Month: November 2020

  • Koronavirusa yoluxanların əksəriyyətində vitamin çatışmazlığı var

    Epidemiyanın yüksək səviyyədə olduğu zaman, KOVID-19 ilə İspaniyanın Santander şəhərindəki xəstəxanaya müraciət edən xəstələrin 80%-dən çoxu bədəndə D vitamini çatışmazlığından əziyyət çəkirir.

    Median.Az deyerler.org-a istinadən bildirir ki, elmi jurnalda dərc edilən məlumatda deyilir: “İşimizin nəticələrindən belə çıxır ki, D vitamini çatışmazlıqlarını izləmək və doldurmaq lazımdır. Bu xüsusilə KOVID-19 virusuna qarşı həssas olan yaşlı və xroniki xəstələr üçün vacibdir”. D vitamini əlavələrinin koronavirusa yoluxmuş xəstələrə tövsiyə edilməli olduğu qeyd olunur. “Bu, əzələlərə, sümüklərə və immunitetə müsbət təsir göstərir”, – mesajda qeyd edilir.

  • Ərdoğanla Putin Qarabağ məsələsini müzakirə etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Telefon söhbətində liderlər Türkiyə-Rusiya münasibətləri ilə yanaşı, Dağlıq Qarabağ və Suriya məsələlərini müzakirə ediblər.

    Ərdoğan telefon danışığı zamanı Dağlıq Qarabağ mövzusunda ötən gecə davamlı həllə gedən yolda düzgün bir addım atıldığını vurğulayıb.

    Türkiyə və Rusiyanın birlikdə böyük töhfə verdiyi bu önəmli fürsətin hədər edilmədən ədalətli və davamlı sülhlə bölgədə əmin-amanlığın təmin edilməsi üçün istifadəsinin vacibliyini vurğulayan Prezident Ərdoğan mövcud vəziyyətdə ən vacib məqamın Ermənistanın atəşkəsə və birgə bəyanatda göstərilən öhdəliklərə əməl etməsinin olduğunu bildirib.

    R.T. Ərdoğan qeyd edib ki, Türkiyə də Ermənistanın işğalından azad edilmiş torpaqlarda Azərbaycan tərəfindən müəyyən ediləcək ərazidə yaradılacaq Ortaq Mərkəz vasitəsilə Rusiya ilə birlikdə atəşkəs üçün müşahidə və nəzarət fəaliyyəti icra edəcək. Türkiyə lideri bu baxımdan Rusiya tərəfinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

    Türkiyə Prezidenti R.T.Ərdoğan Ermənistanın işğalı səbəbilə Qarabağı tərk etməyə məcbur qalan azərbaycanlıların evlərinə qayıtmasının və Azərbaycanla Naxçıvan arasında dəhliz açılmasının vacibliyini xüsusi vurğulayıb.

    Dağlıq Qarabağın regional münaqişə və böhranların həllində Türkiyə-Rusiya əməkdaşlığının önəmini göstərdiyini bildirən R.T.Ərdoğan eyni əməkdaşlıq ruhunun Suriya böhranı üçün də təşkilinin vacib olduğunu və burada da bənzər bir mexanizm qura biləcəklərini qeyd edib.

  • Aviqdor Liberman: “Sazişi hər necə şərh etməyə çalışsalar da, bu, Azərbaycanın birmənalı qələbəsidir”

    İsrailin keçmiş Müdafiə naziri Aviqdor Liberman Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılaşmaya münasibət bildirib.

    Bu barədə “Vesti İzrail” nəşri yazıb.

    “Atəşkəs özlüyündə yaxşı xəbərdir. Əsgərlərin, dinc əhalinin ölümünə son qoyulur. Bu cür sülhə nail olunması faktını yalnız alqışlamaq olar. Yer üzündə çox sayda qarşıdurma, çoxlu problem, çoxlu qan var. Əgər bu bölgədəki qarşıdurmanı dayandırmaq mümkün olarsa, bu digərləri üçün də nümunə olacaqdır. Bu məsələnin birinci tərəfidir.

    İkincisi: Atəşkəs – Azərbaycan Prezidenti İlham Əliyevin böyük şəxsi qələbəsidir. Bu cür qərarların nə qədər çətin qəbul edildiyini başa düşürəm. Bu, ilk növbədə məhz onun iradi qərarıdır. Məsuliyyəti öz üzərinə götürməyə hazır olmaq insan xarakterindən, vəziyyəti dəqiq təhlil etmək və düzgün nəticələr çıxarmaq qabiliyyətindən xəbər verir. Bu razılaşam beynəlxalq statusunu gücləndirməklə yanaşı, onu milli və regional liderə çevirdi. Bu vəziyyətdə millətin konsolidasiyası və dövlətçilik anlayışının möhkəmlənməsində yeni bir mərhələdən danışmaq olar.

    Üçüncüsü: Atəşkəs – son 30 ildə Qarabağ probleminin heç də ən uğurlu ssenari üzrə inkişaf etmədiyi bütün Azərbaycanın qələbəsidir. Ölkənin və onun ordusunun indiki nailiyyətləri daha təsirlidir. Bağlanan sazişi hər necə şərh etməyə çalışsalar da, bu, Azərbaycanın birmənalı qələbəsidir.

    Dördüncüsü: Tərəfləri razılığa gətirməyə nail olan Rusiya Prezidenti Vladimir Putinin böyük diplomatik uğurunu qeyd etmək lazımdır.

    Beşincisi: Bununla da münaqişəyə nöqtə qoyulacağına, tərəflərin bütün səylərini itkilər və böyük xərclərlə əlaqədar hərbi qarşıdırmaya deyil, iqtisadiyyatın möhkəmlənməsinə, yeni iş yerlərinin yaradılmasına yönəldəcəyinə ümid etməyi çox istərdim.

    İsrail öz növbəsində ümid edir ki, yeni “müharibə sonrası” mərhələ ikitərəfli münasibətlərin möhkəmlənməsi yardım edəcək, bu torpaqlarda bundan sonra heç vaxt qan axmayacaq”, – deyə A.Liberman bildirib.

  • Авигдор Либерман о событиях в Нагорном Карабахе: Это безусловная победа Азербайджана и Президента Алиева

    Лидеры Азербайджана и Армении при участии президента России договорились о прекращении военных действий в Нагорном Карабахе, которые продолжались с 27 сентября. Крупномасштабный вооруженный конфликт завершился в полночь 10 ноября.

    Соглашение между сторонами израильской газете “Вести” прокомментировал бывший министр обороны и экс-министр иностранных дел Израиля Авигдор Либерман.

    “Прекращение огня – хорошая новость уже сама по себе. Перестанут гибнуть солдаты, перестанут гибнуть мирные жители. Сам факт достижения такого перемирия можно только приветствовать. На земле слишком много конфликтов, слишком много вызовов, слишком много крови. И если удастся остановить конфликт в данном регионе, то это станет примером и для остальных. Это первое.

    Второе: прекращение огня – большая личная победа азербайджанского Президента Ильхама Алиева. Я понимаю, насколько непросто принимаются такие решения. И это, прежде всего, было именно его волевое решение. Готовность взять на себя ответственность, что говорит о характере человека, умение четко анализировать ситуацию и сделать верные выводы. Это соглашение не просто упрочило его международный статус, но и превратило в национального и регионального лидера. В данном случае можно говорить о новом этапе консолидации нации и укрепления понятия государственности.

    Третье: прекращение огня – это победа всего Азербайджана, для которого карабахская проблема в последние 30 лет (с начала последнего витка противостояния) развивалась не по самому удачному сценарию. Тем внушительнее нынешнее достижение страны и ее армии.

    Четвертое: необходимо отметить большой дипломатический успех российского президента Владимира Путина, который сумел привести стороны к соглашению.

    Пятое: очень хотелось бы надеяться, что на этом будет поставлена точка в этом конфликте. И обе стороны смогут направить все усилия не на военное противостояние, связанное с потерями и огромными расходами, а на укрепление экономики, создание новых рабочих мест”, – сказал А.Либерман.

    По его словам, Израиль в свою очередь ожидает, что новый “послевоенный” этап будет способствовать укреплению двухсторонних отношений. И надеется, что более никогда кровь не будет проливаться на этой земле.

  • Aviqdor Liberman: “Sazişi hər necə şərh etməyə çalışsalar da, bu, Azərbaycanın birmənalı qələbəsidir”

    İsrailin keçmiş Müdafiə naziri Aviqdor Liberman Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılaşmaya münasibət bildirib.

    Bu barədə “Vesti İzrail” nəşri yazıb.

    “Atəşkəs özlüyündə yaxşı xəbərdir. Əsgərlərin, dinc əhalinin ölümünə son qoyulur. Bu cür sülhə nail olunması faktını yalnız alqışlamaq olar. Yer üzündə çox sayda qarşıdurma, çoxlu problem, çoxlu qan var. Əgər bu bölgədəki qarşıdurmanı dayandırmaq mümkün olarsa, bu digərləri üçün də nümunə olacaqdır. Bu məsələnin birinci tərəfidir.

    İkincisi: Atəşkəs – Azərbaycan Prezidenti İlham Əliyevin böyük şəxsi qələbəsidir. Bu cür qərarların nə qədər çətin qəbul edildiyini başa düşürəm. Bu, ilk növbədə məhz onun iradi qərarıdır. Məsuliyyəti öz üzərinə götürməyə hazır olmaq insan xarakterindən, vəziyyəti dəqiq təhlil etmək və düzgün nəticələr çıxarmaq qabiliyyətindən xəbər verir. Bu razılaşam beynəlxalq statusunu gücləndirməklə yanaşı, onu milli və regional liderə çevirdi. Bu vəziyyətdə millətin konsolidasiyası və dövlətçilik anlayışının möhkəmlənməsində yeni bir mərhələdən danışmaq olar.

    Üçüncüsü: Atəşkəs – son 30 ildə Qarabağ probleminin heç də ən uğurlu ssenari üzrə inkişaf etmədiyi bütün Azərbaycanın qələbəsidir. Ölkənin və onun ordusunun indiki nailiyyətləri daha təsirlidir. Bağlanan sazişi hər necə şərh etməyə çalışsalar da, bu, Azərbaycanın birmənalı qələbəsidir.

    Dördüncüsü: Tərəfləri razılığa gətirməyə nail olan Rusiya Prezidenti Vladimir Putinin böyük diplomatik uğurunu qeyd etmək lazımdır.

    Beşincisi: Bununla da münaqişəyə nöqtə qoyulacağına, tərəflərin bütün səylərini itkilər və böyük xərclərlə əlaqədar hərbi qarşıdırmaya deyil, iqtisadiyyatın möhkəmlənməsinə, yeni iş yerlərinin yaradılmasına yönəldəcəyinə ümid etməyi çox istərdim.

    İsrail öz növbəsində ümid edir ki, yeni “müharibə sonrası” mərhələ ikitərəfli münasibətlərin möhkəmlənməsi yardım edəcək, bu torpaqlarda bundan sonra heç vaxt qan axmayacaq”, – deyə A.Liberman bildirib.

  • Paşinyandan növbəti etiraflar: “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir…”

    Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı hərbi uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürdüyünü, bu əməliyyatların Ermənistan üçün faciə ilə bitdiyini bəyan etmək məcburiyyətində qalıb.

    Ermənistan Baş nazirinin açıqlamalarını “İnterfax” agentliyi dərc edib.

    “Bu, bizim üçün böyük uğursuzluqdur, böyük fəlakətdir, yaxınlarını itirən insanlar üçün böyük bir matəmdir”, – deyə N.Paşinyan qeyd edib.

    Ermənistan baş naziri həmçinin əlavə edib ki, ölkəsi buraxdığı kobud səhvləri yenidən nəzərdən keçirməlidir.

  • Ərdoğanla Putin Qarabağ məsələsini müzakirə etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Telefon söhbətində liderlər Türkiyə-Rusiya münasibətləri ilə yanaşı, Dağlıq Qarabağ və Suriya məsələlərini müzakirə ediblər.

    Ərdoğan telefon danışığı zamanı Dağlıq Qarabağ mövzusunda ötən gecə davamlı həllə gedən yolda düzgün bir addım atıldığını vurğulayıb.

    Türkiyə və Rusiyanın birlikdə böyük töhfə verdiyi bu önəmli fürsətin hədər edilmədən ədalətli və davamlı sülhlə bölgədə əmin-amanlığın təmin edilməsi üçün istifadəsinin vacibliyini vurğulayan Prezident Ərdoğan mövcud vəziyyətdə ən vacib məqamın Ermənistanın atəşkəsə və birgə bəyanatda göstərilən öhdəliklərə əməl etməsinin olduğunu bildirib.

    R.T. Ərdoğan qeyd edib ki, Türkiyə də Ermənistanın işğalından azad edilmiş torpaqlarda Azərbaycan tərəfindən müəyyən ediləcək ərazidə yaradılacaq Ortaq Mərkəz vasitəsilə Rusiya ilə birlikdə atəşkəs üçün müşahidə və nəzarət fəaliyyəti icra edəcək. Türkiyə lideri bu baxımdan Rusiya tərəfinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

    Türkiyə Prezidenti R.T.Ərdoğan Ermənistanın işğalı səbəbilə Qarabağı tərk etməyə məcbur qalan azərbaycanlıların evlərinə qayıtmasının və Azərbaycanla Naxçıvan arasında dəhliz açılmasının vacibliyini xüsusi vurğulayıb.

    Dağlıq Qarabağın regional münaqişə və böhranların həllində Türkiyə-Rusiya əməkdaşlığının önəmini göstərdiyini bildirən R.T.Ərdoğan eyni əməkdaşlıq ruhunun Suriya böhranı üçün də təşkilinin vacib olduğunu və burada da bənzər bir mexanizm qura biləcəklərini qeyd edib.

  • Nikol Paşinyan: “Mən bacarmadım” – VİDEO

    “Dağlıq Qarabağın statusunu dəqiqləşdirmədən ən azı beş rayonun qaytarılmasını təklif etməliydim”.

    Bu sözləri Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan xalqa müraciət edərkən bildirib.

    O bildirib ki, əvvəlcədən Azərbaycanla danışıqların məntiqini dəyişdirməyə çalışıb:

    “Alınmadı. Çünki ərazilərin təslim edilməsi məsələsi danışıqlarda əsas tezis olub. Biz orduya istədiyimiz qədər vəsait ayıra bilmədik”.

    Sonda N.Paşinyan peşman olduğunu dilə gətirib. O, bacarmadığını etiraf edib.

  • Marukyan: “Biz məğlub olmuş rəhbərlə yaşaya bilmərik”

    Ermənistanda müxalifət hərbi vəziyyət rejiminin başa çatmasından sonra baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

    “Sputnik” Ermənistanın məlumatına görə, bu sözləri “Maariflənmiş Ermənistan” fraksiyasının lideri Edmon Marukyan deyib.

    “Bu vəziyyətdə ölkənin rəhbəri uduzub. Biz məğlub olmuş rəhbərlə yaşaya bilmərik və o getməlidir”, – deyə E.Marukyan bildirib.

  • Tibb müəssisələrinin akkreditasiyası qaydası təsdiq edilib

    Nazirlər Kabineti “Tibb müəssisələrinin akkreditasiyası Qaydası” təsdiq edib.

    Qərara əsasən, Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla, tibb müəssisələrinin akkreditasiyasına dair tələbləri üç ay müddətində müəyyən edəcək.
    Qaydalar əhalinin müayinə və müalicə üçün yüksək keyfiyyətli tibbi xidmət göstərən tibb müəssisələrini seçmək hüququnu təmin etmək məqsədini daşıyır.

    Akkreditasiya TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaratdığı Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyası tərəfindən həyata keçirilir. Komissiyanın tərkibi tabeliyindən asılı olaraq qurumların rəhbərləri tərəfindən təsdiq edilir.

    Akkreditasiyanın keçirilməsi Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla təsdiq edilmiş normativ aktların tələbləri əsasında həyata keçirilməsi nəzərdə tutulur. Həmin aktların hazırlanması layihənin Qərar hissəsində tapşırılır.

    Həmçinin layihənin qəbul edilməsi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsinə əsas yaradacaq.