Month: November 2020

  • İlham Əliyevdən uşaqlara dair VACİB SƏRƏNCAM

    Prezident İlham Əliyev “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilir.

    Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməlidir;

    Həmin Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

    Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • МИД России: Принимаемые комплексные меры будут содействовать миру и безопасности на Южном Кавказе

    В последние дни российские миротворцы в Карабахе продолжали создавать благоприятные условия для возвращения беженцев, вели разминирование и поиск пропавших военнослужащих и тел погибших. Также разворачивался центр гуманитарного реагирования, в деятельности которого участвуют несколько десятков федеральных министерств, ведомств и агентств, прорабатывалось подключение к его работе профильных ведомств Азербайджана и Армении, пошли первые партии гуманитарных грузов.

    Об этом заявила на брифинге 27 ноября официальный представитель МИД РФ Мария Захарова.

    “По линии Министерства иностранных дел России мобилизовали международную поддержку в рамках ОБСЕ, других стран – сопредседателей Минской группы, а также профильных ооновских организаций. Уже активно функционирует Международный комитет Красного Креста, работаем мы также с управлением Верховного комиссара ООН по делам беженцев, Всемирной продовольственной программой, ЮНЕСКО, ЮНИСЕФ, Программой развития ООН, ВОЗ”, – указала дипломат.

    Захарова также подчеркнула, что в ходе визита межведомственной делегации РФ в Ереван и Баку “акцентировано проговаривались вопросы оказания гуманитарной помощи”, создания условий для нормальной жизнедеятельности в районе Нагорного Карабаха.

    “Мы рассчитываем, что реализуемые РФ как вместе с Азербайджаном и Арменией, так и с заинтересованными зарубежными партнерами и структурами комплексные мероприятия будут содействовать миру и безопасности на Южном Кавказе”, – резюмировала представитель МИД.

  • Zaxarovadan Dağlıq Qarabağ barədə AÇIQLAMA

    “Son günlər Qarabağdakı Rusiya sülhməramlıları qaçqınların geri qayıtması, ərazinin minalardan təmizlənməsi və itkin düşmüş əsgərlərin və ölənlərin meyitlərinin axtarışı üçün şərait yaratmağa davam edirlər”.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

    Onun sözlərinə görə, bununla yanaşı, onlarla federal nazirlik, idarə və agentliyin iştirak etdiyi Humanitar Mərkəz yerləşdirilib, Azərbaycan və Ermənistanın müvafiq idarələrinin bu işə qoşulması hazırlanıb, humanitar yüklərin ilk partiyaları göndərilib.

    “Rusiyanın Xarici İşlər Nazirliyinin xətti ilə ATƏT, Minsk Qrupunun digər həmsədr ölkələri, habelə BMT-nin ixtisaslaşmış təşkilatları daxilində beynəlxalq dəstəyi səfərbər etdik. Beynəlxalq Qırmızı Xaç Komitəsi artıq fəal işləyir, eyni zamanda, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisi, Dünya Qida Proqramı, UNESCO, UNICEF, BMT İnkişaf proqramı, ÜST-lə işləyirik”, – o qeyd edib.

    Zaxarova vurğulayıb ki, Rusiya Federasiyasının idarələrarası nümayəndə heyətinin İrəvana və Bakıya səfəri zamanı humanitar yardımın göstərilməsi, Dağlıq Qarabağ bölgəsində normal həyat üçün şəraitin yaradılması məsələləri vurğulanıb:

    “Rusiya Federasiyasının Azərbaycan və Ermənistanla, eləcə də, maraqlı xarici tərəfdaşlar və strukturlarla birlikdə həyata keçirdiyi kompleks tədbirlərin Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə verəcəyini gözləyirik”.

  • Hava kəskin soyuyacaq – XƏBƏRDARLIQ

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

    Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

    Bundan başqa, nazirlik hava şəraiti ilə bağlı xəbərdarlıq da edib.

    Bildirilib ki, noyabrın 29-u axşamdan 30-u səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

    Noyabrın 29-u gündüzdən 30-u gündüzədək Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

  • Paytaxt küçələri növbəti dəfə dezinfeksiya ediləcək

    Bakıda koronavirusla mübarizə çərçivəsində dezinfeksiya tədbirləri gücləndirilir.

    Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib.

    Bildirilib ki, son günlərdə COVID-19-a yoluxanların sayında kəskin artımın olması nəzərə alınaraq, noyabr ayının 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

    Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

  • Düşmənin viran qoyduğu Kəlbəcər kəndlərinin yeni görüntüləri – VİDEO

    Xəbər verdiyimiz kimi, Kəlbəcər rayonu noyabrın 25-də düşmən işğalından azad edilib.

    Artıq Azərbaycan ordusu rayonda öz mövqelərini gücləndirməkdədir.

    Bununla paralel olaraq, illərlə həsrətində olduğumuz Kəlbəcərin hər qarışını görmək marağından olacaq ki, hər gün rayonla bağlı yeni görüntülər ortaya çıxır.

    Bu gün sosial şəbəkələrdə Kəlbəcərin viran qalmış kəndlərinin görüntüləri yayılıb.

    Videodan ermənilərin kəndləri tərk edərkən, barbar təbiətlərindən irəli gələrək, hər şeyi məhv etdiyi, yandırdığı, dağıntıya məruz qoyduğu aydın görünür:

  • Генштаб Армении: Азербайджан взял под контроль Зодское месторождение в Кельбаджаре

    Азербайджанская сторона подняла вопрос о принадлежности Зодского золотоносного месторождения и эвакуации находящихся там людей, заявил первый замглавы генштаба ВС Армении Тиран Хачатрян, пишет РИА Новости.

    Он пояснил, что граница после перехода Кельбаджарского района под контроль Баку проходит по середине месторождения.

    Хачатрян добавил, что азербайджанские военные вели переговоры с представителями российской компании, разрабатывающей рудник, после чего ее сотрудники покинули эту территорию.

    Он отметил, что армянская сторона в обсуждениях не участвовала.

  • Ermənistandan Zod qızıl yatağı barədə AÇIQLAMA: “Azərbaycanın nəzarətindədir”

    Azərbaycan tərəfi Zod qızıl yatağının mülkiyyəti və oradakı insanların təxliyyəsi barədə məsələ qaldırıb.

    “RİA Novosti” xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan deyib.

    O bildirib ki, Kəlbəcər rayonu Bakının nəzarətinə keçəndən sonra iki ölkə arasındakı sərhəd sahənin ortasından keçir.

    Xaçatryan əlavə edib ki, Azərbaycan hərbçiləri mədəndə işləyən Rusiya şirkətinin nümayəndələri ilə danışıqlar aparıb və bundan sonra şirkət əməkdaşları ərazini tərk edib.

    O, Ermənistan tərəfinin müzakirələrdə iştirak etmədiyini vurğulayıb.

  • Azərbaycan bayrağına hörmətsizlik edən tələbə BDU-dan qovuldu – RƏSMİ

    Sosial şəbəkələrdə Bakı Dövlət Universitetini tələbəsinin Azərbaycan bayrağına hörmətsizlik etməsi ilə bağlı video yayımlanıb.

    BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi məsələ ilə bağlı açıqlama yayıb.

    Bildirilib ki, həmin tələbə universitetdən xaric edilib:

    “BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Məhəmmədov Pərviz Əlipənah oğlu bir neçə dəfə dərs zamanı Universitetin daxili nizam-intizam qaydalarını pozmuşdur. Bu barədə tələbəyə və valideyninə məlumat verilib, Universitetin daxili nizam-intizam qaydalarına əməl etməsinin vacibliyi izah olunub.

    Lakin Pərviz Məhəmmədov 23.11.2020-ci il tarixində tədris prosesi zamanı yenidən Universitetin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmuş, həmçinin şəhidlərimizin qanı ilə boyanmış, Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun işğaldan azad edilmiş əzəli torpaqlarımızda qürurla dalğalandırdığı Azərbaycan Respublikasının Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər etmişdir.

    Bildiririk ki, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Qanunun 11-ci maddəsinə görə “Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur”.

    Azərbaycan Respublikasının rəmzlərinə qarşı istənilən təhqir yolverilməzdir və məsuliyyətə səbəb olur.

    Buna görə də tələbə Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixindən Universitet tələbələri sırasından xaric edilib.

    Bu haqda özü və valideyni (atası) Bakı Dövlət Universitetinə çağırılmış, etdiyi hərəkətlər haqqında məlumat verilib.

    Əlavə olaraq bildiririk ki, Pərviz Məhəmmədovun atası Əlipənah Məhəmmədov nə Birinci, nə də İkinci Qarabağ savaşında iştirak etmədiyini bildirib.

  • Qusar əhli qəhrəmanları qarşılayır – VİDEO

    Vətən müharibəsində iştirak edən və doğma evlərinə qələbə ilə dönən qəhrəman igidlərimiz rayonlarında böyük coşğu ilə qarşılanmağa davam edirlər.

    Belə qarşılanma mərasimlərindən biri də Qusarda baş verib.

    Belə ki, vətən müharibəsindən qələbə ilə dönən igidləri Qusar əhli alqış və sevgi seli ilə qarşılayıblar.

    Görüntüləri təqdim edirik: