Month: November 2020

  • Минобороны: Азербайджанские БПЛА не осуществляют полеты над территорией Армении

    Информация вражеской стороны о том, что их силы ПВО сбили два азербайджанских беспилотных летательных аппарата (БПЛА) над территорией Армении не соответствует действительности.

    Как сообщает Министерство обороны, азербайджанские БПЛА не осуществляют полеты над территорией Армении.

  • Müdafiə Nazirliyi: “Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir”

    Azərbaycana məxsus iki ədəd pilotsuz uçuş aparatının (PUA) Ermənistan HHM bölmələri tərəfindən vurulması barədə düşmən tərəfinin yaydığı məlumat yalandır.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir.

  • Azərbaycan döyüşçülərinin əsl gücünü nümayiş etdirən hərbçimizin anası: “O kadrları dəfələrlə izlədim”

    “Müdafiə Nazirliyinin yaydığı həmin videonu dünən ilk dəfə televizorda izlədim. Gözlərimə inanmadım. İşdən gəlib yorğun yatan atasını oyatdım ki, oğlumuzu televizorda göstərirlər.

    Qızlarım da gəldi. Televizoru digər kanala çevirdim, gördük oradan da həmin videoçarxı göstərirlər. Gözlərim doldu. Oğlumla fəxr edirəm! İnşallah bütün işğaldakı torpaqlarımız azad olunsun. Bütün əsgər balalarımız evlərinə sağ-salamat qələbə ilə dönsünlər”.

    Bu sözləri mərdanə duruşu ilə hamının rəğbətini qazanan qəhrəman topçumuz Vüsal Şahkərimovun anası İlahə Şahkərimova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində söyləyib.

    Vüsal Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub.

    Arif Məmmədov adına Qusarçay tam orta məktəbini bitirdikdən sonra, ötən ilin iyul ayında hərbi xidmətə yollanıb.

    Babası Ağa Ağayev bildirir ki, Vüsalı televizorda göstərirlər deyəndə kövrəlib. “Özüm də dəfələrlə o kadrları izlədim. Çox sevindim. Öz-özümə deyirdim ki, bu, bizim Vüsaldır? Gördüm hə elə bizim qəhrəman, pəhləvan Vüsaldır. Topdan atəş açıb “Rembo” kimi dayanır. Onda nəvəmlə lap qürur duydum. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə əsgərlərimiz düşməni torpaqlarımızdan qovurlar. Bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq”, – deyə nəvəsi ilə qürur duyan baba söyləyir.

    Vüsalın özündən yaşca kiçik iki balaca bacısı var. Yeddi yaşlı Fidan Vətəni qoruyan qardaşı ilə fəxr etdiyini bildirir. “Tezliklə müharibə bizim qələbəmizlə qurtarsın, qardaşım da evimizə qayıtsın”, – deyə balaca Fidan söyləyir.

    Vüsalın atası İslam Şahkərəmov isə kövrəldiyindən fikirlərini ifadə etməkdə çətinlik çəkir. “Ötən ilin iyul ayında, doğum günündə hərbi xidmətə yollanıb. İndi isə onun düşmənə necə zərbələr endirdiyini hamı görür. Bütün əsgərlərimizə qələbə ilə evlərinə dönməyi arzu edirəm”.

    İndi Vüsal tək Şahkərimovlar ailəsinin, Qusarçay kəndinin yox, bütün Azərbaycanın sevimli, qəhrəman oğludur. Onun kimi qorxmaz əsgər və zabitlərimiz bizə qələbə sevincini yaşatmaqda davam edir. Tezliklə üçrəngli müqəddəs bayrağımız Qarabağın hər yerində dalğalanacaq.

  • Slovakiyada kommunist partiyası cinayətkar təşkilat elan edilib

    Slovakiya parlamenti Çexoslovakiya Kommunist Partiyasının cinayətkar təşkilat elan olunması barədə qanun qəbul edib.

    “Report” TASS-a istinadən xəbər verir ki, məlumatı STK informasiya agentliyi yayıb.

    Bu təşkilat 1949-1990-cı illərdə Çexoslovakiyada hakimiyyətdə olub.

    Qanuna əsasən, kommunist, faşist və nasist rejimləri ilə əlaqəsi olan bütün simvollar qadağan edilib, siyasi rejimlə bağlılığı olan şəxslərin adlarının küçə, meydan və başqa ictimai məkanlarına verilməsi yasaqlanıb.

    Qeyd edək ki, Çexoslovakiya 1992-ci ilin iyununda Çex və Slovakiya respublikalarına ayrılıb.

  • Azərbaycan diasporu ordumuza və mülki əhaliyə yardım göndərir – FOTO

    Müzəffər ordumuzun maddi-texniki və digər təchizatının yüksək səviyyədə təmin olunmasına baxmayaraq, xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları orduya və mülki əhaliyə dəstəyi özlərinə mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Almaniya Federativ Respublikasında yaşayan azərbaycanlı həkimlər və ayrı-ayrı diaspor fərdləri hərbi geyim və tibbi ləvazimatı, Türkiyədəki Gənc Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə bu ölkədə yaşayan, işləyən və təhsil alan azərbaycanlılar müxtəlif zəruri məhsullardan ibarət 2,3 ton humanitar yardımı, Ukrayna Azərbaycanlıları Konqresi 10 ədəd əlil arabasını Diasporla İş üzrə Dövlət Komitəsinə göndərib.

    Bundan başqa, Rusiya Federasiyasında fəaliyyət göstərən “Azərbaycan-Ural” Sverdlovsk Azərbaycanlılarının İctimai Təşkilatı Sverdlovskda yaşayan azərbaycanlıların adından 2 ədəd Dermatom cərrahi aparatını və onun əlavə ehtiyat hissələrindən ibarət dəsti Komitəyə çatdırıb.
    Bununla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar şəhid ailələrinə yardım və digər məqsədlər üçün Azərbaycan Diasporuna Dəstək Fonduna yüz minlərlə ianə köçürüblər.
    Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızdan gələn yardımları ehtiyacı olan insanlara çatdırılması üçün aidiyyatı qurumlara təhvil verib.

    Azərbaycan diasporunun ordumuza, cəbhəyanı zonada yaşayan mülki əhaliyə, erməni terrorundan zərər çəkənlərə yardımları davam edir və Komitəyə hər gün bu məqsədlə yüzlərlə müraciət daxil olur.

  • Bayden qələbə üçün böyük əhəmiyyətli ştatda Trampı üstələyir

    ABŞ-da prezidentliyə namizəd Co Bayden seçkilərdə qələbə üçün böyük əhəmiyyətə malik Miçiqan ştatında hazırkı dövlət başçısı və rəqibi Donald Trampı geridə qoyur.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    94 faiz bülletenlərin sayılmasından sonra Bayden səslərin 49,3, Donald Tramp isə 49,1 faizini toplayıb.

    Qeyd edək ki, Miçiqanda qazanılan qələbə namizədə 16 səs qazandırır.

  • Baş Nazir Əli Əsədov Məsud Yılmazın vəfatı ilə əlaqədar Türkiyə səfirliyində başsağlığı verib

    Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 4-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, səfir Erkan Özoral ilə görüşüb.

    Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

    Baş Nazir Əli Əsədov Türkiyə Respublikasının keçmiş Baş Naziri, görkəmli siyasətçi və dövlət xadimi Məsud Yılmazın vəfatı ilə əlaqədar başsağlığı verib.

    Baş Nazir səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.

  • Ermənistan vətəndaşı təxribat cəhdinə görə Polşadan deportasiya edildi

    Polşanın paytaxtı Varşavada azərbaycanlı tələbələrə qarşı təxribat planlaşdıran Ermənistan vətəndaşı, 1981-ci il təvəllüdlü Artur Saakyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

    “Report”un Avropa bürosunun məlumatına görə, o, məhkəmənin qərarı ilə etnik zəmində təxribata cəhd səbəbindən ölkəsinə deportasiya olunub.

    Qeyd edək ki, A.Saakyan Varşava Milli Universitetində bir neçə dəfə azərbaycanlı və türkiyəli tələbələrə qarşı təxribata və insidentə cəhd göstərib.

  • Турция оштрафовала ряд соцсетей за отказ открыть представительства в стране

    Власти Турции оштрафовали в среду на 10 млн турецких лир (1,175 млн долларов США) социальные сети Facebook, Instagram, Twitter, Periscope, Youtube и Tiktok из-за нарушения законопроекта, предусматривающего открытие представительств перечисленных компаний в республике.

    Как передает Median.Az, об этом написал на своей странице в Twitter замминистра транспорта и инфраструктуры Турции Омер Фатих Саян.

    “Если в течение 30 дней после вынесения штрафа социальные сети все еще не уведомят турецкого регулятора о назначении своих представителей [в Турции], то каждая из компаний будет оштрафована еще на 30 миллионов лир (3,5 млн долларов США). Если данное требование будет нарушено, то власти запретят размещать рекламу в этих социальных сетях. Если после этого обязательства не будут выполнены в течение 3 месяцев, то пропускная способность интернет-трафика для этих соцсетей будет снижена на 50%”, – написал Омер Фатих Саян.

    Более того, он пообещал, что в дальнейшем пропускная способность может быть снижена на 90% в случае необходимости.

    В конце июля парламент Турции принял законопроект об усилении контроля за иностранными социальными сетями. В рамках него предусматривается открытие социальными сетями своих представительств в Турции, чтобы юридические лица в республике несли ответственность за публикацию на их платформах противоправного контента. Они также будут обязаны принимать меры для пресечения распространения подобной информации.

  • Türkiyədə sosial şəbəkələr cərimələndi

    Türkiyə hökuməti bir sıra sosial şəbəkələrə qarşı yeni hüquqi qaydaları pozduqlarına görə müvafiq cərimələr tətbiq edib.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan tvitterdə açıqlama verib:

    “İctimaiyyətdə sosial media qanunu olaraq bilinən 7253 nömrəli qanuna edilən dəyişikliklərlə Türkiyədə fəaliyyət göstərən və gündəlik giriş sayı 1 milyondan artıq olan əcnəbi şəbəkələrə əməl etmələri zəruri olan bəzi qaydalar bildirilmişdi. Qanuni müddətin başa çatmasından sonra nümayəndəsini bildirməyən “Facebook”, “İnstagram”, “Twitter”, “Periscope”, “YouTube”, “TikTok” kimi sosial şəbəkə idarəçilərinə 10 milyon lirəlik cərimə kəsilib”.

    Nazir müavini daha sonra qeyd edir ki, cari ilin 1 oktyabr tarixindən qüvvəyə minmiş qanuna əsasən, sözügedən cərimə ilkin tədbir kimi nəzərdə tutulur. Belə ki, bu cərimənin tətbiqindən keçən 30 gün ərzində də müvafiq öhdəlik yerinə yetirilməsə, 30 milyon lirəlik cərimə tətbiq olunur. Üstündən 30 gün keçdiyi müddət ərzində yenə də yerinə yetirilməməsi təqdirdə reklam qadağası tətbiq olunur, sonrakı 3 ay ərzində də yerinə yetirilməsə, internet trafiki 50 faiz azaldılır. Bundan sonra da lazımi addım atmayan sosial şəbəkələrin internet trafiki 90 faiz azaldılır.