Month: November 2020

  • Hulusi Akardan Azərbaycana qələbə təbriki

    30 ilə yaxındır işğal altında olan torpaqlarını geri almaq, Ermənistanın barbar hücumlarına son qoymaq üçün ədalətli mübarizə aparan və bu mübarizəni üzü ağ bitirən azərbaycanlı qardaşlarımızın qələbəsini təbrik edirik

    Türkiyə Müdafiə Naziri Hulusi Akar Qarabağda qələbə münasibəti ilə sosial şəbəkə üzərindən yaydığı paylaşımında belə yazıb.

    “İmzalanmış atəşkəs müqaviləsindəki şərtlərin yerinə yetirilməsi, işğal olunmuş bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlığın bərpası prosesində canlı azərbaycanlı qardaşlarımızla bir olmağa davam edəcəyik”, -deyə o, əlavə edib.

  • Etirazçılar Ermənistan parlamentinin qarşısında barışığı ləğv edəcək deputatları gözləyirlər

    Dağlıq Qarabağda Ermənistanın məğlubiyyəti, hərbi əməliyyatların dayandırılmasına dair bəyanatın qəbuluna etiraz edən aksiya iştirakçıları Ermənistan parlamentinin iclas salonunu tərk etsələr də, bu qərarın ləğv olunmasına ümid edərək deputatları gözləyirlər.

    Bu barədə “RİA Novosti” xəbər yayıb.

    Etirazçılardan biri Vaaqn Çaxalyan hakim “Mənim Addımım” fraksiyasının millət vəkillərini məsələni müzakirə etmək üçün parlamentə gəlməyə çağırıb. Eyni müraciət 1990-cı illərin əvvəllərində münaqişə zamanı Qarabağda vuruşan “Arabo” könüllü dəstəsinin komandiri Manvel Yeqazaryan tərəfindən də edilib. Etirazçılar günortaya qədər millət vəkillərini gözləyəcəklərini deyiblər.

  • Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ: “Qələbə sevincini kədərə çevirməsinlər”

    Gecə saatlarından indiyə qədər əhali qələbə sevinci ilə küçələrə axışıb. Bütün hərəkət iştirakçılarını, xüsusilə sürücüləri başa düşürük, lakin ehtiyatlı olmaqda fayda var.

    Bu sözləri açıqlmasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

    V.Əsədov bildirib ki, bu tarixi günü layiqincə qeyd etmək lazımdır:

    “Bu gün bütün xalq küçə və yollara axışaraq qələbə sevincini bölüşür. Lakin bəzi sürücülərin mövcud vəziyyətdən istifadə edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Eyni zamanda da piyadalar küçələrdə onlar üçün müəyyən edilmiş keçidlərdən keçməməklə təhlükəsizliklərini riskə atırlar.

    Sizin vasitənizlə hərəkət iştirakçılarına səslənir və tövsiyə edirik ki, qələbə sevincini kədərə çevirəcək məqamlara yol verməsinlər. Xüsusilə də sürücülər nəqliyyat vasitələrini yol hərəkəti qaydalarına uyğun idarə etsinlər ki, onların, eləcə də digər hərəkət iştirakçılarının sağlamlığına ciddi təhlükə yaranmasın.

    Sözsüz ki, biz də bu ölkənin vətəndaşıyıq, hər kəs kimi biz də Ali Baş Komandanın qələbə müjdəsinə çox sevindik. Sevincimizin həddi-hüdudu yoxdur, Yaşasın Azərbaycan, yaşasın Azərbaycan Ordusu. Bütün bunlara baxmayaraq, hərəkət iştirakçılarından xahiş edirik ki, vətəndaşlarımızın narahatlığına və haqlı narazılığına səbəb olacaq şərait yaratmasınlar. Yol hərəkətində nöqsanlara yol verməsinlər, sevincimizi kədərə çevirməsinlər”.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin də yaydığı məlumatda qeyd olunub ki, müşahidələr göstərir ki, bəzi sürücülərin belə şəraitdən sui-istifadə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları, piyadaların isə onlar üçün müəyyən edilmiş keçidlərdən istifadə etməmələri digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Odur ki, bütün yol hərəkəti iştirakçılarından qaydalara ciddi əməl etmələrini, ictimai asayişin və ictimai təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hərəkətlərdən çəkinmələrini xahiş edirik.

    Qələbə sevincimizin daha təhlükəsizlik şəraitində keçməsi, bu zaman hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün nəqliyyat sahibləri yol hərəkəti qaydalarına riayət etməli, piyadalar isə onlar üçün müəyyən edilmiş yol keçidlərindən istifadə etməlidirlər.

  • Захарова заявила, что в Карабахе будут только российские миротворцы

    В Нагорном Карабахе будут размещены только российские миротворцы.

    Об этом заявила в эфире радиостанции “Эхо Москвы” официальный представитель МИД РФ Мария Захарова.

    “Важный момент, на который я бы хотела обратить внимание, – о миротворческих силах. Речь идет о миротворческих силах Российской Федерации. Когда будет опубликован текст заявления, ни у кого не останется никаких сомнений, хотела бы еще раз обратить внимание на слова президента Российской Федерации, речь идет о российских миротворцах в зоне, вдоль линии соприкосновения в Нагорном Карабахе”, – сказала она.

    По данным Минобороны РФ, в зоне нагорно-карабахского конфликта размещается российский миротворческий контингент: 1 960 военных, 90 бронетранспортеров, 380 единиц автомобильной и специальной техники. Основу контингента составят подразделения миротворческой 15-й отдельной мотострелковой бригады Центрального военного округа.

  • Rusiya XİN: Qarabağda yalnız Rusiya sülhməramlıları yerləşdiriləcək

    Dağlıq Qarabağda təmas xəttində yalnız Rusiya sülhməramlıları yerləşdiriləcək.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova “Exo Moskvı” radiostansiyasının efirində bildirib.

    “Diqqətinizi çəkmək istədiyim vacib məqam sülhməramlı qüvvələr barədədir. Söhbət Rusiya Federasiyasının sülhməramlı qüvvələrindən gedir. Bəyanatın mətni dərc edildikdən sonra heç kimin şübhəsi qalmayacaq. Bir daha Rusiya Federasiyası prezidentinin sözlərinə diqqət çəkmək istərdim, söhbət bölgədəki, Dağlıq Qarabağda təmas xətti boyunca yerləşən Rusiya sülhməramlılarından gedir”, – deyə Zaxarova vurğulayıb.

    Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında 1960 hərbi qulluqçu, 90 zirehli hərbi vasitə, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingent yerləşdirəcək. Son məlumatlara görə, Rusiya sülhməramlılarından ibarət 10-cu təyyarə Dağlıq Qarabağa yola düşüb.

  • Sumqayıt sakinləri zəfəri rəqslə qeyd etdilər – VİDEO

    Sumqayıt sakinləri tarixi zəfər gününü qeyd edir.

    Şəhər əhalisi küçələrə çıxaraq, bu tarixi anları həmyerliləri ilə birgə rəqslə qeyd ediblər.

    Baku TV-nin Sumqayıtdan videosüjetini təqdim edirik:

  • İlham Əliyev və Ərdoğan bir-birinə təşəkkür etdi

    Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Bildirilib ki, dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə bir-birini təbrik ediblər.

    Prezident İlham Əliyev müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib.

    Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinin ölkəsinin dəstəyinə verdiyi yüksək qiymətə görə təşəkkür edib.

    Azərbaycan və Türkiyə prezidentləri dost və qardaş ölkələrimiz və xalqlarımızın bundan sonra da bir-birinin yanında olacağını bildiriblər.

    Telefon söhbəti zamanı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması yüksək qiymətləndirilib, bu mərkəzin regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

  • Gürcüstanda Azərbaycanın Dövlət Bayrağı Günü və Şuşanın azad olunması qeyd edildi

    Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Dövlət Bayrağı Günü və Şuşa şəhərinin işğaldan azad edilməsi qeyd olunub.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Heydər Əliyev Parkında baş tutan tədbir Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi və Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

    Mərasimdə azərbaycanlı diplomatlar, iş adamları, SOCAR və “Akkord” şirkətlərinin bu ölkədəki nümayəndəliklərinin rəhbərləri və üzvləri, gürcü ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

    Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev soydaşlarımızı ikiqat bayram – Dövlət Bayrağı Günü və qədim Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə təbrik edib.

  • Радость ветеранов Карабаха по случаю дня победы – ВИДЕО

    В Азербайджане царит праздничная атмосфера по случаю полного освобождения Карабаха от оккупации. Наш народ отмечает долгожданную победу.

    Ветераны первой и второй карабахских войн поделились своей радостью с Baku TV.

    Они выразили бесконечную благодарность азербайджанской армии и Верховному главнокомандующему Ильхаму Алиеву.

  • Qarabağ qazilərinin qələbə sevinci – VİDEO

    Qarabağın bütünlüklə işğaldan azad olunması münasibətilə Azərbaycanda əsl bayram ab-havası hiss olunur. Xalqımız təntənəli şəkildə qələbəni bayram edir.

    Baku TV Qarabağ qazilərinin bayram sevincinə şərik olub. Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş qazilər, Baku TV ilə öz bayram sevinclərini bölüşüblər.

    Onlar Azərbaycan ordusuna və Ali Baş Komandan İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildiriblər.