan edilmişdir. Hətta Şuşadakı tarixi rus provoslav kilsəsi erməni vandalizmi və talanından kənarda qalmayıb və daha sonra dəyişdirilərək erməni kilsəsinə çevrilmişdir”.

    T.Gəncəliyev deyib ki, Moskva göz yaşlarına inanmır: “Quzu dərisinə girmiş canavar kimi A.Arutunyan və onun kimi quldurların 80-ci illərin sonunda törətdikləri terrorun ilk qurbanları sovet-rus əsgərləri və milis işçiləri olmuşdur. 1991-ci ildə Azərbaycanlı jurnalist xanım Salatın Əsgərova ilə birgə öldürülən rus zabit və əsgərləri bunun bariz nümunəsidir. Bəlkə sizlərə terror vasitəsilə dəfələrlə öldürməyə çalışdığınız və 1993-cü ildə Şimali Osetiyada qətlə yetirdiyiniz, Əfqanıstan müharibəsini keçmiş Viktor Polyaniçkonu xatırladaq?! 1991-ci ildə Qarakənddə ermənilər tərəfindən vurulmuş vertolyotda Rusiya və Qazaxıstandan olan İqor Plaviski, Saylau Serikov, Sergey İvanov, Nikolay Jinkin, Mixail Lukaşov, Oleq Koçerev, Vladimir Kovalyov kimi yüksək rütbəli zabitlər də qətlə yetirilmişdir. Yoxsa qətlə yetirdiyiniz əksəriyyəti etnik rus olan çoxsaylı SSRİ daxili qoşunlarının zabit və əsgərlərini xatırladaq?!”

    “Azərbaycanlılarla bərabər Qarabağda bu gün bir nəfər rus, slavyan mənşəli adam qalmayıb, etnik təmizləməyə məruz qalıblar. Bu gün Qarabağda yaşayan erməni əhalisi Ermənistanın və A.Arutunyan kimi kriminal quldurların zülmü altında yaşayır. Xankəndindən seçilmiş millət vəkili kimi Qarabağdan olan ermənilərin mənə ünvanladıqları iztirablı müraciətləri bunu açıq şəkildə göstərir. Bu müraciətlə A.Arutunyan qatı Sorosçu Nikol Paşinyan kimi hər vəchlə Rusiyanı münaqişəyə cəlb etmək istəyir. Ermənistan ərazisindən Azərbaycanın cəbhə zonasından çox uzaqda yerləşən Gəncə, Xızı, Siyəzən, Mingəçevir şəhərlərinin ballistik raketlərlə vurulması da bu məqsədə xidmət edir. Lakin Rusiya Sorosun marioneti olan Paşinyanın bu kimi hiylələrinə uymadı. Bizim Dağlıq Qarabağda yaşayan erməni əhalisi ilə heç bir problemimiz yoxdur. Biz 27 sentyabrdan əvvəl də dəfələrlə Dağlıq Qarabağın erməni icmasına sülh və birgə yaşayış üçün dialoq təklif etmişdik. Lakin Ermənistan və qondarma qurum bunu qəbul etmədi, hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə inkar etmişdir. Dialoq təklifimiz bu gün – Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyi zamanda da qüvvədədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Dağlıq Qarabağın erməni mənşəli icması Azərbaycanın tərkibində azərbaycanlı icması ilə birgə yaşayacaq və ölkənin iqtisadi imkanlarından bəhrələnəcəklər. Ermənistan və A.Arutunyan kimi quldurlar sülh istəyirlərsə onda işğalçı qoşunlar BMT Təhlükəsizlik Şurasının 822, 854, 874, 884 saylı qətnamələrinə uyğun olaraq işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Bir daha Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq erməni icması ilə ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh və birgə yaşayışa hazır olduğumuzu bəyan edirəm”, – İcma rəhbəri qeyd edib.

  • Azərbaycanda yaşayan erməni qadın ölkəmizdə ona olan münasibəti türkiyəli jurnalistlərə danışdı – VİDEO

    Türkiyənin “Haber Global” televiziyası Azərbaycanda yaşayan Ofelya Qriqoryan haqqında süjet hazırlayıb.

    Süjetdə Azərbaycanda ermənilərin sülh və əminamanlıq şəraitində yaşadığı bildirilir, bunun nümunəsi olaraq erməni əsilli, Şəmkirdə yaşayan O.Qriqoryan göstərilir.

    Süjetin qəhrəmanı indiyə qədər heç vaxt erməni əsilli olduğu üçün həqarətə uğramadığını bildirib. O, Azərbaycanı vətəni saydığını deyir, əsgərlərimiz üçün dua edir.

    Həmin süjeti təqdim edirik.

  • Pakistanla Azərbaycanı nə bağlayır? – VİDEO

    Dost Pakistan dövlətinin və xalqının Azərbaycana hər zaman dəstək verməsi heç kimə sirr deyil. Lakin xalqlarımız arasındakı bu dostluğun haradan başladığı, nədən qaynaqlandığı həmişə maraqlı mübahisə mövzusu olub.

    Baku TV bu suala cavab tapmaq üçün araşdırma aparıb.

    Həmin araşdırmanı təqdim edirik:

  • Atəş səslərinin müşayiəti altında mahnı oxuyan əsgərlərimiz – VİDEO

    Bir-birinin ardınca işğal olunmuş yaşayış məntəqələrimizi azad edən ordumuzda ruh yüksəkliyi hiss olunur.

    Sosial şəbəkələrdə yayılan bir video bunun bariz nümunəsidir.

    Videoda hərbçilərimizdən birinin gitara müşayiəti altında vətənpərvərlik ruhunda mahnı oxuması əks olunub. Fonda eşidilən atəş səsləri isə videoya xüsusi rəng qatır.

  • Böyük Dəbilqə: Orxan Səfərov bürünc medal qazandı, əsgər salamı verdi

    Azərbaycanın cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşə çıxıb.

    “Report”un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Özbəkistan təmsilçisi Sardor Nurillayevlə üz-üzə gəlib.

    Qarşılaşmadan qalib ayrılan Səfərov bürünc medal qazanıb. Cüdoçu qələbənin ardından əsgər salamı verib.

    Qeyd edək ki, Böyük Dəbilqəyə oktyabrın 25-də yekun vurulacaq. Azərbaycan yarışda 17 cüdoçu ilə təmsil olunur.

    Azərbaycanın cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində yarımfinal görüşünə çıxıb.

    “Report”un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Rusiya təmsilçisi Yakub Şamilovla üz-üzə gəlib.

    Qarşılaşmada məğlub olan Səfərov bürünc medal uğrunda görüşə çıxacaq.

    Qadınların yarışında 52 kq-da Gültac Məmmədəliyeva isə təsəlliverici görüşdə Ukraynadan olan Darida Belodidə uduzub.

    Azərbaycanın cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.

    “Report”un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Monqolustan təmsilçisi Erhembayar Battoqtoh ilə üz-üzə gəlib. Qarşılaşma səfərovun qələbəsi ilə bitib.

    Qadınların yarışında 52 kq-da Gültac Məmmədəliyeva eyni raundda Fabyen Koçerə (İsveçrə) uduzub. Məmmədəliyeva təsəlliverici görüşlərə qatılacaq.

    Azərbaycanın iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində 1/4 finala yüksəlib.

    “Report”un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov ilk görüşündə Niderland təmsilçisi İvo İvo Verhorsterti məğlub edib. Ardınca gürcüstanlı Baqrati Niniaşvilidən üstün olub.

    Eyni çəkidəki Nicat Şıxəlizadə Villian Limaya (Braziliya) uduzaraq mübarizəni dayandırıb.

    60-dakı Kəramət Hüseynov da ilk qarşılaşmasında məğlub olub. O, fransalı Luka Mxeidze ilə bacarmayıb. Davud Məmmədsoy (60 kq) hindistanlı Vijay Kumar Yadavla dueldə qalib ayrılsa da, Qazaxıstanlı Qusman Kirgizbayevə uduzub.

    Qadınların yarışında Aişə Qurbanlı Şirin Bouklinə (Fransa), Leyla Əliyeva isə Lauru Martinesə (İspaniya) məğlub olub. Əliyeva ilk görüşündə macarıstanlı Luka Mamiraya qalib gəlmişdi.

    52 kq-da isə Gültac Məmmədəliyeva Qal-Od Tserentoqxodu (Monqolustan) məğlub etdikdən sonra, israilli Gefen Primodan üstün olub və Orxan Səfərov kimi 1/4 finala yüksəlib.

  • Azərbaycanın 4 şəhərində binalarda yeraltı qaraj mərtəbəsi tikiləcək

    Nazirlər Kabineti 409 nömrəli qərarın izahını verib.

    “Report”un məlumatına görə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında”, “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlarda aşağıdakı dəyişikliklər edilib:

    – Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa edilən çoxmənzilli binalarda nəqliyyat vasitələrinin saxlanılması üçün həmin binaların tikinti ərazisinin 70 və daha çox faizini təşkil edən hissəsində yeraltı qarajın tikintisi nəzərdə tutulduğu halda, ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən birinci yerüstü mərtəbənin sahəsi nəzərə alınmayacaqdır;

    – Tikintisinə icazə verilmiş, lakin tikinti-quraşdırma işləri başa çatmamış çoxmənzilli binanın tikinti layihəsində göstərilən tikinti ərazisinin həmin binanın tikinti sahəsini təşkil etməyən hissəsində yeraltı qarajların tikintisi üçün təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaqdır.

    Dəyişikliklər Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa ediləcək çoxmənzilli binalarda artıq problemə çevrilmiş nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda yeraltı qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına və nəqliyyat sıxlığının aradan qaldırılmasına əhəmiyyətli təsir göstərəcək.

  • Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlanıb

    ABŞ Prezidenti Donald Tramp Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyini açıqlayıb.

    Bu barədə prezidentin fəaliyyətini işıqlandıran jurnalistlər bildirib.

    “RİA Novosti”nin məlumatına görə, ABŞ Prezidenti Azərbaycan və Ermənistan arasında vasitəçilikdə iştirak etdiyini qeyd edib, lakin ölkə liderləri ilə danışıb-danışmadığını bildirməyib.

    Xatırladaq ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri hazırda Vaşinqtonda səfərdədir. Burada XİN rəhbərlərinin ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşləri keçirilib.

  • Tural Gəncəliyev: “Separatçıların liderinin Putinə məktubu etik normalardan kənardır”

    “Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində yaratdığı qondarma kriminal xuntanın rəhbəri kimi özünü təqdim edən A.Arutunyanın Rusiya Prezidentinə məktubu etik normalardan kənardır”

    Bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev bildirib.