Month: November 2020

  • Ombudsman: “Məcburi köçkünlərin pozulan hüquq və azadlıqları bərpa edildi”

    Ombudsman Səbinə Əliyeva xalqı müstəqil Azərbaycanın möhtəşəm qələbəsi münasibəti ilə təbrik edib.

    Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

    Təbrik müraciətində deyilir:

    “Əziz xalqımız, hörmətli həmvətənlər!

    10 noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixində ən parlaq səhifələrdən biridir.

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində uğurlara imza ataraq 30 ilə yaxındır ki, dərin həsrətlə gözlədiyimiz böyük Qələbə sevincini bizə yaşatdı.

    Ermənistanın ölkəmizə təcavüzünün qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci ilin 27 sentyabr tarixindən etibarən sülhə məcburetmə əməliyyatı adlandırılan zəfər yürüşünə başlayan Azərbaycan Ordusu qısa bir dövr ərzində həyata keçirdiyi uğurlu əks-hücum nəticəsində qarşı tərəfin 30 il ərzində böyük məbləğdə vəsait sərf edərək qurmuş olduğu çoxsaylı müdafiə istehkamlarını vurub dağıtdı və onun “yenilməz” hesab etdiyi ordusunu məğlubiyyətə düçar etdi.

    Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 gün ərzində Azərbaycanın uzun illərdir işğal altında qalan 5 şəhərini, 4 qəsəbəsini, 286 kəndini, çoxsaylı strateji yüksəkliklərini, xüsusilə də Qarabağın incisi, mədəniyyət beşiyi, ölkəmizin qədim tarixə malik şəhərlərindən olan Şuşanı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusu tarixi ədaləti bərpa etməklə öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. Artıq müstəqil dövlətimizin üçrəngli, ay-ulduzlu dövlət bayrağı respublikamızın bütün guşələrində olduğu kimi, Şuşada və işğaldan azad edilmiş digər torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır.

    Bu gün bir daha böyük qürur və sevinc hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin 2020-ci ilin 10 noyabr tarixində imzaladıqları birgə Bəyanata əsasən artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə xalqımızın tarixi qələbəsi ilə son qoyulur.

    Əldə olunan qələbələr Ermənistanı Ağdam, Laçın və Kəlbəcəri siyasi yolla qaytarmağa məcbur edir. Ali Baş Komandan eyni zamanda bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpa etdi.

    Bütün bunlar qəlbi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlıya sevinc və sonsuz qürur hissi yaşadan möhtərəm Prezidentimizin daxili və xarici siyasəti, müzəffər Ali Baş Komandan kimi rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən həyata keçirilən uğurlu həmlələr, Birinci vitse-prezident, xanım Mehriban Əliyevanın müdrik siyasəti və öz mənəvi dəstəyini xalqımızdan əsirgəməyən dost və qardaş ölkələrin prinsipial mövqeyi nəticəsində mümkün olub.

    Şəhidlərimizin qanı bahasına əldə olunmuş möhtəşəm qələbə münasibətilə xalqımızı ürəkdən təbrik edir, torpaqlarımızı Ermənistanın işğalından azad edən bütün əsgərlərimizə bu şərəfli yolda möhkəm cansağlığı, güc-qüvvət diləyirəm!

    Müstəqil Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün hərbi qulluqçularımıza Allah rəhmət eləsin, yaralılar tezliklə şəfa tapıb öz sağlamlıqlarına qovuşsunlar.

    Yaşasın müstəqil Azərbaycan Respublikası! Yaşasın müzəffər Ali Baş Komandan, Birinci vitse-prezident və qüdrətli Azərbaycan Ordusu!

    Qarabağ Azərbaycandır!”

  • Помощник Президента Азербайджана: Франция стремится быть более армянски настроенной, чем сами армяне

    Официальные представители Франции выступают с односторонними, предвзятыми и необъективными заявлениями, что противоречит мандату страны-сопредседателя Минской группы (МГ) ОБСЕ.

    В то время как в соответствии со своим мандатом Франция должна быть нейтральной стороной, она явно проводит проармянскую политику и выдвигает абсолютно необоснованные обвинения против Азербайджана.

    Об этом заявил журналистам помощник Президента АР – завотделом Администрации главы государства по вопросам внешней политики Хикмет Гаджиев.

    “Франция не сыграла никакой роли в принятии совместного заявления лидерами Азербайджана, России и Армении. По-видимому, Франция завидует роли РФ в данном вопросе.

    Подписание премьер-министром Армении этого документа уже говорит само за себя. Сейчас Франция стремится быть более армянски настроенной, чем сами армяне. У этой страны нет полномочий говорить от имени сопредседателей МГ ОБСЕ”, – сказал Х.Гаджиев.

    Он подчеркнул, что Франция как сопредседатель МГ ОБСЕ не предпринимает никаких шагов для прекращения армянской оккупации азербайджанских земель и реализации резолюций Совета Безопасности ООН, но сейчас односторонне демонстрирует показное усердие.

    “Интересно, волновало ли Францию на протяжении этих 30 лет, почему азербайджанские вынужденные переселенцы не могут вернуться на свои земли? При этом ее, напротив, беспокоят освобождение территорий Азербайджана от оккупации и обеспечение верховенства международного права.

    В заключение хотелось бы напомнить официальным структурам Франции название освобожденного от оккупации города Шуши, занимающего особое место в сердце азербайджанского народа. Он называется именно “Шуша”, а не “Шуши”, – сказал помощник главы государства.

  • Prezidentin köməkçisindən Fransaya SƏRT REAKSİYA: “Ermənidən daha çox erməni olmaq istəyir” – VİDEO

    “Fransanın rəsmi şəxsləri tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın mandatına zidd olaraq birtərəfli, qərəzli və qeyri-obyektiv bəyanatlar səsləndirilməkdədir.

    Mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür”.

    Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    “Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatının qəbul edilməsində Fransanın hər hansı rolu olmayıb. Yəqin ki, Fransa Rusiyanın bu məsələdə rolundan qısqanclıq keçirir.

    Ermənistan baş nazirinin bu sənədi imzalaması artıq hər şeyi deyir. İndi Fransa ermənilərdən daha çox erməni olmağa cəhd göstərir.

    ATƏT-in Minsk Qrupunun həmsədrləri adından danışmaq üçün Fransanın səlahiyyəti yoxdur”, – deyə o qeyd edib.

    H.Hacıyev vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Fransa Ermənistanın Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir addım atmadığı halda, indi birtərəfli qaydada canfəşanlıq nümayiş etdirir:

    “Görəsən, bu 30 il ərzində Fransanı nə zamansa azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaması narahat edibmi? Amma bunun əksinə olaraq, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və beynəlxalq hüququn aliliyinin təmin olunması Fransanı narahat etməkdə davam edir.

    Yekunda Fransanın rəsmi qurumlarına onu da xatırlatmaq istərdim ki, Azərbaycanın tarixi şəhəri olan və Azərbaycan xalqının qəlbində xüsusi yeri olan və işğaldan azad edilmiş Şuşa şəhərinin adı “Şuşi” deyil, Şuşadır”.

  • Azərbaycan Ukraynanın neft idxalında 63 faiz paya sahibdir

    Azərbaycan Ukraynanın neft və xam neft idxalında 63 faizlik paya sahib olub.

    Bu, Ukrayna Dövlət Gömrük Xidmətinin statistikasında öz əksini tapıb.

    Ukraynanın neft idxalında Azərbaycan 62,68 faiz payla bu dövr ərzində Ukraynaya 216,16 milyon ABŞ dolları həcmində xam neft ixrac edib.

    ABŞ isə idxalın 24,08 faizini təşkil edib və bu dövrdə ölkəyə 83,05 milyon dollarlıq xam neft ixrac edib. Liviya isə 13,21 faizlik paya sahib ölkə kimi Ukraynaya 45,56 milyon dollarlıq xam neft ixracı həyata keçirib.

    Qeyd edilib ki, 2020-ci ilin yanvar-oktyabr ayları ərzində Ukrayna 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə, neft və xam neft idxalını 1,7 dəfə və ya 438,33 min ton həcmində artıraraq, 1,05 milyon tona çatdırıb.

    Müvafiq dövr ərzində ölkə 344,85 milyon ABŞ dolları həcmində xam neft idxal edib. Bu isə 2019-cu ilin yanvar-oktyabr aylarına nisbətən 9,3 faiz daha çoxdur.

  • Şəhid polkovnikin oğlu: “Atamın qisası alındı” – VİDEO

    “Şəhidlər bizim qürur mənbəyimizdir”.

    Bunu şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev deyib:

    “Atamın son yazışmalarını oxuyurdum. Yazmışdı ki, kaş Qarabağı azad görəydik. Atam ən çox Şuşanı görmək istəyirdi. Şuşa alındı, Qarabağ alındı, onun arzusu yerinə yetdi. Zabit və əsgərlərimiz onun qisasını aldı”.

  • Наши соотечественники в Штутгарте провели акцию в поддержку Азербайджана

    По инициативе почетного консульства Азербайджана в немецком городе Штутгарте прошла акция в поддержку нашей страны с участием азербайджанской молодежи.

    Об этом сообщает Госкомитет АР по работе с диаспорой.

    Ее участники выразили протест против актов агрессии, совершенных оккупационной армянской армией.

    Наши соотечественники также выложили на черном полотнище белыми свечами слова “Гянджа” и “Барда”.

    Они скандировали “Карабах – это Азербайджан!”, “Молитесь за Гянджу!”, “Остановите армянскую агрессию!”.

  • Almaniyanın Ştutqart şəhərində Azərbaycana dəstək aksiyası keçirilib

    Almaniyanın Ştutqart şəhərində azərbaycanlı gənclərin iştirakı və Azərbaycanın Baden Vüttenberqdəki fəxri konsulluğunun təşəbbüsü ilə Azərbaycana dəstək aksiyası keçirilib.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Soydaşlarımız Ştutqart şəhərinin mərkəzi meydanında Azərbaycan dövlətinə və ordusuna dəstək, işğalçı Ermənistan ordusunun törətdiyi terror aktlarına etiraz məqsədilə flaşmob təşkil ediblər. Aksiya zamanı ermənilərin terrorçu hərəkətlərini nümayiş etdirən plakatlar qaldırılıb, qara parçanın üzərində şamlarla Gəncə və Bərdə yazılıb, ətrafına güllər düzülüb.

    Azərbaycan bayrağının dalğalandırıldığı aksiyada iştirakçılar “Qarabağ Azərbaycandır!”, “’Gəncə üçün dua et”, “Erməni təcavüzünə son qoyun” və s. kimi şüarlar səsləndiriblər.

  • Наши соотечественники в Марнеули отпраздновали победу Азербайджана – ВИДЕО

    Наши соотечественники в Грузии отпраздновали победу Азербайджана в Карабахе.

    В частности, в Марнеули, где компактно проживают азербайджанцы, люди вышли на центральные улицы, скандируя лозунги “Карабах – наш!”, “Шехиды бессмертны, Родина неделима!”.

  • Marneulidə soydaşlarımızın qələbə sevinci – VİDEO

    Qələbə günü Gürcüstanda soydaşlarımız tərəfindən də qeyd edilib.

    Azərbaycanlıların kompakt yaşadıqları Marneulidə soydaşlarımız mərkəzi küçələrə çıxaraq “Qarabağ bizimdir!” “Şəhidlər ölməz, vətən bölünməz” şüarları səsləndiriblər.

  • Cəlilabad sakinlərinin qələbə sevinci – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsi ölkənin hər yerində sevincə səbəb olub.

    Gecə saatlarında küçələrə axışan Cəlilabad sakinləri “Qarabağ Azərbaycandır” şüarı altında yürüşlər keçiriblər.

    Həmin görüntüləri təqdim edirik: