Month: November 2020

  • Добровольцы Отечественной войны возвращаются домой – ВИДЕО

    Добровольцы Отечественной войны, продолжавшейся 44 дня и завершившейся победой Азербайджана, возвращаются домой.

    Видеокадры в связи с этим размещены в соцсетях.

    Граждане с большим энтузиазмом встречают героев, сражавшихся за территориальную целостность нашей страны.

  • Vətən müharibəsinin könüllüləri evlərinə qayıdır – VİDEO

    44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsinin könüllüləri evlərinə qayıdır.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

    Torpaqlarımızın azadlığı uğrunda vuruşan qəhrəmanlar sakinlər tərəfindən coşqu ilə qarşılanıb.

  • Ağsunun icra başçısı ölməyib, vəziyyəti ağırdır – AÇIQLAMA

    Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin vəfat etməsi ilə bağlı məlumat yalandır.

    Bu barədə Trend-ə icra başçısının müalicə aldığı tibb müəssisəsindən məlumat verilib.

    Müəssisədən qeyd ediblər ki, V.Tağıyev hazırda tibb müəssisəsində müalicəsini davam etdirir:

    “İcra başçısının vəziyyəti ağırdır. Amma onun ölməsi ilə bağlı məlumat yalandır”.

  • Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər – VİDEO

    27 ildən sonra Ağdamın düşmən işğalından azad edilməsi nəticəsində Azərbaycanın Milli qəhrəmanı Allahverdi Bağırovun qızları onun məzarını ziyarət ediblər.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Qızları onun məzarı üzərinə Azərbaycanın dövlət bayrağını sərib, şəklini asıb, güllər düzüb və dua ediblər.

    Milli Qəhrəmanın hər iki qızı Dövlət Sərhəd Xidmətində çalışırlar.

    DSX-nin Tibb xidməti kapitanı Aynur Bağırova bildirib ki, atası Allahverdi Bağırovun 27 il öncə şəhadətə qovuşduğu Ağdam torpağına yenidən qayıdışına görə çox xoşbəxtdir:

    “Atamın həmişə mənə arzuladığı peşəyə yiyələnərək, bu gün fəxrlə DSX-nin zabiti olaraq məzarını ziyarət etməyimlə qürur duyuram. Əminəm ki, bu gün 27 ildən sonra işğaldan azad edilmiş Ağdama gəlişimizlə atamın və digər şəhidlərimizin nigaran ruhları rahatlıq tapacaq”.

    Şəhidin digər qızı, polkovnik-leytenant Zümrüd Bağırova qeyd edib ki, bu gün 1993-cü ildə tərk etdiyi Vətən torpağında, sonuncu dəfə altı yaşında ziyarət etdiyi atasının məzarı önündədir:

    “Qürurverici hissdir ki, mən atamın yolunu davam etdirərək, sərhədçi zabit kimi öz torpaqlarımıza qədəm basmışam. Torpağımız uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın və atamın ruhu qarşısında baş əyirəm”.

    Milli Qəhrəmanın qızları doğma torpaqlarımızı bizə qaytardığı üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür ediblər.

    Görüntüləri təqdim edirik:

  • Euronews назвал Агдам “Хиросимой Кавказа” – ВИДЕО

    Телеканал Euronews подготовил видеорепортаж об освобожденном от армянской оккупации Агдамском районе Азербайджана.

    В видео рассказывается о том, что Агдам хранит следы ожесточенных боев, потому его именуют “Хиросима Кавказа”

    Кроме этого, в репортаже отражен факт оскорбления мечетей в Агдаме.

    Также отмечается, что после освобождения Агдама, власти Азербайджана приступили к разминированию территории.

  • “Euronews” Ağdamı “Qafqazın Xirosiması” adlandırdı – VİDEO

    “Euronews” telekanalı Ermənistan işğalından azad edilmiş Ağdamla bağlı sujet hazırlayıb.

    Süjetdə Ağdamın məruz qaldığı dağıntılara diqqət çəkilərək şəhər “Qafqazın Xirosiması” adlandırılıb.

    Bundan əlavə, Ağdamda məscidlərin təhqir olunması faktı da əks olunub.

    Yayımlanan videoda həmçinin bölgənin minalardan təmizlənməsi və bərpası üçün işlərin başladığı qeyd edilir.

  • “Avrora Qrup” Qızıl Aypara Cəmiyyəti ilə birlikdə hərbi xidmətdə olan əsgərlərimizin ailələrinə yardım edib

    Azərbaycanın şanlı ordusu Qarabağda tarix yazaraq, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Müzəffər ordumuz Azərbaycan xalqına qələbə sevincini yaşatdı. “Avrora Qrup” Qızıl Aypara Cəmiyyəti ilə birlikdə hazırda hərbi xidmətdə olan əsgərlərimizin ailələri ilə görüşərək, onların qayğıları ilə maraqlanıb, aztəminatlı ailələrə ərzaq yardımı edib.

    Yardım aksiyası çərçivəsində Bakının Binəqədi, Biləcəri, Rəsulzadə qəsəbələrində yaşayan aztəminatlı əsgər ailələrinə ərzaq bağlamaları çatdırılıb.

    Şirkət, eyni zamanda, hərbi xidmətə yollanan, vətənimiz üçün qəhrəmanlıq göstərən əməkdaşlarının ailələri ilə mütəmadi görüşür, onların qayğıları ilə maraqlanır. Maddi və mənəvi dəstək göstərir.

    “Avrora Qrup” ölkəmizdə aparıcı distribüter və istehsalçı şirkətdir. “Avrora” şirkətinin istehsalı olan “DoyMak”, “Lafarella”, “Tanelli”, “KreKi”, “Sladyaona”, “Sladok”, “Naş maloçnik”, “Bizon” və digər brendlər, eyni zamanda, distribüteri olduğu məhsullar barədə ətraflı məlumat almaq, şikayət və təkliflərinizi bildirmək üçün *0100 qaynar xəttinə zəng etməyiniz xahiş olunur.

  • FHN-in İdman-Sağlamlıq klubunun əməkdaşları şəhid ailələrini ziyarət ediblər – FOTO/VİDEO

    Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq klubunun kollektivi paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 2-ci Qarabağ müharibəsində şəhid olmuş hərbçilərimizin ailələrini ziyarət ediblər.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qeyd edib ki, Prezident, Ali Baş komandan İlham Əliyevin qətiyyəti nəticəsində müzəffər ordumuz müqəddəs amal uğrunda torpaqlarımızın azad olunması, sərhədlərimizin bərpası uğrunda Vətən müharibəsinə qalxaraq torpaqlarımızı rəşadətlə azad edib. Qarabağın azad olunması Vətən yolunda canını fəda etmiş şəhidlərimizin qanı bahasına başa gəlib. Və hər bir azərbaycanlı Vətənimizin bütövlüyü naminə canını fəda etmiş şəhidləri yad etməli, onların xatirəsini əziz tutaraq ailələrinə mənəvi dəstək olmaqla öz vətəndaşlıq və mənəvi borcunu yerinə yetirməlidir.

    FHN-in əməkdaşları şəhid ailələrinə başsağlığı verərək hər zaman onların yanında olduqlarını vurğulayaraq Vətənə qəhrəman övladlar yetişdirmiş valideyinlərə ehtiramlarını bildiriblər.

  • Покидающие Лачын армяне не получают от государства помощь

    Согласно трехстороннему заявлению, подписанному президентами Азербайджана и России, а также премьер-министром Армении 10 ноября, Лачинский район должен быть передан Азербайджану 1 декабря.

    Однако как свидетельствует одна из публикаций в соцсетях, армянское население Лачына брошено Арменией на произвол судьбы.

    “Им сказали покинуть город до 30 ноября, но им нужны фуры, чтобы вывезти имущество. Власти, естественно, никакую помощь оказывать не собираются”, – говорится в посте.

    Его автор обратился с просьбой к владельцам грузовых автомобилей по возможности помочь вывезти людей и их имущество.

  • Laçından köçmək istəyən ermənilərə dövlətləri kömək etmir

    Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, Laçın rayonu 1 dekabrdan Azərbaycana təhvil verilməlidir.

    Bununla əlaqədar, Laçın rayonundan çıxıb Ermənistana getmək istəyən ermənilər nəqliyyat vasitəsi tapmırlar.

    Sosial şəbəkələrin erməni seqmentində qeyd olunur ki, noyabrın 30-na qədər Laçından çıxmalı olan ermənilərə əşyalarını daşımaq üçün yük maşınları lazımdır, dövlət isə onlara lazımi köməyi göstərmir. Bu məqsədlə imkanı olanlardan həmin şəxslərə yük maşınları göndərərək kömək etmələri xahiş olunub.

    Bütün bunlar bir daha sübut edir ki, Ermənistanda vətəndaşlarına kömək etmək iqtidarında olan bir hakimiyyət yoxdur.