Президент Азербайджана Ильхам Алиев 10 ноября принял министра иностранных дел Турции Мевлюта Чавушоглу, министра национальной обороны Хулуси Акара и начальника Национальной разведывательной организации Хакана Фидана.
Об этом сообщает АЗЕРТАДЖ.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:
-Əziz dostlar, hörmətli qonaqlar, Qələbədən sonra ilk görüşümdür, təbii ki, qardaşlarımla görüşdür. Bu gün səhər əziz Qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdıq, söhbət etdik, bu böyük qələbə münasibətilə bir-birimizi təbrik etdik. Eyni zamanda, gələcək işlər haqqında fikir mübadiləsi aparıldı. Əziz Qardaşıma və bütün Türkiyə xalqına bu dəstəyə, həmrəyliyə görə öz adımdan, bütün Azərbaycan xalqı adından bir daha dərin təşəkkürümü bildirdim. Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi. Dünən artıq bəyanatın imzalanmasından sonra Türkiyə televiziyalarında müşahidə olunan mənzərə çox ürəkaçan idi. Yəni, bizim türk qardaşlarımız bu Qələbəyə öz qələbələri kimi sevinirdilər. Onsuz da bu, belədir. Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Biz bu gün, əlbəttə, çox xoşbəxtik ki, nəhayət 30 ildən sonra öz dədə-baba torpaqlarımızı işğaldan azad etdik.
Bu gün əziz Qardaşımla söhbət əsnasında, eyni zamanda, Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti ilə də bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu da çox önəmli addımdır. Bu, bölgədə iş birliyinin yeni formatıdır. Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bu gün biz buna nail olduq. Bu mərkəzin gələcək fəaliyyəti ilə əlaqədar bu gün sizinlə də danışacağıq və rusiyalı həmkarlarımızla danışacağıq ki, qısa müddət ərzində bu mərkəz yaradılsın. Çünki erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının artıq cədvəli var. Bu ayın sonuna qədər onlar bütün torpaqlardan, hələ də işğal altında olan torpaqlardan çəkilməlidirlər. Beləliklə, bu mərkəzin qısa bir zaman içərisində yaradılmasında çox böyük fayda var. Bir daha xoş gəlmisiniz, öz doğma evinizə xoş gəlmisiniz.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dedi:
-Çox təşəkkür edirik, cənab Prezidentim. Biz də öz doğma evimizdə bir daha olmaqdan çox məmnunuq. Bizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirik.
Bu gün Qardaşınız, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla telefon danışığınız olub. Amma təyyarəyə minməzdən əvvəl mənə yenidən zəng etdi, Sizə salamlarını və təbriklərini çatdırmağımı bir daha söylədi.
Biz də bir daha Sizi qələbəniz, – Sizin qələbəniz, bizim qələbəmizdir, – bu böyük zəfər münasibətilə təbrik edirik. Ali Baş Komandan olaraq, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu nə edə bildiyini dosta, düşmənə nümayiş etdirdi, eyni zamanda, türkün gücünü də göstərdi.
Bu prosesdə Sizin rəhbərliyinizlə qardaş Azərbaycan həm döyüş meydanında, həm də masada mövcudluğunu da göstərdi. Döyüş meydanında qələbələrinizə baxmayaraq, sülh yolu ilə, atəşkəs yolu ilə də bu münaqişənin həlli üçün böyük bir liderlik göstərdiniz. Amma təəssüf ki, Ermənistan bu imkanlardan istifadə etmədi. Ümid edirəm ki, bu dəfə bundan dərs alarlar. Döyüş meydanındakı qələbələrlə yanaşı, Azərbaycanın digər torpaqları qısamüddətli bir təqvimlə yenidən, inşallah, Can Azərbaycana qaytarılacaq.
Biz sizin həm döyüş meydanındakı, həm də diplomatik müstəvidəki uğurlarınızdan qürur duyuruq. Türkiyə olaraq hər zaman dedik ki, başda hörmətli Prezidentimiz olmaqla, həm döyüş meydanında, həm də masada Can Azərbaycanın yanındayıq.
Bundan sonrakı prosesdə Sizin də dediyiniz kimi, birgə nəzarət mərkəzinin yaradılması daxil olmaqla, atacağımız addımları da birlikdə müzakirə edəcəyik, dəyərləndirəcəyik.
Sizin göstəriş və tapşırıqlarınıza uyğun olaraq biz də həmkarlarımızla birlikdə lazımi işləri görəcəyik. Bu məqsədlə bu gün qəbulunuza, tapşırıqlarınızı almağa gəldik.
Bir daha təbrik edirik. Bu gün səhər televizoru açdıq, Azərbaycanda insanlar küçələrdə idi, Türkiyədə də xalqımız eyni sevinci yaşadı. Buna görə də təşəkkür edirik.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.
Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Nazirimizin də ifadə etdiyi kimi təxminən 30 ildir işğal altında olan torpaqlarını geri almaq, Ermənistanın barbarcasına hücumlarına son qoymaq üçün haqlı bir mübarizə verən və bu mübarizəni uğurla sonlandıran azərbaycanlı qardaşlarımızın zəfərini təbrik edirik.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin gündəmdəki mövzulara dair informasiya xarakterli videosunda bildirilib.
“İmzalanan atəşkəs anlaşmasının şərtlərinin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqlarının Azərbaycana qaytarılması, regionda sülh və əmin-amanlıq mühitinin yenidən təmin edilməsi prosesində də “İki dövlət, tək millət” olduğumuz can azərbaycanlı qardaşlarımızla tək ürək olmağa davam edəcəyik”, – deyə nazirlik rəsmisi bildirib.
Президент России Владимир Путин сообщил, что его азербайджанский коллега Ильхам Алиев пообещал провести тщательное расследование и наказать виновных в атаке на российский вертолет, сообщает ТАСС.
“Президент Азербайджана заверил меня в том, что будет проведено тщательное расследование в рамках возбужденного уголовного дела, виновные будет наказаны”, – заявил Путин.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya helikopterinin vurulması ilə bağlı hərtərəfli araşdırma aparılacağına və günahkarların cəzalandırılacağına söz verib.
TASS-ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Azərbaycan Prezidenti məni əmin etdi ki, başladılan cinayət işi çərçivəsində hərtərəfli araşdırma aparılacaq, günahkarlar cəzalandırılacaq”, – deyə V.Putin bildirib.
Ermənistanda hazırda çaxnaşma davam edir.
Bunu İnsan Haqları üzrə Beynəlxalq Standartların İnplementasiyası üzrə İşçi Qrupunun rəhbəri Kamil Səlimov deyib.
Onun sözlərinə görə, ölkəni idarə edən şəxslərin cinayətkar dəstə olduğu ortaya çıxdı: “Cinayətkarlardan ibarət strukturun isə sonu belə olmalı idi. İndi ermənilər baş naziri tapa bilmir, Milli Məclisdə bir-birlərini döyür, biabırçı vəziyyət yaranıb.
Hazırda Ermənistan Azərbaycan idarəçiliyindəki nizam-intizama və xalqın birliyinə heyran qalıb. Azərbaycan xalqı birləşdi və ermənilərin 30 il ərzində qurduğu istehkamı qısa müddətdə məhv etdi. İndi hamı Azərbaycanın bu gücünə təəccüb qalıb”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYP) paytaxt sakinlərinə müraciət edib.
İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında bildirib ki, qələbə sevincini bölüşən vətəndaşlar öz şəxsi avtomobilləri ilə yol hərəkəti qaydasını pozaraq qarşı hərəkət zolağına çıxması, nəqliyyat axınına qarşı hərəkət etməsi, lüzumsuz səs siqnallarının verilməsi, ümumiyyətlə yol hərəkəti qaydalarını pozaraq digər hərəkət iştirakçılarının hərəkətinə təhlükə yaratması faktları tərəfimizdən aşkar edilmişdir və bu, ciddi narahatlıq doğurur:
“Bildiyimiz kimi, noyabrın 10-da rəşadətli Azərbaycan Ordusu işğalda olan torpaqlarımız üzərində tarixi qələbə çaldı. Xalq olaraq hər birimiz bu qələbəyə sevinirik və bu tarixi hadisənin şahidi olduğumuz üçün qürur duyuruq. Lakin bu sevincimizi bir-birimizlə müəyyən çərçivə daxilində paylaşmalıyıq.
Bununla yanaşı, qeyd etmək istəyirəm ki, ölkə ərazisində hərbi vəziyyətlə əlaqədar olaraq tətbiq edilən komendant saatı və xüsusi karantin rejimi qaydaları gecə saatlarından başlayaraq ciddi şəkildə pozulur. Hazırda mövcud vəziyyətlə əlaqədar olaraq paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları tərəfindən tam nəzarətə götürməklə xidmətin təşkili davam etdirilir.
Odur ki, sürücülərdən və digər hərəkət iştirakçılarından tələb edirik ki, hərbi vəziyyətlə bağlı tətbiq edilən komendant saatı və pandemiya ilə bağlı tətbiq edilən xüsusi karantin qaydalarına və bununla yanaşı yol hərəkəti qaydalarına da ciddi şəkildə əməl etsinlər.
Deyilənlərə əməl edilmədiyi halda polis əməkdaşları tərəfindən məsuliyyət tədbirləri həyata keçiriləcəkdir”o
Məmmədovlarla gələn bu torpaq və su Xocalının Başkənd kəndindəndir.
ARB Xəbər sözügedən torpaq və su ilə yaşayan Xocalının Başkənd sakinləri olan Məmmədovlarla bağlı maraqlı süjet hazırlayıb.
Xocalı sakinin Məmmədov Məmməd bildirib ki, bizim kəndimiz müqəddəs torpaqdır.
Ailənin başçısı deyir ki, köçkünlük dövrlərində dünyasını dəyişən yaxınlarının məzarlarına bu torpaqdan və bu sudan tökməklə onları sanki doğma kəndimizdə dəfn edirmiş kimi təsəlli tapmdıq.
Ömrünün 60 ilini geridə qoymuş Qarabağ qazisini uşaq kimi o torpaqla oyanayan gördük. Deyir tək təsəlli yerim olan bu vətən yadigarlarına toxunanda uşaqlığımı, gəncliyimi, kəndimi xatırlayıram.
Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən verilən məlumata əsasən, hərraca çıxarılan məbləğin həcmi 100 milyon manat və notun nominal dəyəri isə 100 manat olacaq.
Notların tədavül müddəti 28 gün, ödəmə tarixi isə 9 dekabr 2020-ci ildir.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı ikidən artıq olmamalıdır. Notların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tarixi Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.
Birinci vitse-prezidentin təbrikində deyilir:
“Əziz həmvətənlər!
Bu gün böyük gündür – Qələbə Günüdür! Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu! Tarixi ədalət bərpa olundu! Həqiqətən əlamətdar olan bu hadisə münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm!
Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi! Biz öz nəcib xilaskar missiyamızı şərəflə yerinə yetirdik! Biz öz Vətənimizi qoruduq, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdik, Azərbaycanın səbirlə gözlədiyi Qələbəni qazandıq! Biz uzun illər boyu həqiqətin və tarixi ədalətin təntənəsini gözləyirdik. Münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar prosesində 30 ilə yaxın iştirak etməyimiz bizim sülh tərəfdarı olmağımızın əyani göstəricisidir. Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərib. Ermənistan tərəfindən törədilən hərbi təxribatlar bitib-tükənmirdi. Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi!
2020-ci il sentyabrın 27-dən davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Azərbaycanın mədəniyyət incisi – Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra bizim döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına almağa nail oldu. Bu, şübhəsiz, Ermənistanın hərbi və siyasi rəhbərini çıxılmaz vəziyyətə saldı. Bizim ordumuz öz müqəddəs dəyərləri – Vətənimiz, ortaq evimiz uğrunda döyüşürdü və bu müqəddəs mübarizədə dözüb dayandı və qalib gəldi!
Bu anlarda bütün dünya azərbaycanlıları sevinc və qürur hissləri keçirir. Bizim Prezidentimizə görə, igid əsgərlərimizə və zabitlərimizə görə, Azərbaycan xalqının vətənpərvərliyinə, sıx birliyinə və həmrəyliyinə görə qürur keçirir!
Hər birimiz bizim Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik! Onun rəhbərliyi ilə müasir, güclü Azərbaycan Ordusu yaradılıb! Məhz onun sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu. Prezidentimizin güc mənbəyi olan Azərbaycan xalqının hörməti, sevgisi, etimadı, inamı və dəstəyi ona Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini başa çatdırmaqda kömək etdi. Onun başçılığı ilə biz xalqımızın özünəinamını qaytaran Qələbəni qazandıq! Bu Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq!
Əziz qardaşlar və bacılar!
Torpaqlarımızın xaincəsinə işğalı illərində olduğu kimi, budəfəki döyüşlər dövründə də faciələr və itkilər oldu. Hərbi əməliyyatlar zonasından uzaqda vəhşicəsinə hücumlar nəticəsində şəhərlərimizin və kəndlərimizin dinc sakinləri həlak oldu. Uşaqlar, qadınlar və ahıl insanlar həlak oldu. Amma bu, Azərbaycanın əzmini sındırmadı! Mən həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm! Onların qanı yerdə qalmadı! Azərbaycan Ordusu, Azərbaycan dövləti bütün həmvətənlərimizin axıdılmış qanına görə qisas aldı!
Vətənimizi müdafiə edən, onu dirçəldən nəslin işıqlı xatirəsi, bu nəslə hörmət və ona görə səmimi qürur hissi hər bir azərbaycanlının qəlbində həmişəlik qalacaq! Bizim əsgər və zabitlərimiz canlarını belə əsirgəmədən döyüşüblər. Onlar nəciblik və həqiqi vətənpərvərlik nümunəsi göstəriblər. Bu gün onların hamısını Vətən naminə, onun qüdrəti naminə göstərdikləri igidliklər birləşdirir! Biz onların rəşadəti, iradəsi və ruh yüksəkliyi qarşısında, öz mətanəti ilə işğalçını sarsıdan, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən hər kəsin qarşısında baş əyirik! Adları Azərbaycan dövlətinin tarixinə əbədi olaraq yazılan bu cür igid övladlar böyüdüb tərbiyə etmiş valideynlərin qarşısında baş əyirik! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allah rəhmət eləsin!
Bu müharibə bizə əsrlərboyu bildiyimiz bir həqiqəti – dost dar gündə tanınar həqiqətini bir daha sübut etdi. Dünyadakı bütün dostlarımıza minnətdaram! Sağ olsunlar ki, bizim dərdimizə şərik oldular, Azərbaycan xalqını dəstəkləyən prinsipial və ədalətli mövqelərini açıq bildirdilər. Qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkürümü bildirirəm. Onların həmrəyliyi və dəstəyi hər bir azərbaycanlıda qürur hissi oyadır!
Kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edirəm. Onların yüksək peşəkarlığı, obyektivliyi, qərəzsizliyi, operativliyi və məsuliyyəti sayəsində bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün oldu. Öz vətənlərinin hüdudlarından kənarda Azərbaycanın mövqeyini müdafiə edən və Ermənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərən soydaşlarımız sağ olsunlar! Arxa cəbhədə bir yumruq kimi birləşərək Azərbaycan dövlətinin qüdrətini və bizim həmrəyliyimizi bütün dünyaya nümayiş etdirmiş bütün Azərbaycan xalqına minnətdaram!
Əziz həmvətənlər!
Sizin hamınızı Böyük Qələbə Günü münasibətilə təbrik edirəm! Böyük zəfər gününüz mübarək! Azərbaycanın şərəf və qüdrət günü mübarək! Qarabağın azad edilməsi günü mübarək! Biz Qələbə qazandıq! Qarabağ Azərbaycandır!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.
https://www.instagram.com/p/CHaZULdg8AP/?utm_source=ig_embed&utm_campaign=loading