Month: November 2020

  • Üzü Xocavəndə: İllərlə yağı düşmən əlində əsir olan yurd yerimizə dönüş – VİDEOREPORTAJ

    Noyabrın 10-u, qələbə günündən sonra Azərbaycan xalqı ilə birlikdə Azərbaycan əsgəri də tarixi zəfəri qeyd edib.

    Burada xidmət edən əsgərlər çox sevincli olduqlarını bildiriblər.

    “Çox sevinirik ki, bütün torpaqlarımızı işğaldan azad etdik. Xocavəndin Böyük Tağlar kəndindən bütün Azərbaycana salamlarımızı çatdırırıq. Biz vətənsiz qalmayaq deyə, atasız qalan uşaqlar haqlarını halal etsinlər”.

  • Bərdədə qadın həmkəndlisini güllələdi – YENİLƏNİB

    Noyabrın 10-da, saat 11 radələrində Bərdə rayonu, Mollalı kənd sakini 1981-ci il təvəllüdlü Hacıyeva Sevda İsa qızının odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Bərdə Rayon Prokurorluğunun məlumatında deyilir.

    Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1995-ci il təvəllüdlü Mehralıyeva Nərmin Güloğlan qızının birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq, Sevda Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Nərmin Mehralıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    * * * * *

    Bərdə rayonunda qətl hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, noyabrın 10-da saat 11 radələrində Bərdə rayonunun Məmmədli kəndi ərazisində Qaratəpə kənd sakini Sevda Hacıyevanın ov tüfəngindən açılan atəşlə qətlə yetirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

    Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində kənd sakini N.Mehralıyeva tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

    Hadisə yerinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

    Araşdırma aparılır.

  • İrəvanda polis etirazçılara güc tətbiq edir – VİDEO

    Ermənistanda polis ölkənin Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda üçtərəfli atəşkəs bəyanatının şərtlərini qəbul etmək qərarına qarşı mitinq keçirənləri saxlayıb.

    “İnterfax” xəbər verir ki, 17 müxalif partiya İrəvanda Azadlıq meydanına toplaşıblar.

    Polis etirazçıların saxlanılmasını ölkədə qüvvədə olan hərbi vəziyyət rejimi çərçivəsində kütləvi toplantıların qadağan olunması ilə əsaslandırıb.

    Demək olar ki, bütün etirazçıların tutulduğu bildirilir.

    “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyanın da Milli Təhlükəsizlik Xidmətinə aparıldığı qeyd edilir.

  • Ильхам Алиев и Мехрибан Алиева встретились с военнослужащими, находящимися на лечении – ВИДЕО

    11 ноября Президент Азербайджанской Республики, Верховный главнокомандующий Вооруженными силами Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева встретились с военнослужащими, проходящими лечение в Клиническом медицинском центре №1.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev və Mehriban Əliyeva müalicə olunan hərbçilərə baş çəkdilər – VİDEO

    Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Türkiyə Rusiyanın COVID-19 əleyhinə peyvəndini istehsal etmək istəyir

    Türkiyə əczaçılıq istehsalçıları Rusiyanın koronavirus əleyhinə “Sputnik V” peyvəndinin istehsalında maraqlıdırlar.

    TASS agentliyi xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin başçısı Mixail Muraşko türkiyəli həmkarı Fəxrəddin Qoca ilə danışıqlarının yekunu barədə açıqlama verərkən deyib.

    “Türkiyə Səhiyyə Nazirliyinin başçısı, toksikoloji tədqiqatları apardıqdan sonra türk dərman istehsalçılarının müəssisələrində “Sputnik V” peyvəndinin istehsalının təşkilində maraqlı olduğunu bildirib”, – deyə M.Muraşko bildirib.

    Tərəflər həmçinin, COVID-19-un yayılması ilə bağlı vəziyyəti qiymətləndirib.

  • Прогноз погоды на 12 ноября

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 12 ноября.

    В Баку и на Абшеронском полуострове прогнозируется дождливая погода, северо-западный ветер днем сменится северо-восточным.

    Температура воздуха в Баку и на Абшероне составит ночью 7-9, днем – 10-12 градусов тепла.

    Атмосферное давление – 773 мм ртутного столба, относительная влажность – 75-85%.

    В некоторых районах Азербайджана завтра ожидается дождь, местами интенсивный, в горах – снег, ночью и утром – туман, восточный ветер.

    Температура воздуха составит ночью 5-9, днем – 12-16, в горах ночью – от 2 градусов мороза до 3 градусов тепла, днем – 3-8 градусов тепла.

  • Sabahın havası: Yağış, külək, qar

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, noyabrın 12-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

    Noyabrın 12-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 12-də Abşeron yarımadasında mülayim xəzri küləyi və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətin bir qədər çox olacağı gözlənilir ki, bu da bəzi insanlarda narahatlıq yarada bilər.

  • В Агстафе трагически погиб ребенок

    В Агстафинском районе трагически погиб малолетний ребенок.

    Как сообщила пресс-служба МВД, 10 ноября, около 18:00, 11-летний житель села Залимхан А.Ализаде, сдавая назад принадлежащий его отцу автомобиль ВАЗ-2106, сбил восьмилетнего Г.Абадова. В результате последний скончался на месте.

    По данному факту ведется расследование.

  • Ağstafada azyaşlı qonşusunu maşınla vurub öldürdü

    Ağstafada azyaşlını avtomobil vuraraq öldürüb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 10-da saat 18 radələrində rayonun Zəlimxan kənd sakini 11 yaşlı A.Alızadə evlərinin qarşısında atasına məxsus “VAZ-2106” markalı avtomobili arxaya idarə edərkən həmkəndlisi, səkkiz yaşlı Hüseyn Abadovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.