Month: November 2020

  • Минсвязи Азербайджана предупредило об очередной “ловушке” врага

    Служба электронной безопасности Министерства транспорта, связи и высоких технологий АР зарегистрировала очередную “фишинговую” кампанию против азербайджанских пользователей социальных сетей.

    Об этом сообщили в ведомстве.

    Так, в Facebook, Instagram и других соцсетях размещаются фейковые публикации под заголовком “Объявление, которое навечно изменит граждан Азербайджана”. Их цель – заманить пользователей в ловушку, привлечь их внимание, чтобы они перешли по вредоносным ссылкам.

    Пользователю, который переходит по ссылке в объявлении (sites.google.com), предлагается заполнить анкету, после чего он перенаправляется на вредоносные сайты. При их посещении на устройство загружается вредоносное ПО, которое собирает конфиденциальную информацию пользователя и передают ее киберпреступникам.

    Граждан просят быть предельно осторожными в социальных сетях, не переходить на поддельные объявления в виде “всплывающих” меню (pop-up) и жаловаться, нажимая на три точки (…) в правом углу.

    Также в подобных случаях следует обратиться в Службу электронной безопасности через сайт www.cert.az или по электронной почте reports@cert.az.

  • Nazirlikdən növbəti “tələ” barədə XƏBƏRDARLIQ

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti sosial şəbəkə istifadəçilərimizə qarşı həyata keçirilən növbəti “fişinq” kampaniyasını qeydə alıb.

    Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

    Belə ki, “Facebook”, “Instagram” və digər sosial şəbəkələrdə “Azərbaycan vətəndaşlarını əbədi olaraq dəyişdirəcək elan” başlığı altında saxta elanlar yerləşdirilir. Məqsəd istifadəçilərin diqqətini cəlb edərək, zərərli keçidlərə daxil olmağa sövq etməklə onları “tələ”yə salmaqdır.

    Belə ki, elanda göstərilən keçidə (sites.google.com) daxil olan istifadəçidən anket formasını doldurması istənilir və anketi dolduran istifadəçi zərərli saytlara yönləndirilir. Bu saytlara daxil olduqda istifadəçinin cihazına “zərərli proqramlar” (adware) yüklənilir və cihazı yoluxur. Daha sonra bu proqramlar istifadəçinin fərdi məlumatlarını toplayır və kibercinayətkara ötürür.

    Vətəndaşlardan xahiş olunur ki, sosial mediada maksimum diqqətli davransınlar, qarşılarına “pop-up” menyular şəklində çıxan saxta elanlara keçid etməsinlər və elanın sağ küncündə yerləşən üç nöqtə (…) üzərinə klik etməklə şikayət etsinlər.

    Həmçinin, bu kimi hallarla üzləşdikdə, www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

  • Чавушоглу и Лавров обсудили ситуацию в Нагорном Карабахе

    Министры иностранных дел Турции и России Мевлют Чавушоглу и Сергей Лавров провели во вторник 10 ноября телефонные переговоры, сообщил ТАСС источник в турецком внешнеполитическом ведомстве.

    “Наш министр провел телефонные переговоры с главой МИД Российской Федерации Сергеем Лавровым. Обсуждалась ситуация в Нагорном Карабахе”, – сказал собеседник агентства.

  • Mövlud Çavuşoğlu ilə Sergey Lavrov Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

    Rusiya Federasiyasının Xarici İşlər naziri Serqey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Dağlıq Qarabağdakı vəziyyəti telefonla müzakirə edib.

    Bu barədə “RİA Novosti”yə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

    “Nazirimiz rusiyalı həmkarı Sergey Lavrovla telefon danışıqları apardı. Tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdilər”, – deyə mənbədən agentliyə bildirilib.

  • Avstriyada Vyana terrorunun qurbanları anılıb

    “Azer Der” Cəmiyyəti Avstriyada fəaliyyət göstərən türk icmaları ilə birlikdə Vyana şəhərində törədilmiş terror qurbanlarının xatirəsini yad edib.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Tədbir iştirakçıları şəhərin mərkəzində yaradılmış anım guşəsinə gül dəstələri qoyaraq terroru pisləyiblər.

    Diaspor nümayəndələri bildiriblər ki, dünyanın hansı yerində baş verməsindən asılı olmayaraq, terror aktları yolverilməzdir və ağır cinayət sayılır.

    Həmvətənlərimiz həmçinin, işğalçı Ermənistan ordusunun Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terror aktları barədə də şəhər sakinlərini məlumatlandırıblar.

  • Джейхун Байрамов обсудил с Мевлютом Чавушоглу историческую победу

    10 ноября состоялся телефонный разговор министра иностранных дел Азербайджана Джейхуна Байрамова с главой МИД Турции Мевлютом Чавушоглу.

    Об этом сообщает пресс-служба азербайджанского внешнеполитического ведомства.

    М.Чавушоглу сердечно поздравил коллегу и азербайджанский народ с победой.

    Турция разделяет радость с Азербайджаном.

    Дж.Байрамов выразил признательность своему турецкому коллеге и всему братскому народу Турции за неизменную и решительную поддержку ими справедливой позиции нашей страны, за то, что они всегда были рядом с азербайджанским народом как в радости, так и в горе.

  • Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu tarixi zəfəri müzakirə etdi

    Noyabrın 10-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.

    XİN-dən verilən məlumata görə, Türkiyə Xarici İşlər naziri qələbə münasibətilə nazir Ceyhun Bayramovu və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib.

    Bir millət, iki dövlət olaraq, Azərbaycanın bu sevincinin Türkiyə tərəfindən paylaşıldığını vurğulayıb.

    Nazir Ceyhun Bayramov hər zaman Azərbaycan xalqının yanında olduğu, ölkəmizin haqq mövqeyinə münasibətdə qəti dəstəyini heç bir zaman əsirgəmədiyi, sevincimizi və kədərimizi bölüşdüyü üçün qardaş Türkiyəli həmkarına və bütün Türkiyə xalqına təşəkkürünü bildirib.

  • Hərəkət iştirakçılarına MÜRACİƏT

    Каждый из нас с большой радостью и гордостью воспринял весть от Президента Азербайджана, Верховного главнокомандующего Ильхама Алиева о нашей победе над оккупантом.

    Об этом говорится в обращении Бакинского транспортного агентства к населению.

    “Дорогие и уважаемые граждане!

    Мы выражаем глубокое уважение и большую благодарность Верховному главнокомандующему и нашей славной армии, которые обеспечили территориальную целостность наших земель и подарили нашему народу радость победы.

    В то же время мы призываем наших уважаемых граждан, в особенности автовладельцев, выехавших на улицы столицы, чтобы продемонстрировать наше национальное единство в день исторической победы, быть внимательными и соблюдать осторожность.

    Мы обращаемся к ним с просьбой создать максимум условий для движения общественного транспорта во время шествия в честь победы, а также не парковать транспортные средства на автобусных остановках.

    Мы уверены, что в этот знаменательный день исторической победы наши дорогие граждане, как всегда, отнесутся с пониманием к требованию соблюдать установленные правила.

    Не следует забывать, что в настоящее время пассажирские перевозки осуществляются только автобусами, поэтому очень важно соблюдать предписания.

    Еще раз поздравляем наш дорогой народ со славной победой! “, – говорится в обращении.

  • Hərəkət iştirakçılarına MÜRACİƏT

    “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsini hər birimiz hədsiz sevinc və qürur hissi ilə qarşılayırıq”.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) əhaliyə müraciətində qeyd olunub:

    “Əziz və dəyərli vətəndaşlarımız!

    Torpaqlarımızın ərazi bütövlüyünü təmin edərək, xalqımıza qələbə sevinci bəxş edən Müzəffər Ali Baş Komandanımıza və şanlı Ordumuza böyük ehtiramımızı və təşəkkürümüzü bildiririk.

    Eyni zamanda, tarixi qələbə günündə milli birliyimizi nümayiş etdirmək üçün paytaxt küçələrinə çıxan dəyərli vətəndaşlarımızı, xüsusən də fərdi avtomobil sürücülərini bir qədər diqqətli olmağa dəvət edirik.

    Xahiş edirik ki, qələbə yürüşü zamanı ictimai nəqliyyat vasitələrinin hərəkətinə mümkün qədər şərait yaratsınlar. Avtomobilləri avtobusların hərəkət trayektoriyasında və avtobus dayanacaq məntəqələri ərazisində saxlamaqdan çəkinsinlər.

    Hər zaman olduğu kimi, bu əlamətdar tarixi zəfər günündə də əziz vətəndaşlarımızın qaydalara anlayışla yanaşacağına əminik.

    Unutmayaq ki, sərnişindaşımaların yalnız avtobuslarla icra olunduğu hazırkı vaxtda bu qaydalara əməl etmək olduqca vacibdir.

    Bir daha əziz xalqımızı şanlı qələbə münasibətilə təbrik edirik!”

  • ETSN-dən xəbərdarlıq: Leysan olacaq, qar yağacaq

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, noyabrın 11-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

    Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
    Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 12-14,
    Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

    Noyabrın 11-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 12-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

    Noyabrın 11-i gündüzdən 13-dək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal və şərq rayonlarında leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Noyabrın 11-i gündüzdən 13-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

    Tibbi-meteoroloji proqnoza görə, noyabrın 11-12-də Abşeron yarımadasında mülayim xəzri küləyi və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətin bir qədər çox olacağı gözlənilir ki, bu da bəzi insanlarda narahatlıq yarada bilər.