Month: October 2020

  • Vaşinqtonda Azərbaycan XİN başçısı ilə ABŞ dövlət katibi arasında görüş başlayıb

    Vaşinqtonda Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş başlayıb.

    Bu barədə “Report”un Vaşinqtona ezam olunmuş müxbiri xəbər verir.

    Pompeo C.Bayramovla görüşdən dərhal sonra Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə də görüşəcək.

  • Hərbçilərimizin həyatını təhlükəyə atan məsuliyyətsiz paylaşımlarla bağlı çağırış – FOTO/VİDEO

    Son zamanlar sosial şəbəkələrdə Azərbaycanın işğal altında olan torpaqları uğrunda apardığı əks-hücum əməliyyatları ilə bağlı çox sayda foto və videolar paylaşılır.

    Bu isə torpaqlarımız uğrunda mübarizə aparan əsgərlərimizin həyatı üçün ciddi təhlükə yarada bilər.

    Bu səbəbdən cəbhə bölgəsinə gətirilən hərbi texnika və silahlı qüvvələr barədə heç bir hərbi informasiya paylaşılmamalı, Azərbaycan hərbi sistemində olan zabitlərin hansı rayona və nə məqsədlə gəlməsi yazılmamalıdır.

    Həmçinin, Azərbaycanın hərbi hava qüvvələrinin hansı istiqamətdə uçuş aparmaları, şəhid və yaralılar barədə xəbər verilməməlidir.

    Döyüşlər zamanı telefon və ya digər texnika ilə video, foto çəkilməməli, səs yazısı göndərilməməlidir. Sərhəd bölgəsində olan strateji yerlərdə, texnika və ya hərbi hissələrin yanında fotolar çəkilib-paylaşılmamalıdır.

  • Вирусолог оценил эффективность зимних перчаток для защиты от коронавируса

    Вирусолог оценил эффективность зимних перчаток для защиты от коронавируса.

    Как рассказал директор Института медицинской паразитологии, тропических и трансмиссивных заболеваний Сеченовского университета, член-корреспондент РАН Александр Лукашев, обычные матерчатые перчатки снижают вероятность заражения COVID-19, так же как и резиновые, передает РИА Новости.

    При этом специалист отметил, что если чесать в них нос, пользы от них не будет.

    А.Лукашев также сообщил, что до сих пор не изучена полностью эффективность контактного пути передачи коронавируса, и поэтому сложно оценить, насколько велико значение перчаток.

  • Dağlıq Qarabağ və ətraf rayonlarda yerləşən məktəbdənkənar təhsil müəssisələri – SİYAHI

    Düşmən tərəfindən işğal olunan torpaqlarımızda 17 idman, 23 yaradıcılıq profilli olmaqla 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib. Belə ki, Ağdam rayonunda beş, Cəbrayıl rayonunda beş, Füzuli rayonunda beş, Kəlbəcər rayonunda dörd, Laçın rayonunda beş, Qubadlı rayonunda beş, Şuşa rayonunda dörd, Xocavənd rayonunda iki, Zəngilan rayonunda isə beş məktəbdənkənar təhsil müəssisəsi yerləşib.

    Bu barədə Azərbaycanın Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, işğal nəticəsində qeyd olunan ərazilərdə yerləşən səkkiz məktəbdənkənar təhsil müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb, digərləri müvəqqəti olaraq müxtəlif bölgələrə köçürülüb.

    Hazırda işğal səbəbindən müvəqqəti olaraq digər bölgələrə köçürülən məktəbdənkənar təhsil müəssisələri aşağıdakılardır:

    – Ağdam rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

    – Ağdam rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

    – Füzuli rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

    – Füzuli rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

    – Laçın rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

    – Laçın rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

    – Şuşa rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

    – Şuşa rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi

    – Qubadlı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

    – Qubadlı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

    – Zəngilan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi;

    – Zəngilan rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

    – Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

    – Cəbrayıl rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi;

    – Xocalı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi.

    Qeyd edək ki, 1999-cu ildə Xocalıdan olan məcburi köçkünlərin kompakt yaşadığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində Xocalı rayon Uşaq yaradıcılıq Mərkəzi yaradılıb.

    2017-ci ildə Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılmasına əsasən, ölkə üzrə olduğu kimi işğal altında olan rayonlar üzrə də birləşmə nəticəsində yeni müəssisələr yaradılıb.

  • Azərbaycan səni unutmayacaq: “Aprel döyüşləri”nin əfsanəvi qəhrəmanı – VİDEO

    Qubadlının azadlığı uğrunda şəhid olan Milli Qəhrəman, polkovnik-leytenant Şükür Həmidovla bağlı iki il əvvəl “Aprel yüksəkliyi” sənədli filmi çəkilib.

    Filmdə qəhrəmanımızın döyüş yolu öz dilindən nəql olunur.

    “1995-ci il leytenant hərbi rütbəsi aldım və təyinatımı Naxçıvan Muxtar Respublikasına verdilər.

    Naxçıvanın Culfa şəhərində “N” saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmətə başladım, ön xəttə çıxdım. Sonra Tərtərdə briqada komandiri oldum. Tez-tez şəxsi heyətlə görüşürdüm.

    Məndən əsgərlərimiz həmişə nə vaxt döyüşə girəcəyimizi, torpaqlarımızı azad edəcəyimizi soruşurdular. Cavab verirdim ki, o gün gələcək, Ali Baş Komandanımız o əmri verəcək. O məqam Füzulidə hərbi hissəyə komandirlik etdiyim dövrdə oldu”.

    Polkovnik-leytenant “Aprel döyüşləri” ilə bağlı xatirələrini elə döyüşün getdiyi yüksəkliklərdə danışıb. O bildirib ki, cəsur hərbçilərimizlə birlikdə düşmənə dərs veriblər:

    “Bu dərələrdə texnikaları gizlətmişdik, kənardan seçilmirdi. Qruplarımız da burada ayrıldı. Burada ermənilərə yaxşı dərs verdik. Düşmən çaşqınlıq içərisində idi, başlarını itirmişdilər.

    Ermənilər Lələtəpə istiqamətindəki ərazini “Ohanyan səddi” adlandırırdılar. Onlar hesab edirdilər ki, burada möhkəmləniblər və guya bura keçilməz idi. Amma döyüşçülərimiz bu bir həddi göz qırpımında keçdilər. 40 dəqiqə ərzində bizim hərbçilərimiz həmin ərazini azad elədilər.

    Bir saatın sonunda həmin təpədə bayrağımız dalğanırdı. Bütün istiqamətlərdə düşmən pərakəndə şəkildə qaçırdı”.

    Xatırladaq ki, Şükür Həmidov 1975-ci ildə Qubadlı rayonunda anadan olub. Aprel ayının əvvəlində Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub.

    Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülüb.

  • Армяне забыли о том, как более 100 лет назад нападали на молокан и лезгин

    Пока Азербайджан освобождает свои земли от оккупации, армяне осознавая свое поражение, просят помощи у разных лиц, начиная от артистов и заканчивая официальными представителями государств.

    Одной из таких стран является Российская Федерация. Начиная с 27 сентября, армянская сторона не раз отмечала, что требует вмешательства в конфликт с Азербайджаном. Основным аргументом приводилась историческая дружба с Россией и русским народом. Но мало кто знает, да и армяне ни за что не признаются, что немногим более ста лет назад хаи резали этих самых русских.

    Государственный деятель Российской империи Петр Аркадьевич Столыпин еще в 1908 году отмечал резню русских молокан и лезгин Эриванской губернии.

    В своем письме от 11 апреля наместнику на Кавказе Иллариону Ивановичу Воронцову-Дашкову он писал:

    “Так, в Эриванской губернии во второй половине 1906 года систематическое насильничество армян над молоканами и лезгинами навело последних на мысли объединиться с молоканами и татарами (азербайджанцами) для общего вооруженного отпора армянам. Получив предложение от лезгин, но сохранив еще веру в крепость законной власти, молокане отказались от такого союза. Однако в сентябре того же года предъявили властям свое ходатайство о разоружении армян. Только в случае отказа молокане решили, что приступят к кровавой расправе с насильниками”.

  • Ermənilər 100 il əvvəl molokanlara və ləzgilərə necə hücum etdiklərini unudublar

    Azərbaycan torpaqlarını işğaldan azad edərkən, məğlubiyyətlərini anlayan ermənilər sənət adamlarından tutmuş rəsmi dövlət nümayəndələrinə qədər müxtəlif insanlardan kömək istəyirlər.

    Bu ölkələrdən biri də Rusiya Federasiyasıdır. Sentyabrın 27-dən bəri erməni tərəfi dəfələrlə qeyd edib ki, Azərbaycanla münaqişəyə müdaxilə olunmasını tələb edir. Rusiya və rus xalqı ilə tarixi dostluq əsas arqument kimi gətirilir. Ancaq az adam bunu bilir və ermənilər də heç vaxt etiraf etməyəcəklər ki, təxminən yüz il bundan əvvəl haylar məhz rusları qırıblar.

    Rusiya İmperiyasının dövlət xadimi Pyotr Arkadyeviç Stolıpin hələ 1908-ci ildə İrəvan quberniyasında rusiyalı molokanların və ləzgilərin qətlə yetirildiyini qeyd edib.

    Qafqazın qubernatoru İllarion İvanoviç Vorontsov-Daşkov 11 aprel tarixli məktubunda yazıb:

    “Beləliklə, 1906-cı ilin ikinci yarısında İrəvan quberniyasında ermənilərin molokanlara və ləzgilərə qarşı sistematik şəkildə zorakılığı sonuncuya ermənilərə ümumi silahlı cavab vermək üçün molokanlar və tatarlarla (azərbaycanlılarla) birləşməyi düşünməyə vadar etdi. Ləzgilərdən belə təklif alsa da, qanuni hökumətin gücünə inamını qoruyub saxlayan molokanlar belə bir ittifaqdan imtina etdilər. Bununla yanaşı, onlar həmin ilin sentyabrında ermənilərin silahsızlaşdırılmasına dair vəsatətlərini səlahiyyətlilərə təqdim etdilər. Yalnız imtina olduğu təqdirdə molokanlar təcavüzkarlara qarşı qanlı repressiyaya başlayacaqlarına qərar verdilər”.

  • Хикмет Гаджиев об обсуждениях карабахского конфликта в Совбезе ООН

    После 25-летнего перерыва 29 сентября и 19 октября в Совете безопасности ООН состоялись обсуждения по армяно-азербайджанскому конфликту.

    Об этом заявил журналистам помощник Президента Азербайджана – завотделом Администрации главы государства по вопросам внешней политики Хикмет Гаджиев.

    Он с сожалением отметил, что, несмотря на принятие Совбезом ООН в 1993 году четырех резолюций №№ 822, 853, 874 и 884 в связи с оккупацией азербайджанских территорий, последние обсуждения армяно-азербайджанского конфликта в СБ были проведены в 1995 году.

    “В резолюциях СБ ООН осуждается применение Арменией силы в отношении Азербайджана, подчеркивается, что Нагорный Карабах является неотъемлемой частью АР, а также требуется безоговорочный и полный вывод армянских войск со всех оккупированных территорий нашей страны.

    После состоявшихся 19 октября обсуждений в связи с армяно-азербайджанским конфликтом в Совбезе был подготовлен проект заявления от имени председателя Совета безопасности.

    В нем не были указаны ссылки на известные резолюции. Вышеупомянутый проект в основном был разработан Российской Федерацией и Францией”, – сказал помощник главы государства.

    “Индонезия, Нигер, Тунис, Вьетнам, ЮАР, Сент-Винсент и Гренадины и Доминиканская республика, которые являются непостоянными членами СБ ООН и входят в Движение неприсоединения, дважды нарушили процедуру молчания, настаивая на включении в заявление ссылок на резолюции СБ ООН.

    Тем самым эти государства в очередной раз продемонстрировали свою приверженность Уставу ООН, нормам и принципам международного права, резолюциям СБ ООН, Бандунгским принципам и другим документам Движения неприсоединения.

    Из-за настойчивой и принципиальной позиции государств-членов Движения неприсоединения проект заявления был официально отозван”, – отметил Х.Гаджиев.

    Президент Ильхам Алиев выразил указанным государствам признательность за справедливую и принципиальную позицию, сказал он.

    Х.Гаджиев напомнил, что во время выступления на XVIII Саммите в Баку в 2019 году в качестве председателя Движения неприсоединения Президент Ильхам Алиев призвал участников организации к солидарности, единству и взаимной поддержке на основе Бандунгских принципов.

    “Как сказал Ильхам Алиев во время выступления на XVIII Саммите, Азербайджан будет и впредь защищать интересы государств-членов, международное право и справедливость в ООН и других международных организациях”, – отметил Х.Гаджиев.

  • Ərdoğan: “Türkiyənin sülh danışıqlarında iştirak etmək hüququ var” – VİDEO

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən Qarabağ münaqişəsi ətrafından cərəyan edən son hadisələrə toxunub.

    Bu barədə “HaberGlobal” məlumat yayıb.

    “Azərbaycan haqlı tələbini ortaya qoyur. Deyir ki, əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik.

    Türkiyənin də ən azı Rusiya qədər sülh prosesində iştirak etmək hüququna sahib olduğuna inanıram. ATƏT-in Minsk qrupunun üzvü kimi buna haqqımız çatır”, – deyə R.T.Ərdoğan bildirib.

  • İsrail Azərbaycana humanitar yardım göndərdi – FOTO

    İsrail Azərbaycana humanitar yardım göndərib.

    Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “Twitter” hesabında bildirilib.

    “İsraildən Azərbaycana göndərilən tibbi ləvazimatlar ölkədəki xəstəxanalara çatdırılıb. Humanitar yardım davam edir”, – deyə qeyd olunub.