Month: November 2020

  • Ermənistanın 17 siyasi partiyası Nikol Paşinyanın istefasını tələb edir

    Ermənistanın 17 siyasi partiyası Nikol Paşinyanın istefasını və mövcud hərbi vəziyyətdə ölkəni idarə edəcək hərbi-siyasi qurumun yaradılmasını tələb edib.

    Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə siyasi qüvvələrin birgə bəyanatında deyilir.

    Bəyanatda bildirilir: “Geri dönüşü olmayan itkilərin qarşısını almaq üçün baş nazir N.Paşinyanın və onun kabinetinin könüllü istefası, habelə hazırkı vəziyyətdə irəliləyiş, hərbi-siyasi problemləri həll edə biləcək yeni bir icra orqanının təcili olaraq yaradılması lazımdır”.

  • Mariya Zaxarova: “Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətində deyil”

    “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal iştirak etməyi planlaşdırır, lakin müdaxilə etmək niyyətində deyil”.

    Lenta.ru xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova bu barədə açıqlama edib.

    O qeyd edib:

    “Rusiyaya görə Dağlıq Qarabağda münaqişənin hərbi yolla həlli yoxdur”.

    Zaxarova onu da qeyd edib ki, Moskva münaqişənin həlli üçün əlindəki bütün imkanlardan istifadə etmək niyyətindədir.

  • Berat Albayrakın istefası qəbul edildi

    Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrakın istefası qəbul edilib.

    Bu barədə “Haber Global” Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadla məlumat yayıb.

    “Bilindiyi kimi, 8 noyabr 2020-ci ildə Xəzinə və Maliyyə nazirimiz Berat Albayrak sosial şəbəkə hesablarından birində səhhəti ilə bağlı vəzifədən azad edilməsini istədiyi haqqında açıqlama yayıb. Prezidentimiz tərəfindən aparılan qiymətləndirmə nəticəsində Xəzinə və Maliyyə naziri Berat Albayrakın vəzifədən azad edilmə tələbi qəbul edilib”, – deyə idarədən bildirilib.

  • Bu vərdiş ömrü 10 il QISALDIR

    Cənubi Avstraliya Universitetindəki Sağlamlıq Mərkəzinin alimləri siqaret çəkməyin insan həyatını neçə il azaltdığını müəyyən ediblər.

    Median.Az xəbər verir ki, buna görə mütəxəssislər 150 min şəxsin məlumatlarını təhlil ediblər. Nəticədə müəyyən edilib ki, hər siqaret çəkimi insanın bir neçə təhlükəli xəstəliyə yoluxma riskini 30 faiz artırır.

    Eyni zamanda bu vərdişdən bir neçə il ərzində imtina etməsələr, emfizema (ağciyərdə genişlənmə və fəsadlar) xəstəliyinə yoluxma riski 17 dəfə artmış olur.

    Bu xəstəlik xroniki obstruktiv ağciyər xəstəlikləri qrupuna aiddir. Bundan əlavə, siqaret çəkmək ateroskleroz və ağciyər xərçəngi riskini səkkiz dəfə artırır.

    Avstraliya alimləri siqaret çəkənlərin çəkməyənlərlə müqayisədə 10 il tez öldüyünü müəyyən ediblər. (publika.az)

  • KTMT-dən Rusiyaya məxsus təyyarənin vurulmasına reaksiya – VIDEO

    Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanda Azərbaycan hərbçilərinin Rusiya helikopterini vurması nəticəsində baş vermiş faciəvi hadisəyə münasibət bildirib.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov danışıb.

    “Baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımızı çatdırır və həlak olan ekipaj üzvlərinin doğmalarına və yaxınlarına başsağlığı veririk. Atəşin haradan açıldığını göstərən araşdırmanın nəticələrini gözləyək”, – deyə V.Zaynetdinov bildirib.

    V.Zaynetdinov xatırladıb ki, KTMT dəfələrlə münaqişə tərəflərini atəşkəsə çağırıb.

  • Belarus iki britaniyalı diplomatı arzuolunmaz şəxs elan etdi

    Belarusda iki britaniyalı diplomat arzuolunmaz şəxs elan edilib.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz məlumat verib.

    Qərara səbəb kimi Britaniya vətəndaşlarının diplomat statusuna uyğun gəlməyən fəaliyyətləri göstərilib.

  • Tramp Pentaqon rəhbərini istefaya göndərdi

    ABŞ Prezidenti Donald Tramp Müdafiə naziri Mark Esperi istefaya göndərib.

    Bu barədə ABŞ Prezidenti “Twitter” hesabında yazıb.

    Mark Esperin səlahiyyətlərini ABŞ-ın Terrorla Mübarizə üzrə Milli Mərkəzinin rəhbəri Kristofer Miller icra edəcək.

    Xatırladaq ki, ABŞ KİV Mark Esperin istefa məktubu yazdığını qeyd etmişdi.

  • Azərbaycan XİN Rusiya helikopterinin vurulması ilə bağlı məlumat yaydı

    Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib.

    Bu barədə “Report” Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

    “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumata əsasən bu ilin 9 noyabr tarixində saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub.

    Bununla bağlı aşağıdakıları qeyd etmək lazımdır:

    – helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuşu həyata keçirib.

    – uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib.

    – bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib.

    Qeyd olunan amilləri və bölgədəki gərgin vəziyyəti, habelə erməni tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığını nəzərə alaraq, növbətçi hərbi bölüm tərəfindən atəşin açılması qərarı verilib.

    Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfindən üzrxahlığını bildirir.

    Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə dərin başsağlığı bildirir və xəsarət alanların tezliklə sağalmalarını diləyir.

    Azərbaycan tərəfi müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu bildirir”, – deyə məlumatda qeyd edilir.

  • Azərbaycan Ordusu bu gün rekord sayda ərazini işğaldan azad edib

    Azərbaycan Ordusu bu gün rekord sayda yaşayış məntəqəsi və ərazini işğaldan azad edib.

    Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamasına görə, Ordumuz bu gün 71 kənd, bir qəsəbə və səkkiz strateji yüksəkliyi azad etməyə müvəffəq olub.

    Belə ki, ümumilikdə Füzulinin 17, Xocalının yeddi, Xocavəndin 13, Cəbrayılın 11, Qubadlının 15, Zəngilanın beş və Laçının üç kəndi işğaldan azad olunub.

    Bundan başqa, Zəngilanın Bartaz qəsəbəsində Azərbaycan bayrağı ucaldılıb, Bartaz, Sığırt, Şükürataz və əlavə beş adsız strateji yüksəkliyə Azərbaycan Ordusu sahib çıxıb.

  • Azərbaycan XİN Rusiya helikopterinin vurulması ilə bağlı məlumat yaydı

    Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumata əsasən bu ilin 9 noyabr tarixində saat 18.30 da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bununla bağlı aşağıdakıları qeyd etmək lazımdır:

    -helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuşu həyata keçirib.

    -uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib.

    -bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib.

    Qeyd olunan amilləri və bölgədəki gərgin vəziyyəti, habelə erməni tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığını nəzərə alaraq, növbətçi hərbi bölüm tərəfindən atəşin açılması qərarı verilib.

    Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfindən üzrxahlığını bildirir.

    Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə dərin başsağlığı bildirir və xəsarət alanların tezliklə sağalmalarını diləyir.

    Azərbaycan tərəfi müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu bildirir.