Month: November 2020

  • Düşməndən qalan qənimətlər Bakıda – VİDEO

    44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşməndən götürdüyü hərbi qənimət artıq Bakıya gətirilib.

    Tankların paytaxtda olması barədə video sosial şəbəkələrdə yayılıb.

    Ordumuzun qənimət kimi götürdüyü döyüş texnikaları dəmir yolu vasitəsi ilə Bakıya gətirilib.

    Qeyd edək ki, yaxın zamanda düşmənin texnikalarının Azadlıq meydanında nümayiş etdiriləcəyi gözlənilir.

  • İqor Korotçenko: “Fransa özünü ATƏT-in Minsk qrupu xaricinə qoydu”

    Fransa Senatının Azərbaycan ərazisində qondarma “DQR” rejiminin “müstəqilliyinin” tanınmasına çağıran qətnaməsi Parisin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından çəkilməsinə dair bəyanatdır.

    Bunu rusiyalı hərbi mütəxəssis, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Vestnik Kavkaza”ya müsahibəsində deyib.

    “Bu növbəti təxribatla Fransa qərəzli olduğunu göstərdi və özünü ATƏT-in Minsk Qrupunun xaricinə qoydu. Bir tərəfdən qətnamə bəzi fransız deputatların siyasi korrupsiya faktoru və onların Fransadakı erməni lobbisi ilə əlaqələrinin təsiri ilə qəbul edilib. Digər tərəfdən bu Azərbaycana qarşı açıq şəkildə dostluqdan kənar bir aksiya və təhqirdir”, – deyə Korotçenko bildirib.

    “Fransa əvvəllər də tarazlığa riayət etməyib və Ermənistanın maraqlarına açıq şəkildə lobbiçilik edib. İndi bu artıq Senatdakı deputat çoxluğu səviyyəsində bir daha təsdiqləndi. Hüquqi baxımdan qətnamə əhəmiyyətsizdir, siyasi nöqteyi-nəzərdən, o Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirini bərpa etmək üçün son cəhdidir, lakin əslində Paris vasitəçilik missiyasından imtina edib”, -deyə rusiyalı mütəxəssis qeyd edib.

    Onun sözlərinə görə, qalmaqallı sənədin qəbul edilməsi buna açıq şəkildə çağırmasına baxmayaraq, Rusiya və Türkiyənin Cənubi Qafqazdakı mövqelərinə heç bir şəkildə təsir etməyəcək:

    “Bu qətnamə Rusiyanın münaqişənin həlli zonasında olmasına heç bir təsir göstərməyəcək. Oradakı rus sülhməramlıları, yer üzündə sülhü təmin edirlər, amma fransız ordusu oranın yaxınlığında belə yoxdur.

    Ümumiyyətlə, bu, sadəcə nəticəsi Parisin maraqlarına zərbə vuracaq axmaq bir hiylədir. Aydındır ki, Fransanın tərəfdaş və ya rəqib olması ilə bağlı Azərbaycan müvafiq nəticələr çıxaracaq. Fransa biznesi artıq Azərbaycanda müəyyən itkilərlə qarşılaşa bilər və milli maraqları qorumaq üçün Bakının bu cür reaksiya göstərməsinə əsaslar var”.

  • Yağış sularına qərq olmuş qəsəbə – VİDEO

    Suraxanı rayon Dədəqorqud qəsəbəsi 3 nömrəli küçədə hər dəfə yağış yağdıqdan sonra problemlər yaşanır.

    Baku TV xəbər verir ki, hər dəfə yağışdan sonra yaranan kanalizasiya xəttinin daşması sakinlər üçün ciddi çətinliklər yaradır. Qəsəbə sakinlərinin istifadə etdiyi yol tamamilə yararsız hala düşür.

    Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mehman Hüseynov Baku TV-yə məsələdən xəbərdar olduğunu bildirib. Qeyd edilib ki, bu ərazilər 2019-2023-cü illər ərzində plana düşüb. Növbəti ildə həmin ərazidə işlərə başlanması nəzərdə tutulur.

  • Ряд французских сенаторов отозвали свои голоса в связи с резолюцией по Карабаху

    Ряд французских сенаторов, проголосовавших ранее за резолюцию о признании сепаратистского режима в Нагорном Карабахе, отозвали свои голоса.

    Ферат Франсуа, Филип Бонекагье, Алан Дифуг, Эвелин Пегу и Надя Соллогуб объявили себя воздержавшимися. Ан-Катрин Лозье, Хав Муагви и Жан-Пьер Муга заявили об отказе участвовать в голосовании.

    Обращения указанных сенаторов были приняты, итоги голосования – изменены.

    Напомним, что проект резолюции в Сенате Франции был принят 305 голосами. После изменения итогов голосования их количество сократилось до 297.

    Следует отметить, что МИД Франции осудил резолюцию Сената по Карабаху.

  • Fransanın səkkiz senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürdü

    Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senator səslərini geri götürüb.

    “Report” xəbər verir ki, qətnaməyə səs verən senatorlar Ferat Fransuaz, Filip Bonnekağye, Alan Difuğ, Evelin Peğu, Nadia Solloqub səslərini geri götürərək bitərəf olduqlarını bildiriblər. An-Katrin Lozye, Hav Muağvi və Jan-Pyer Muga isə səslərini geri götürərək, ümumiyyətlə, səsvermədə iştirak etməkdən imtina etdiklərini bildiriblər.

    Dəyişikliklərlə bağlı müraciətlər qəbul edilib və səsvermənin nəticələri dəyişdirilib.

    Xatırladaq ki, qətnamə layihəsi 305 səslə qəbul olunmuşdu. İndi qətnaməyə səs verən senatorların sayı 297 olub.

    Qeyd edək ki, Fransa XİN Senatın Qarabağla bağlı qətnaməsini pisləyib.

  • Johnson & Johnson признала ошибку в обозначении Нагорно-Карабахского региона Азербайджана

    Американская Johnson&Johnson признала ошибку в обозначении Нагорно-Карабахского региона Азербайджана, сообщает Trend со ссылкой на заявление компании.

    “Возможно, вы обратили внимание на то, что в последнее время в отношении позиции Johnson&Johnson в конфликте между Арменией и Азербайджаном высказывались различные предположения. Мы ошибочно назвали территорию этого конфликта в посте в социальной сети. Подтверждаем, что это была ошибка, и мы искренне сожалеем об этом”, – говорится в заявлении.

    Отметим, что ранее Johnson&Johnson, головной офис которой находится в США, разместила на своей странице в Twitter публикацию, пропагандирующую не признанный мировой общественностью и международными организациями сепаратистский режим в Нагорном Карабахе.

    В посте компания упомянула сепаратистов, тем самым проявив неуважение к территориальной целостности Азербайджана.

  • “Johnson & Johnson” Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf etdi

    ABŞ-ın “Johnson&Johnson” şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib.

    Trend-in məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.

    Bəyanatda qeyd olunub ki, münaqişə dövründə şirkət regionun adını səhv olaraq qeyd edib:

    “Son zamanlar Ermənistanla Azərbaycan arasında münaqişədə “Johnson&Johnson”un mövqeyi barədə müxtəlif fikirlər səsləndirilib. Biz münaqişə regionunu sosial şəbəkədə səhv adlandırmışıq. Səhv olduğunu təsdiq edirik və bundan təəssüf edirik”.

    Qeyd edək ki, bir müddət əvvəl “Johnson&Johnson” “Twitter” səhifəsində Dağlıq Qarabağ münaqişəsində zərər çəkənlərə yardım məqsədilə vəsait toplandığını elan etmiş və regionu “Artsax” adlandırmışdı.

  • Mərkəzi Bank çek ilə ödəniş sisteminin qurulması işlərinə start verib

    “Çeklərlə hesablaşma modelinin tətbiqi ilə təsərrüfat subyektlərinin hesabında vəsait olmasa belə, gələcək tarixə ödəniş öhdəliyi götürməklə mal və ya xidmət ala bilərlər. Modelin ölkəmizdə tətbiqi məqsədilə Türkiyə təcrübəsi tərəfimizdən yaxından araşdırılıb”.

    Mərkəzi Bankdan Oxu.Az-a verilən açıqlamada çek (qəbz) ilə ödəniş sisteminin Mərkəzi Bank tərəfindən tənzimlənməsi prosesi və sistemin tətbiqi haqda məlumat verilib.

    Bildirilib ki, çekin özünəməxsus xüsusiyyətləri ilə fərqlənən Türkiyə modelində çeklə ticarətin maliyyələşdirilməsi aləti kimi aktiv istifadə edilir. Bununla da təsərrüfat subyektləri mal və xidmətlərin alışı zamanı hesabında vəsait olmasa belə, gələcək tarixə ödəniş öhdəliyi götürməklə mal və ya xidmət ala bilərlər. Bu isə birbaşa iqtisadi aktivliyi dəstəkləməklə yanaşı, dövriyyələrdə nağd puldan istifadə zəruriliyini azaldır. İstifadəsinin asanlığı bu aləti həm alıcı, həm də satıcı iqtisadi subyekt üçün maraqlı edir.

    Əlavə edilib ki, anoloji təcrübənin ölkəyə gətirilməsi istiqamətində aktiv iş aparılır. Bu mexanizmin ölkəmizdə tətbiqi biznes hesablaşmalarının şəffaflaşmasına, ticarət dövriyyəsinin artmasına, ticarət əməliyyatlarının aparılmasında tərəfdaşların günlük likvidlik zərurətinin azalmasına, sahibkarlar tərəfindən gələcək valyutalaşma tarixində ödənişlərin həyata keçirilməsi, çeki təminat qismində təqdim etməklə bankdan əlavə resurs cəlb edilməsi imkanının yaranmasına, həmçinin ölkədə nağd pul dövriyyəsinin azalmasına şərait yaradacaq.

    Qeyd edilib ki, hazırda Mərkəzi Bank tərəfindən elektron çek infrastrukturun qurulması layihəsinə start verilib. Layihənin ən müasir texnologiya və funksional imkanlara malik platformada qurulması nəzərdə tutulub. Eyni zamanda, elektron çeklərlə hesablaşmalarda münasibətləri tənzimləmək məqsədilə müvafiq hüquqi bazanın yaradılması istiqamətində də işlər aparılmaqdadır. Layihə reallaşdıqca gedişi barədə ətraflı məlumat veriləcək.

  • Fransanın avtomobil nəhəngi Avropada zavodunu bağlayır

    Fransanın avtomobil nəhəngi “Renault” ölkə səlahiyyətlilərinin müqavimətinə baxmayaraq, Avropadakı fabriklərindən birində avtomobil istehsalını dayandırmağa qərar verib.

    “Bloomberg” bu barədə şirkət rəhbərliyinin açıqlamasına istinadən xəbər yayıb.

    Həmin müəssisədə təxminən 70 il ərzində 20 fərqli avtomobil modeli yığılıb. Hazırda orada “Zoe” və “Nissan Micra” elektrikli avtomobillər istehsal edilir.

  • В Азербайджане зафиксирован новый рекорд по числу инфицированных COVID-19, скончались еще 32 человека – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 3 705 новых случаев инфицирования коронавирусом, еще 1 609 человек вылечились и были выписаны домой.

    Об этом 26 ноября сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 32 пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразился 106 101 человек, 1 256 из них скончались, 68 572 – вылечились, 36 273 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 1 665 832 теста (за последние 24 часа – 19 178) на COVID-19.