Month: November 2020

  • Azərbaycanda internetə məhdudiyyət götürülür

    Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürüləcəkdir.

    “Report” xəbər verir ki, bunu nəqlıiyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sosial media hesabında bildirib.

    O bildirib ki, ötən müddət ərzində internetin verilişinin məhdudlaşdırılması ilə əlaqədar göstərdikləri anlayışa görə Azərbaycanın çoxmilyonluq internet istifadəçilərinə təşəkkür edirik.

    Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.

  • Арутюнян: 1 500 армянских солдат бежали от нескольких десятков азербайджанцев

    Глава сепаратистов т.н. “НКР” Араик Арутюнян заявил, что вся армянская нация предала армию.

    Как сообщает Report, об этом он заявил в прямом эфире в Facebook.

    Он отметил, что в начале октября, когда азербайджанская армия освободила Суговушан и Талыш, обратился за помощью к Еревану, но пришедшие на “помощь” элитные подразделения СНБ Армении отказались наступать на ВС Азербайджана. По его словам, часть армии находилась в панике:

    “У нас не было человеческих ресурсов, чтобы поддержать наших мальчиков на передовой. В тот день мне уже было ясно, что часть армии находится в состоянии паники. Я просил, умолял, сказал, что пойду впереди вас, они не пришли, они оставили “президента страны” одного. Конечно, я говорю об этом сегодня, потому что я должен говорить. Вы спросите у членов самого элитного подразделения СНБ РА, как они отклонили мою просьбу, я просил, просил. Вы спросите, какой ответ они дали?”, – сказал Араик Арутюнян.

    Глава сепаратистов признал, что во время сражения за Гадрут 1 500 армянских военнослужащих бежали в страхе перед несколькими десятками азербайджанских солдат.

    Он также в своем выступлении обвинил армянских политиков: “Политики, которые пытаются найти сегодня предателей, пусть представляют данные об участии своих детей, об участии их родственников… Делая селфи, обманывали всех, показывали, что якобы на фронте. А на самом деле находились не там. Мы все вместе предали 18-20-летних солдат.

    Каждый день мы приносили сотни жертв, но сколько пополнили? Новобранцы отказались идти на передовую, потому что нам не удалось вовремя получить помощь. А в последний день у нас было 1-2 сотни защитников на окраине Степанакерта”.

  • Araik Arutunyan: “Ermənistan ordusunun bir hissəsi vahimə içində olub”

    Dağlıq Qarabağdakı cinayətkar rejimin başçısı Araik Arutunyan erməni millətinin öz ordusuna xayənət etdiyini bildirib.

    “Report” xəbər verir ki, feysbukdakı səhifəsindən canlı yayımla müraciət edən A.Arutunyan hələ oktyabr ayının əvvəllərində Azərbaycan Ordusu Suqovuşan və Talış kəndlərini azad edəndə yardım üçün Yerevana müraciət etdiklərini, amma yardıma gələn Ermənistan ordusunun elit hissələrinin hücuma keçməkdən boyun qaçırdıqlarını qeyd edib. Onun sözlərinə görə, Ermənistan ordusunun bir hissəsi vahimə içində olub.

    “Ön cəbhədəki uşaqlarımıza dəstək üçün insan ehtiyatlarımız yoxdur. O gün ordunun bir hissəsinin vahiməyə qapıldığına tamamilə əmin olmuşdum. Onlara yalvardım, ən qabaqda özüm gedəcəyəm dedim, amma yenə də gəlmədilər, “ölkə prezidentini” (özünü nəzərdə tutur – red.) tək qoydular. Bu gün bunları danışıram, çünki danışmalıyam. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ən elit birləşməsinin üzvlərindən soruşa bilərsiniz, görün mənim xahişimi necə üzümə qaytardılar. Mən yalvarırdım onlara. Soruşun onlara mənə nə dedilər”, – deyən separatçı qurumun başçısı Hadrut ətrafındakı döyüş zamanı 1 500 erməni əsgərinin onlarla azərbaycanlı əsgərdən qorxub qaçdıqlarını da diqqətə çatdırıb.

    A.Arutunyan həmçinin Ermənistan siyasi rəhbərliyini də ittiham edib: “Bu gün xain, satqın axtarışında olan o siyasətçilər qoy öz övladlarının, qohum-əqrəbalarının iştirakına dair məlumat versinlər. Camaatı aldatmaq üçün selfi çəkirdilər, guya cəbhədədirlər, əslində isə tamam başqa yerdə olublar. O, 18-20 yaşlı əsgərlərimizə hamımız xəyanət etdik. Hər gün yüzlərlə itki verirdik. Bəs əvəzində kim gəlib? Vaxtında kömək ala bilmədiyimiz üçün yeni gələnlər döyüşə getməkdən boyun qaçırırdı. Son gün isə Stepanakertin (Xankəndi – red.) kənarlarında cəmi 100-200 döyüşçümüz vardı”.

  • В Ереван прибыли еще восемь самолетов с российскими миротворцами

    Еще восемь военно-транспортных самолетов с российскими миротворцами прибыли в Ереван 11 ноября.

    Как передает Report, об этом сообщает Минобороны России.

    “Еще 8 военно-транспортных самолетов 11 ноября 2020 года прибыли на аэродромы в город Ереван. Самолеты Ил-76 и Ан-124 доставили более 120 военнослужащих, бронетранспортеры, грузовые автомобили повышенной проходимости и средства материально-технического обеспечения”, – говорится в сообщении.

    Отмечается, что личный состав приступил к разгрузке материальных средств, бронетранспортеров и автомобильной техники.

    “Для выполнения миротворческих задач, предотвращения возможных инцидентов и обеспечения безопасности российских военнослужащих организовано непрерывное взаимодействие с генеральными штабами вооруженных сил Азербайджана и Армении. Установлены прямые каналы связи”, – добавляется в сообщении.

  • Rusiyadan Yerevana sülhməramlılar gəlməkdə davam edir

    Bu gün Yerevana Rusiyadan sülhməramlı hərbçiləri daşıyan daha 8 təyyarə gəlib.

    “Report” Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “İl-76” və “Antonov-12” tipli təyyarələrlə 120-dən artıq hərbçi ilə yanaşı, zirehli daşıyıcılar, yolsuzluqda hərəkət edə bilən yük avtomobilləri, maddi texniki təchizat ləvazimatı da gətirilib.

    Bu yüklərin boşaldılmasına başlandığı da qeyd olunur.

    “Sülhməramlı vəzifələri yerinə yetirmək, mümkün insidentlərin qarşısını almaq, Rusiya hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə birbaşa kanallarla mütəmadi əlaqələr təşkil olunub”, – açıqlamada qeyd olunur.

  • Məhərrəm Əliyev: “Tərəflərdən biri istəyərsə, Rusiya tərk edəcək”

    Axar.az Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin müsahibəsini təqdim edir:

    – Məhərrəm müəllim, Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistanın baş nazirinin imzaladıqları atəşkəslə bağlı razılaşma bəyannaməsindən sonra bəzi sosial şəbəkə istifadəçiləri qeyri-ciddi və əsassız fikirləri ilə ictimai rəydə çaşqınlıq yaradırlar. Sizin bu məsələ ilə bağlı fikirləriniz necədir?

    – Mən ilk növbədə Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları başda olmaqla bütün Azərbaycan xalqını qazanılan böyük qələbəmiz münasibəti ilə təbrik edirəm. Bu zəfərin əldə edilməsində fədakarlıq göstərən bütün əsgər və zabitlərimizə fəaliyyətlərində uğurlar arzulayır, yaralanmış hərbçilərimizə şəfa, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizə və onların ailələrinə, yaxınlarına Allahdan rəhmət diləyirəm. Onların hər biri Azərbaycanımızın fəxrləridir, biz onların və valideynlərinin qarşısında baş əyirik. Şəhidlərimizin xatirələri daim, tarixlər boyu hər bir azərbaycanlının qəlbində əziz olaraq tutulacaq.

    Artıq kimsəyə sirr deyil ki, Azərbaycan Ordusu Qarabağın işğaldan azad edilməsi uğrunda şücaətlər göstərdi və düşmənə sarsıdıcı zərbələr endirməklə onu sülhə, işğal edilmiş ərazilərin qaytarılması üzrə razılaşma bəyannaməsini imzalamağa məcbur etdi. İşğalçı Ermənistan rəhbərliyinin təslimçiliyə imza atması faktı artıq özü-özülüyündə bütün gerçəkləri ortaya qoyur və bu kontekstdən çıxış edərək, xüsusilə, qeyd etmək istərdim ki, sentyabrın 27-dən başlayaraq 44 gün davam edən müharibə dövründə bir çox ölkələr əks-hücum əməliyyatlarının dayandırılması üçün cənab Prezident İlham Əliyevə telefon zəngləri etdilər, münaqişənin danışıqlar yolu ilə siyasi müstəviyə keçməsini xahiş etdilər.

    Əlbəttə, Azərbaycan tərəfi bütün hallarda sülhün tərəfdarı olduğunu hər dəfə bəyan edib və son 27-28 ildə ATƏT-in Minsk qrupu çərçivəsində dəfələrlə danışıqlar masasına oturub, müəyyən şərtlərini irəli sürüb, hətta şərti razılaşmalar ətrafında da müzakirələr aparılıb. Lakin Ermənistan tərəfi istər əvvəlki hakimiyyətləri dövründə, istərsə də hazırkı hakimiyyəti vasitəsi ilə sülhə tərəfdar olmadıqlarını fəaliyyətləri ilə göstərdilər.

    İyul ayından başlayaraq, dövlət sərhədlərimizdə silahlı təxribatların törədilməsi, üstəlik dinc əhalimizin atəşə məruz qoyulması, eyni zamanda, Ermənistanın hərbi-siyasi rəhbərliyinin daha irəliyə gedərək, əlavə ərazilərimizi də zəbt edəcəkləri kimi bəyanatlar səsləndirmələri artıq onların məqsədlərini açıq-aşkar məlum edirdi. Bu məqsəd özünü sentyabrın 27-də Qarabağ cəbhəsində sübuta yetirdi.

    Nəticədə düşmənin işğalçılıq addımlarının cavabı çox sərt şəkildə verildi və demək olar ki, hər gün kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz işğaldan azad olundu. İşğalçılar böyük itkilər verərək sadəcə silah-sursatlarını, hərbi texnikalarını atıb-qaçmağa çalışırdı ki, bu da Ermənistan ictimaiyyətində ciddi təlaşlar doğururdu. Erməni xalqı artıq anlayırdı ki, onların övladları boş yerə başqasına mənsub olan torpaqlarda döyüşür. Bu vəziyyət istər-istəməz düşmən ölkənin hərbi-siyasi dairələrinin vəziyyətlərini daha da ağırlaşdırırdı. O cümlədən, şanlı Silahlı Qüvvələrimizin qeyrət qalamız hesab edilən və milli-mədəniyət ocağımız kimi dəyərləndirilən Şuşa şəhərini düşmən işğalından azad etməsindən sonra onların hakimiyyətləri Qarabağ cəbhəsində daha ağır xaos yaşayacaqlarının fərqinə varmağa başladılar.

    Halbuki, cənab Ali Baş Komandan İlham Əliyev dəfələrlə istər xarici mətbuat vasitələrinə verdiyi müsahibələrində, istərsə də xalqa müraciətlərində düşmən tərəfə öz mesajlarını çatdırırdı. İşğal etdikləri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etmək tələbini irəli sürən dövlət başçımız müharibənin yalnız bu üsulla dayandırılması mümkünlüyünü vurğulayırdı. Nəticədə məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi sülhə məcbur edildi.

    Qeyd edim ki, məhz Rusiya və Türkiyə ali rəhbərliklərinin davamlı rabitəsi, onların Azərbaycan Prezidenti ilə də məsləhətləşmələr aparmalarından sonra ədalətli tələb qəbul edildi və göründüyü kimi, artıq rəsmi bəyannamə sənədi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanıb, qüvvəyə minib.

    Söz yox ki, atəşkəsin əldə olunması üçün ən çox fəaliyyət göstərən tərəflərdən biri də Rusiya rəhbərliyi idi və qəbul olunmuş sənədə əsasən düşmən işğal olunmuş əraziləri bəlli olan, ictimiyyətə də elan edilən qrafik əsasında tərk etməlidir. Çünki o da bəlli idi ki, artıq Rusiya münaqişədə neytral tərəf tutdu.

    Onu da unutmamalıyıq ki, Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə əsaslanır, iki dövlət arasında səmimi dostluq amili mövduluğunu qoruyub-saxlayır. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında bir çox regional layihələr ikitərəfli iqtisadi-siyasi münasibətlərdə möhkəm əsaslara söykənir.

    Beləliklə, bütün bu kimi məsələlər, etibarlılıq prisnispləri də nəzərə alınmaqla Rusiyaya məxsus sülhməramlı qüvvələr təmas xəttində fəaliyyət göstərəcəklər, o cümlədən bu fəaliyyətin müddəti də 5 ildir. Yəni 5 ildən sonra münaqişə tərəflərindən biri sülhməramlıların xidmət apardıqları təmas xəttini tərk etməsini istəyərsə, həmin qərar dərhal icra olunacaq. Bu, həmin sənədin tərkib hissəsində yer alan mühüm müddəadır.

    Artıq öz doğma yurd-yuvalarından qaçqın düşmüş bütün vətəndaşlarımız azad olunmuş torpaqlarına geri dönəcəklər və həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanacaq, Azərbaycanın qanunları icra ediləcək, milli valyutamız dövriyyəyə buraxılacaq və bu birmənalıdır. Hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilmir.

    Əvvəllər olduğu kimi “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Ona görə də bəzi sosial şəbəkə istifadəçilərinin əsassız, qeyri-dəqiq məlumatlarla, heç bir hərbi-siyasi bilgilərə sahib olmadan, müxətlif yanlış məlumatları ictimailəşdirmələrini doğru hesab etmirəm. Fikrimcə bu kimi addımlar həmin “internet qəhrəmanlarının” Azərbaycan Ordusuna, Şəhidlərinə və bütünlükdə Azərbaycanımıza qarşı hörmətsizliyidir.

    – Cənab general-poklovnik, bir daha Türkiyə amilinə qayıtmaq istərdim. Qardaş ölkənin formalaşdırılan Monitorinq Mərkəzindəki iştirakı hansı nəticələri verəcək?

    – Əlbəttə, Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir və biz bunu əvvəllər də, münaqişənin ən qızğın vaxtında da gördük, bu gün də şahidi olmaqdayıq. Ümumiyyətlə, ölkələrimiz arasındakı hərbi-strateji əməkdaşlıq və o cümlədən, illərdən bəri formalaşan təməlli prinsiplər qardaş ölkənin bizə olan dəstəyini davamlı edir. Yaxın bir neçə gün ərzində Türkiyənin Milli Müdafiə Nazirliyinin və Baş Qərargahının rəhbərləri Ali Baş Komandan cənab İlham Əliyevlə görüşlər keçirdilər. Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan dəfələrlə cənab Prezident İlham Əliyevlə əlaqə saxladı, prosesləri yaxından izləyərək, daim qardaş dövlətin yanında olduğunu vurğuladı.

    Həmçinin, bu günlərdə Türkiyə Respublikasının Milli Müdafiə Naziri cənab Hulisi Akar Azərbaycanda səfərdə oldu və Monitorinq Mərkəzinin formalaşdırılması istiqamətində əldə edilən qərarlar, qarşıda dayanan planlar dəqiqliklə müzakirə edildi. Bütün bunlar onu göstərir ki, Türkiyə dövləti bu gün də bizim yanımızdadır və qrafikə uyğun şəkildə işğaldan azad ediləcək digər ərazilərimizə nəzarət funksiyasını Rusiya ilə birlikdə həyata keçirəcəkdir.

    – Məhərrəm müəllim, Azərbaycanın qələbə nəticəsində əldə etdiyi daha hansı uğurlar barədə danışa bilərdiniz?

    – Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra əldə etdiyimiz daha bir zəfər faktoruna toxunmaq istərdim. Bilirsiniz ki, Naxçıvan uzun illərdir blokada şəraitində qalmışdı və bu, həmin bölgənin iqtisadi, ticari və s. maraqlarının qarşısını alırdı. Buna baxmayaraq, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsi olaraq inkişaf edirdi, mübarizə aparırdı və naxçıvanlıların mübarizliyi, qətiyyəti sayəsində ölkəmizin ən gözəl diyarlarından birinə çevrilib.

    Lakin təsəvvür etsək ki, Naxçıvan blokada şəraitində olmasaydı, daha hansı uğurlara imza atardı, bax bu məsələdə deyərdim ki, əldə olunmuş sülh razılaşması qələbəmizin danılmaz qalibiyyət prinsiplərindən biridir. Çünki sənədə əsasən, artıq Azərbaycandan Naxçıvana Ermənistan ərazisi daxil olmaqla nəqliyyat dəhlizi açılır. Bu dəhlizin açılması muxtar respublikanı belə desək, “materik” Azərbaycanla birləşdirir. Məhz bu uğur yaxın gələcəkdə bütöv bir strateji əhəmiyyəti əhatə edəcək ki, bundan da əlbəttə ki, Azərbaycan xalqı yararlanacaq. Bir sözlə, qeyd etmək istərdim ki, sülh, yaxud atəşkəs sazişi bütün tərəflərdən ölkəmizin, xalqımızın səmərəsinə hesablanmış müddəalardan ibarətdir.

    Düşünürəm ki, qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayacaq, kommunikasiya və s. imkanlar genişləndiriləcək.

    – Son olaraq, sonrakı proseslərdə vətənpərvərlik ruhunun təbliğini necə görürsünüz?

    – Zəfər salnaməsi, işğaldan azad olunmuş ərazilərdə müzəffər Ordumuzun qəhrəmanlıq izləri gələcək nəsillərimiz üçün and yeri olacaq. Həmçinin həmin əraziləri ziyarət edərkən Silahlı Qüvvələrimizin şücaətini sübut edən reallıqlar, elementlər orada qalacaq və bu gün qələbəmizin canlı şahidləri olan uşaq və yeniyetmələr, eləcə də bütün yaş dövrlərini əhatə edən insanlarımız döyüşlərin baş verdiyi əraziləri öz gözləri ilə görüb, oraları açıq muzey kimi seyr edəcəklər. Bax, budur gələcəyə vətənpərvərlik ideyalarını aşılamaq siyasəti.

    Bütün bunlar isə, qazanılan zəfərimizin başlıca məqsədləridir və Azərbaycan xalqı, Azərbaycan əsgəri və zabiti Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə bu şanlı qələbəni qazandı. Sözümü isə cənab Prezidentimizin təqribən bir il əvvəl bəyan etdiyi və hər kəsin dillər əzbəri olmuş “Qarabağ Azərbaycandır!” nidası ilə yekunlaşdırıram.

  • Azərbaycan 2020-ci ilin sonunda neft və kondensat hasilatını artıracaq – PROQNOZ

    Azərbaycanın 2020-ci ilin sonunda neft və kondensat hasilatını artıracağı proqnozlaşdırılıb.

    Oxu.Az-ın ABŞ-ın Enerji İnformasiya Agentliyindən əldə etdiyi məlumata əsasən, Azərbaycanın 2020-ci ilin IV rübündə, yəni, növbəti üç ay ərzində gündəlik neft və kondensat hasilatının orta hesabla 690 min barel olacağı gözlənilir.

    Agentliyin hesabatına əsasən, 2020-ci ilin III rübündə bu göstərici orta hesabla 670 min barel olub. Belə ki, növbəti dövrdə Azərbaycanın müvafiq məhsullar üzrə istehsalatı artıracağı gözlənilir.

    Qeyd edək ki, 2019-cu ilin IV rübündə Azərbaycanda gündəlik neft və kondensat hasilatı orta hesabla 760 min barel olub. Hazırkı göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə nisbətən azdır.

    2020-ci ilin ümumi mənzərəsinə nəzər saldıqda isə gündəlik neft və kondensat hasilatı 710 min bareli təşkil edəcək. Bu göstərici 2019-cu ildə orta hesabla 780 min barel olub.

  • Ermənilər Azıx mağarasında qanunsuz arxeoloji qazıntı işləri aparıblar

    Ermənistan Respublikası təcavüzkar siyasətini davam etdirərək Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qanunsuz arxeoloji qazıntı işləri həyata keçirib.

    Mədəniyyət Nazirliyindən “Report”a verilən məlumata görə, Ermənistan Respublikası beynəlxalq hüquqa, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq, 1992-ci ildən zəbt etdiyi Azərbaycan Respublikasının ərazilərində arxeoloji qazıntı işləri aparıb.

    Azərbaycan Respublikasının Xocavənd rayonu ərazisində yerləşən, dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmış Azıx mağara düşərgəsində 2002-ci ildən etibarən xarici ekspertlərin iştirakı ilə aparılan qazıntılar bu qəbildəndir. Qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri Ermənistan Respublikasına daşınaraq mənimsənilib.


    1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”nın İkinci Protokolun 9-cu bəndi işğalçı tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi, elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan edilməsi, qarşısının alması kimi öhdəlikləri təsbit edir. Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ermənistan Respublikası dövlət olaraq vaxtilə işğal etdikləri ərazilərimizdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyət daşıyır.

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən bu məsələnin ciddi nəzarətdə saxlanılır və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatların mütəmadi olaraq məlumatlandırılacağı və bu kimi mənimsəmə faktlarının qarşısının alınması üçün zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcəyini diqqətə çatdırır. Beynəlxalq təşkilatlar, xüsusilə UNESCO tərəfindən bu faktlara hüquqi qiymətin verilməsi tələb olunur.

  • İtaliya XİN Qarabağda atəşkəsin əldə olunmasını dəstəkləyib

    İtaliya Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanması ilə Dağlıq Qarabağda əldə olunan atəşkəsi məmnunluqla qarşılayır və buna tam əməl olunacağına ümid edir.

    “Report” xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

    “Tərəflərin bütün ərazidə sabitliyə və davamlı sülhə şərait yarada biləcəkləri ümidi ilə əldə etdikləri digər razılaşmaları da nəzərə alır. Bu xüsusda İtaliya bölgə daxilində barışıq üçün zəruri şərt olan, hər bir icmanın ləyaqətinə və bölgənin mədəni və dini plüralizminə hörmət göstərməyin vacibliyini vurğulayır. İtaliya ATƏT-in Minsk qrupunun bir üzvü olaraq münaqişənin davamlı həlli üçün vacib şərt olan atəşkəsin möhkəmləndirilməsi baxımından həmsədrlərə hər cür dəstəyi təmin edəcək. İtaliya həmçinin Avropa İttifaqı daxilində, Avropa və ölkəmiz üçün o cümlədən əhəmiyyətli bir bağlantı və enerji təchizatı mərkəzi olan bölgənin sabitləşməsinə və inkişafına öz töhfəsini verəcək”, – məlumatda bildirilir.

  • Cəbhədən son xəbərlər: Etiraz edən Ermənistanda xaos

    – “İstədiyimizə nail ola bildik”, – Prezident İlham Əliyev yaralı hərbçilərə təşəkkür etdi

    – “Qazaxın işğal altında olan kəndləri noyabrın 20-dək Azərbaycana qaytarılacaq”, – Rəcəb Tayyib Ərdoğan

    – Laçın dəhlizi nəzarətə götürüldü. Atəşkəsə riayət edilirmi?

    – Ermənilərdən daha çox erməni olan Fransadan əsassız ittihamlar

    – Ermənistanda qarşıdurma. Saxlanılanlar var