Month: October 2020

  • Rusiya idmançısına 8 illik cəza verildi

    Rusiyalı ağırlıqqaldıran Aminat Masxadova 8 il müddətinə cəzalandırılıb.

    “Report” Rusiya Ağır Atletika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna 35 yaşlı idmançının antidopinq qaydalarını pozması səbəb olub.

    Onun cəzası 2023-cü il avqustun 12-dən etibarən qüvvədə olacaq. Masxadova 2016-cı ildə də 8 illik cəzaya məruz qalıb.

    Qeyd edək ki, Aminat Masxadova 5 qat Rusiya çempionudur

  • Бекет Карашин: Армения может вообще исчезнуть с политической карты мира – ИНТЕРВЬЮ

    Казахстан не раз доказывал свое братское отношение к Азербайджану. И особо сильно это проявлялось и проявляется, когда возникает обострение конфликта. Сейчас Азербайджан ведет освободительную войну, и симпатии большей части казахстанского общества на азербайджанской стороне.

    Об этом Media.Az заявил Бекет Карашин, известный казахский писатель, поэт, аналитик, директор Фонда имени академика Зейноллы Кабдолова:

    – Сразу хочу вам сказать, что в 1989 году, когда разгорелся конфликт, я нес миротворческую службу в Карабахе. Мы с вами разговариваем и я вспоминаю прекрасную Шушу. Я не могу быть равнодушным, война касается меня непосредственно. Я очень люблю Карабах, я дышал этим воздухом, породнился с азербайджанцами духовно.

    Я часто публикую аналитические статьи на карабахскую тематику, понимаю по-родственному боль людей, которые там проживали, а затем были лишены возможности вернуться к родным очагам. Многие ребята, которые сейчас воюют, появились на свет не на своей малой родине, которая находилась под оккупацией.

    Мне больно за каждого погибшего и на линии фронта, и в мирных азербайджанских городах во время бомбардировок, например, в Гяндже. Кстати, я бывал и в Гяндже, мы приземлялись именно в этом городе в 1989 году.

    Я сторонник возрождения полноценного тюркского мира. Нам не выжить в одиночку в современном глобальном мире. У нас единый дух, мы не должны быть равнодушными. Конечно, встречаются невежественные люди, которые стоят на позициях армянской стороны, но мы же знаем, как армяне могут “вскружить голову”, как они фальсифицируют историю. Или есть такие “добряки”, которые за абстрактный мир, не понимающие масштабы зла, которые исходят от Армении. Вся история нам показывает, что без справедливой, освободительной, народной войны не бывает развития. Война – это продолжение политики, только другими средствами, и Азербайджан воюет за свои исконные земли. Любой здравомыслящий человек должен это понимать.

    А война со стороны Армении – это агрессия, обстрел мирных жителей. Азербайджанская армия наносит удары только по военным целям, а армянская – по спящему населению. Это преступление против человечности.

    – Недавно вы писали про ОДКБ, в которую входит и Казахстан. Азербайджан в этой организации не состоит, но при этом всегда ощущал поддержку со стороны вашей страны, когда Армения в ОДКБ поднимала антиазербайджанскую волну…

    – …Азербайджан, кстати, входил в ОДКБ, но вовремя покинул эту организацию. Так стоило бы поступить и Казахстану, но я понимаю власти нашей страны – рядом мощный северный сосед, который диктует свои условия.

    Впрочем, ОДКБ – это организация, которая практически не действует. Армения хочет использовать Организацию Договора о коллективной безопасности в свою пользу, но ей это не удается. Смотрите, одно из государств-членов участвует в военном конфликте, но по этому поводу не было проведено даже собрания. Впрочем, Азербайджан в ответ на провокационные удары по Гяндже и другим населенным пунктам страны не наносит ответный удар по Армении. Это не позволяет запустить механизм ОДКБ.

    – Политическое руководство Армении отказалось от мирного урегулирования и вывода армянских войск, продолжая настаивать на самоопределении сепаратистского образования в Карабахе…

    – Скорее всего, идут подковерные игры с участием России, которая не хочет потерять свой форпост на Южном Кавказе в лице Армении. Есть и другие игроки. А в целом, все может привести к тому, что Армения может вообще исчезнуть с политической карты мира. Ереванское руководство само ведет к этому.

    Мне кажется, что, когда Азербайджан освободит семь районов и непосредственно Карабах, Армения не прекратит свою линию, будет продолжать бомбить. Но тогда уже будет другая ситуация. Акт агрессии потребует ответных мер. И они будут. Впрочем, мы не провидцы, чтобы предугадать, что произойдет в итоге.

    – Армянская сторона продолжает утверждать о турецких военных, якобы воюющих на стороне Азербайджана…

    – Понятно же, что это армянская пропаганда. Мало ли чего говорят в Ереване. И про сирийских боевиков, и про моджахедов заявляли. Политика Армении всегда была лживой и бессовестной. Информационная политика Армении основана на вранье, а азербайджанская – на истине.

    – И в заключение задам не политический вопрос. Когда вы в последний раз были в Азербайджане?

    – Я приезжал в конце 90-х годов в Баку. Но я считаю Азербайджан своей второй родиной!

  • Beket Karaşin: “Ermənistan dünyanın siyasi xəritəsindən tamamilə yox ola bilər”

    Qazaxıstan Azərbaycana qarşı qardaş münasibətini dəfələrlə sübut edib. Bu, xüsusilə Qarabağ münaqişəsinin kəskinləşdiyi zaman özünü göstərir. Azərbaycan torpaqlarının azad edilməsi uğrunda müharibə aparır və Qazaxıstan cəmiyyətinin əksəriyyətinin simpatiyası Azərbaycanın tərəfindədir.

    Məşhur qazaxıstanlı yazıçısı, şair, analitik, Akademik Zeynulla Kabdulov Fondunun direktoru Beket Karaşin Media.Az-a verdiyi açıqlamada öz proqnozlarından danışıb.

    Ermənistan siyasi rəhbərliyinin münaqişənin sülh yolu ilə həllinə, erməni qoşunlarının geri çəkilməsini rədd etməsinə, həmçinin separatçı qurumun öz müqəddəratını təyin etməsində israrını davam etdirməsinə münasibət bildirən B.Karaşin bildirib ki, çox güman, Cənubi Qafqazdakı forpostunu itirmək istəməyən Rusiyanın iştirakı ilə pərdəarxası oyunlar gedir.

    “Digər oyunçular da var. Ümumiyyətlə, hər şey Ermənistanın dünyanın siyasi xəritəsindən tamamilə yox ola biləcəyinə gətirib çıxara bilər. Yerevan rəhbərliyi özü buna səbəb olub.

    Mənə elə gəlir ki, Azərbaycan Dağlıq Qarabağ ətrafında yeddi rayonu və Qarabağın özünü tam azad edəndən sonra da Ermənistan öz xəttini dayandırmayacaq və bombardmanı davam etdirəcək. Ancaq o zaman vəziyyət fərqli olacaq. Təcavüzkarlıq aktı cavab tədbiri görməyi tələb edəcək və onlar olacaq. Lakin biz öncəgörən deyilik ki, sonda nə olacağını qabaqcadan bilək”.

    B.Karaşin ermənilərin Azərbaycan tərəfində guya türk hərbçilərinin iştirakı ilə bağlı iddiasına da münasibət bildirib:

    “Bunun erməni təbliğatı olduğu aydındır. Yerevanda çox məsələlər barədə danışırlar. Suriyalı yaraqlılar, mücahidlər barədə açıqlamalar olub. Ermənistanın siyasəti həmişə yalan və vicdansız olub. Ermənistanın informasiya siyasəti yalana, Azərbaycanın informasiya siyasəti isə həqiqətə söykənir”.

  • Министерство обороны Азербайджана провело брифинг по поводу текущей ситуации на фронте – ВИДЕО

    Министерство обороны провело брифинг по поводу событий, произошедших в зоне боевых действий за сегодняшний день.

    Как сообщает Oxu.Az, на конференции принял участие руководитель пресс-службы Минобороны Азербайджана, полковник-лейтенант Анар Эйвазов.

  • Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA – VİDEO

    Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirib.

    Oxu.Az-ın məlumatına görə, konfransda nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov iştirak edib.

    O, keçirilən brifinqdə gün ərzində cəbhədə baş vermiş hadisələr haqqında məlumatlar verib.

  • Lord Kilkluney: “Ermənilərin dinc sakinləri qəsdən hədəfə alması mənfur hərəkətdir”

    Böyük Britaniyanın Lordlar Palatasının üzvü Gəncənin mülki əhalisinə qarşı törədilən təcavüzü pisləyən bəyanatla çıxış edib.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Kilkluney Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilən təcavüzü pisləyən bəyanatla çıxış edib.
    Lord Kilkluney humanitar məqsədlər üçün atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə qəsdən edilən hücumda 10 mülki şəxsin həlak olmasını və 34 nəfərin ağır yaralanmasını vəhşilik kimi qiymətləndirib.

    Bəyanatda bildirilir ki, bu hadisə münaqişə ərazisindən 60 km məsafədə, hərbi obyektlərin olmadığı bir şəhərdə baş verib. O, Ermənistan tərəfindən törədilən hücumların qəti şəkildə qəbuledilməz olduğunu qeyd edib. Eyni zamanda, Ermənistanın Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasını ehtiva edən bu vəhşi hərəkətlərini qınamağa çağırıb.

    Lord Böyük Britaniya hökumətini bu məsələni təcili olaraq Ermənistan hökuməti qarşısında qaldırmağa və Ermənistanı beynəlxalq humanitar hüquqlarla bağlı öhdəliklərinə və atəşkəsə hörmətlə yanaşmağa çağırıb. Lord Kilkluney Böyük Britaniyannın Azərbaycandakı səfirindən də Gəncədə baş verən hadisələrə diqqətlə yanaşmasını xahiş edib.

  • Sahibə Qafarova Türkiyənin “Daily Sabah” jurnalına müsahibə verib

    Bu günlərdə Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin nüfuzlu “Daily Sabah” nəşrinə müsahibə verib. Spiker müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb, uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən xain terrorçuluq əməllərindən söz açıb.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Sahibə Qafarova vurğulayıb ki, biz Ermənistanın terrorçuluq əməlləri ilə 30 ildir üz-üzəyik. 1992-ci ildə baş verən Xocalı faciəsini, Ermənistanın Azərbaycanın ayrı-ayrı yerlərində törətdiyi digər terror hadisələrini hər kəs görüb.

    Spiker bildirib ki, bu ilin iyulunda Ermənistan silahlı qüvvələri Tovuz rayonuna hücum etməklə Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlamaqla qane olmadıqlarını, işğalın coğrafiyasını genişləndirməyə çalışdıqlarını ortaya qoymuş oldular.

    Ermənilərin yeni torpaq iddiaları avqust ayında ölkəmizə gizli kəşfiyyat qruplarını göndərməklə yenidən tam ortaya çıxdı, onlar yeni bir müharibəyə hazırlaşdıqlarının mesajini vermiş oldular. Sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələri cəbhə xəttinin müxtəlif istiqamətlərindən hücuma keçdilər. Azərbaycan ordusu da Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks hücum əməliyyatlarına, işğal altındakı torpaqları azad etmək üçün savaşa başladı.

    Parlamentin sədri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə mandat almış ATƏT-in Minsk qrupunun bu 30 ildə heç bir önəmli addım atmadığını vurğulayıb. Spiker bildirib ki, Ermənistanın bu müddətdə BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarını qeyd-şərtsiz işğaldan azad etmələri haqqında qətnamələrinə və digər beynəlxalq təşkilatların bu məsələ ilə bağlı sənədlərinə məhəl qoymadığını da Türkiyə oxucularının diqqətinə çatdırıb. Azərbaycanın bu gün öz ərazi bütövlüyünü rəşadətli ordusunun gücü ilə, hərbi yolla azad etməkdən başqa çıxış yolunun qalmadığını bildirib.

    Parlamentin sədri deyib ki, Azərbaycanın müzəffər ordusu ilə bacara bilmədiyini aşkar surətdə görən Ermənistan hələ də xain terrorçuluq əməllərindən əl çəkmir. İşğalçı ölkənin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni və digər şəhər və rayonlarımızı ballistik raket atəşinə tutması buna bariz sübutdur. Bu əməllər nəticəsində onlarla insan həlak oldu, 50-yə yaxın xəsarət alan oldu. Ölənlər arasında azyaşlı uşaqlar, məktəblilər, qocalar vardı.

    Daha sonra Spiker Ermənistanın Azərbaycan ordusunun gücü qarşısında duruş gətirə bilmədiyi üçün öz məğlubiyyətinə müxtəlif don geyindirməyə çalışmasından, ordumuzla bağlı həqiqətə uyğun olmayan iddialar irəli sürməsindən danışaraq deyib ki, Ermənistanın hərbi – siyasi rəhbərliyinin bu kimi iddiaları həqiqətdən tamamilə uzaqdır. Əksinə, Ermənistan silahlı qüvvələrinin tərkibində ASALA, PKK ünsürlərinin, müxtəlif ölkələrdən gələn silahlı muzdluların olması faktlarla sübut olunmuşdur.

    Müsahibədə Milli Məclis Sədri vurğulayıb ki, Azərbaycanın heç bir başqa dövlətin torpağında gözü yoxdur. Lakin, heç kəsin də Azərbaycan torpaqlarına göz qoymasına imkan verməyəcək. Biz öz Vətənimizi azad edirik və bu yolda sonuna qədər gedəcəyik. Azərbaycan heç vaxt öz torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

    Sahibə Qafarova müsahibədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və bütün türk xalqının daim Azərbaycanın yanında olduğunu bəyan edib, bu dəstəyin Azərbaycan xalqı üçün çox dəyərli olduğunu bildirib.

    Spiker bu günlərdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun ölkəmizə səfərindən də danışıb. O, Mustafa Şentopun Milli Məclisin iclasında çıxış etməsinin, iclasdan dərhal sonra isə Gəncəyə yollanaraq oradakı vəziyyəti görməsi və insanları ziyarət etməsinin Türkiyənin Azərbaycana dövlət dəstəyinin bariz nümunəsi olduğunu deyib.

    “Dost çətin gündə tanınar. Türkiyə də çətin gündə bizə dost və qardaş əli uzadan ilk ölkədir. Biz bu qardaşlığın sarsılmaz təməllər üzərində qurulduğuna və daim yaşayacağına inanırıq” – deyə Milli Məclisin Sədri vurğulayıb.

  • Səfir Məmməd Əhmədzadə: “İtaliya Ermənistanı dayandırmaq üçün fəal olmalıdır”

    Azərbaycan ədalət istəyir. İtaliya Ermənistanı dayandırmaq üçün fəal olmalıdır.

    Bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Sputnik Italia” və “First Online” xəbər portallarına müsahibəsində deyib.

    Səfir bildirib ki, Ermənistanın 30 ildən artıqdır ki, Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizin 20 faiz ərazisini işğal edərək həmin ərazilərdə yaşayan bütün azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib:

    “Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq, həm Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca yerləşən hərbi mövqelərini, həm də təmas xəttinin yaxınlığında sıx məskunlaşmış yaşayış məntəqələrini ağır artilleriya silahları ilə atəşə tutub. Bu müddət ərzində düşmən əldə olunan humanitar atəşkəs barədə razılığa əməl etmədiyini, təmas xəttindən uzaqda yerləşən ərazilərimizə, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket zərbələri endirib.

    Düşmənin məqsədi ölkəmizin ərazilərinin işğalını davam etdirməklə yanaşı, yeni ərazilər əldə etməkdir. Azərbaycan ədalət istəyir, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərə hörmət edilməsini tələb edir, Azərbaycan ordusunun ölkəmizin suveren ərazisində işğal altında olan torpaqlarımızı azad etmək və Ermənistanı sülhə məcbur etmək üçün vuruşur”.

    “Türklərin F-16 qırıcı təyyarəsinin döyüşlərdə iştirak etməsi” ilə bağlı suala cavab olaraq M.Əhmədzadə Türkiyənin Azərbaycanın dostu və vacib tərəfdaşı olduğunu, lakin sadəcə mənəvi dəstək verdiyini və türk qırıcılarının hərbi əməliyyatlarda iştirak etmədiyini bildirib:

    “10 milyonluq əhalisi, yaxşı təlim görmüş və komplektləşdirilmiş ordusu olan Azərbaycanın hərbi yardıma ehtiyacı yoxdur. Ölkəmiz müdafiə qabiliyyətini gücləndirmək üçün müxtəlif təchizatçılardan silahlar alıb və bunu hər zaman açıq bəyan edib. Amma əslində beynəlxalq ictimaiyyətin kasıb, maliyyə resursları olmayan və borc içində boğulan Ermənistandan bütün bu hərbi avadanlıqları almaq üçün haradan bu qədər çox pul əldə etməsini soruşmalı idik.

    “Döyüşlərə Suriyadan gələn cihadçıların cəlb olunması” tamamilə saxta xəbərdir. Bütün bunlar Ermənistan ordusunun döyüş meydanında ağır məğlubiyyətə uğraması səbəbindən Ermənistan rəhbərliyi tərəfindən qəsdən və məqsədli şəkildə yayılır. Düşmənin məqsədi saxta məlumat yaymaqla münaqişəyə dini məzmun vermək və beləliklə də Qərb ölkələrindəki ictimai fikri öz tərəfinə çəkməkdir.

    Əslində Ermənistan silahlı qüvvələrinin tərkibində Livan və Suriyadan gələn xarici döyüşçülərin və onların arasında Yaxın Şərqdə yaradılmış “ASALA – Ermənistanin azadlığı uğrunda gizli erməni ordusu” kimi beynəlxalq səviyyədə tanınmış terrorçu təşkilatların üzvləri var. Beynəlxalq ictimaiyyətin bunu qınaması vacibdir”.

    “İtaliya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizinin Azərbaycanın payına düşür, eləcə də Azərbaycan İtaliyanın ən böyük neft təchizatçısı və italyan məhsullarının ən böyük idxalçısıdır. Azərbaycanda çoxsaylı italyan şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycandakı iri layihələrə cəlb olunur. Cənub Qaz Dəhlizi vasitəsi ilə İtaliyaya gələcək Azərbaycan qazı sayəsində İtaliya Avropada enerji qovşağı rolunu oynayacaq.

    Bu da iki ölkə arasındakı tərəfdaşlıqdan xəbər verir. Ermənistan silahlı qüvvələri Azərbaycanın strateji infrastruktur obyektlərini hədəf alır. Azərbaycanın geo-strateji ərazilərinin mərkəzindəki neft-qaz kəmərlərinə ziyan vurulacağı təqdirdə bu İtaliyanın da iqtisadi maraqlarına zərbə vura bilər. Bu xüsusda İtaliya Ermənistanı sülhə məcbur etmək üçün daha fəal rol oynaması vacibdir.

    Biz Beynəlxalq ictimaiyyətdən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü açıq şəkildə qınamağı və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində tələb olunduğu kimi Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən təcili, tam və qeyd-şərtsiz çıxarılması üçün Ermənistana təzyiq göstərməyini tələb edirik”, – deyə M.Əhmədzadə qeyd edib.

  • Освобожденное от оккупации село Минбашилы Джебраильского района – ВИДЕО

    Министерство обороны Азербайджана опубликовало кадры освобожденного от оккупации села Минбашилы Джебраильского района.

  • Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndi – VİDEO

    Azəərbaycanın Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad edilən Minbaşılı kəndinin görüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik: