Month: November 2020

  • Tatarıstanda dərc edilən qəzet Azərbaycana dəstəyini ifadə etdi – FOTO

    Bu gün bütün dünya Azərbaycanın torpaqlarını işğalçılardan azad etməsindən danışır.

    Tatarıstanda dərc edilən “Türk baxışı” qəzetinin ilk səhifəsi Azərbaycanın qələbəsinə həsr olunub. Azərbaycan bayrağı əks olunmuş baş səhifədə həm rus, həm də tatar dillərində “Azərbaycan! Bizim ürəyimiz səninlədir” yazılıb.

  • 45 günə sığdırılan 30 illik həsrət: Şuşa ilə taclandırılan Qarabağa nəzarət artıq Azərbaycandadır!

    Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə başlayan və buna cavab olaraq Azərbaycan ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Azərbaycan üçün yeni bir tarix yazıldı.

    30 ilə yaxındır danışıqlar yolu ilə həllinə çalışdığımız haqq mübarizəmizi 45 gün içərisində hərb yolu ilə həll etdik. Budur şanlı, qürurlu Azərbaycan ordusu. Budur haqq mübarizəsi, Vətən müharibəsi. Bu müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi və qızıl hərflərlə tarixə yazıldı.

    30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivdə qaldı. Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları da alt-üst oldu.

    Sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə çalışılırdı, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə girməsi fikri ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Lakin bütün bu iddialar, istəklər xəyal olaraq qaldı. Azərbaycan Prezidenti yeni reallıq yaratdı. 45 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Bir sözlə Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Ermənistan ordusu atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı.

    Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiya imzalamağa məcbur etdi.

    Ermənistanın daxilindəki hazırki biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar göz qabağındadı. Ermənistanla müqayisədə isə Azərbaycanda, Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu açıq-aydın şəkildə nümayiş etdirir. Hazırda Şuşa şəhəri də daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir.

    Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 45 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

    Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Xocavəndin, o cümlədən Hadrut qəsəbəsinin, Kəlbəcərin, Ağdamın, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xəttlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.

    Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir.

    Danılmaz faktdır ki, Şuşaya nəzarət edən avtomatik olaraq Qarabağa da nəzarət edir. Şuşa şəhəri isə Azərbaycanın əlindədir. Kəlbəcər, Ağdam və Laçınının boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi əlaqələndirəcək.

    Rusiya sülhməramlılarının nəzarəti altında olacaq Laçın dəhlizində Ermənistan hərbiçiləri olmayacaq və dəhlizin təhlükəsizliyi Azərbaycan tərəfindən təmin olunacaq.

    Prezident status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini Azərbaycan diqtə edir.

    Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur.

    Birgə bəyanat sentryabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktı hesab olunur. Bəyanat tam olaraq, Azərbaycanın maraqlarına uyğun hazırlanıb və imzalanıb.

    Azərbaycan Prezidenti bundan əvvəl də bəyan etmişdi ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçından öz qoşunlarını çıxaracağı təqdirdə, Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır.

    Azərbaycan azad etdiyi bütün mövqeləri saxlayır.

    Belə ki, Azərbaycanın maraqları çərçivəsində imzalanan üçtərəfli bəyanata əsasən, noyabrın 15-i Kəlbəcər, noyabrın 20-si Ağdam, dekabrın 1-i isə Laçın işğalçılardan təmizlənərək Azərbaycan ordusunun nəzarətinə veriləcək. Ermənistan bu rayonlarda olan qoşunlarını Ermənistan istiqamətində çıxarır.

    Təhlükəsizliyin təmin edilməsi məqsədilə regiona gələn Rusiyanın sülhməramlı kontingenti olduqca məhdud saydadır. İlk 5 ilin tamamına 6 ay qalmış tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər.

    Rusiya sülhməramlıların fəaliyyət coğrafiyası və fəaliyyət qaydaları Azərbaycanla razılaşdırılaraq müəyyən edilib. Sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbiçilərinin regionda qalmasını istisna edir.

    Bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olundu. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti tərəfindən təmin olunacaq. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin etdiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil.

    Bütün bunların fonunda daha vacib məqamlardan biri isə münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.

    Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə hər zaman olduğu kimi Qarabağ məsələsində də Azərbaycanın yanındadır və indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi;

    Razılaşmaya əsasən, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər Dağlıq Qarabağ ərazisində doğma yurdlarına qayıdacaqlar.

    Bu o deməkdir ki, vətən həsrəti bitdi! Bu o deməkdir ki, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında yeni tarix yazdı! Bu o deməkdir ki, haqq mübarizəmizi, Vətən müharibəmizi qələbə ilə başa vurduq. Nəhayət bu o deməkdir ki, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!

  • Erməni müxalifəti Paşinyana istefa üçün vaxt qoydu

    Yerevanda etiraz aksiyası keçirən erməni müxalifəti baş nazir Nikol Paşinyana ultimatum verib.

    Bu barədə Rusiyanın “Vzqlyad” nəşri məlumat yayıb.

    “Biz Paşinyanın 24:00-a qədər istefa verməsini tələb edirik. Əgər verməsə, müvafiq qərarı ölkənin parlamenti qəbul etməlidir. Biz 24:00-a qədər gözləyəcəyik, əgər istefa olmasa, gecəyarısından sonra mətbuat konfransı çağıracağıq və gələcək addımlarımızı təqdim edəcəyik. İstənilən halda Paşinyan getməlidir”, – deyə “Daşnaksütyun” Partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.

  • “EU Reporter”: “Qarabağ müharibəsi: Qərb mediasında feyk xəbərlər necə yayılır”

    Avropanın nüfuzlu “EU Reporter” analitik portalı “Qarabağ müharibəsi: Qərb mediasında feyk xəbərlər necə yayılır” adlı məqalə yayıb.

    AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən alovlanması ilə əlaqədar mətbuatda bu münaqişəyə dair çoxsaylı saxta xəbərlərin yayıldığı bildirilir.

    Yazıda bəzi Qərb KİV-lərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xəbərlər yayarkən açıq-aşkar tərəfkeş münasibət nümayiş etdirməsinin təəccüb hissi doğurduğu qeyd edilir.

    Müəllif qeyd edir ki, bu il sentyabrın 30-da “BBC News”un yaydığı xəbərdə Türkiyənin nəzarəti altında olan Suriya ərazisindən bir neçə yüz muzdlunun Qarabağa gətirildiyi iddia edilir. “BBC News” bu məlumatı hərbçilərin birindən aldığını, ancaq məlumatların doğruluğunun təsdiq olunmadığını qeyd edir.

    Həmçinin “France 24” kanalının “The Observers” proqramında internet istifadəçisi tərəfindən çəkilmiş Suriyalı silahlıların Azərbaycana getməyə hazırlaşdıqlarını göstərən bir neçə feyk videonun yayımlandığı qeyd olunur. Bu videoların həqiqiliyinin əsas “sübutu” kimi isə videodakı əsgərlərin ərəbcə Hələb və İdlib şəhərləri barədə danışmaları olduğu deyilir.

    Məqalədə bu cür açıq-aşkar saxta məlumatların dünyanın belə aparıcı xarici KİV-lər tərəfindən yayılmasının təəccüb doğurduğu bildirilir. İrəvanın bu günə qədər Qarabağda Azərbaycan tərəfdən hər hansı muzdlunun olması barədə heç bir dəlil təqdim edə bilmədiyi vurğulanır.

    Müəllif yazır ki, bütün müharibələr kimi Qarabağ müharibəsi də böyük faciədir. Döyüşlər ərzində hər iki ölkənin mülki əhalisinə və infrastrukturuna ziyan dəyib. Ancaq Qərb mətbuatı öz diqqətini hadisələrin inkişafına yönəltməyib. Xüsusilə də döyüş bölgəsindən çox kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması dünya mediasının diqqətindən kənarda qaldı.

    Yazıda vurğulanır ki, müasir dövrdə baş verən silahlı qarşıdurmalarda informasiya cəbhəsindəki qarşıdurma döyüş meydanında olduğu qədər əhəmiyyətli ola bilir. Düşmənin hər hansı sadə bir əməliyyatını belə “müharibə cinayəti” kimi qələmə verərək bütün dünyanı həmin düşmənə qarşı qoymaq olar. Qarabağ münaqişəsi zamanı baş verən hadisələrdən də göründüyü kimi, cəbhədəki real vəziyyət beynəlxalq mediada heç də hər zaman dəqiq əks olunmur. Bu müharibə ilə bağlı həqiqətlərin sonrakı nəsillərə olduğu kimi çatdırılması üçün mətbuatın davamlı olaraq gerçək həqiqətləri qərəzsiz şəkildə təqdim etməsi zəruridir.

  • “Neftçi”nin baş məşqçisi istefa verdi

    “Neftçi”nin idman direktoru Ceyhun Sultanov və baş məşqçi Füzuli Məmmədov Premyer Liqanın son oyunundan sonra istefa veriblər.

    Oxu.Az-ın məlumatına görə, Sultanov və Məmmədov bununla bağlı “Neftçi” PFK-nın rəhbərliyinə müraciət ediblər.

    Onların istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.

    Qeyd edək ki, “Neftçi” Premyer Liqanın sonuncu turunda əzəli rəqibi “Qarabağ”a öz meydanında 0:6 hesabı ilə darmadağın olub.

  • Ölkədə istilik sisteminin verilməsi qrafiki açıqlandı

    2020-2021-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planıına uyğun olaraq istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb.

    Bunu mətbuata açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

    O bildirib ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, o cümlədən, Bakı şəhərində noyabrın 15-dən başlanılması nəzərdə tutulub:

    “Mövsüm ərzində cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3870 yaşayış binası, o cümlədən, 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1950 digər sosial və təsərrüfat obyektləri istiliklə təmin ediləcək.

    Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib”.

    Xidmət rəisi qeyd edib ki, tədbirlər planına əsasən 559 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 507 odluq təmir olunub, 861 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1150 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənib, qazanlarda 1680 m2 izolyasiya örtüyü və 796 metr kərpic örtüyü təmir olunub.

    İstilik şəbəkəlirində 24310 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 12760 ədədi əsası və cari təmir olunub, 580 ədədi isə yenisi ilə əvəz olunub.

    Magistral və məhəllədaxili İstilik xətlərində 3850 kvadrat metr istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 7520 kvadrat metr dam örtüyü təmir edilib. Bundan başqa, 396 dəst istilik mübadilə qurğusu mexaniki və kimyəvi üsullarla təmizlənib, 600 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 5 ton kationit materialları dəyişdirilib”.

    R.Əliyev deyib ki, istilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2020-2021-ci illəristilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülüb:

    “Belə ki, 977 km istilik xətləri yuyulmuş və hidravlik təzyiqə yoxlanılıb, 6000 metrə yaxın məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, 404 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılıb.

    Bundan başqa, 1694 ədəd qoruyucu klapan və 2290 ədəd əks klapan, 418 ədəd ehtiyat su çəni təftiş və təmir olunmuş, 2850 ədəd çirktutan təmizlənmiş və cəmiyyətə aid qaz təsərrüfatı təftiş olunaraq cəmiyyətin balansında olan 155 km qaz xətti və 495 ədəd qaz kəsici klapan yoxlanılmış, 515 ədəd qaz tənzimləyici yoxlanılaraq təmizlənmiş istismara yararsız olanlar yenisi ilə əvəz olunub.

    Cəmiyyətə məxsus yüzdən artıq qazanxana və istilik məntəqələrində istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılmışdır ki, bu da Bakı şəhəri və respublikanın regionlarında qazanxana və istilik məntəqələrində texnoloji rejim parametrlərinə uzaqdan nəzarət etməklə qəbul edilən qərarların operativliyinin artırılmasına və yanacaq-enerji resurslarına qənaət etməyə imkan verir”.

  • Президент Ильхам Алиев выступил с речью перед ранеными военнослужащими – ВИДЕО

    11 ноября Президент Азербайджанской Республики, Верховный главнокомандующий Вооруженными силами Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева встретились с военнослужащими, проходящими лечение в Клиническом медицинском центре №1.

    Глава государства произнес речь.

  • İlham Əliyev müalicə olunan hərbçilər önündə çıxış edib – VİDEO

    Xəbər verdiyimiz kimi, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər.

    Dövlət başçısı hərbçilər önündə çıxış edib:

  • Управление полиции Ходжавендского района размещено в Гадруте

    Управление полиции Ходжавендского района приступило к деятельности в Гадруте. Об этом Trend сообщил глава Исполнительной власти (ИВ) района Эйваз Гусейнов.

    Он отметил, что в этом поселке создана комендатура, и комендант по совместительству возглавляет РУП.

    По словам Э.Гусейнова, в Гадруте также осуществляют свою деятельность государственные органы, которые занимаются вопросами водо-, энергоснабжения, инвентаризации имущества.

    “Иными словами, реализуется указ Президента Ильхама Алиева об организации временного специального управления на освобожденных от оккупации территориях”, – сказал глава ИВ.

  • Xocavənd Polis Şöbəsi Hadrutda yerləşdirildi

    Xocavənd Polis Şöbəsi Hadrutda yerləşdirilib.

    Bunu Trend-ə Xocavənd İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov deyib.

    E.Hüseynov bildirib ki, Hadrutda komendatura yaradılıb və komendant da Xocavənd Rayon Polis Şöbəsinin rəisidir.

    E.Hüseynov bildirib ki, Hadrutda müvafiq dövlət orqanları su, işıq, əmlak inventarlaşdırılması və digər məsələlər həyata keçirilir, yəni Prezident İlham Əliyev tərəfindən imzalanan işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmana uyğun olaraq hər bir dövlət orqanı öz tapşırığını yerinə yetirir.