Month: November 2020

  • Vergi güzəştləri yeni sistem vasitəsilə qiymətləndiriləcək – Baş nazirdən QƏRAR

    “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilib.

    Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Qərarda “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların Mərkəzləşdirilmiş Elekton Reyestr Sistemi” vasitəsilə məlumatların toplanması, vergi və gömrük sahəsində qüvvədə olan və ya təklif olunan güzəşt və azadolmaların büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsi və nəticələrinin təhlili, qiymətləndirmənin nəticələri əsasında növbəti illər üzrə büdcə-vergi siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi və bundan irəli gələrək nortmativ-hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulub.

    Hazırda Maliyyə Nazirliyinin cəlb etdiyi podratçı tərəfindən vergi və gömrük sahəsində güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin qurulması və aidiyyəti qurumların həmin Sistemə inteqrasiyası ilə bağlı müvafiq işlər yekunlaşır.

    “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” formalaşdıqdan sonra bütün müəsissələr, təşkilatlar və ya ictimai birliklər tərəfindən güzəştlər üzrə müraciətlərin həmin Sistem vasitəsilə ötürülməsi və qiymətləndirilməsi həyata keçiriləcək.

    Qərar 2021-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

  • Slovakiyanın Baş naziri koronavirusa görə karantinə getdi

    Slovakiyanın Baş naziri İqor Matoviç koronavirusa yoluxmuş insanla ünsiyyət saxladığını bildikdən sonra karantinə gedib.

    Median.Az xəbər verir ki, bu barədə Baş nazir özünün feysbukdakı səhifəsində bildirib.

    “Qaydalar hamı üçün eyni olmalıdır. Bir halda ki, mənim koronavirus testi müsbət çıxmış insanla əlaqədə olduğum məlum oldu, ev karantininə getməyim haqqında bildirirəm. Möhkəm dayanın!”, – Matoviç sosial şəbəkədə yazıb.

  • В Турции обезврежены 5 террористов PKK

    Министерство национальной обороны Турции заявило, что террористы PKK были нейтрализованы в провинции Хаккари.

    Как передает Report, об этом сообщает агентство “Анадолу”.

    Отмечается, что два террориста PKK, обнаруженные в Шамдинли, были убиты. Позднее министерство сообщило в Твиттере, что нейтрализованы еще три террориста.

    Согласно сообщению, они готовились к нападению.

    В Минобороны заявили, что операции против террористической группировки продолжаются.

  • Türkiyədə PKK terrorçuları zərərsizləşdirildi

    Türkiyənin Milli Müdafiə Nazirliyi Hakkari əyalətində PKK terrorçularının zərərsizləşdirildiyini bildirib.

    Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

    Qeyd edilir ki, Şəmdinli ərazisində aşkarlanan 2 PKK terrorçusu məhv edilib. Nazirlik sonra tvitter səhifəsində daha 3 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

    Məlumata görə, terrorçular hücuma hazırlıq görürmüş.

    Milli Müdafiə Nazirliyi terror qruplaşmasına qarşı əməliyyatların davam etdirildiyini bildirib.

  • Zəngilanda düşmənin kəşfiyyat diversiya qrupu məhv edildi – VİDEO

    Azərbaycan ordusu Zəngilan istiqamətində düşmənin kəşfiyyat diversiya qrupunu məhv edib.

    Bununla bağlı “Caliber” Teleqram kanalı görüntülər paylaşıb.

  • MN: “Ermənistan ərazisindən Zəngilandakı bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı alınıb”

    Ermənistan ərazisindən Zəngilan istiqamətindəki bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı alınıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, noyabrın 4-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı qətiyyətlə alınıb.

    Ciddi döyüş itkiləri verən düşmənin kəşfiyyat-diversiya qrupu geri çəkilməyə məcbur edilib.

  • Ermənistan rəhbərliyi başını itirib – FAKTLAR

    Ermənistanın cəbhədə ard-arda uğursuzluğu yerli siyasi-hərbi hakimiyyətdə xaosun yaranmasına səbəb olub. Bunu gündəlik Ermənistan mətbuatında çıxan ictimai-siyasi proseslərə dair xəbərlərdən aşkar şəkildə görmək mümkündür.

    Əvvəla onu bildirək ki, hakimiyyət daxilində bir-birinə zidd fikirlər səsləndirilir. Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətinin zəifliyi artıq həmin ölkənin prezidenti Aram Sarkisyanla sözlərinin üst-üstə düşməməsindən hiss olunur. Paşinyan dəfələrlə bildirib ki, Türkiyə münaqişədə onlara əngəl olan tərəfdir (halbuki Türkiyənin dəstəyi mənəvi və diplomatik dəstəkdən o tərəfə keçmir – S.M.). Ancaq Ermənistan prezidenti deyir ki, Moskva ilə Ankara arasında birgə əməkdaşlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edə bilər. Bu, Ermənistan hakimiyyətində vahid mövqenin olmadığı anlamına gəlir.

    Digər bir-birinə zidd məqam isə odur ki, Ermənistanla separatçı respublikanın qondarma rəhbərliyinin fikirləri üst-üstə düşmür. Məsələn, rəsmi İrəvan mətbuat katibləri vasitəsilə məlumatları gizlətməyə çalışır. Separatçılar isə Azərbaycan Ordusunun artıq cəbhədə kifayət qədər irərilədiyini etiraf etməyə başlayıb.

    Məntiqlə Ermənistandan Dağlıq Qarabağa cəbhəyə yardım üçün silah gətirilməlidir. Lakin Ermənistanda bu da tərsinə icra edilir. Belə ki, cəbhədən əsgərlər qaçır və həmin silahlarla Ermənistan ərazisində peyda olurlar. Bu isə Ermənistanda silahlı insanlarının sayının çoxalması deməkdir və heç kim zəmanət verə bilməz ki, bu insanlar yaxın gələcəkdə hər hansısa silahlı qiyamda iştirak etməyəcəklər.

    Qarabağdakı quldur rejimin öz daxilində də xaos hökm sürür. Özünü “lider” adlandıran Araik Arutunyandan xəbər-ətər yoxdur, onun sağ olub-olmadığı bilinmir. Qondarma qurumun “müdafiə naziri” Cəlal Arutyunyan da onun kimi. Onun əvəzlənməsi artıq öldüyünü deməyə əsas verir. C.Artyunyanın müavini Artur Sarkisyanın isə məhv edilməsi dəqiqdir və bunu erməni tərəfi də etiraf edib. Çox sayda zabitlərin isə Qarabağdan qaçdığına dair faktlar mövcuddur.

    Yaranmış xaosda erməni tərəfi yalnız saxta xəbərlər yaymaqla məşğuldur. Amma artıq bu proses də o qədər xaotik xarakter alıb ki, ermənilər özləri öz feykəri arasında çaş-baş qalıblar. Ermənistanın Ədliyyə naziri Rüstəm Badasyan Qarabağda “sayca üçüncü muzdlu terrorçu”nun yaxalandığını və hətta, artıq dindirildiyini də bəyan edib. Lakin bir az sonra üzr istəyərək xəbərin təsdiqlənmədiyini deyib.

    Göründüyü kimi, Ermənistan tərəfi məğlubiyyətlər fonunda başını itirib. Növbəti günlərdə Ermənistan tərəfinin daha gülünc qərarlar verəcəyi gözlənilir. Səbirsizliklə gözləyək…

  • Tariximizi yenidən yazırıq! – VİDEO

    “AzerGold” QSC tərəfindən Qarabağ müharibəsinə dair hərbi-vətənpərvərlik mövzusunda videoçarx hazırlanıb.

    Videoçarxda müasir Azərbaycan tarixinin qısa epoxası – Azərbaycan Xalq Cümhuriyyəti, ölkəmizin 1991-ci ildə müstəqilliyə qovuşması və nəhayət, 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyilə Şanlı Azərbaycan ordusunun Vətən Müharibəsində göstərdiyi şücaət bədii üslubda təsvir olunur.

    “Tariximizi yenidən yazırıq!” şüarını ehtiva edən videoçarx Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımıza ithaf olunur.

  • Co Baydenin qərargahı seçkilərdə qələbə qazanıldığını elan etdi

    ABŞ-da prezidentliyə namizəd Co Baydenin qərargahı seçkilərdə qələbə qazanıldığını elan edib.

    Bu barədə “RİA Novosti” yazıb.

    “Biz seçkilərdə qalib gəlirik, biz seçkiləri udmuşuq. Biz bu seçkiləri müdafiə edəcəyik”, – deyə qərargahın müşaviri Bob Bauer bildirib.

    O qeyd edib ki, qərargah respublikaçıların məhkəməyə mümkün müraciətlərinə görə narahat deyil.

    Seçki qərargahının meneceri Cen Omelli Dillon isə bildirib ki, Co Bayden gün ərzində amerikalılara müraciət edəcək.

    “Biz gözləyirik ki, gün ərzində Co Bayden amerikalılara müraciətlə çıxış etsin”, – deyə C.Dillon bildirib.

  • Səhiyyə sahəsində toplanan cərimələrdən istifadə qaydası dəyişdi – QƏRAR

    “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişiklikliyə görə İnzibati Xətalar Məcəlləsinə əsasən Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 18 faizinin həmin Nazirliyin hesabına köçürülməsi nəzərdə tutulub.

    Bu barədə Nazirlər Kabineti Qərar qəbul edib.

    Qərara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən (ödənilən cərimələrdən) toplanan və həmin Nazirliyin xüsusi hesabına köçürülən vəsaitdən istifadə qaydasını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 12 iyun tarixli 225 nömrəli Qərarında adıçəkilən Qanuna uyğunlaşdırmaq məqsədilə “25” faiz “18” faizlə əvəz edilib.