Month: November 2020

  • Azərbaycanda ictimasi iaşə müəssisələri ilə bağlı XƏBƏRDARLIQ

    Azərbaycan Qida Təhlükəsizliyi koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə bağlı ictimai iaşə müəssisələrinin sahiblərinə çağırış edib.

    Agentlikdən verilən məlumata görə, hazırda ölkədə koronavirusa (COVID-19) yoluxmada artan statistika müşahidə edilir:

    “Əfsuslar olsun ki, bu dövr ərzində Agentlik tərəfindən aparılan monitorinqlər zamanı bir sıra sahibkarların qaydalara əməl etməməsi faktları aşkar olunub, müvafiq inzibati cərimələr tətbiq edilib.

    Agentlik monitorinq qruplarının sayını və tədbirlərinin intensivliyini artırmaqla yanaşı, əlavə sərtləşdirilmiş nəzarət tədbirləri həyata keçirir.

    Monitorinqlər ictimai iaşə obyektlərində karantin dövründə müştəri qəbulu, eləcə də qida məhsullarının ticarəti və ictimai-iaşə sahəsində fəaliyyət göstərən qida obyektlərində koronavirusun profilaktikasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 iyul 2020-ci il tarixli 237 və 1 may 2020-ci il tarixli 160 nömrəli qərarları ilə təsdiq edilmiş metodiki göstərişlərə əsasən aparılır.

    Agentliyin internet səhifəsində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə ilə bağlı xüsusi bölmə yaradılmış, sahibkarlar və istehlakçılar üçün bütün lazımi məlumatlar orada ictimailəşdirilib”.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 237 saylı qərarına edilmiş dəyişikliklərə əsasən, sahibkarlar təsdiq edilmiş qaydalara daha ciddi əməl etməli, müvafiq məsul şəxs təyin etməlidirlər.

    Bu qərardan irəli gələn tələblər yerinə yetirilmədikdə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin tələblərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

    “Nəzərə almaq lazımdır ki, qeydiyyatsız fəaliyyət göstərmək qanuna ziddir və monitorinqlər zamanı belə müəssisələr aşkar edilərsə, fəaliyyətlərinin qanuna müvafiq olaraq məhdudlaşdırılması məsələsinə baxılacaq.

    Agentlik sahibkarları mövcud qaydalara əməl etməyə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin artırılması istiqamətində səylərini gücləndirməyə çağırır”, – deyə AQTA qeyd edilib.

  • Qaxda yanğın: Bir nəfər yaralandı

    Qax rayonunda mağazada yanğın hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Qax rayonunda ümumi sahəsi 400 kvadrat metr olan mağazanın zirzəmisində karton taralar 5 kvadrat metr sahədə yanıb.

    Yanğın zamanı müxtəlif xəsarətlər alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

    Mağaza yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda kişi amansızlıqla qətlə yetirildi

    Dünən saat 20:00 radələrində Yasamal rayonu ərazisində Əli Əliyevin aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Yasamal Rayon Prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Yasamal Rayon Prokurorluğunun yaydığı məlumatda qeyd olunub.

    Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    İstintaqla hadisənin zərərçəkmişin tanışı Elvin Şəmmədov və onun yanında olan şəxsiyyəti istintaqa məlum olmayan şəxsin aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı törədərək, hadisə yerindən qaçmalarına əsaslı şübhələr müəyyən edilib.

    Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • В Нагорном Карабахе российские саперы уничтожили около 150 взрывоопасных предметов – ФОТО/ВИДЕО

    Военнослужащие инженерных подразделений Вооруженных сил России продолжают работу по разведке и разминированию в зонах ответственности миротворческих сил.

    Об этом сообщает РИА Новости.

    За последние сутки обнаружено 87 взрывоопасных предметов, которые были обезврежены на специальном полигоне.

    В ходе миротворческой операции в Нагорном Карабахе было обнаружено и уничтожено в целом 144 боеприпаса.

  • Dağlıq Qarabağda 150-yə yaxın partlayıcı zərərsizləşdirildi – VİDEO

    Rusiya ordusunun mühəndis bölmələrinin hərbi qulluqçuları sülhməramlı qüvvələrin cavabdeh sahələrində mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirirlər.

    Bildirilir ki, sutka ərzində 87 partlayıcı tapılıb. Onlar xüsusi poliqona aparılaraq zərərsizləşdirilib. Ümumilikdə, Dağlıq Qarabağda sülhməramlı əməliyyat zamanı 144 bomba tapılaraq zərərsizləşdirilib.

    “RİA Novosti” istehkamçıların işi ilə bağlı kadrları yayımlayıb.

  • Evi tərk edən COVID-19 xəstələri saxlanıldı, birinə cinayət işi açıldı

    Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini, Orxan Orucovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozub və yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

    Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana göndərib.

    O.Orucov barəsində RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.

    Daha bir oxşar fakt Xaçmazda qeydə alınıb.

    Belə ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, Xaçmaz rayon sakini Eldosi Quliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

    Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, rayon ərazisində aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

    COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

    Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

  • Şuşa döyüşlərində dastana dönən qardaşlar: “Yaralı halda onu çiynimdə daşıdım, heç nə hiss etmirdim” – VİDEO

    Cəbhədə bir yerdə çiyin-çiyinə döyüşən 20 yaşlı İlkin və 18 yaşlı Elmin Şəbizadə qardaşlarının qəhrəmanlıqları dillərə dastan olub.

    AZTV xəbər verir ki, hər iki valideynlərini itirən qardaşların döyüş bölgəsinə bir-birlərinə göstərdikləri dəstək və qayğını cəbhə dostları heyranlıqla qarşılayıb.

    İlkin Şəbizadə bildirir ki, Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb. Qardaşının yarası ondan ağır olduğu üçün onu çiyninə alaraq döyüş bölgəsindən uzaqlaşıb:

    “Yaralansam da, ağlım qardaşımda idi deyə heç nə hiss etmirdim. Maşına çatdıq və bizi hospitala gətirdilər. Qardaşımın ayağındakı ət sallanırdı. Çox qan itirmişdi, üşüyürdü, üzü ağappaq idi.

    Bir gün qaldıq orada. Qardaşım idi, mən idim, bir də bizim üstümüzdə Allah idi. Min canım olsa, qardaşıma və əsgərlərimizə qurban verərdim. Allah şəhidlərimizə rəhmət eləsin”.

    Qeyd edək ki, bir neçə dəfə əməliyyat olunan E.Şəbizadənin müalicəsi hazırda xəstəxanada davam edir.

    Ətraflı AZTV-nin süjetini təqdim edirik:

  • Потомок Гаджи Зейналабдина Тагиева хочет приехать в Карабах

    Проживающий во Франции потомок Гаджи Зейналабдина Тагиева Албан Клод намерен в ближайшее время посетить Карабах.

    Об этом он написал на своей странице в Facebook.

    “Скоро приеду в Карабах. Моя цель – написать для французских читателей об этой войне и исторических землях. Думаю, что таким образом могу принести больше пользы”, – говорится в публикации потомка азербайджанского мецената.

  • Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

    Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Alban Kloud Qarabağa səfər edəcəyini açıqlayıb.

    O, bununla bağlı “Facebook” sosial şəbəkəsində post paylaşıb.

    “Tezliklə Qarabağda olacağam. Məqsədim fransız oxucuları üçün bu müharibə və bu tarixi ərazilər haqqında yazmaqdır.

    Fikrimcə, belə daha faydalı ola bilərəm”, – deyə o qeyd edib.

  • Новые кадры Истису в Кельбаджарском районе – ВИДЕО

    В азербайджанском сегменте Соцсети распространились новые кадры санатория Истису, расположенного на склонах горного хребта на западе Кельбаджарского района.

    Кельбаджар знаменит своими минеральными источниками и санаторием Истису. Источники образовались в разломах, появившихся в земной коре в результате мощного землетрясения в 1138 году.

    По своему химическому составу и физическим свойствам эти воды идентичны источникам Карловых Варов в Чехии и являются уникальными по ряду других показателей.

    Напомним, что согласно трехстороннему заявлению, подписанному 10 ноября лидерами Азербайджана, России и Армении, Кельбаджарский район был передан АР 25 ноября.