Month: November 2020

  • Azərbaycanda dəhşətli yanğın: İki uşaq öldü

    Bu gün səhər saatlarında Lənkəran şəhərində fərdi yaşayış evində yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

    Bildirilib ki, ev sakinləri içəridə köməksiz vəziyyətdə qalıb.

    Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri yanğın baş verdiyi əraziyə cəlb olunub.

    Yanğın nəticəsində ümumi sahəsi 81 kvadrat metr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı üç azyaşlı xilas edilərək, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.

    Uşaqlardan ikisi (2019 və 2014-cü il təvəllüdlü) xəstəxanada vəfat edib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Putin: “Rusiya silahlarının analoqları uzun müddət xarici ölkələrdə olmayacaq”

    Rusiya silahlarının bəzi növlərinin analoqları hələ uzun müddət xarici ölkələrdə olmayacaq.

    Gazeta.ru-nun məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

    “Rusiya silahlarının bəzi növləri xaricdəki analoqlarını illərlə, hətta on illərlə qabaqlayır”, – deyə o bildirib.

  • Donald Tramp: “Biz qalib gələcəyik”

    ABŞ prezidenti Donald Tramp seçici səsləri uğrundakı mübarizədə “böyük irəliləyiş”ə nail olduqlarını bildirib.

    Bu barədə dövlət başçısı tvitter səhifəsində yazıb.

    “Biz böyük irəliləyiş əldə etmişik. Nəticələri gələn həftə gəlməyə başlayacaq. Amerika yenidən böyük olur! Biz qalib gələcəyik!”, – prezident qeyd edib.

    Xatırladaq ki, noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərinin bir sıra ştatlardakı nəticələri hələ məlum deyil. Hazırkı prezident D.Tramp qalib gəldiyini, lakin onlara verilən səslərin rəqib Demokrat Partiyası tərəfindən oğurlandığını iddia edib. D.Trampın seçki qərargahı səsləri yenidən hesablamağı tələb etmək niyyətindədir. Hərçənd nüfuzlu telekanalların hesablamalarına görə, seçkilərdə demokratların namizədi Co Bayden irəlidədir.

  • Viktor Muraxovski: “Razılaşmanın imzalanmasında həlledici rolu Şuşa şəhərinin işğaldan azad edilməsi oynadı”

    “Bu müqavilələr iki saata hazırlanmayıb. Belə bir ifadə var: “Sən xoş söz və silahla sadəcə xoş sözlə nail olduğundan daha çoxuna çata bilərsən”. Əlbəttə ki, razılaşmanın imzalanmasında həlledici rolu Şuşa şəhərinin işğaldan azad edilməsi oynadı. Bu, strateji cəhətdən Dağlıq Qarabağı fəlakətin astanasına saldı və müqavilənin imzalanması üçün tətik rolunu oynadı”.

    Bu sözləri Media.Az-a açıqlamasında rusiyalı ictimai və siyasi xadim, ehtiyatda olan polkovnik, Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının eksperti Viktor Muraxovski deyib.

    “Bəli, Ermənistan hansısa mənada fayda götürüb. Çünki müharibədə faktiki məğlubiyyətə baxmayaraq, Qarabağa nəqliyyat dəhlizləri saxlanılır. Ancaq məsələ başqadır. Əgər İrəvanda Dağlıq Qarabağ uğrunda vuruşmağı bu qədər istəyirdilərsə, onlar özləri nə üçün süparatçı “dövləti” tanımadılar? Ümumiyyətlə isə mötəbərliyini döyüş meydanında sübuta yetirmək, döyüşə hazır olduğunu göstərmək lazımdır”, – deyə ekspert qeyd edib.

  • Azərbaycan nefti bahalaşdı

    CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 9-da 42,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,99 dollar/barel çoxdur.

    Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

    FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 42,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,99 dollar/barel çoxdur.

  • Mövlud Çavuşoğlu: Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu türkün gücünü göstərdi

    Bu gün qardaşınız, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla telefon danışığınız olub. Amma təyyarəyə minməzdən əvvəl mənə yenidən zəng etdi, Sizə salamlarını və təbriklərini çatdırmağımı bir daha söylədi.

    Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 10-da Prezident İlham Əliyevlə görüş zamanı bildirib.

    Dövlətimizin başçısını qələbə münasibətilə bir daha təbrik edən Mövlud Çavuşoğlu deyib: “Sizin qələbəniz, bizim qələbəmizdir, – bu böyük zəfər münasibətilə təbrik edirik. Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu nə edə bildiyini dosta, düşmənə nümayiş etdirdi, eyni zamanda, türkün gücünü də göstərdi. Bu prosesdə Sizin rəhbərliyinizlə qardaş Azərbaycan həm döyüş meydanında, həm də masada mövcudluğunu da göstərdi. Döyüş meydanında qələbələrinizə baxmayaraq, sülh yolu ilə, atəşkəs yolu ilə də bu münaqişənin həlli üçün böyük bir liderlik göstərdiniz”.

    Türkiyənin xarici işlər naziri əmin olduğunu vurğulayıb ki, döyüş meydanındakı qələbələrlə yanaşı, Azərbaycanın digər torpaqları qısamüddətli bir təqvimlə yenidən, Can Azərbaycana qaytarılacaq.

  • Azərbaycan idmançıları Prezidentə müraciət etdi

    Azərbaycan idmançıları ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət edib.

    “Report”un məlumatına görə, müraciətdə deyilir:

    “Hörmətli cənab Prezident, Ali Baş Komandan İlham Əliyev!

    İdman ictimaiyyəti adından Azərbaycan xalqının 30 illik həsrətinə son qoyub, işğal olunmuş ərazilərimizin azad olunmasında qazandığınız tarixi zəfər münasibətilə Sizə səmimi təbriklərimizi və dərin təşəkkürümüzü çatdırırıq .

    Cari ilin 27 sentyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq törətmiş olduğu genişmiqyaslı təxribatlarına cavab olaraq Sizin rəhbərliyiniz və komandanlığınız altında rəşadətli Azərbaycan ordusu cəbhənin bütün istiqamətlərində uğurlu və sürətli əks-hücum əməliyyatı həyata keçirib. Şanlı ordumuz Sizin rəhbərliyiniz altında gərgin və tarixi döyüş əməliyyatları gerçəkləşdirərək qısa zaman müddətində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, yüzlərlə qəsəbə və kəndlərimizi işğaldan azad edib.

    8 noyabr tarixi isə Azərbaycan xalqının ürəyinə, yaddaşına qızıl hərflərlə yazıldı. Azərbaycanın fədakar oğulları hər hansı texnikanın iştirakı olmadan əsl möcüzə göstərərək, Qarabağın incisi qədim Şuşa şəhərini işğalçılardan təmizləyib, düşmən ordusuna sarsıdıcı zərbə endirdilər. Bu hadisə müharibənin gedişində əsl dönüş nöqtəsi oldu və nəticə etibarı ilə düşməni kapitulyasiya imzalamağa məcbur etdi.

    Azərbaycan idmançıları daim Sizin siyasətinizi dəstəkləmiş, atdığınız hər bir addımda yanınızda olduqlarını söyləmişlər.

    Biz daima Sizinləyik Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev!

    Sizinlə fəxr edirik məğrur və mübariz Azərbaycan ordusu !

    Bizə bu günləri yaşatdığınız üçün Sizə minnətdarıq!

    Qarabağ bizimdir!

    Qarabağ Azərbaycandır!”.

  • Авигдор Либерман о событиях в Нагорном Карабахе: Это безусловная победа Азербайджана и Президента Алиева

    Лидеры Азербайджана и Армении при участии президента России договорились о прекращении военных действий в Нагорном Карабахе, которые продолжались с 27 сентября. Крупномасштабный вооруженный конфликт завершился в полночь 10 ноября.

    Соглашение между сторонами израильской газете «Вести» прокомментировал бывший министр обороны и экс-министр иностранных дел Израиля Авигдор Либерман.

    «Прекращение огня – хорошая новость уже сама по себе. Перестанут гибнуть солдаты, перестанут гибнуть мирные жители. Сам факт достижения такого перемирия можно только приветствовать. На земле слишком много конфликтов, слишком много вызовов, слишком много крови. И если удастся остановить конфликт в данном регионе, то это станет примером и для остальных. Это первое.

    Второе: прекращение огня – большая личная победа азербайджанского Президента Ильхама Алиева. Я понимаю, насколько непросто принимаются такие решения. И это, прежде всего, было именно его волевое решение. Готовность взять на себя ответственность, что говорит о характере человека, умение четко анализировать ситуацию и сделать верные выводы. Это соглашение не просто упрочило его международный статус, но и превратило в национального и регионального лидера. В данном случае можно говорить о новом этапе консолидации нации и укрепления понятия государственности.

    Третье: прекращение огня – это победа всего Азербайджана, для которого карабахская проблема в последние 30 лет (с начала последнего витка противостояния) развивалась не по самому удачному сценарию. Тем внушительнее нынешнее достижение страны и ее армии.

    Четвертое: необходимо отметить большой дипломатический успех российского президента Владимира Путина, который сумел привести стороны к соглашению.

    Пятое: очень хотелось бы надеяться, что на этом будет поставлена точка в этом конфликте. И обе стороны смогут направить все усилия не на военное противостояние, связанное с потерями и огромными расходами, а на укрепление экономики, создание новых рабочих мест», – сказал А.Либерман.

    По его словам, Израиль в свою очередь ожидает, что новый «послевоенный» этап будет способствовать укреплению двухсторонних отношений. И надеется, что более никогда кровь не будет проливаться на этой земле.

  • Alimlər xolesterini necə azaltmağın yolunu tapıblar

    zmdə gedən təbii proseslərin qarşısını saxlamaq mümkün olmur. Məsələn, ekologiyanın pozulması kimyəvi-sintetik qidaların mətbəximizə girməsi və yaşımızın ildən-ilə artması qanda xolesterinin artmasına səbəb olur ki, bu da müxtəlif xəstəliklərə yol açır. Alimlər qanda xolesterinin miqdarını azaltmaqla orqanizmin təmizlənməsinin formulunu tapıblar. Onlar qanda xolesterinin miqdarını azaltmaq üçün aşağıdakı qarışımdan hazırlanan yeməyi qəbul etməyi məsləhət görürlər:
    Bu yeməyi hazırlamaq üçün 1 stəkan yulaf, qara gavalı və qırmızı turp götürülür və üzərinə 6 stəkan su əlavə edilib, zəif odda 15 dəqiqə qaynadılır.
    Hazırlanan qarışımdan yatmazdan 2 saat əvvəl 1 stəkan içilir.
    Qarışımın qalan hissəsini isə səhər yeməyinə qədər qəbul edilir. Bu resepti bir müddət təkrar etdikdə siz çəkinizin azaldığını, əmək qabiliyyətinizin isə artdığını açıq-aşkar görəcəksiniz. Qarışımın tərkibində olanları acqarına yemək isə sizin mədə-bağırsaq sisteminizin işini sürətləndirəcək və orqanizminizdən pis xolesterinin xaric etməklə bədəninizin cavanlaşmasına səbəb olacaqdır. Qarışımdan istənilən müddətdə istifadə etmək mümkündür və onun orqanizmə heç bir mənfi təsiri yoxdur.

  • Aviqdor Liberman: “Sazişi hər necə şərh etməyə çalışsalar da, bu, Azərbaycanın birmənalı qələbəsidir”

    İsrailin keçmiş Müdafiə naziri Aviqdor Liberman Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılaşmaya münasibət bildirib.

    Bu barədə “Vesti İzrail” nəşri yazıb.

    “Atəşkəs özlüyündə yaxşı xəbərdir. Əsgərlərin, dinc əhalinin ölümünə son qoyulur. Bu cür sülhə nail olunması faktını yalnız alqışlamaq olar. Yer üzündə çox sayda qarşıdurma, çoxlu problem, çoxlu qan var. Əgər bu bölgədəki qarşıdurmanı dayandırmaq mümkün olarsa, bu digərləri üçün də nümunə olacaqdır. Bu məsələnin birinci tərəfidir.

    İkincisi: Atəşkəs – Azərbaycan Prezidenti İlham Əliyevin böyük şəxsi qələbəsidir. Bu cür qərarların nə qədər çətin qəbul edildiyini başa düşürəm. Bu, ilk növbədə məhz onun iradi qərarıdır. Məsuliyyəti öz üzərinə götürməyə hazır olmaq insan xarakterindən, vəziyyəti dəqiq təhlil etmək və düzgün nəticələr çıxarmaq qabiliyyətindən xəbər verir. Bu razılaşam beynəlxalq statusunu gücləndirməklə yanaşı, onu milli və regional liderə çevirdi. Bu vəziyyətdə millətin konsolidasiyası və dövlətçilik anlayışının möhkəmlənməsində yeni bir mərhələdən danışmaq olar.

    Üçüncüsü: Atəşkəs – son 30 ildə Qarabağ probleminin heç də ən uğurlu ssenari üzrə inkişaf etmədiyi bütün Azərbaycanın qələbəsidir. Ölkənin və onun ordusunun indiki nailiyyətləri daha təsirlidir. Bağlanan sazişi hər necə şərh etməyə çalışsalar da, bu, Azərbaycanın birmənalı qələbəsidir.

    Dördüncüsü: Tərəfləri razılığa gətirməyə nail olan Rusiya Prezidenti Vladimir Putinin böyük diplomatik uğurunu qeyd etmək lazımdır.

    Beşincisi: Bununla da münaqişəyə nöqtə qoyulacağına, tərəflərin bütün səylərini itkilər və böyük xərclərlə əlaqədar hərbi qarşıdırmaya deyil, iqtisadiyyatın möhkəmlənməsinə, yeni iş yerlərinin yaradılmasına yönəldəcəyinə ümid etməyi çox istərdim.

    İsrail öz növbəsində ümid edir ki, yeni “müharibə sonrası” mərhələ ikitərəfli münasibətlərin möhkəmlənməsi yardım edəcək, bu torpaqlarda bundan sonra heç vaxt qan axmayacaq”, – deyə A.Liberman bildirib.