Month: November 2020

  • Azərbaycanda qripə qarşı vaksinasiya prosesi başlayıb

    Ölkədə ilk dəfə olaraq TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə ölkəmizdə peyvənd olunacaq risk qruplarını müəyyənləşdirmiş və vaksinasiya prosesi başlayıb. Hazırda dünyada və ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq epidemik vəziyyəti gərginləşdirməkdədir. Eyni zamanda payız və qış fəsillərində mövsümi qrip və digər etiologiyalı kəskin tənəffüs yolları infeksiyalarının sayının artması müşahidə edilir.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Ölkə.Az”a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyası ilə yanaşı, sözügedən xəstəliklərin də mövcudluğu epidemik vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Risk ehtimalını nəzərə alaraq,mövsümi qripə qarşı peyvəndin aparılması zəruridir

    Ölkədə ilk dəfə olaraq TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə ölkəmizdə peyvənd olunacaq risk qruplarını müəyyənləşdirmiş və vaksinasiya prosesi başlamışdır. Qripə qarşı peyvənd respublikanın bütün şəhər və rayonlarında tibb işçiləri (həkimlər, orta tibb personalı), hamilələr, 6 aydan başlayaraq uşaqlar, xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında könüllü aparılır.

    Bu gün Ə.D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, və qurumun işçilərinin bir qismi qripə qarşı peyvənd olunub. Ölkəmizə gətirilən qripə qarşı vaksinasiya Niderland Krallığında istehsal olunmuş İnfluVak Tetra peyvəndi, dördvalentli, inaktivasiya olunmuş peyvənddir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və 2020-2021-ci il mövsümünə aid qrip peyvəndinə qoyulmuş tələblərə uyğundur.

    Peyvənd tək nəfərlik doza şəklində şprisə yığılmış haldadır. Vaksin mütləq olaraq tibb müəssisəsində və tibb işçisi tərəfindən vurulmalıdır. Vaksinasiya ölkə üzrə tələblərə cavab verən xüsusi ayrılmış tibb müəssisələrində 2020-ci il 12 oktyabrdan başlayıb. Proses bir ay müddətində həyata keçiriləcək.

  • Ukraynalı politoloq: “Minsk Qrupuna ümid qalmayıb, yeni mexanizm axtarmaq lazımdır”

    Türkiyənin regionda fəal oyunçuya çevrilməsi artıq hər kəs üçün aydındır. Prezident Ərdoğanın Qafqazdakı təsir zonalarının yenidən bölüşdürülməsi ilə bağlı Putinlə razılığa gəlməyə çalışması faktı da çox şeydən xəbər verir. Türkiyənin heç hansısa danışıqlar formatına daxil oması vacib də deyil, bu ölkə onsuzda regiondakı vəziyyətə təsir etmək üçün kifayət qədər təsir alətinə malikdir.

    Bu sözləri Media.Az-a müsahibəsində ukraynalı diplomat, politoloq Vadim Tryuxan deyib.

    “Bununla belə, qəbul etməliyik ki, ATƏT-in Minsk Qrupunun gözlənilmədən Qafqazda sülhə gətirib çıxaracaq effektiv alətə çevrilməsinə ümidlər praktiki olaraq qalmayıb. Buna görə də başqa mexanizm axtarmaq lazımdır. ABŞ üçün Qafqazın hələlik (istənilən halda qarşıdakı üç-dörd ay ərzində Ağ Evdəki idarəetmə dəyişikliyinə qədər) prioritet təşkil etmədiyi halda, BMT-ni aktivləşdirməyə cəhd göstərmək olar. BMT Baş katibinin Dağlıq Qarabağ məsələləri üzrə xüsusi nümayəndəsinin təyin olunması hazırda münaqişəyə cəlb olunan bütün tərəflər üçün çıxılmaz vəziyyətdən çıxış ola bilər”, – deyə V.Tryuxan bildirib.

  • BMT-də COVID-19-la bağlı Xüsusi Sessiya keçiriləcək

    “BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının detalları barədə qərar üzv ölkələrin böyük dəstəyi ilə bu gün Baş Assambleyada qəbul edilib. COVID-19-un dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası 3-4 dekabr tarixlərində keçiriləcək”

    Bunu BMT Baş Assambleyasının 75-ci Sessiyasının sədri Volkan Bozkır özünün tvitter hesabında yazıb.

    BMT Baş Assambleyasının Azərbaycan Nümayəndəliyinin rəsmi tvitter səhifəsində qeyd edilib ki, BMT-nin Baş Assambleyası Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüs göstərdiyi yeni növ koronovirusla əlaqədar BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının keçirilmə qaydası haqqında qərar qəbul edib.

  • Lari kəskin ucuzlaşdı

    Gürcüstanın milli valyutası – lari kəskin ucuzlaşıb.

    Gürcüstan Milli Bankının rəsmi məzənnəsinə görə, noyabrın 6-da 1 ABŞ dolları 3 lari 40 tetri müəyyən olunub. Avronun qiyməti isə 4,01 lariyə bərabər olacaq.

    Gürcü larisi Azərbaycan manatı qarşısında da dəyərini itirib və 1 AZN 2 lari müəyyən edilib.

    Qeyd edək ki, lari oktyabrın 31-də keçirilən parlament seçkilərindən sonra daha kəskin surətdə ucuzlaşmağa başlayıb.

  • Semyon Peqov azərbaycanlı döyüşçülərin qorxusundan növbəti dəfə qaçdı – VİDEO

    “War Gonzo” layihəsinin müəllifi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən dövlət sərhədlərimizi qanunsuz keçmək və terrorçuluğa açıq çağırışlar ittihamı ilə cinayət işi açdığı Semyon Peqov növbəti çəkilişlərinin birində Ordumuzun uğurlu hücumunu videoya alıb.

    Kadrlardan Peqovun necə qorxuya düşərək qaçdığını aydın görmək olur.

    Həmin görüntüləri təqdim edirik:

  • Мобильный телефон, спасший жизнь нашему военнослужащему – ФОТО

    Мобильный телефон спас жизнь нашему военнослужащему.

    Фотографии в связи с этим опубликованы в соцсетях.

    В комментарии к фото отмечается, что пуля, пробившая бронежилет нашего солдата, застряла в его мобильном телефоне, что спасло жизнь владельца устройства.

    Представляем читателям эти фотографии:

  • Hərbçimizin həyatını xilas edən mobil telefon – FOTO

    Mobil telefon hərbçimizin həyatını xilas edib.

    Bu barədə foto sosial mediada paylaşılıb.

    Fotoya şərh kimi yazılmış məlumatda bildirilir ki, zirehli jileti belə deşən güllə mobil telefona ilişib qaldığı üçün əsgərimizə heç nə olmayıb.

    Həmin fotoları təqdim edirik:

  • Instagram-da daha iki yenilik olacaq: Əlavə funksiyalar gəlir

    Instagram-a daha iki xüsusiyyət əlavə ediləcək.

    Median.Az ted.az-a istinadən bildirir ki, bu funksiyalardan biri insanlar arasındakı işbirliyini göstərən haştaq olduğu halda, ikincisi təqib etdiyiniz şəxslərin hekayələrinə emojilə reaksiya verdiyinizdə bunun mesaj kimi getməməsini təmin edəcək.

    Tətbiq mühəndisi Alessandro Paluzzi Tvitter hesabında Instagram-ın üzərində çalışdığı yeni xüsusiyyətləri paylaşıb.

    A.Paluzzi qeyd edib ki, haştaqlar daha çox marketinq sahəsilə məşğul olanların işinə yarayacaq. Emoji reaksiyası ilə bağlı yenilik isə gərək duyulmayan mesajların qarşısını almaqda yardımçı olacaq.

    Onu da əlavə edək ki, bu yeniliklərin bütün istifadəçilər üçün əlçatan olub-olmayacağı dəqiqləşməyib. Belə ki, bəzi funksiyalar yalnız beta versiyada aktivləşdirilir və ümumi istifadəyə verilmir.

  • Koronavirusun ürəyə necə təsir etdiyi açıqlandı

    Yeni növ koronavirus infeksiyasından sağalan insanlarda yalnız ağ ciyərlərdə deyil, ürək əzələlərində də ciddi fəsadlar yaranır.

    Median.Az ted.az-a istinadən bildirir ki, ürək-damar sistemində fəsadlar pasiyentin xəstəliyi ağır və ya yüngül keçirməsindən asılı olmayaraq yaranır. Hətta altı aydan sonra da həkimlər həmin şəxslərdə ürək toxumasının iltihabını qeydə alıblar.

    Koronavirusun ürəyə təsiri barədə ilk məlumatı çinli alimlər bəyan edib. Belə ki, mart ayında koronavirusa yoluxan 416 xəstə müayinə edilib və yoluxanların təxminən 20 faizinin ürəyində ciddi problemlər aşkar edilib.

    Bundan əlavə, Vuhan xəstəxanalarının birinin reanimasiya şöbəsində müalicə alan xəstələrin 44 faizinə aritmiya diaqnozu qoyulub.

    Artıq iyul ayında zərərin qalıcı olması məlum olub. Almaniya və İtaliyadan olan mütəxəssislərə görə, sağaldıqdan iki ay yarım sonra belə xəstələrin 78 faizində ürək anomaliyası yaranıb. 60 faiz xəstədə miokard iltihabının əlamətləri müşahidə edilib.

  • Bitkoinin qiyməti 2018-ci ildən ilk dəfə 15 min dolları ötüb

    Bitkoinin qiyməti 9,06 faiz artaraq 15 min dolları ötüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bitkoinin qiyməti saat 20:15 üçün 15 304 dollar təşkil edib.

    Qeyd edək ki, son dəfə bitkoinin qiyməti 2018-ci ilin yanvar ayında 15 min dollardan yuxarı olub.