Month: November 2020

  • Опубликованы новые кадры Шуши – ВИДЕО

    8 ноября Президент Азербайджана, Верховный главнокомандующий Вооруженными силами Ильхам Алиев объявил об освобождении от оккупации спустя 28 лет колыбели азербайджанской культуры – Шуши.

    9 ноября Министерство обороны страны опубликовало первые кадры освобожденного города.

    На фоне новостей о победе 11 ноября распространилась новая видеозапись, сделанная в Шуше.

    На этих кадрах особое внимание привлекает церковь Газанчы, в которой накануне своего поражения молился главарь преступного режима Карабаха Араик Арутюнян. Кадры события стали предметом широкого обсуждения в социальных сетях.

  • Uzun sürən həsrətin vüsalı: Şuşanın yeni görüntüləri – VİDEO

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev noyabrın 8-də Azərbaycanın mədəniyyət beşiyi Şuşanın 28 il sürən erməni işğalından azad olunduğunu elan edib.

    Noyabrın 9-da isə Müdafiə Nazirliyi Şuşanın azad olunduqdan sonra çəkilmiş ilk görüntülərini yayımlayıb.

    Həmin kadrlar uzun illər doğma yurd yerimizə həsrət qalan xalqımızı yaralarına sanki məlhəm olub.

    Bu gün isə zəfər xəbərləri fonunda Şuşadan yeni görüntülər paylaşılıb.

    Bu görüntülərdə şəhərin Qazançı kilsəsi diqqət çəkir.

    Qeyd edək ki, bu kilsədə məğlubiyyət ərəfəsində qondarma işğalçı rejimin rəhbəri Araik Arutyunyan dua etmiş, bunu əks etdirən görüntülər geniş müzakirələrə səbəb olmuşdu.

  • İnternet istifadəçilərinin pullarını ələ keçirmək istəyən mənbələr aşkarlandı

    “Kaspersky” ilin əvvəlindən Azərbaycanda təxminən 2 845 dələduzluq mənbəyi aşkarlayıb.

    “Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəliyindən verilən məlumata əsasən, 2020-ci ilin yanvar-oktyabr ayları ərzində “Kaspersky” mütəxəssisləri internetin Azərbaycan seqmentində dələduzlar tərəfindən istifadəçilərin pullarını ələ keçirmək üçün yaradılmış 2 845 mənbə aşkar edib.

    “Kaspersky” həlləri azərbaycanlı istifadəçilərin bu cür saytlara girmə üçün etdiyi təxminən 84 346 cəhdi bloklayıb.

    Dələduzluq (scam) istifadəçilərə adətən bir sorğunu tamamladıqları və ya bir aksiyada iştirak etdikləri üçün böyük pul mükafatı vəd edən mesajlardır. Həmin mükafatı əldə etmək üçün kiçik bir “komissiya” ödəmək və ya “fiks ödəmə” etmək lazımdır.

    Ancaq istifadəçi bunun qarşılığında heç bir ödəniş əldə etmir və “komissiya” dələduzların cibinə gedir. Bundan əlavə, kart sahibi, müvafiq məlumatları daxil etdikdə ödəmə məlumatlarının təhlükəsizliyini riskə atır.

    “Kaspersky” əsas onlayn təhlükəsizlik qaydalarını xatırladır:

    – poçt, sosial şəbəkələr və messencerlərdəki şübhəli linklərə keçid etməyin;

    – böyük bir uduş və ya ödəmə barədə məlumatlara şübhə ilə yanaşın;

    – “Kaspersky Internet Security” kimi aktual fişinq saytları və spam məlumat bazalarına malik etibarlı bir təhlükəsizlik həllini quraşdırın.

    Bildirilib ki, məlumatlar 2020-ci ilin ilk on ayında “Kaspersky” həllərinə edilən anonim geridönüş statistikası əsasında əldə edilib.

  • Нефтчалинцы празднуют победу – ВИДЕО

    Народ Азербайджана отмечает нашу победу над армянскими оккупантами.

    Безгранична радость народа, получившего долгожданное известие от Президента Азербайджана, Верховного главнокомандующего Ильхама Алиева.

    В Нефтчале, как и повсюду в стране, люди вышли на улицы, чтобы отпраздновать это событие.

  • Neftçala sakinləri zəfər bayramını qeyd edir – VİDEO

    Azərbaycan xalqı qələbə gününü qeyd edir.

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsi ilə ayağa qalxan xalqın zəfər sevinci bitib-tükənmir.

    Ölkənin bütün regionlarında, eləcə də, Neftçala sakinləri küçələrə çıxaraq, qələbəni qeyd ediblər.

  • Xaçmazda şəhid ailələri ilə görüş keçirildi – FOTO

    Şuşa şəhərinin işğaldan azad olunması və Vətən Müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması münasibətilə Xaçmaz Rayon Polis Şöbəsində şəhid ailələri ilə görüş keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

    Əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

    Görüş zamanı polis polkovnik-leytenantı Həmid Həsənov şəhidlərimizin xatirəsini əziz tutmaq hər birimizin müqəddəs borcu olduğunu diqqətə çatdırıb.

    1988-ci il hadisələrindən sonra Ermənistan tərəfindən işğala məruz qalan torpaqlarımızın Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən qəhrəmancasına azad olunmasından fəxrlə danışan RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov torpaqlarımızın hər qarışı uğrunda canını fəda edən, ölümün gözünə dik baxaraq şəhid olan igid oğullarımızın sayəsində qələbəyə imza atdığımızı bildirib.

    Qeyd olunub ki, cəmi 44 gün ərzində düşmənin keçilməz saydığı sədləri yararaq, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, kəndlərin, qəsəbələrin, strateji yüksəkliklərin və noyabr ayının 8-də Azərbaycanın musiqi beşiyi, Qarabağın gözü olan Şuşa şəhərinin işğaldan azad edilməsi bizim bir xalq olaraq birliyimizin bariz nümunəsi idi.

    Müharibəni dayandırmaq üçün dövlət başçımıza edilən təzyiqlər bitib-tükənməsə də xalqımızın gücünə, birliyinə arxalanan möhtərəm Prezidentimiz güclü iradə nümayiş etdirdi. Əsl tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması uğrunda diplomatiyamız da siyasət meydanının ön cəbhəsində oldu.

    Biz hər iki cəbhədə qalib gəldik və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

    Vətən uğrunda şəhid olan igid oğullarımızın ailələrinə başsağlığı verən H.Həsənov şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb və onların əziz xatirələrinin hələ bundan sonra yüz illər boyu yaşayacağına inamını ifadə edib.

    Politoloq Ağacan Məmmədov bu tarixi qələbəmizdən sonra işğaldan azad edilmiş torpaqlarımızda tezliklə abadlıq və quruculuq işlərinə başlanacağını, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdacaqlarını diqqətə çatdırıb.





  • Azərbaycan neftinin qiyməti 44 dollara yaxınlaşıb

    Azərbaycan neftinin qiyməti bahalaşıb.

    “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,42 ABŞ dolları və ya 3,35 faiz artıb.

    Hazırda dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 43,86 ABŞ dolları həcmindədir.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimuma enərək, 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək, 149,66 dollar olub.

    Bundan başqa, WTI xam neftinin dekabr fyuçersləri 1,18 faiz artaraq, bir bareli 41,85 dollara çatıb.

    “Brent” markalı neftin yanvar fyuçersləri 1,12 faiz artaraq, bir bareli 44,10 dollar təşkil edib.

  • Gəlini evdən qaçan qayınana intihar etdi – FOTO

    Türkiyənin Samsun şəhərində gəlininin evdən qaçmasını qüruruna sığışdırmayan qayınana intihar edib.

    İHA xəbər verir ki, hadisə Havza rayonunda baş verib.

    İddiaya görə, onun oğlu Nihat Çağanın həyat yoldaşı, gəlini Səhər Çağan beş gün əvvəl evdən qaçıb.

    Bunu öyrənən 56 yaşlı Zeynəb Çağan özünü iplə evinin tavanından asıb. Dörd uşaq anası Zeynəb Çağan hadisə yerində ölüb.

    Hadisə ilə bağlı araşdırma başladılıb.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 11 ноября, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 51 810 743.

    Суточный прирост составил 566 156.

    За весь период пандемии скончались 1 279 549 человек, выздоровели – 36 395 736.

    Больше всего инфицированных в США – 10 559 184. На 2-м месте – Индия (8 636 011), на 3-м – Бразилия (5 701 283). В первую пятерку также входят Франция (1 829 659) и Россия (1 817 109).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 245 799, а по количеству выздоровевших – Индия – 8 013 783.

    Иран с 703 288 заболевшими занимает 15-е место, Турция (399 360) – 26-е.

    В Армении коронавирусом заболели 108 687 человек, в Грузии – 63 650.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 39 202 летальных исхода.

    На сегодня в Азербайджане подтверждены 67 392 случая инфицирования коронавирусом, 50 009 человек вылечились, 867 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada ümumilikdə 51 810 343 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 1 279 546 xəstə ölüb, 36 395 204 nəfər sağalıb.

    Asiyada 14 608 912, Şimali Amerikada 12 521 247, Avropada 12 645 741, Cənubi Amerikada 10 076 226, Afrikada isə 1 916 173 nəfərdə virus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk üçlükdə olan dövlətlər ABŞ (10 559 184 nəfər), Hindistan (8 636 011 nəfər) və Braziliyadır ( 5 701 283 nəfər).

    Sərhəd qonşularımız Rusiyada 1 817 109, İranda 703 288, Türkiyədə 399 360, Ermənistanda 108 687, Gürcüstanda isə 63 650 nəfərdə koronavirus müəyyən edilib.

    Azərbaycanda koronavirusa yoluxan 67 392 nəfərin 867-i ölüb, 50 009-u sağalıb.