Month: November 2020

  • Прекращено тестирование на COVID-19 бессимптомных пациентов, контактировавших с инфицированными – ОФИЦИАЛЬНО

    Информация о том, что в Азербайджане якобы закончились тесты для выявления коронавирусной инфекции (COVID-19), не соответствует действительности.

    Об этом сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    В Азербайджане достаточно тестов для диагностики коронавируса, отметили в TƏBİB.

    “Просто их количество, сдаваемых в течение дня, настолько велико, что это влияет на загруженность лабораторий. В итоге, естественно, результаты тестов задерживаются. Для решения этой проблемы было решено временно ограничить тестирование бессимптомных пациентов, контактировавших с инфицированными.

    В настоящее время в стране действуют 37 лабораторий. В них планировалось проводить 10 тыс. тестов ежедневно. Однако из-за роста обращений количество образцов, поступающих в лаборатории в течение дня, возросло вдвое (19 178 тестов)”, – сказали в объединении.

  • Simptomsuz təmaslılardan koronavirus testlərinin götürülməsi dayandırıldı – RƏSMİ

    Azərbaycanda koronavirus (COVID-19) ilə əlaqədar aparılan testlərin bitməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

    Bu barədə TƏBİB-dən açıqlama verilib.

    Bildirilib ki, ölkəmizdə koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur:

    “Sadəcə olaraq, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, labarotoriyaların iş gücünə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur. Bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

    Məlumat üçün bildirək ki, hazırda ölkədə 37 laboratoriya mövcuddur. Bu laborotoriyalarda gündəlik 10 000 testin aparılması nəzərdə tutulurdu, artıq müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri nəzərdə tutulduğundan 2 dəfə (19178 test) artıb”.

  • TƏBİB: Azərbaycanda COVID-19 testi kifayət qədərdir

    Azərbaycanda COVID-19 testlərinin bitməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu gün ölkədə koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur.

    Bu barədə “Report”a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    “Sadəcə olaraq, gün ərzində götürülən testlərin sayı çox olduğundan labarotoriyaların iş gücünə təsir göstərir. Nəticədə təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur. Bu problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”, – qurumdan bildirilib.

    Məlumatda vurğulanıb ki, hazırda ölkədə 37 laboratoriya mövcuddur: “Bu laborotoriyalarda gündəlik 10 000 testin aparılması nəzərdə tutulurdu, artıq müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri nəzərdə tutulduğundan 2 dəfə (19 178) artıb.

  • “Qarabağ” UEFA-nın qərarına etiraz edəcək

    “Qarabağ” futbol klubu Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

    Bu barədə “Report”a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

    Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: “Xəbər hələ çox yenidir, cəmi 15-20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik”.

    Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: “Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda, lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq”.

    Qeyd edək ki, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin “Qarabağ” 100 000 avro məbləğində cərimələnib. Qurum daha əvvəl İbrahimova qarşı “İrqçi və digər ayrı-seçkilik davranışı” və “Əsas davranış qaydalarının pozulması” maddəsi ilə intizam işi açmışdı.

  • Русский язык в Кыргызстане может утратить официальный статус

    Член Конституционного совещания Кыргызстана Садирдин Торалиев предложил лишить русский язык статуса официального, передают Vesti.Ru. Сейчас он обладает таким статусом наравне с кыргызским, что отражено в конституции страны.

    “Это, может, будет звучать радикально. Но мое предложение – оставить государственным языком только кыргызский. Остальные языки мы будем развивать другими законами”, – заявил он.

    По его словам, кыргызская молодежь перестала разговаривать на родном языке, потому что в этом нет потребности.

    “Нужно ее создать, и тогда все будут разговаривать на кыргызском”, – считает С.Торалиев.

  • Rus dili Qırğızıstanda rəsmi statusunu itirə bilər

    Qırğızıstan Konstitusiya Şurasının üzvü Sadirdin Toraliyev rus dilinin rəsmi statusundan məhrum edilməsini təklif edib.

    Bu barədə Vesti.ru məlumat yayıb.

    “Bu, radikal səslənə bilər. Ancaq mənim təklifim yalnız qırğız dilinin rəsmi statusunu saxlamaqdır. Digər dilləri başqa qanunlarla inkişaf etdirə bilərik”, – deyə S.Toraliyev bildirib.

    Onun sözlərinə görə, qırğız gəncləri öz ana dillərində danışmağı unudub, çünki buna artıq tələbat yoxdur. Bu tələbatı yaratmaq lazımdır ki, hər kəs öz ana dilində danışsın.

  • МИД Азербайджана вручил ноту послу Франции – ВИДЕО

    Резолюция Сената Франции не имеет юридической силы. Однако верхняя палата французского парламента является одной из ветвей законодательной власти, что важно с политической точки зрения.

    Об этом сказала глава пресс-службы МИД Азербайджана Лейла Абдуллаева в интервью Haber Global.

    По ее мнению, эта резолюция Сената Франции, которая является сопредседателем Минской группы ОБСЕ, ставит под сомнение ее нейтралитет.

    “Это решение противоречит международному праву”, – сказала Л.Абдуллаева.

    Она также сообщила, что посол Франции в Баку Захари Гросс был вызван в МИД Азербайджана.

    “До его сведения был доведен протест азербайджанской стороны и вручена соответствующая нота”, – сказала Л.Абдуллаева.

  • Azərbaycan Fransa səfirinə nota verdi – VİDEO

    Fransa Senatının qətnaməsinin hər hansı hüquqi hökmü yoxdur. Ancaq Senat Fransanın qərar qəbul edən orqanıdır və bu siyasi baxımdan əhəmiyyətlidir.

    Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Haber Global”a müsahibəsində bildirib.

    O, uzun müddət ATƏT MQ həmsədri olan Fransa tərəfindən irəli sürülən qərarın onun bitərəfliyini sual altına qoyduğunu vurğulayıb.

    “Fransa Senatının qərarı beynəlxalq hüquqa ziddir”, – deyə XİN sözçüsü əlavə edib.

    O, artıq Fransanın ölkəmizdəki səfiri Zaxari Qrossun Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırıldığını da qeyd edib.

    “Onunla görüş keçirildi və Azərbaycan tərəfinin etirazını əks etdirən nota Fransa tərəfinin diqqətinə çatdırıldı”, – deyə Leyla Abdullayeva bildirib.

  • Российские саперы очищают окрестности Шуши от мин – ВИДЕО

    Российские саперы ведут разминирование у дороги близ Шуши.

    Об этом свидетельствуют кадры, опубликованные РИА Новости.

    Ранее сообщалось, что специалисты Международного противоминного центра Министерства обороны Российской Федерации отправились в Нагорный Карабах для выполнения задач в зоне миротворческой операции в регионе.

  • Rusiyalı istehkamçılar Şuşa ətrafını minalardan təmizləyir – VİDEO

    Rusiyalı istehkamçılar Şuşa ətrafını minalardan təmizləməyə başlayıblar.

    “RİA Novosti” bununla bağlı kadrlar paylaşıb.

    Qeyd edək ki, RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri bölgədəki sülhməramlı əməliyyat zonasında tapşırıqları yerinə yetirmək üçün Dağlıq Qarabağa yollanıblar.