Month: November 2020

  • “Sizdən qisas alacağıq, bilin” – Ermənistan indidə İsraili hədələyir – FOTO

    Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müşaviri Vladimir Poqosyan açıq şəkildə İsraili hədələyib.

    Trend-in məlumatına görə, Poqosyan bu barədə “Facebok” səhifəsində paylaşım eidb.

    Avropadakı teror hadisələrindən danışan Poqosyan, bu terror hücumlarının onu maraqlandırmadığını bildirib. Onun sözlərinə görə, Avropa İsrailin nə olduğunu anlayacaq:

    “İsrail 1933-cü il Almaniyası ilə bərabərdir. Heç kəsi bağışlamayacağıq və zaman gələcək sizdən qisasımızı alacağıq, bilin”.

  • Ermənilər bəzi Azərbaycan məscidlərini “fars” məscidləri kimi təqdim edirlər

    İşğal edilmiş ərazilərimizdəki bəzi Azərbaycan məscidləri “fars” məscidləri kimi təqdim edilir.

    Median.Az bildirir ki, bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

    Onun sözlərinə görə, Ermənistan vandalizm hərəkətlərini gizlətmək üçün bir çox məkrli addımlar da atır. Bu addımlar sırasında açıq-aşkar sıradan çıxarılması mümkün olmayan Azərbaycan məscidlərinin və abidələrinin digər xalqların maddi-mədəni irs nümunələri kimi təqdim edilməsi xüsusilə təhlükəli bir tendensiyadır:

    “Təəssüf ki, bir çox hallarda Ermənistan tərəfi belə abidələrin “bərpası” prosesində qonşu İran İslam Respublikasını da cəlb edə bilib. Azərbaycan məscidlərini “fars məscidləri” kimi təqdim etməklə bu ölkəyə yarınmağa çalışan Ermənistan hətta bəzi dini tikililərin İran memarlarının iştirakı ilə “restavrasiyası”na şərait yaradır. Heç də təsadüfi deyildir ki, 2016-cı ilin dekabr ayında ermənilər İrandan olan şəxsləri də cəlb etməklə Şuşa şəhərindəki növbəti “fars dini tikilisi”nin – Yuxarı Gövhərağa məscidinin “Qarabağın erməni xalqının tarixi mülkiyyəti” kimi bərpasına başlamışlar”.

    E.Kəlbizadə qeyd edib ki, ermənilər işğal edilmiş ərazilərimizdəki kənd məscidlərini daha çox dağıdıblar.

    O əlavə edib ki, işğal edilmiş ərazilərdə məscidlərin yerlə yeksan edilməsi, onlardan müxtəlif heyvanların saxlanılması üçün istifadə edilməsi, vaxtilə xristian albanlar – azərbaycanlılar tərəfindən yaradılmış abidələrin “restavrasiyası” adı altında tarixinin saxtalaşdırılması və erməniləşdirilməsi, saxtalaşdırılması mümkün olmayan abidələrin dağıdılmış, baxımsız vəziyyətdə saxlanılaraq təbii amillərin təsiri altında yararsız və qəzalı vəziyyətə düşməsinə şərait yaradılması, işğal edilmiş ərazilərdəki məzarlıqlarda müsəlman məzarlarının təhqir edilməsi, dağıdılması yüzlərlə faktlar, video və foto materiallarla təsdiqlənir. Bu isə terrorizmlə yanaşı, vandalizmin də Ermənistanın dövlət siyasətinə çevrildiyini göstərir.

  • “Qarabağ” Sivasda sürprizlə qarşılaşdı

    UEFA Avropa Liqasının I qrupunun 3-cü turunda Türkiyədə “Sivasspor”la qarşılaşacaq “Qarabağ” oyundan öncə xoş sürprizlə qarşılaşıb.

    Sivas valisi Salih Ayhan və digər rəsmilər komandanın qaldığı hotelə gəlib.

    Qonaqları “Qarabağ”ın direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər rəsmilər qarşılayıblar.

    Onlara xatirə olaraq “Qarabağ” forması hədiyyə olunub. S.Ayhan komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və “Qarabağ”ı Sivasda görməkdən qürur duyduğunu bildirib.

    Qeyd edək ki, bu gün “Yeni Sivas 4 Eylül” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

  • Bu həkimlər yanvaradək əlavə maaş alacaqlar

    Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarına dəyişiklik edib.

    Dəyişikliyə əsasən, koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılıb

  • Şuşadan ən son görüntülər (VİDEO)

    Təqdim etdiyimiz görüntülər dünən Şuşa şəhərində Abxaziyanın ANNA media qrupunun hərbi müxbiri Aleksandr Xarçenko tərəfindən lentə alınıb.

    Göründüyü kimi, Şuşada erməni hərbçilərdən başqa heç kim qalmayıb.

    Azərbaycan Ordusu yaxındadır, Şuşa-Xankəndi yolu bağlanıb. Bildiyiniz kimi, Şuşa-Laçın-Gorus yolu da işləmir.

    Qeyd edək ki, bu, hələ dünən çəkilmiş görüntülərdir.

    İnşallah, 1-2 gün sonra Şuşadan videoları biz çəkəcəyik! (Musavat.com)

  • Hikmət Hacıyev “Sərhədsiz reportyorlar” təşkilatına və ATƏT-ə çağırış etdi

    “İtaliyanın La Republica qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Erməni lobbisi tərəfindən TF1 və “New York Times” jurnalistləri də fiziki təhdidlərə məruz qoyulmuşdu. Azad media və ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq”.

    Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter hesabında yazıb.

    “Biz “Sərhədsiz Reportyorlar”a, ATƏT-in media azadlığı üzrə nümayəndəsinə çağırış edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə və mediaya qarşı fiziki, mənəvi təhdidləri, təhqiramiz şəxsi hücumları qınasınlar. İfadə azadlığına hörmət edilməlidir”, – o vurğulayıb.


  • Tramp kritik əhəmiyyətə malik ştatda qələbə qazandığını açıqladı

    ABŞ-ın hazırkı prezidenti Donald Tramp Pensilvaniya ştatında səslərin sayılmasından sonra qələbə qazandığını açıqlayıb.

    Bu barədə D.Tramp “Twitter” hesabında yazıb.

    “Pensilvaniyada böyük qanuni qələbə!”, – deyə D.Tramp bildirib.

    Qeyd edək ki, hazırda Pensilvaniyanın seçki komissiyası yekun nəticələri açıqlamayıb. Ştatda 87 faiz səslərin sayılmasından sonra Trampla Bayden arasında fərq 1.9 faiz olub. 91 faiz bülletenlər hesablandıqdan sonra isə bu fərq 2.1 faizə yüksəlib.

    Pensilvaniyada qələbə qazanan namizəd 20 səs qazanacaq.

  • На Соловьева подали в суд – дело на миллион – ВИДЕО

    Депутат Мосгордумы от КПРФ Павел Тарасов подал иск о защите чести и достоинства к телеведущему Владимиру Соловьёву.

    Как передает Median.Az со ссылкой на Известия, поводом для подачи иска стал августовский эфир Соловьёва на радиостанции “Вести FM”, в котором ведущий утверждал, что Тарасова лишили водительских прав за вождение в нетрезвом виде. Соловьёв сделал это заявление незадолго до выборов в Мосгордуму, в которых участвовал истец.

    По словам депутата, после эфира он обратился к телеведущему через твиттер, предоставив ему “бумагу из суда”, из которой ясно, что права отбирали у совершенно другого человека. Тарасов предложил Соловьёву опровергнуть сказанное в эфире, однако тот до сих пор этого не сделал.

    “В свете этого был подан иск”, – резюмировал депутат, уточнив, что требует официального опровержения лжи о нём и сумму в миллион рублей в качестве компенсации морального вреда.

    Савеловский суд Москвы уже принял иск Тарасова, предварительное заседание по нему назначено на 7 декабря.

  • “Şuşa üç tərəfdən mühasirəyə alınıb” – Rusiya KİV

    Şuşa şəhəri 3 istiqamətdən mühasirəyə alınıb.

    Bu barədə Rusiya KİV məlumat yayıb

    Bildirilir ki, erməni tərəfinin Azərbaycan ordusunun Şuşadan bir neçə kilometr geri oturdulduğu iddiası həqiqətə uyğun deyil: “Azərbaycan ordusu bu gecə Şuşanı cənub, qərb və şərqdən mühasirəyə alıb. Hazırda şəhərə genişmiqyaslı hücum hazırlanır.

    Təqdim olunan xəritədə qüvvələrin yerləşməsindən belə görünür ki, Şuşada erməni tərəfinin vəziyyəti çox mürəkkəbdir. Belə ki, güclü artilleriya zərbələrindən sonra Azərbaycan qüvvələri hücuma keçə və şəhərə daxil ola bilərlər. Buraya daxil olmaq isə tanınmamış DQR-in paytaxtı Xankəndinə yolun başlanğıcıdır”.

    Rusiya KİV-in yazdığına görə, son həftə ərzində aktiv hücumları səngitsə də, Azərbaycan tərəfi son 24 saat ərzində Qarabağda, eləcə də Ermənistanla sərhəddə 5-dən artıq yaşayış məntəqəsini ələ keçirə bilib:

    “Bu gün region ərazisinin 40 faizində döyüşlər gedir, qondarma respublikanın “ərazisi”inin 20 faizi isə artıq Azərbaycan ordusunun nəzarətindədir”.(respekt)

  • Ermənilər Los-Ancelesdə yerləşən türklərə məxsus restorana hücum ediblər – VİDEO

    Ermənilər ABŞ-ın Los-Anceles şəhərinin Beverli Hills bölgəsində yerləşən türklərə məxsus “İstanbul” adlı restorana hücum ediblər.

    Məlumatı Azərbaycanın Los-Ancelesdeki Konsulluğu yayıb.

    Konsulluğun məlumatında deyilir:

    “Beverli Hillsdəki türk restoranına qarşı erməni radikalların törətdiyi nifrət cinayətini qınayırıq. Bu cür mənfur zorakılıq aktı qarşısında şəhərin siyasi liderlərinin susması cinayətkarları daha da arxayınlaşdırır. Bu ilin iyul ayında Los-Ancelesdə Azərbaycan icmasının üzvləri hücuma məruz qaldıqda əksər liderlərin belə sükutunun şahidi olduq. Bütün siyasi liderləri bu dəhşətli cinayəti qətiyyətlə pisləməyə və türk və Azərbaycan icmalarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməyə çağırırıq”.