Month: November 2020

  • Kəlbəcərin İstisuyunun yeni görüntüləri – VİDEO

    Kəlbəcər rayonu ərazisində yerləşən “İstisu” sanatoriyasının görüntüləri paylaşılıb.

    Bu barədə video sosial şəbəkələrdə yayılıb.

    Qeyd edək ki, Kəlbəcər İstisu mineral ehtiyatı və “İstisu” sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib.

    Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

    Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 9-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilib.

  • Число инфицированных коронавирусом превысило 61 млн

    По данным на утро 27 ноября, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 61 308 613.

    Как свидетельствует онлайн-статистика Oxu.Az, суточный прирост составил 587 669.

    За весь период пандемии скончались 1 437 840 человек, выздоровел – 42 396 651.

    Больше всего инфицированных в США – 13 248 676. На 2-м месте – Индия (9 309 871), 3-м – Бразилия (6 204 570). В первую пятерку также входят Россия (2 187 990) и Франция (2 183 660).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 269 555, а по количеству выздоровевших – Индия – 8 718 517.

    Иран с 908 346 заболевшими занимает 15-е место, Турция (503 738) – 23-е.

    В Армении коронавирусом заболели 130 870 человек, в Грузии – 118 690.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 46 689 летальных исходов.

    На сегодня в Азербайджане подтвержден 106 101 случай инфицирования коронавирусом, 68 572 человека вылечились, 1 256 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 61 308 168 nəfərdə koronavirus aşkar edilib.

    Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

    Virusdan 1 437 835 xəstə ölüb, 42 396 176 nəfər sağalıb.

    Avropada 16 499 820, Asiyada 16 241 532, Şimali Amerikada 15 460 651, Cənubi Amerikada 10 926 611, Afrikada isə 2 134 290 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (13 248 676 nəfər), Hindistan (9 309 871 nəfər), Braziliya (6 204 570 nəfər), Rusiya (2 187 990 nəfər) və Fransadır (2 183 660 nəfər).

    İranda 908 346, Türkiyədə 503 738, Ermənistanda 130 870, Gürcüstanda isə 118 690 nəfərdə koronavirus müəyyən edilib.

    Azərbaycanda koronavirusa yoluxan 106 101 nəfərin 1 256-sı ölüb, 68 572-si sağalıb.

  • Преднамеренное получение антител от COVID-19 признали ошибкой

    Почему опасно пытаться специально заразиться коронавирусом ради получения антител, объяснил в интервью радио Sputnik эксперт по биобезопасности, ведущий российского телеканала “Доктор” Николай Дурманов.

    Антитела к коронавирусу появляются или в результате вакцинации, или после перенесенной болезни. Некоторые люди полагают, что лучший способ защититься от опасной инфекции – специально заразиться, переболеть и получить необходимые антитела. Н.Дурманов рассказал, что такое уже встречалось в истории медицины сотни лет назад, но в 2020 году такой подход не оправдан.

    “Этой идее лет 300 или 350. Люди тогда заражались оспой преднамеренно. Это было еще до вакцины, которую изобрел Эдвард Дженнер. От нечаянного заражения погибали 34%, а от преднамеренного – 3%. Любителям повторить 350-летний опыт с коронавирусом надо смириться с известным риском. Оправдан ли он? Нет. Может, лучше подождать вакцину? Это более соответствует уровню современной науки”, – сказал эксперт.

    По его словам, сложно предсказать, как будет проходить болезнь после преднамеренного заражения. Вполне вероятно, что течение коронавирусной инфекции будет тяжелым.

    “Результат зависит не только от способа заражения, а еще от иммунологического статуса, от генетического профиля человека, от того, есть ли в его крови антитела к прежним коронавирусным инфекциям, есть ли у него диабет, а также от многих других причин. Не зная всего этого комплекса вопросов, можно заразиться так, что попадешь в больницу или что еще похуже”, – отметил Н.Дурманов.

  • Qəsdən koronavirusa yoluxmanın təhlükələri açıqlandı

    Xəstəliyə qarşı anticism yaranması üçün qəsdən koronavirusa yoluxmanın öz təhlükələri var.

    “Sputnik”in məlumatına görə, bu barədə biotəhlükəsizlik üzrə rusiyalı ekspert Nikolay Durmanov xəbərdarlıq edib.

    Durmanov qəsdən yoluxma fikrinin təxminən 300-350 il əvvəl – çiçək xəstəliyinin geniş yayıldığı və xəstəlik üçün peyvənd olmadığı zaman ortaya çıxdığını qeyd edib.

    “Bəli, doğrudan da, qəsdən çiçək xəstəliyinə tutulan insanlar təsadüfən tutulanlardan daha gec həyatla vidalaşırdılar. Təsadüfi yoluxma zamanı 34 faiz pasiyent ölürdüsə, qəsdən yoluxmada bu göstərici üç faiz olub”, – deyə o bildirib.

    Bununla belə, ekspert hesab edir ki, bilərəkdən koronavirusa yoluxmaq istəyənlərin xəstəliyi necə keçirəcəyini proqnozlaşdırmaq çətindir. O, xəstəliyin ağır keçəcəyi ilə bağlı risk olduğunu bildirib.

    “Bu riskin bəraəti varmı? Xeyr. Bəlkə vaksini gözləmək daha yaxşı olar?!” – deyə o bildirib.

    Durmanov nəticənin insanın immunoloji vəziyyətindən və genetik profilindən, həmçinin bir sıra başqa səbəblərdən asılı olacağını vurğulayıb.

    “Bu kompleks sualların cavabını bilmədən elə yoluxmaq olar ki, sonra xəstəxanada yatmalı olarsan və ya daha pis nəticələrlə üzləşərsən”, – deyə Nikolay Durmanov sözlərini yekunlaşdırıb.

  • В Кельбаджаре возник конфликт между азербайджанскими и армянскими военнослужащими – ВИДЕО

    На территории месторождения золота “Зод” в Кельбадажарском районе возникла конфликтная ситуация.

    Об этом пишут армянские СМИ.

    Поскольку граница между Азербайджаном и Арменией не делимитирована, армяне, буду в своем амплуа, на этом участке прибегли к провокации.

    Ряд армянских Telegram-каналов сообщают, что азербайджанские военнослужащие прибыли на территорию и потребовали покинуть Зодское золоторудное месторождение.

    Армянская сторона утверждает, что эта территория принадлежит им. Рабочие на руднике отмечают, что в настоящее время ведутся переговоры, в которых принимают участие в том числе представители правительства Армении.

  • Kəlbəcərdə azərbaycanlı və erməni hərbçilər arasında münaqişə – VİDEO

    Kəlbəcərin Zod qızıl mədəni ərazisində mübahisəli vəziyyət yaranıb.

    Bu barədə Ermənistan mətbuatı yazıb.

    Azərbaycanla Ermənistan arasında sərhəd delimitasiya edilmədiyindən burada Zod qızıl yatağı ərazisində ermənilər təxribata əl atıblar.

    Bir sıra erməni “Telegram” kanallarında Azərbaycan hərbçilərinin əraziyə gələrək qızıl mədəninin boşaldılmasını tələb etdiyi yazılır.

    Erməni tərəfi bu ərazinin onlara aid olduğunu iddia edir. Mədəndə işləyən işçilər hazırda danışıqların aparıldığını və danışıqlarda Ermənistan hökuməti nümayəndələrinin də iştirak etdiyini qeyd edirlər.

  • Ermənistanın Gümrü şəhərində rusiyalı hərbçinin cəsədi tapıldı

    Ermənistan İstintaq Komitəsinin Şirak əyaləti üzrə idarəsində 36 yaşlı Rusiya Federasiyası vətəndaşının ölümü barədə materiallar hazırlanır.

    Bu barədə shamshyan.com məlumat yayıb.

    36 yaşlı Anton Pısokun cəsədi noyabrın 25-də aşkar edilib. İstintaq orqanlarının qərarı ilə cəsəd məhkəmə-tibbi ekspertizasına göndərilib.

    Fotojurnalist Qaqik Şamşyan bildirib ki, Anton Pısok Gümrü şəhərində yerləşən 102 saylı Rusiya bazasının müqavilə əsasında xidmətdə olan hərbi qulluqçusu olub.

  • Kəlbəcərin Zod qızıl yatağı Azərbaycan idarəsinə keçdi – Azərbaycan əsgərinin ərazidən videosu

    Ermənistan Kəlbəcərin Söyüdlü kəndi ərazisində darvaza çəkib, tarixi sərhədləri təhrif edərək yeni sərhəd yaratmışdır. Bu gün Azərbaycan əsgərləri həmin sərhəddi dağıdıb, erməni hərbçilərinin o ərazidən çıxmağa məcbur ediblər. O kənddə Zod adlnan qızıl yatağı mövcuddur və beynəlxalq hüquqa görə Azərbaycanın ərazi bütovlüyünə daxildir.

    Həmçinin fotolardan görünür ki ərazidə Rusiya sülhməramlılarıda var.

    Sosial şəbəkənin Ermənistan seqmentində hal hazırda ən çox müzakirə olunan mövzu məhz budur. Ermənilər bu ərazinin Vardanes rayonuna aid olduğunu və Sotk qızıl yatağı adlandığını iddia edirlər.

    Mövzu ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi hələki rəsmi məlumat yayımlamayıb.

    Sosial şəbəkələrdə erməni tərəfi video yayıb. Videoda Azərbaycan əsgərlərinin qızıl yatağı olan ərazidə olduğu görünür.

  • Bakının mərkəzində işıq dirəyindəki partlayış qorxu yaratdı – VİDEO

    Bakının mərkəzində, 28 May metrostansiyası ətrafında baş verən partlayış ətrafdakı şəxslərdə qorxu yaradıb.

    Bununla bağlı video sosial şəbəkələrdə yayılıb.

    Videodan görünür ki, ərazidəki işıq dirəklərindən birində baş verən qısaqapanma partlayışa səbəb olub.

    İşıq dirəyindən çıxan alov və qığılcımlar ətrafdakı şəxlərdə narahatlıq yaratsa da, genişmiqyaslı yanğın baş verməyib.

    Görüntüləri təqim edirik: